Axtarış

The search found 105785 results in 0.159 seconds.

Search results

  1. ​“Akademiya rəhbərliyi korrupsiyaya batıb” – ALİM ÖLKƏDƏN GETMƏYƏ QƏRAR VERDİ

    “Yataqxanada yaşayan ailələr akademiya rəhbərliyinə dəfələrlə üsyan ediblər, etiraz ediblər. Hətta evlərin konkret olaraq, kimin adına keçirilib, hansı evlər kimə satılıb onun siyahısı belə var”. 
    Muxalifet.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlu deyib. O, bildirib ki, dövlət heç vaxt akademiyada gedən prosesə nəzarət etməyib və əhəmiyyət verməyib. 

    Muxalifet - 3-06-2019

  2. Bahalı brilyant üzüyü birinci katibin arvadına kim bağışlamışdı? – Milyonçu Mjavanadzenin təqaüdə göndərilməsi

    1970-ci ildə Avropanın ən məşhur muzeylərinin (ad açıqlanmır) birindən oğurlanan 8 karatlı qədim brilyant üzük interpol vasitəsi ilə axtarışa veriləndə, məlum olub ki, həmin üzük SSRİ ərazisindədir. SSRİ DTK-sının sədri Yuri Andropov bu məsələni çox ciddi şəkildə öz nəzarətinə götürüb.

    Muxalifet - 3-06-2019

  3. Danimarkada iftar məclisinə basqın: Quran-i Kərimi yandırdılar

    Sözdə azadlıq aşiqi olan Qərbdə İslam düşmənçiliyi bitmir. Danimarkanın paytaxtı Kopenhagendəki iftar mərasiminə basqın edib, etiraz edən “Stram Kurs”-un (Möhkəm İstiqamət) lideri Rasmus Paludan və irqçi partiyalılar, Quran-i Kərimi yandırıb. "Avropa Bizimdir" yazılı plakatlar qaldıran deist irqçilər, meqafonla İslama və Müsəlmanlara təhqirlər yağdırıb.
    Müxalifət.az

    Muxalifet3 - 3-06-2019

  4. Saakaşvili Kiyevdə bu cür YAŞAYIR : Təmirsiz ev, mətbəx yox…

    Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevə qayıtdıqdan sonra hansı şəraitdə yaşaması ilə bağlı sualları cavablandırıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə RİA yazıb.
    Onun sözlərinə görə, hazırda Kiyevdə birmərtəbəli, tam təmir olunmamış evdə yaşayır.
    “İki kiçik yataq otağı və qonaq otağı var. Ancaq mətbəx yoxdur”, - Saakaşvili bildirib.
    O, həmçinin hazırda soyuducusunda olan məhsulları da sayıb: kolbasa, şərab, “Borjomi” və balıq.

    Muxalifet - 3-06-2019

  5. Binəqədidə binanın yanmasına görə həbs edilən şirkət rəhbəri AZADLIQDA

    Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov azadlığa buraxılıb.

    Muxalifet.az E-huquq.az-a istinadən xəbər verir ki, M.Mahmudov barəsində hüquqi tənzimləmə tətbiq edilərək, cəzadan şərti olaraq azadlığa buraxılıb.

    M. Mahmudov azadlığa çıxdıqdan sonra əmlakın üzərinə qoyulan həbsin götürülməsi üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. Məhkəmə şikayəti təmin edib və hökm xüsusi müsadirə hissəsində ləğv olunub.

    Muxalifet - 3-06-2019

  6. Vanqanın Türkiyə öngörüsü gerçəkləşir? - Video

    Ötən gün Türkiyənin Sakarya bölgəsində baş verən 4,7 ballıq zəlzələ dünyaca məşhur görücü Vanqanın kəhanətlərini yenidən gündəmə gətirib.
    Türkiyə mediası Vanqanın dəhşətli zəlzələ olacağı ilə bağlı öngörüsünü diqqətə çatdırıb.
    Həmçinin qeyd edilib ki, bir başqa kahin Nostradamus da 2019-cu ildə dağıdıcı zəlzələlərin olması haqda öngörü irəli sürüb və məkan kimi Türkiyə ərazisinə işarə edib.
    Bəzi mütəxəssislər də Türkiyədə dəhşətli zəlzələnin gözlənildiyini bildiriblər./Axar

    Muxalifet - 3-06-2019

  7. Anjey Kaspşik monitorinq keçirəcək

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 4-də Xocavənd rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

    Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.

    Muxalifet - 3-06-2019

  8. "30 min xərcim çıxdı"- Keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin məhkəməsi

    Keçmiş həyat yoldaşını aliment mübahisəsinə görə bıçaqlayan şəxs hakim qarşısına çıxarılıb.

    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilən 1978-ci il təvəllüdlü Piriyev Mehdi Sədaqət oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər dindirilib.

    Məhkəmədə elan olunub ki, Mehdi Piriyevin bıçaqladığı Ülviyyə Məmmədova hələ də müalicə alır və səhhətindəki problemlərə görə məhkəmədə iştirak edə bilmir.

    Muxalifet - 3-06-2019

  9. SON DƏQİQƏ: Ard-arda güclü zəlzələ baş verdi

    İndoneziyada dəhşətli yeraltı təkanlar qeydə alınıb. Şimali Sumatra əyalətinə bağlı cənubi Nias bölgəsinə 30 km məsafədə 6,2 bal gücündə zəlzələ meydana gəlib. İndoneziya Meteorologiya, İqlim və Geofizika Qurumundan verilən məlumata görə, zəlzələnin episentri 19 km dərinlikdə olub. İlkin məlumata görə, ölən və yaralanan yoxdur. Zəlzələdən sonra sunami xəbərdarlığı da edilməyib. Qeyd edək ki, ötən gün Cənubi Nias bölgəsində 5,8 bal gücündə zəlzələ meydana gəlmişdi.

    Muxalifet - 3-06-2019

  10. Deputatlar harada dincələcək? - SORĞU

    İyulun 15-də Milli Məclisin deputatları tətilə çıxır.
    Məzuniyyət zamanı deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.
    Muxalifet.az xəbər verir ki, “Report” deputatlar arasında harada dincələcəkləri ilə bağlı sorğu keçirib.
    Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Report”a açıqlamasında deyib ki, tətili Azərbaycanda keçirəcək: “Xarici ölkəyə getmək fikrim yoxdur. Bakıda və deputat seçildiyim Lənkəranda olacağam”.

    Muxalifet - 3-06-2019

  11. ​Bu avtomobillərə taxoqraf quraşdırılacaq - Qaydalar açıqlandı

    Azərbaycanda oturacaq yerlərinin sayı səkkizdən artıq olan avtobuslar taxoqrafla təchiz olunacaq. Bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası”nda deyilir.

    Muxalifet - 3-06-2019

  12. Mətanətin qızı AĞIR QƏZAYA düşdü - Maşın TIR-la toqquşdu - FOTO

    Əməkdar artist Mətanət İsgəndərlinin qızı ağır avtomobil qəzası keçirib. Milli.Az xəbər verir ki, xanım sənətçi "Hər şey daxil"də qızının qəza xəbərindən danışıb. Mətanət İsgəndərli ailə üzvlərinin qızının qəzaya düşmə xəbərini ondan gizlətdiklərini qeyd edib: "Atam, bacım, gəlinimiz, Kərim bilirdi. Hətta məndən gizlin gedib qurban kəsiblər. Mənə deməyiblər! Mənim balam oradan sağ çıxıb. Qızım qabaqda oturub. Amma sürücüyə heç nə olmayıb. Kürəkənimin dostunun yoldaşı olub rolda. Antalyaya gedirlərmiş. Böyük yük maşını, TIR-lardan olub, bunlar da 140-la gedirmiş. Gəlib vurub Ülkər tərəfdən.

    Muxalifet - 3-06-2019

  13. 2 milyonluq dələduzluqda ittiham edilən qadına 8 il müddətinə həbs cəzası kəsildi

    Bakıda sahibkarın 2 milyon manatını ələ keçirməkdə təqsirləndirilən qadın hakim qarşısına çıxarılıb.

    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etməkdə ittiham edilən 1970-ci il təvəllüdlü Gülarə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən G.Əliyeva 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet - 3-06-2019

  14. ​Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevdən YENİ XƏBƏR

    Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin sağlamlıq durumu haqda yeni məlumat yayılıb.
    Muxalifet.az moderator.az-a istinadən xəbər verir ki, ötən ilin 3 iyulunda sui-qəsd nəticəsində başından aldığı zərbə nəticəsində ağır xəsarət alan keçmiş başçının sağlıq durumu tamam normallaşıb və istər yaddaşı, istər həyat qabiliyyəti 95 faiz bərpa olunub. 

    Muxalifet - 3-06-2019

  15. Tramp açıqladı: Vəsifəsindən ayrılacaq

    ABŞ prezidenti Donald Tramp Ağ Ev İqtisadiyyat Məsləhətçiləri Şurasının rəhbəri Kevin Hasset-in yaxında vəzifəsindən ayrılacağını bəyan edib.
     
    Çox sayda kabinet üzvü və üst səviyyə idarəçinin vəzifədən ayrılma müddətlərini Twitter hesabından bəyan edən Tramp, bu səfər də İqtisadiyyat Məsləhətçiləri Şurasının rəhbərinin vəzifədən ayrılacağını açıqlayıb.

    Muxalifet3 - 3-06-2019

  16. ABŞ-Türkiyə arasında S-400-lə bağlı final görüşü bəlli oldu

    Amerikalılar bu qədər güzəştsiz hərəkət edərkən, təhdid və şantaj açıqlamaları hər gün havada uçuşarkən, S-400-lə anlaşmanın necə olacağı müəyyən suallar yaradır.
     
    Bu mövzuda ABŞ rəhbərliyində müsbət mənada bir tərpəniş olduğunu demək olmaz. Amma ABŞ prezidenti S-400 məsələsinə əngəl olmaq istəyən başda da Pentaqona söz keçirə bilsə, ya da oradan gələn təzyiqlərə qarşı müqavimət göstərə bilsə, Trampın mövqeyi bir çıxış yolu təmin edə bilər.

    Muxalifet3 - 3-06-2019

  17. S-400-lər nə zaman Türkiyəyə təhvil veriləcək?

    Türkiyə rəhbərliyində iki ayrı qaynaqdan gələn məlumata görə, Rusiya bu S-400-lərin təhvil verilməsinə 21 iyundan etibarən başlaya biləcəyi bildirilir.
     
    Ancaq keçən həftə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın açıqlamasıyla yeni bir vəziyyətin ortaya çıxdığı aydın olur.
    Akar S-400-lərin Türkiyəyə gələcəyini, amma bunun iyun ayı içərisində olmayacağını, bir az ləngiyə biləcəyini açıqlayıb.
    Bu ifadələr iradə mənasında bir dəyişmənin olduğunu göstərməsə də, tarix baxımından bir az sapma ola biləcəyinə işarə edir.
    Səbəb?

    Muxalifet3 - 3-06-2019

  18. Nazirlikdən əhaliyə VACİB XƏBƏRDARLIQ

    "Qarşıdan yay günlərinin gəlməsini, havaların isti və quraq keçməsini nəzərə alaraq təbiətə istirahətə gedən vətəndaşlara, turistlərə müraciət edirik. Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş kibriti, siqaret kötüklərini ətrafa atmasınlar, piknikdə olan zaman ərazini tərk etməmişdən qabaq tonqalları söndürsünlər, fermerlər biçənəkləri yandırmasınlar.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiua və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

    Muxalifet - 3-06-2019

  19. Seyran Səxavət: "Xəyalə Sevil, qoy səni də sözlər aparsın..."

    Apardı sellər Saranı
     
    Hörmətli Xəyalə Sevil!
     
    Mənə verdiyin yazıları oxudum, sevindim. İndi adamlar nadir hallarda sevinə bilirlər. Bizim kimi adamların taleyinə isə bu dünyada ancaq sözlə sevinmək yazılıb- yazan belə yazıb, neyləmək olar, əlqərəz...
    Böyük, təkrarolunmaz və bənzərsiz şairimiz Ramiz Rövşən haqqındakı essedə yazırsan:
     
    “Hər Ramiz Rövşən imzalı şeir oxuyanda mənə elə gəlir ki, indicə ürəyim başı aşağı çevriləcək və ürəyimin bütün daşları töküləcək...”
     
    Necədi? Oxuyanlar desin.

    Muxalifet4 - 3-06-2019

  20. Vüsal Novruzovun sürücüsünə 615 min manat "atan" qadına 8 İL HƏBS

    Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, general Vüsal Novruzovun sürücüsünü aldatmaqda təqsirləndirilən Gülarə Əliyevanın məhkəməsi bitib. Muxalifet.az-ın Bakupost.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əliyeva 8 il azadlıqdan məhrum edilib. İttihama görə, G.Əliyeva özünü Nəcəf Nəsirliyə qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək 615 min dollar dəyərində qızıl-zinət əşyalarını ələ keçirib.

    Muxalifet - 3-06-2019

Pages