Axtarış

The search found 105785 results in 0.045 seconds.

Search results

  1. Qırıcılar havaya qaldırıldı: Təyyarədə bomba xəbəri...

    “FlaySkot” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsinə bomba qoyulması haqda məlumatdan dolayı Sinqapurun 2 F-15 qırıcısı havaya qaldırılıb. Muxalifet.az xəbər verir ki, bu barədə Sinqapur Müdafiə naziri En Xenya jurnalistlərə açıqlamasınada deyib. O bildirib ki, göyərtədə aparılan axtarışlardan sonra məlumatın yalan olduğu üzə çıxıb. Nazir məlumatın kim tərəfindən verildiyini açıqlamayıb.

    Muxalifet3 - 2-06-2019

  2. “Torpaqları geri qaytarmalısınız...” – Azərbaycandan Ermənistana ÇAĞIRIŞ

    “Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki sonuncu vəziyyətlə bağlı olduqca emosional və bir o qədər ziddiyyətli bəyanatla çıxış etməsinin səbəblərini anlamaq olar. Bu, böyük ehtimal ilə Ermənistan rəhbərliyinin hazırda ölkədəki daxili vəziyyətə reaksiyasına uyğundur”.
    Bu haqda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti şərhində bildirilib.
    Rəsmi Bakının şərhində daha sonra qeyd edilib:

    Muxalifet3 - 2-06-2019

  3. Azərbaycan Aralda geoloji kəşfiyyat işləri aparacaq

    2019-cu il ərzində Aralda geoloji kəşfiyyat layihəsinin kommersiya komponenti üzrə danışıqlar mümkündür.
    Bunu trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Özbəkistanda layihələr üzrə mayın 16-sı SOCAR, BP və "Özbəkneftqaz" SC arasında imzalanan razılaşmanın detalları haqqında danışarkən deyib.

    Muxalifet3 - 2-06-2019

  4. ​Azərbaycan şəhərində 2 tondan çox narkotik ələ keçirildi

    Bu gün İranın Qərbi Azərbaycan vilayətində polisin həyata keçirdiyi əməliyyat nəticəsində 2,1 ton narkotik vasitə müsadirə edilib.
    Muxalifet.az xəbər verir ki, İranda narkotik vasitələrin qaçaqmalçılığına qarşı geniş mübarizə başlayıb.
    Urmiya şəhərinin polis idarəsinin rəisi, general Şəmsəli Haqqveri jurnalistlərə bildirib ki, ilin əvvəlindən bu günə kimi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 129 adam həbs edilib, qaçaqmalçılıqla məşğul olan 20 qrup zərərsizləşdirilib.

    Muxalifet3 - 2-06-2019

  5. Avropada futbol həyəcanı nə vaxt başlayır? - Tarixlər

    Ötən gün keçirilən Çempionlar Liqası finalından sonra Avropada 2018-2019-cu il futbol mövsümü tam başa çatıb.
    Muxalifet.az xəbər verir ki, futbolsevərlər əsasən Avropanın 5 böyük çempionatında və Türkiyə Super Liqasında yeni mövsümün başlamasını böyük maraqla gözlədiklərini bildirirlər.
    Məlumata görə, ilk olaraq Fransa çempionatı 9 avqustda start götürəcək. Ayın 10-u İngiltərə, 16-sı Almaniya və Türkiyə liqası, 18-i İspaniya La Liqası, 24-ü isə İtaliya çempionatı başlayacaq.
     

    Muxalifet3 - 2-06-2019

  6. ​“Bir güllə ilə, neftin qiymətini 100 dollara qaldırarıq” – SENSASİON AÇIQLAMA

    İran və ABŞ arasında Fars körfəzində istənilən qarşıdurma neftin qiymətinin bir barrelə görə 100 dollardan çox artmasına səbəb olacaq.

    Muxalifet3 - 2-06-2019

  7. Xameneini təhqir edən jurnalistə hökm oxundu

    İranın Ali dini lideri Əli Xameneini təhqir etdiyinə görə həbs edilən jurnalist Məsud Kazımiyə hökm oxunub.
    Muxalifet.az xəbər verir ki, məhkəmə onu 4 il 6 ay həbs cəzasına məhkum edib.
    Məsud Kazıminin Xamenei və digər rəsmiləri təhqir etməkdə, eləcə də yalan danışmaqda ittiham edildiyi bildirilib.
     

    Muxalifet3 - 2-06-2019

  8. ABŞ-da erməni qruplaşması çökdürüldü: Saxta pasport...

    ABŞ-ın Los-Anceles şəhərinin polisi 9 ermənini bank fırıldağına görə həbs edib. Muxalifet.az-ın report-a istinadən məlumatına görə, hüquq-mühafizə orqanları tərəfindən irəli sürülən ittihamnamədə qeyd edilir ki, müttəhimlər başqa bank hesablarına qəbzləri yazmaq üçün dəyişdirilmiş pasportlarda göstərilmiş saxta adlarla açılmış bank hesablarından istifadə ediblər. Beləliklə, fırıldaqçılar "Bank of America"da 1,5 milyon dollardan çox pulu mənimsəmək üçün 331 erməni pasportundan istifadə ediblər.

    Muxalifet3 - 2-06-2019

  9. ​Bakıda ən çox maaş hansı rayonda verilir?

    Bu ilin yanvar-fevral aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 min 84 nəfər artaraq 716 min 74 nəfər olub.
    Muxalifet.az xəbər verir ki, bu ilin yanvar-mart aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 4,9% artaraq 817,3 manat olub.
    Bakı şəhərində rayonlar üzrə muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı yanvar-fevral aylarında aşağıdakı kimi olub.

    Muxalifet3 - 2-06-2019

  10. Tramp kraliçanı təhqir edib? - İddia

    Mən heç vaxt Susseks kraliçası Meqan Markı (İngiltərədə şahzadəsi Harrinin həyat yoldaşı) bədniyyət adlandırmamışam.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlanmasında deyib.
    O bildirib ki, bu, feyk(saxta) xəbərdir.
    Qeyd edək ki, “Vaşinqton Post Ekzaminer” bu barədə məlumat yaymışdı.
     

    Muxalifet3 - 2-06-2019

  11. ​Məşhur "vor-zakon" öldü - "Lotu Quli" onun yerinə keçir?

    Rusiyada azərbaycanlı avtoritet, Nadir Salifovun (Lotu Quli) rəsmi nümayəndəsi Vaqif Güləhməd oğlu Sultanov (Vaqif Kamışlovski adı ilə tanınan) 67 yaşında ölüb. Vaqif Kamışlovski Sverdlovsk vilayətinin şərqində uzun müddət oğru aləminin "nəzarətçi"si olub. Rusiya mətbuatı yazır ki, mərhumun qohumları onun nəşini Azərbaycana gətirib və burada dəfn ediblər. Mənbələrin bildirdiyinə görə, Vaqif Kamışlovskiy son zamanlar çox xəstə olub və heç kimi tanımırmış. Ancaq yaxınları və azərbaycanlı diasporası ümid edirlərmiş ki, o, bərpa olunacaq.

    Muxalifet - 2-06-2019

  12. Nazir "görkəmli şəxslər" siyahısına düşdü

    Nüfuzlu "Paddock Magazine" nəşri 2019-cu ildə "Formula 1" üzrə ən görkəmli 100 şəxsin adlarını açıqlayıb. Report-un məlumatına görə, siyahıya Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da düşüb. 80-ci sırada yer alan nazir "Formula 1" təqvimində ən yeni yarışın - Azərbaycan Qran-prisinin arxasında duran insan kimi təqdim olunub. Bildirilib ki, Azərbaycanın dünyada təmsil olunmaq üçün dürüst mandatı var. Amma 54 yaşlı funksioner ötən illə müqayisədə 3 pillə geriləyib. Siyahıda birinci yerdə "Formula 1" yarışlarını təşkil edən "Liberty Media"nın rəhbəri Çeyz Kerri qərarlaşıb.

    Muxalifet3 - 2-06-2019

  13. Jukovun büstü aşırıldı - FOTO

    Ukraynanın Xarkov şəhərində millətçilər SSRİ-nin marşalı Jukovun büstünü aşırıblar.
    Muxalifet.az xəbər verir ki, hadisə partiyalardan birinin piketi zamanı baş verib.
    İştirakçılar bir neçə saniyə ərzinə trosu büstün boğaz hissəsinə ataraq onu aşırıblar.
    Polis qüvvələri yaxınlıqda olub, gözyaşardıcı qazdan istifadə edərək millətçilərə mane olmağa çalışsa da, istəyinə çatmayıb.

    Muxalifet3 - 2-06-2019

  14. Sumqayıtda ağır qəza: Piyada öldü

    Sumqayıtda şəhər marşrutu üzrə hərəkət edən sərnişin avtobusu qəza törədib. Hadisə şəhərin Səməd Vurğun küçəsində, 4 nömrəli şəhər xəstəxanasının qarşısında baş verib.
    Sumqayıt şəhər Polis İdarəsindən azərtac-a bildirilib ki, yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Müseyibov Ramil Abdulla oğlunu Samir Cəbrayılovun idarə etdiyi “50 AE 675” dövlət nömrə nişanlı 30 nömrəli marşrut avtobusu vurub.
    Nəticədə ağır bədən xəsarətləri alan piyada dünyasını dəyişib.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 2-06-2019

  15. Sənədsiz evlərlə bağlı əhaliyə MÜHÜM XƏBƏR! - VİDEO

    sənədsiz evlər problemi necə həll ediləcək? - Ekspert hökümətə bir sıra təkliflər verib
     

    Muxalifet3 - 2-06-2019

  16. Ramazanın 29-cu günü: İmsak və iftar vaxtları

    Sabah Ramazan ayının 29-cu günüdür.
    Muxalifet.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda iyunun 3-də imsak saat 03:23-də, iftar isə saat 20:22-dədir.
    Ramazan ayının 29-cu gününün duası:
    "Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin".
    Tərcüməsi:

    Muxalifet3 - 2-06-2019

  17. Türk nazirin helikopteri təcili eniş etdi – Səbəb

    Türkiyə Daxili İşlər naziri Süleyman Soylunun helikopteri Bursa şəhərinin Gemlik mahalına təcili eniş edib.
    Muxalifet.az xəbər verir ki, nazirin helikopterinin əlverişsiz hava şəraitinə görə eniş etdiyi bildirilib.
    Mahaldakı Borusan limanına enən Süleyman Soylu avtomobillə İstanbula gedib.
     

    Muxalifet3 - 2-06-2019

  18. Madrid əsl cəhənnəm idi, Bakı isə... - İngilis ekspert

    Bakı uzaq olsa da, oradakı matçın təşkili əla idi.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İngiltərənin məşhur futbol ekspertlərindən olan Brayan Uirli BBC-yə açıqlamasında deyib.

    Muxalifet3 - 2-06-2019

  19. ​Azərbaycanda vəkilin polis idarəsində döyülməsinə sərt reaksiya – HƏMKARLARI ETİRAZA QALXDI

    Vəkil Orxan Kəngərli Bakının Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsində döyülüb və saxlanılıb. Bu barədə şənbə günü bir neçə vəkil bildirib. "4-cü polis bölməsi tərəfindən vəkil həmkarıma qarşı edilmiş qanunsuzluğu şiddətlə qınayıram. Tələb edirəm ki, vəkili müdafiə vəzifəsini yerinə yetirdiyinə görə həbs edən, ona qarşı zorakılıq edənlər barəsində dərhal cinayət işi başlanılsın və barələrində həbs qətimkan tədbiri seçilsin. Hörmətli sədr Anar Bağırovun (Vəkillər Kollegiyası) gərəkən addımları atacağına əminəm", - vəkil Elçin Sadıqov Facebook səhifəsind yazıb.

    Muxalifet4 - 2-06-2019

  20. İslamı qəbul edən məşhur müğənni: Türklər...

    Türklər belə bir ölkəyə sahib olduqları üçün çox şanslıdırlar.
    Muxalifet.az xəbər verir ki, bu sözləri məşhur ABŞ müğənnisi Della Mayls deyib.
    “İslam dinini dərk etməyimdə Türkiyənin böyük rolu olub. Buradakı islam təcrübəsi çox güclü və sağlamdır. Türk insanı Quran əxlaqına uyğun həyat sürür”, - o bildirib.
    Müğənni həmçinin qeyd edib ki, mart ayında Zelandiyada iki məsciddə törədilən dəhşətli teraktdan sonra islam dinini qəbul edib.
     

    Muxalifet3 - 2-06-2019

Pages