Axtarış
The search found 105785 results in 0.095 seconds.
Search results
Suriyada bu ay nə qədər uşaq öldürülüb?
Suriyada ötən ay 416 mülki vətəndaş ölkədə gedən müharibə nəticəsində öldürülüb.
Muxalifet.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Təşkilatı (SİHT) yayıb. Məlumata görə, bu ay qarşıdurmalarda ölənlərdən 62-si qadın, 107-si isə uşaq olub.
Təşkilat bu ilin yanvarında 197, fevralında 246, martında 334, mayında isə 416 mülki vətəndaşın öldüyünü bildirərək ümumilikdə bu ilin ilk 5 ayında Suriyada 1 min 517 dinc sakinin öldürüldüyünü bildirib.
Muxalifet3 - 1-06-2019
Bəhramı metrodan qovdular - Video
“Planet Parni iz Baku” komandasının üzvləri xalq artisti Nazpəri Dostəliyevanın “Sənətkar metroya, avtobusa minməz” sözlərinə dərhal reaksiya verib. Muxalifet.az xəbər verir ki, əməkdar artistlər Tahir İmanov və Bəhram Bağırzadənin iştirakı ilə video-çarx hazırlanıb. Videoda B.Bağırzadənin sənətkar olduğu üçün metroya buraxılmadığı əks olunub. Qeyd edək ki, bir neçə gün əvvəl xalq artisti Nazpəri Dostəliyeva ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində ictimai nəqliyyatın sənətkar üçün olmadığını demişdi.
Muxalifet3 - 1-06-2019
Azərbaycanda sel: 31 nəfər həlak oldu...
İranda baş verən təbii fəlakətlərə görə son 3 gün ərzində 31 nəfər həlak olub, 71 nəfər yaralanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə İran Təcili Yardım İdarəsinin sözçüsü Müçtəba Xalidi məlumat verib. O, insanların 29-31 may tarixlərində ildırım vurması, tufan, sel fəlakətlərindən zərər çəkdiyini bildirib.
Xalidi İranın Ərdəbil, Qərbi və Şərqi Azərbaycan, Zəncan, Xorasan, Kürdüstan, Xuzistan və digər əyalətlərində 6 nəfərin sel, 25 nəfərin isə ildırım vurması nəticəsində dünyasını dəyişdiyini söyləyib.
Muxalifet3 - 1-06-2019
Ramazanın 28-ci günü: İmsak və iftar vaxtı...
Sabah Ramazan ayının 28-ci günüdür.
Muxalifet.Az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda iyunun 2-də imsak saat 03:24-də, iftar isə saat 20:21-dədir.
Ramazan ayının 28-ci gününün duası:
"Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin".
Tərcüməsi:Muxalifet3 - 1-06-2019
Qarabağda keçirilən futbol yarışına Bakıdan SƏRT REAKSİYA
Ölkəmizin işğal olunmuş ərazilərində keçirilən, hər hansı rəsmi futbol assosiasiyası tərəfindən tanınmayan və öz sıralarında qeyri-legitim qurumları bir araya gətirən “konfederasiya”nın təşkil etdiyi oyunlar futbolun parodiyasından başqa bir şey deyildir.
Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ ərazisində “müstəqil futbol assosiasiyaları konfederasiyası”nın (conifa) futbol oyununun keçirilməsi ilə bağlı suala cavabında deyib.Muxalifet3 - 1-06-2019
Ordumuz üçün 100 milyon manatdan çox pul toplandı
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı bəlli olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu il iyunun 1-dək fonda 99.845.168,79 AZN, 213.577,88 ABŞ dolları, 16.636,0 avro və 5000,0 rubl vəsait daxil olub.
Qeyd edək ki, Silahlı Qüvvələrin Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.
Muxalifet3 - 1-06-2019
ABŞ Çinə yeni vergi sistemini tətbiq etdi
ABŞ bu gündən etibarən Çindən ölkəyə idxal edilən mallara 25 faizlik gömrük vergisini tətbiq edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnik yayıb.
Trampın Çindən gələn malların gömrük vergisinin qaldırılması məqsədilə verdiyi qərar bu gündən qüvvəyə minib.
Qeyd edək ki, ABŞ Çindən malların əvvəlki qayda ilə, yəni 10 faizlik gömrük vergisilə idxal edilməsi üçün iyunun 1-ə kimi vaxt vermişdi.
Muxalifet3 - 1-06-2019
Erməni lobbisi dünyada terrorizmi necə idarə edir... – İRAN VƏ ERMƏNİSTANIN SENSASİON İŞBİRLİYİ / Dəhşətli faktlar
ABŞ və Qərb İrana embarqo tətbiq edibsə, İrəvan və Xankəndindəki ofşor şirkətləri nəzarətə almalıdır Ötən ilin sonlarında ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton öncə Rusiyaya, sonra da Cənubi Qafqaza səfəri etmişdi. Əslində ABŞ D. Trampın müşavirinin bu səfəri gələcəkdə bölgədə baş verəcək proseslərə önəm verdiyinin göstəricisi demək idi. Bu, həm də regionda müttəfiqlərini müəyyən etməyə hesablanmış addımlardan biri demək idi.
Muxalifet4 - 2-06-2019
Paşinyana ad günü "sürprizi" - İSTEFASI TƏLƏB OLUNDU: "Yalanın doğumu!"
Ermənistan polisi ölkənin müxtəlif şəhərlərində şənbə günü 14 nəfərin saxlanıldığı haqqında sosial şəbəkələr və KİV-lərdə yayılan məlumatı təsdiq edib. Daha əvvəl sosial şəbəkələrdə və yerli informasiya vasitələrində Ermənistan paytaxtı və başqa şəhərlərində "#SutNikol" və "#StiTsnund" ("yalançı Nikol" və "yalanın doğumu" kimi tərcümə olunan) həştəqlər altında vətəndaş aksiyaları keçirən "Adekvad" hərəkatının 29 üzvünün həbs olunduğu haqqında məlumat yayılmışdı. Hərəkatın Facebook səhifəsində dərc edilmiş məlumata görə, aksiyada 80-dən çox fəal iştirak edib.
Muxalifet4 - 2-06-2019
4 yaşlı uşaqdan İNANILMAZ HƏRƏKƏT – Dünya rekordunu təzələdi / VİDEO
Rubik kubunu gözü bağlı halda cəmi 28,73 saniyəyə yığan Sakthive Hindistanın Limka Dünya
Rekordları kitabının ən gənc rekordçusu olub.Lakin 4 yaşlı oğlanın qeyri-rəsmi rekord vaxtı 9 saniyənin altındadır.
Muxalifet4 - 2-06-2019
ŞOK: Azərbaycanda vəkil polis idarəsində döyüldü və... – VƏKİLLƏR KOLLEGİYASI HƏRƏKƏTƏ KEÇDİ, DİN İSƏ...
Vəkillər adını açıqlamadıqları bir həmkarlarının Binəqədi Rayonu Polis İdarəsinin 4-cü Polis Bölməsində zorakılığa məruz qalması barədə məlumat yayıblar. Sosial şəbəklərdə yayılan bu məlumatda qeyd edilir ki, müdafiə etdiyi şəxslə görüşməkdən ötrü bölməyə baş çəkən vəkil orada döyülüb və müvəkkilinin saxlandığı kameraya salınıb.
Muxalifet4 - 2-06-2019
İRAN ABŞ-la MÜHARİBƏDƏN QORXARAQ GERİ ÇƏKİLDİ – Tehranın nüvə sazişinə riayət etdiyi açıqlandı...
BMT-nin nüvə nəzarət təşkilatı cümə günü bildirib ki, İran 2015-ci ildə imzalanan sazişə əsasən məhdudiyyətlərə riayət edir. Bununla bərabər, ölkənin zənginləşdirilmiş uran və ağır su ehtiyatı artmaqdadır.
Üzv ölkələrə təqdim edilmiş və Associated Press agentliyinin gördüyü məxfi rüblük hesabatda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik qeyd edir ki, İran əsas məhdudiyyətlər çərçivəsindən kənara çıxmayıb.
Muxalifet4 - 2-06-2019
Bulvarda 2 gənc özünü dənizə atıb, biri boğulub
Dənizkənarı Milli Park ərazisində 2 nəfər özünü dənizə atıb.
ONA xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda 2 nəfərin dənizə düşməsi barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri suya düşmüş şəxslərdən birini xilas edib, digərinin isə meyitini (şəxsiyyəti dəqiqləşdirilir) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Muxalifet4 - 2-06-2019
Tələbə qız özünü asdı - İNTİHAR SƏBƏBİ...
Samuxda tələbə qız intihar edib. Hadisə rayonun Eldar kəndində qeydə alınıb. Kənd sakini, 2000-cı il təvəllüdlü Bəsti Yasin qızı Allahverdiyeva özünü yaşadığı evin çardağından asaraq intihar edib. Onun 2-ci kurs tələbəsi olduğu bildirilir. Meyit müayinə üçün tibbi ekspertizaya aparılıb. Onun hansı səbəbdən intihar etdiyi hələki məlum deyil. Faktla bağlı araşdırma aparılır./report
Muxalifet4 - 2-06-2019
Azərbaycanlı “qanuni oğru”ları FETÖ idarə edirmiş... – SENSASİON FAKTLAR
“Son 10 ildə kriminal dünyanın liderlərinin Türkiyədə məskunlaşması təsadüfi deyil”
Muxalifet4 - 2-06-2019
"Soldan birinci küçə" təqdim edildi - FOTOLAR
İyunun 1-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə AYB-nin üzvü, Prezident təqaüdçüsü, şairə Xəyalə Sevilin "Zirvə" Tədris Mərkəzinin "ZirvəKitab" layihəsi çərçivəsində çap olunan "Soldan birinci küçə" adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Muxalifet4 - 2-06-2019
Çempionlar Liqası qalibi məlum oldu
Çempionlar Liqasının finalında "Tottenhem" və "Liverpul" üz-üzə gəlib.
Muxalifet.az xəbər verir ki, "Liverpul" 2:0 hesabı ilə qələbə qazanaraq Çempionlar Liqasının qalibi olub.23:15
"Tottenhem" və "Liverpul"arasında Çempionlar Liqasının final oyununda hesab erkən açılıb.
Matçın 1-ci dəqiqəsində təyin olunmuş penaltini "Liverpul"un hücumçusu Məhəmməd Salah dəqiq zərbə ilə qola çevirib.Muxalifet - 2-06-2019
Donbas Ukraynaya nə qədər zərər vurub?
Donbas konfliktinə görə Ukraynada 2013-2017-ci illər arasında ümumdaxili məhsulun adam başına düşən göstəricisi 15% azalıb.
bu məlumatı Almaniya İqtisadi Tədqiqatlar İnstitutu yayıb
Belə ki, konfliktin daha çox sənayeyə zərbə vurduğu bildirilib. Bununla belə təşkilat iqtisadiyyatın zəifləməsinə əsas səbəb kimi müharibədən sonra artan miqrasiyanı göstərib./AxarMuxalifet - 2-06-2019
Türk əsgərləri terrorçuların “hininə” girdi – BEŞMƏRTƏBƏLİ MAĞARALARDA NƏLƏR VARDI...
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pençe hərəkatı” antiterror əməliyyatı nəticəsində bölgədəki terrorçu qruplara daha bir ağır zərbə vurulub. Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsi xəbər yayıb. Xəbərdə deyilir ki, aviasiya zərbələrindən sonra hərbiçilər terrorçulara məxsus 3 mərtəbə və 5 bölmədən ibarət əllə qazılmış mağara, həmçinin 5 sığınacaq aşkarlayıblar. Aşkar edilən yerlərdə terrorçulara məxsus külli miqdarda ləvazimat, silah-sursat ələ keçirilib.
Muxalifet4 - 2-06-2019
Bakı və Madriddəki final oyunlarının müqayisəsi: Həbs olunan azarkeşlər, bara hücum edən polislər, saxta bilet satanlar...
İspaniyanın paytaxtı Madriddə yerləşən "Vanda Metropolitano" stadionunda İngiltərənin "Tottenhem" və "Liverpul" komandaları arasında Çempionlar Liqasının final oyunu keçirildi. Rəqibinə 2-0 hesabı ilə qalib gələn “Liverpul” 14 ildən sonra yenidən Çempionlar Liqasının qalibi oldu.
Mayın 29-da isə Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalında “Arsenal” ilə “Çelsi” üz-üzə gəldi. Həmin oyun isə 4-1 hesabı ilə “Çelsi”nin qələbəsi ilə başa çatdı.
Muxalifet4 - 2-06-2019