Axtarış

The search found 105785 results in 0.113 seconds.

Search results

  1. İranın ABŞ-dan etdiyi tələb hər kəsi HEYRƏTLƏNDİRDİ

    ABŞ müzakirə təklif etmədən öncə İrana verdiyi zərərləri ödəməlidir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxani deyib.
    O bildirib ki, ABŞ müzakirəyə layiq deyil:
    “ABŞ müzakirələri təzyiq və psixoloji müharibə prosesinin bir parçası olaraq görür. Problemləri həll etmək üçün deyil...”, - deyə Şamxani qeyd edib.
     

    Muxalifet3 - 31-05-2019

  2. Azərbaycan qılıncoynadanı Avropa çempionu oldu

    Azərbaycan təmsilçisi Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək qılıncoynadanlar arasında Avropa çempionatının qalibi olub. Muxalifet.az-ın məlumatına görə, sablyaçı final görüşündə italiyalı Lusia Lukarinini məğlub edərək qızıl medal qazanıb. O, həlledici dueldə rəqibini 15:12 hesabı ilə üstələyib.

    Muxalifet3 - 31-05-2019

  3. Çin "Huavey"in qisasını belə aldı

    Çinin Ticarət Nazirliyi bir sıra ABŞ məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarını 25 faiz artırıb.
    Muxalifet.az xəbər verir ki, 1 iyundan etibarən ABŞ-dan gətirilən parfüm məmulatları, musiqi alətləri və bir sıra içki məhsullarına göstərilən rüsum senzi tətbiq ediləcək.
    Nazirlik həmçinin ABŞ-ın bir sıra şirkət, qrup və təşkilatlarının Çin şirkətlərinin mənafeyinə zərər verdiyini əsas gətirərək qara siyahıya salacaq.
    Ehtimal edilir ki, Pekinin bu qərarı ABŞ-ın “Huavey”i qara siyahıya salması ilə əlaqəlidir.
     

    Muxalifet3 - 31-05-2019

  4. Ov mövsümü başladı: Hansı heyvanları ovlamaq olar?

    Azərbaycan Respublikası ərazisində 2019-2020-ci illərin ov mövsümü 01 iyun tarixindən etibarən açıq elan edilir.
    Muxalifet.az xəbər verir ki, ov qaydaları, mövcud tələblər, ovu qadağan olunmuş növlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ovçuluğa Dövlət Nəzarəti Xidmətinin rəisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
    Hər il ov mövsümü mayın ayının sonu iyunun əvvəli açıq elan edilir, niyə ov mövsümü məhz bu tarixdə açılır?

    Muxalifet3 - 31-05-2019

  5. Tvitterdən millətçi liderə zərbə: hesabı bağlandı

    Hollandiyanın millətçi Azadlıq Partiyasının lideri Gert Vildersin Tvitter hesabı bağlanılıb.
    Muxalifet.az xəbər verir ki, partiya liderinin ekstermist, rasist tvitləri səbəbindən sosial şəbəkə administrasiyası belə qərar verib.
    Xüsusilə Vildersin “Demokratlar 66” və “Müsəlman köçü” partiyaları haqqında yazdığı fikirlər birmənalı olaraq qəbuledilməz sayılıb.
    Qeyd edək ki, G.Vilders İslam əleyhinə çağırışıları ilə tanınan avropalı siyasətçilərdəndir.
     

    Muxalifet3 - 31-05-2019

  6. "Şəhidimiz varsa, olacaqlar bizim problemimiz deyil...” - Şok AÇIQLAMA

    Dünən Azərbaycan Ordusunun hərbi qulluqçusu, tabor komandiri, mayor Omarov Aqil Akif oğlu erməni tərəfinin açdığı snayper atəşi nəticəsində şəhid olub. Maraqlıdır ki, hadisə ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda baş verib. Tabor komandirinin şəhid olması cəmiyyət tərəfindən aqressiya ilə qarşılanıb və "düşmənin mövqeləri məhv edilməlidir” tələbləri səsləndirilib. Cəbhədə atəşkəsin pozulması minimum həddə olduğu bir zamanda tabor komandirinin vurulması birmənalı qarşılanmır.

    Muxalifet3 - 31-05-2019

  7. Millət vəkilindən şəhid zabitimizlə bağlı ÇAĞIRIŞ

    Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə Ağdam rayonu istiqamətində işğalçı Ermənistanın Silahlı Qüvvələri bölmələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlundan danışıb. Muxalifet.az xəbər verir ki, millət vəkili hərbi qulluqçumuza Allahdan rəhmət, ailəsi və yaxınlarına səbir diləyib.

    Muxalifet3 - 31-05-2019

  8. ​4 yaşında 1-ci sinifə gedən qız imtahanda 130 bal topladı

    Bakı Dövlət Universitetinin (BDU) 4-cü kurs tələbəsi Nigar Veysəlova magistraturaya keçirilən qəbul imtahanlarının iki mərhələsində, ümumilikdə, 130 bal toplayıb.
    Bu barədə report -a N.Veysəlova özü məlumat verib.

    Muxalifet3 - 31-05-2019

  9. ​ABŞ Hindistanı qorxudur - S-400 danışıqları

     Dehlinin S-400 sistemlərini alması ABŞ və Hindistanın hərbi-texniki əməkdaşlığını ciddi şəkildə zədələyə bilər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsi deyib.
    “Bu, çox ciddi məsələdir. Yüksək texnologiyalar sahəsindəki gələcək əməkdaşlığa mane olacaq”, - deyə diplomat bildirib.
    ABŞ rəsmisi qeyd edib ki, Dehli-Vaşinqton arasında yaşanacaq hər hansı xoşagəlməzlik S-400-lə bağlı ortaya çıxmış Türkiyə-ABŞ münasibətlərindən xeyli dərəcədə fərqlənəcək.

    Muxalifet3 - 31-05-2019

  10. ​Bakıya kəpənəklər Rusiyadan gəlib? - Həştərxan vilayətini həşəratlar basıb

    Son günlər Rusiyanın Həştərxan vilayətini kəpənəklər basıb. Bu həşəratlara hər yerdə rast gəlmək mümkündür: magistrallarda, şəhər mərkəzində və şəhərdən kənarda. Bu kəpənəklərin əksəriyyəti portağal və açıq boz rəngindədir.
    Alimlər deyir ki, son 15 il ərzində bu bölgədə belə hal müşahidə edilməyib. Ekspertlərin sözlərinə görə, bu həşəratların qeyri-adi aktivliyinin səbəbi yağıntının az olmasıdır.

    Muxalifet4 - 31-05-2019

  11. Andjey Dudanın Azərbaycana rəsmi səfəri başa çatdı - Foto

    Polşa Respublikasının Prezidenti Andjey Dudanın Azərbaycana rəsmi səfəri başa çatıb.
    Muxalifet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
    Polşa Prezidenti Andjey Dudanı hava limanında Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar.
     

    Muxalifet3 - 31-05-2019

  12. ​Ramazanın 27-ci günü: İmsak və iftar vaxtları

    Sabah Ramazan ayının 27-ci günüdür.
    Muxalifet.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda iyunun 1-də imsak saat 03:24-də, iftar isə saat 20:21-dədir.
    Ramazan ayının 27-ci gününün duası:
    "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin".
    Tərcüməsi:

    Muxalifet3 - 31-05-2019

  13. ​Argentinaya uçan təyyarə burulğana düşdü: xəsarət alanlar var

    Perudan Argentinaya uçan sərnişin təyyarəsi burulğana düşüb.
    Muxalifet.az xəbər verir ki, "Avianka" hava yolu şirkətinə məxsus təyyarənin burulğana düşməsi nəticəsində ən azı 15 nəfərin xəsarət aldığı bildirilib.
    Daha sonra təyyarə Buenos-Ayresə uğurla enə bilib.
     

    Muxalifet3 - 31-05-2019

  14. ABŞ-da silahlı hücum! Çox sayda ölü və yaralı var

    ABŞ-ın Virginia əyalətinin Virginia Beach  şəhərində bələdiyyə binasına təşkil edilən silahlı hücumda 11 adam həyatını  itirib, 6 adam yaralanıb.
     
    Amerikan mətbuatına əks olunan xəbərlərə görə, Virginia Beach  Bələdiyyəsinin bir işçisi günortadan sonra bələdiyyə binasına girərək hər tərəfə atəş açmağa başlayıb.
    Polis şefi Ceyms Cervera jurnalistlərə etdiyi açıqlamada, hücumda 11  adamın həyatını itirdiyini, 6 adamın yaralandığını bəyan edib.
    Carvera təcavüzkarın da ölü ələ keçərildiyini ifadə edib.
    Müxalifət.az

    Muxalifet3 - 1-06-2019

  15. ABŞ-da Tramp üçün sorğu anketi: Yenidən seçilə biləcəkmi?

    ABŞ prezidenti Donald Trampın ictimaiyyətdəki dəstək nisbətinin son iki ilin ən yüksək səviyyəsinə çıxdığı ifadə edilib.
     
    “Harvard CAPS/Harris Pol” adlı araşdırma şirkəti ölkədə 2020 prezident seçkiləri yaxınlaşarkən, Trampın Amerikan ictimaiyyətindəki dəstək nisbəti ilə bağlı hesabat hazırlayıb.
    Seçicilərin 48 faizinin Trampın etdiyi işləri bəyəndiyi, 52 faizinin isə əleyhinə çıxdığı ifadə edilən hesabatda, bu səviyyənin iyun 2017-dən bəri görülən ən yüksək dəstək nisbəti olduğu qeyd edilib.

    Muxalifet3 - 1-06-2019

  16. ABŞ geri çəkilməyə başladı: Rus ekspertdən analiz

    Rusiyanın Hərbi Müdafiə Təşkilatının eksperti Viktor Muraxovski ABŞ-ın Türkiyə ilə S-400 məsələsində ortaq komissiya qurulması ilə bağlı etdiyi qiymətləndirmədə, "Mənzərəyə baxılsa, ABŞ geri çəkilməyə başladı və indi özlərinin yaratdığı bu çətin vəziyyətdə imiclərini qorumağa çalışırlar" deyib.
     
    Rus ekspert Muraxovski ABŞ-ın Türkiyənin ortaq S-400 işçi qrupu təklifinə müsbət baxmasının bu alışı qəbul etdiyi, amma imicinin korlanmasını istəmədiyini göstərdiyini ifadə edib.

    Muxalifet3 - 1-06-2019

  17. Bu gün Çempionlar Liqasının qalibi müəyyənləşir

    Bu gün Çempionlar Liqasında 2018-2019-cu il mövsümünün qalibi müəyyənləşəcək.
    Final İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda İngiltərənin "Tottenhem” və "Liverpul" klubları arasında baş tutacaq.
    Matç Bakı vaxtı ilə saat 23:00-da başalayacaq. 
    Qeyd edək ki, "Liverpul” ÇL-də iştirakçısı olduğu 8 finaldan 5-də qalib gəlib. "Tottenhem" isə tarixində ilk dəfə Avropanin ən ali futbol turnirinin finalına vəsiqə qazanıb.

    Muxalifet - 1-06-2019

  18. Pentaqon S-400 məsələsində Trampa qarşı çıxdı

    ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin S-400-lər mövzusunda ortaq işçi qrupu təklifinə qarşı olduqlarını açıqlayıb.
     
    S-400-lərin Türkiyəyə təhvil verilməsi mövzusunda tarix yaxınlaşıb. Artıq Rus heyətin təlim üçün Türkiyəyə gəlməsinə qısa bir zaman qalmışkən, ABŞ-ın bu mövzudakı əks mövqeyi hələ də davam edir.
    Türkiyənin etidallı davranışına baxmayaraq S-400-lər mövzusunda mənfi fikirini davam etdirən ABŞ-dan ortaq işçi qrupu üçün də “yox” cavabı gəlib.
     
    PENTAQON ORTAQ QRUPA QARŞIDIR
     

    Muxalifet3 - 1-06-2019

  19. Müqəddəs günün əməlləri: bayram namazı və fitrə zəkatı

    Namaz nə vaxt qılınacaq, fitrə necə çıxarılacaq?.. Mübarək Ramazan ayının son günlərini yaşamaqdayıq. Nazirlər Kabinetinin qərarına görə, iyun ayının 5-i və 6-sı Ramazan bayramı qeyd olunacaq. Möminlər isə bayram günü yeni ayın görünməsi ilə müəyyən edəcəklər. Ramazan bayramının özünəməxsus əməlləri var ki, bunlardan ən əsası bayram namazı və Fitrə zəkatıdır. Məhz buna görə Ramazan bayramına Fitr bayramı da deyilir. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən mayın 30-da Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.

    Muxalifet - 1-06-2019

  20. ​Evdən çıxıb, qayıtmadı - 15 yaşlı oğlan AXTARILIR

    Bakıda 15 yaşlı oğlan itkin düşüb.
    Muxalifet.az-ın “Trend”ə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Məmmədli Rəhman Mehman oğlu mayın 30-da yaşadığı evdən çıxaraq itkin düşüb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 1-06-2019

Pages