Axtarış
The search found 105785 results in 0.042 seconds.
Search results
Cahangir Əsgərovun yaratdığı monopoliya – AZAL-dakı qiymətlərə hamı etiraz edir
Son zamanlar ölkəmizə səfər edən turistlər Gürcüstanın Tbilisi və Kutaisi şəhərlərinə təyyarə ilə gələrək, oradan da Bakıya avtobusla gəlirlər. Səbəb isə Bakıya AZAL ("Azərbaycan Hava Yolları”) biletlərinin baha olmasıdır. Görəsən, turizm mövsümündə bu qiymətləri monopoliyadan çıxarmaq mümkün deyilmi? Muxalifet.az xəbər verir ki, məsələ ilə bağlı cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Elçin Bayramlı bildirib ki, aviabiletlərin qiymətlərində azalma müşahidə olunmayacaq: "AZAL mövcud olduğu müddətcə bu qiymətləri monopoliyadan çıxarmaq mümkün deyil və mümkün olmayacaq.
Muxalifet - 1-06-2019
Çevrilişçi general Sisi arxasını Kəbəyə, qibləsini İsrailə döndü
Səudiyyə Ərəbistanının kralı Salmanın qonağı olaraq Məkkədə təşkil edilən İslam Əməkdaşlıq Təşkilatı zirvəsinə qatılan Misirin çevrilişçi lideri Sisi ümrə ziyarətində iştirak edib. Sisinin ümrədə verdiyi poza isə olduqca mübahisə yaradıb.
Hərəmə gedərək təvaf edən Sisinin Kəbədə verdiyi poza çox mübahisəyə səbəb olub.Muxalifet3 - 1-06-2019
GÖMRÜK KOMİTƏSİ KARQO ŞİRKƏTLƏRİLƏ ƏLBİRDİR? – “Nədən bizi karqoların qucağına atdılar?…”
Azərbaycanda uzun illər biznes subyektlərinin ən ağrılı yeri olan vergi və gömrük orqanlarının fəaliyyətində dönüş yaradılmasının əhəmiyyətini xüsusi vurğulamağa ehtiyac yoxdur. İnsafən hər iki orqanda, xüsusilə də vergi sistemində əhəmiyyətli dəyişikliklərin olduğu, sahibkarların nisbətən rahat nəfəs almağa başladığı müşahidə olunur.
Muxalifet - 1-06-2019
ABŞ kəşfiyyatı bilir ki, İrana qarşı müharibəyə başlayarsa... - DƏHŞƏTLİ XƏBƏRDARLIQ
İranla müharibə başlanacağı halda, Donald Tramp növbəti seçkiləri uduzacaq.
“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Livanın “Hizbullah” təşkilatının lideri Həsən Həsrullah “Qüds Günü” ilə bağlı keçirilən tədbirdə bildirib.
“Əgər ABŞ İrana qarşı müharibəyə başlayarsa, neftin qiymətləri ağlasığmaz olacaq və Tramp Amerika seçkilərini uduzacaq. Müharibə halında ABŞ-ın bütün gücləri və maraqları zərər çəkəcək”, - o deyib.Muxalifet - 1-06-2019
PKK terrorçuları bir-birinə düşdü
Amanoslarda çöküş yaşayan PKK-lı terrorçular bir birini qırmağa başlayıb. PKK-nın Amanos üzrə məsulu onu tənqid edən PKK terrorçubaşına "Ratsiyadan səs-küy edirsən. Ürəyin varsa, sən çıx Türk əsgərinin qarşısına" deyib.
PKK-nın Suriyadan keçiş üçün istifadə etdiyi Amanoslarda son 18 ayda aralarında sahənin məsulu Seyithan Sinet-in də olduğu 59 terrorçu məhv edilib. Verilən bu ağır itkilər isə təşkilatın Kandildəki terrorçubaşları ilə bölgədəki digər terrorçular arasına nifaq salıb.Muxalifet3 - 1-06-2019
Elton metroya minib, NAZPƏRİNİ TƏNQİD ETDİ: "deyəsən unutmusunuz”
Xalq artisti Nazpəri Dostəliyevanın “Metro və avtobus” sənətçilər üçün deyil sözləri həmkarı Elton Hüseynəliyevin qınağına səbəb olub. İfaçı əvvəlcə həyat yoldaşı Tamilla Hüseynəliyeva ilə olan fotosunu paylaşaraq “Sadəlik avtobusa minmək deyil, hər an, hər dəqiqə tərbiyəni və özünü unutmamaqdır. Sadələrə eşq olsun” sözlərini yazıb. Müğənni bununla da kifayətlənməyib, başqa bir paylaşımında Nazpərinin fikirlərini mənasız adlandırıb: “Nazpəri Dostəliyeva siz çox səhv və mənasız fikir irəli sürmüsünüz, təəssüf... Sənətkarın sənəti zirvədə olmalıdır, evinin damı, maşınının qiyməti yox.
Muxalifet - 1-06-2019
Arif Əsgərovdan baldızına hədə - “Uşaqlarını həbsdə çürüdəcəyəm”
Lətifə Hüseynova: “İbtidai istintaqda da, məhkəmələrdə də imkan vermədi ki, həqiqət, uşaqların günahsızlığı üzə çıxsın”
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərov baldızına hədə dolu mesajlar yollayır. Sabiq baş dəmiryolçu baldızına övladları Emin və Rahib Hüseynovları uzun müddət həbsdə saxlatdıracağını çatdırır.
Muxalifet - 1-06-2019
Tramp prezidentliyə namizədliyini açıqlayacaq
ABŞ prezidenti Donald Tramp 2020-də keçiriləcək prezident seçkilərində yenidən namizəd olacağını bəyan edib.
Tramp 2020 prezident seçkilərində namizəd olacağını Twitter hesabından bəyan edib.
Tramp açıqlamasında, "İkinci dövr prezidentlik üçün yarışacağımı 18 iyunda birinci ledi Melania Tramp, vitse prezident Mayk Pense və həyat yoldaşı Karen Pens ilə birgə Florudanın Orlando şəhərində elan edəcəyəm. 20 min şəxsin iştirak edəcəyi Amway Centerdə ediləcək tarixi görüşmədə bizə qatılın" deyə qeyd edib.
Muxalifet3 - 1-06-2019
SON DƏQİQƏ: Ardarda iki güclü zəlzələ baş verdi
İranda şiddətli yeraltı təkanlar qeydə alınıb.
Ölkənin cənub-qərbində yerləşən Xuzistan əyalətində 4,2 bal gücündə zəlzələ baş verib.
Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:04-də Yerin 16 kilometr dərinliyində qeydə alınıb.
Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.
Digər güclü zəlzələ isə Yunanıstanda baş verib.
Florina şəhəri yaxınlığında 5,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.Muxalifet - 1-06-2019
Bu ay 5 gün iş olmayacaq
İyun ayının qeyri-iş günləri açıqlanıb. Muxalifet.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 5, 6 iyun – Ramazan bayramı, 15 İyun – Milli Qurtuluş günü və 26 İyun –Silahlı Qüvvələr günü qeyri-iş günləri hesab ediləcək. 15 İyun – Milli Qurtuluş günü həftənin şənbə gününə düşdüyündən, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin qərarına əsasən 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 17 iyun istirahət günüdür.
Muxalifet - 1-06-2019
Saatlıda özünü yandıran qadın Bakıda öldü
Saatlıda üzərinə benzin tökərək yandıran qadın dünyasını dəyişib.
Oxu.Az-ın məlumatına görə, 1946-cı il təvəllüdlü Muradova Umleyla Allahqulu qızı müalicə üçün Bakı xəstəxanalarından birinə göndərilsə də, onun həyatını xilas etmək olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, hadisə Saatlı rayonunun Dədə Qorqud kəndində baş verib.
U.Muradova üstünə benzin tökərək özünü yandırmaqla intihar etmək istəyib.
Ətrafdakı adamların müdaxiləsi sayəsində yanğın söndürülüb və qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Muxalifet - 1-06-2019
Rövşən Lənkəranskinin indiyə qədər yayılmayan VİDEOSU üzə çıxdı
Son günlər kriminal avtoritet Rövşən Lənkəranski yenidən mətbuatın gündəminə gəlib. Sosial şəbəkələrdə R.Lənkəranskinin məzarı başında ona bənzəyən şəxsin fotosunun yayılması sosial medianı çalxalayıb. Bir çox istifadəçilər bunun Lənkəranskinin özünün olduğunu iddia ediblər.
Muxalifet - 1-06-2019
“Pəncə” Hərəkatında daha 3 terrorçu öldürüldü
İraqın şimalında davam edən “Pəncə” Hərəkatında daha 3 terrorçu məhv edilib. Hərəkatda öldürülən terrorçu sayı 22-yə yüksəlib.
Müxalifət.azMuxalifet3 - 1-06-2019
Nazirdən qadınlara BÖYÜK MÜJDƏ - Xüsusi təyinatlı dəstələr qurulacaq
Türkiyədə xüsusi təyinatlı birliklərə qadınlar da cəlb ediləcək.
Bu barədə Daxili işlər naziri Süleyman Soylu danışıb.
Nazir bildirib ki, hazırda dəstədə 25 min polis var, lakin bu sayı artırmaq istəyirlər: “Kifayət qədər polisimiz var, amma bu o demək deyil ki, xüsusi təyinatlı dəstəmizə polis qəbul etməyəcəyik. Lakin qəbul edilən polislər sınağa girməlidirlər. Qadınların dəstəsinə isə ümumtəhsili başa vuran namizədləri qəbul edəcəyik. Onlara sınaqlarda müəyyən güzəştlər də olunacaq”.
Soylu bildirib ki, yaş müddəti 24-32 arası olacaq./PublikaMuxalifet - 1-06-2019
Londonda “korrupsioner ovu” davam edir
Zamirə Hacıyevanın məhkəməsi yaxınlaşır; bahalı əmlaklar müsadirə, özü isə 2 illik həbs oluna bilər Dünya mətbuatı yenə Londonda “korrupsioner ovu”ndan yazır. Artıq Zamirə Hacıyeva tək deyil, onun kimi əmlakları, var-dövlətinin mənbəyi haqda hesabat vermək öhdəliyi üzərinə qoyulan daha bir şəxs var. Bu haqda bbc.com məlumat yayıb. Dünyanın dörd bir tərəfindən axışıb Londona gələn korrupsionerlərə və digər cinayətkarlara qarşı kampaniya davam edir.
Muxalifet - 1-06-2019
Ramazan bayramını qana bulayacaklardı: TUTULDULAR
Suriyada terror təşkilatı İŞİD-ın silah və sursatla bağlı məsul şəxsi qeyri-qanuni yollarla Adanaya gələrək Türkiyədə bombalı terror hadisəsi törətməyi planlaşdırıb. Aparılan əməliyyat nəticəsində 2 terrorçu tutulub.
Muxalifet3 - 1-06-2019
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür - Azərbaycandakı VƏZİYƏT AÇIQLANDI
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Hər bir uşağın fiziki-mənəvi inkişafı, gələcəkdə layiqli vətəndaş kimi formalaşması, eyni zamanda, müvafiq kateqoriyalardan olan uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Muxalifet - 1-06-2019
Azərbaycanda qadın uşağını baxıcıya verdi, aradan çıxdı - Polis onu axtarır
Azərbaycanda ana azyaşlı uşağını atıb.
Muxalifet.az xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
Onun sözlərinə görə, uşağın anası bu ilin aprelin 4-də rəfiqəsinin vasitəsilə bir qadın tapıb və azyaşlıya baxması üçün ona vəsait ödəyib:
"Uşağın təxminən 3 yaşı var və heç bir sənədi olmadan, müqavilə bağlanmadan baxılması üçün bir qadına verilib. Həmin qadın da pulu ödənilmədiyi üçün hüquq-mühafizə orqanlarına müraciət edib".Muxalifet - 1-06-2019
İşıq, qaz və su ilə bağlı MÜHÜM DƏYİŞİKLİK: bundan sonra...
Azərbaycanın şəhər və rayonlarında inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri, həmin sistemlərdə mövcud qoşulma imkanları (sərbəst gücləri) əks etdirilən məlumatları internet saytlarında yerləşdirməyən mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin əməkdaşları inzibati məsuliyyətə cəlb ediləcək.
Muxalifet - 1-06-2019
SON DƏQİQƏ: Qarabağda ATIŞMA - Erməni hərbi qulluqçusu MƏHV EDİLDİ
İşğal altında olan Qarabağda erməni hərbçisi ölüb.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 07:30 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Sipan Serjik Melkonyan məhv edilib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, bir gün əvvəl erməni ordusunun snayperinin açdığı atəşlə Azərbaycan Ordusunun mayoru, batalyon komandiri Aqil Ömərov öldürülmüşdü.Muxalifet - 1-06-2019