Axtarış
The search found 105785 results in 0.084 seconds.
Search results
Trampı hirsləndirən hökumət böhranı - TƏHLİL
Taha Dağlı – Haber7
İsraildə hökumət qurula bilmədi, erkən seçkiyə gedilir. Bu vəziyyət Amerikalıların tam da “Əsrin Müqaviləsi” üçün geri sayım etdiyi bir dövrdə Fələstinlilərə rahat bir nəfəs aldırar.
Amma Netanyahu riski görüb, son dəqiqədə erkən seçki imkanından istifadə etməsəydi, Netanyahu-Tramp ikilisinin planları əsl o zaman təhlükəyə girəcəkdi.
9 apreldə erkən seçki olmuşdu.
İndi bir erkən seçki daha keçiriləcək.Muxalifet3 - 31-05-2019
Rusiya İranın "S-400" tələbini rədd etdi - ŞOK SƏBƏBLƏR
ABŞ ilə gərginliyə səbəb olan "S-400" raketdən müdafiə sistemi satın alma müddətində Türkiyənin bu raketləri cənub sahilinə yerləşdirməyi düşündüyü iddia edilib. Digər yandan, Rusiya Orta Şərqdə gərginliyi daha da artıra biləcəyi səbəbiylə İranın "S-400" havadan müdafiə sistemi satın almaq tələbini rədd edib.
“Bloomberg”-in dörd qaynağa söykədiyi xəbərinə görə, Türkiyə S-400-ləri Kipr ilə Aralıq dənizinin şərqindəki təbii qaz axtarış və çıxarma fəaliyyətləriylə əlaqədar mübahisə yaşadığı üçün cənub sahilinə yerləşdirməyi planlayır.Muxalifet3 - 31-05-2019
"Şəhid zabitlə bağlı məsələ beynəlxalq təşkilatlarda qaldırılacaq" - MİLLİ MƏCLİSİN SƏDRİ
Erməni snayperinin atəşkəsi pozması nəticəsində Azərbaycanın şəhid olmuş zabiti Aqil Omarovla bağlı məsələnin beynəlxalq təşkilatlarda qaldırılması ilə bağlı tapşırıq verilib.
Bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin iclasında bildirib.
O.Əsədov vurğulayıb ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupuna məsələ ilə bağlı mövqeyini çatdırıb:
"Beynəlxalq təşkilatlardakı nümayəndələrimizə tapşırıq verilib ki, bu məsələni beynəlxalq təşkilatlarda yüksək səviyyədə qaldırsınlar".Muxalifet4 - 31-05-2019
Usubovun işdən çıxardığı polkovnik – “Məni aldadıblar”
Xarici ölkə vətəndaşlarına saxta şəxsiyyət vəsiqəsi verməklə qanun pozuntusuna yol verdiyi üçün xidmətdən xaric olunan polis polkovnik-leytenantı Kamil Quliyev məsələ ilə bağlı açıqlama verib.
Muxalifet4 - 31-05-2019
Qarşıdakı aylarda cəbhədə vəziyyət gərginləşə bilər – MİLLİ MƏCLİS QƏRARA ALDI Kİ...
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qarşıdakı aylarda gərginləşməsi ehtimalı arta bilər. Ermənistanın baş naziri Nikol Paşinyanı ittiham edirlər ki, o, münaqişənin həlli ilə bağlı güzəştli mövqe ortaya qoymağa hazırlaşır”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Elman Nəsirov deyib.
Muxalifet4 - 31-05-2019
Hacı Muradın nəşinin yenidən dəfni xəbəri təkzib olundu - YENİLƏNİB
XIX əsrin ortalarında Qafqaz müharibəsinin qəhrəmanlarından biri Hacı Muradın nəşinin Azərbaycanın Qax rayonundan Dağıstana yenidən dəfn edilmək üçün aparılması xəbəri təkzib olunub.
Virtualaz.org “Regnum”a istinadən xəbər verir ki, Hacı Muradın doğma kəndi olan Xunzaxın başçısının müavini Şamil Əliyev və administrasiyanın mətbuat katibi Kamil Hüseynov bu məlumatın həqiqətə uyğun olmadığını bildiriblər.
Muxalifet4 - 31-05-2019
ABŞ-dan "Təhlükəsiz bölgə" açıqlaması
ABŞ Xarici İşlər naziri Pompeo Türkiyənin sərhədlərindən kənar terrora qarşı əməliyyatı ilə əlaqədar açıqlama verİB.
"Türkiyəyə terrorçu hücumları riskini azaltmaq üçün Suriyanın şimalında “təhlükəsiz bölgə” qurma səyləri davam edir", - deyə Pompeo bildirib.
Müxalifət.az
Muxalifet3 - 31-05-2019
Туркменбаши приехал за Медведевым на своей «Волге»
Президент Туркмении Гурбангулы Бердымухамедов лично заехал в гостиницу за премьер-министром России Дмитрием Медведевым, прибывшим в Ашхабад с целью участия в заседании Совета глав правительств стран СНГ, передает ТАСС.
Туркменский лидер был за рулем раритетной ГАЗ-21 "Волга", глава российского правительства сел на пассажирское кресло.
Muxalifet4 - 31-05-2019
“Vurduğu zərər əvəzolunmazdır” - Deputat AZAL-ı "topa tutdu"
Deputat Fazil Mustafa Milli Məclisin iclasında deyib ki, büdcənin gəlirləri artsa da, büdcə gəlirlərinin 28 milyard dollar olduğu 2014-cü illə müqayisədə azdır:
“Azərbaycanda orta əmək haqqı Estoniyadan, hətta Ermənistandan azdır. Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154 pensiyaçı düşür. Əmək pensiyalarının məbləği Rusiyadan 2 dəfə azdır”-deyə F.Mustafa bildirib.
Muxalifet4 - 31-05-2019
Türkiyədən "S-400" və "F-35" açıqlaması
Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Həmid Aksoy "S-400"-lər haqqında açıqlama verib.
Aksoyun Türkiyənin "S-400" tədarükünü təxirə salmağı düşünüb-düşünmədiyi haqqında bəzi mətbuat orqanlarında yer alan xəbərlərlə bağlı suala cavabı bu şəkildə olub:Muxalifet3 - 31-05-2019
"Versinlər biz xərcləyək...” - VAHİD ƏHMƏDOV
“Təəssüf ki, dövlət büdcəsinin qəbulu ilə bağlı Milli Məclisdə keçirilən müzakirələrdə hökumətin bütün üzvləri Milli Məclisdə faktiki iştirak edir, amma büdcənin icrası ilə bağlı iclasda belə deyil”.
Muxalifet.az xəbər verir ki, bunu parlamentin plenar iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Muxalifet4 - 31-05-2019
Azərbaycanlı deputatdan SENSASİON ÇAĞIRIŞ: Snayperlə Paşinyanı vurun
“Əsgərlərə əmr vermək hüququm yoxdur. Mən snayperlərdən xahiş edirəm, Ermənistanın baş naziri Nikol Paşinyan işğal olunan Azərbaycan ərazilərinə gələrkən onu vursunlar”.
Bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Aydın Mirzəzadə deyib.Muxalifet - 31-05-2019
Avroliqanın final gecəsi 45 min azarkeş daşınıb - BNA
"UEFA Avropa Liqasının final oyunu ilə bağlı ümumilikdə 45 min azarkeş daşınıb”.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.Muxalifet - 31-05-2019
İşığın limiti ilə bağlı əhaliyə növbəti VACİB XƏBƏR - VİDEO
Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun layihəsinin I oxunuşda müzakirəsi zamanı çıxış edən deputat Əli Məsimli bəzi sahələrlə bağlı tənqidi fikirlərini söylədi.
“Struktur islahatları çərçivəsində publik hüquqi şəxslər yaradılsa da, publik hüquqi şəxslər vasitəsi ilə qat-qat çox vəsait xərclənir. Bu məsələ Hesablama Palatasının rəyində də əksini tapıb. Digər tərəfdən, yerlərdə icra hakimiyyətlərinin bəziləri nə özləri bir iş görür, nə də iş görənlərə imkan verirlər”.
Muxalifet - 31-05-2019
Kanalizasiya quyusunda 2 fəhlənin meyiti tapıldı
Rusiyanın Nijniy Taqil şəhərində bədbəxt hadisə baş verib.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, kanalizasiya quyusunda bələdiyyə idarəsinin iki fəhləsinin meyiti aşkar edilib.
Hadisə ilə bağlı dərhal tədqiqat başlayıb.
İlkin məlumata görə, Krasnoznamenni küçəsində kanalizasiya quyularının birində problem yaranıb. Bələdiyyənin 2 fəhləsi həmin kanalizasiya quyusunda təmir işləri aparmaq üçün qəza yerində olublar.
Daha sonra onların hansı səbəbdən quyuda ölmələri isə hələ məlum deyil.Muxalifet - 31-05-2019
Beren Saatdan ərinə duyğulandıran SÖZLƏR: “Boşanmaq...”
Uzun müdətdir ki, boşanma xəbərləri ilə gündəmdən düşməyən aktrisa Beren Saat müğənni həyat yoldaşı Kənan Doğulunu doğum günü münasibətilə təbrik edib.
Muxalifet.az xəbər verir ki, əri ilə münasibətlərinin soyuq olduğu deyilən film ulduzu ürəyini instaqramda izləyicilərinə açıb. O, əri ilə şəkillərini paylaşaraq çətin günlər keçirtdiyini, amma müğənnini sevdiyini etiraf edib:Muxalifet - 31-05-2019
"Paşinyan işğal olunan Azərbaycan ərazilərinə gələrkən onu vurun!" - DEPUTAT AZƏRBAYCAN ƏSGƏRLƏRİNƏ SƏSLƏNDİ
"Əsgərlərə əmr vermək hüququm yoxdur. Mən snayperlərdən xahiş edirəm, Ermənistanın baş naziri Nikol Paşinyan işğal olunan Azərbaycan ərazilərinə gələrkən onu vursunlar”.
Muxalifet4 - 31-05-2019
“Əməkhaqları hətta Ermənistandan da azdır” – Fazil Mustafa
“2019-cu ilin yanvar-aprel aylarında ümumidaxili məhsulun 2018-ci ilin eyni aylarına nisbətdə 2 faiz artması müşahidə olunub. Valyuta ehtiyatlarımız 3 milyard civarında artıb. Lakin 2014-cü illə müqayisədə ümumidaxili məhsulun hazırkı tempinin hələ uzun müddət bərpa olunması çətin olacaq”.
“Yeni Sabah” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı deyib. O qeyd edib ki, 28 milyard 720 milyon dollar bu müqayisədə aşağıdadır:Muxalifet - 31-05-2019
Bakıda məktəbin təmiri üçün şagirdlərdən pul yığılır – ARAŞDIRMA BAŞLADI
Paytaxtdakı 20 nömrəli məktəb-liseydə pul yığılması ilə bağlı yayılan məlumat əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma başladılıb. Muxalifet.az xəbər verir ki, bu barədə axar.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysovanın təmir üçün hər sinifdən 120 manat pul yığması ilə bağlı yayılan məlumata cavab olaraq bildirilib. Təhsil İdarəsindən qeyd edilib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Muxalifet4 - 31-05-2019
"Türkiyəyə gedib, istintaqla maraqlandım" - İlyas İsmayılov
“Oğlumu qətlə yetirən şəxslərin cinayət işinin istintaqı ilə bağlı Türkiyəyə getmişdim”.
Bu barədə Unikal.org-a Ədalət Partiyasının sədri İlyas İsmayılov açıqlama verib. O bildirib ki, övladı Etimad İsmayılovun qətli ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən obyektiv istintaq aparılır: “İstintaq işinin gedişi ilə bağlı Türkiyədə oldum. Gördüm ki, araşdırma obyektiv aparılır. İstintaq işi bitdikdən sonra məhkəmə prosesi başlayacaq. Hər şey istintaqın gedişindən asılıdır. Övladımın qətlində adı hallanan killer Gözəl Dəmirov hazırda həbsdədir”.Muxalifet - 31-05-2019