Axtarış
The search found 105785 results in 0.077 seconds.
Search results
Putindən ŞOK AÇIQLAMA: Dünyaya onlar hökmranlıq edəcək
Süni intellekt monopolistləri gələcəkdə dünyaya hökmranlıq edəcək. Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin texnoloji yeniliklərlə bağlı təşkil edilən iclasda çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, artıq bir neçə ölkələr texnologiyanın inkişafı ilə bağlı fəaliyyət planı qəbul ediblər. Kreml rəhbəri Rusiyanın süni intellekt üzrə texnoloji suverenliyi əldə etməsinin vacibliyini də diqqətə çatdırıb.
Muxalifet3 - 30-05-2019
Qaydalar sərtləşdirildi: Gürcüstanda yaşamaq istəyənlər...
Gürcüstan parlamenti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu” haqqında qanuna dəyişikliklər edib.
Muxalifet.Az azərtac-a istinadən xəbər verir ki, parlamentin bugünkü iclasında qəbul olunan dəyişikliklərdə əcnəbilərin Gürcüstanda yaşayış icazəsi alması qaydaları sərtləşdirilib.
Yeni qaydalara əsasən hər hansı bir xarici ölkə vətəndaşı Gürcüstanda bir illik müddətə yaşayış icazəsi almaq üçün dəyəri 100 min ABŞ dollarından çox olan daşınmaz əmlaka sahib olmalıdır (indiyədək bu məbləğ 35 min dollar təşkil edib).Muxalifet3 - 30-05-2019
Gürcü nazirdən Keşikçidağ açıqlaması
Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclası Tiflisdə iyunun sonunda keçiriləcək. Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə bildirib. Onun sözlərinə görə, danışıqların ikinci mərhələsinə qədər mütəxəssislər vəziyyətlə yerində tanış olacaqlar: “Həm Azərbaycan, həm də Gürcüstan tərəfinin istəyi deməyə əsas verir ki, hər iki tərəf üçün məqbul qərar qəbul olunacaq”. Qeyd edək ki, komissiyanın ilk iclası mayın 23 və 24-də Bakıda keçirilib.
Muxalifet3 - 30-05-2019
Zelenski Rusiya ilə çalışmağa hazırdır - Volker
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsində sülhün bərqərar edilməsi üçün əzmlə çalışacağını bəyan edib. Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker deyib. Diplomat əlavə edib ki, istənilən Ukrayna prezidenti, o cümlədən Zelenski də Ukraynanın ərazi bütövlüyü üçün səy göstərəcək: “Baxmaq lazımdır ki, Rusiya da Ukraynanın yeni lideri ilə sülh naminə çalışmağa hazırdırmı?!”, - deyə Volker bildirib.
Muxalifet3 - 30-05-2019
Fuadın deportasiyasına yol verməyəcəyik - Vəkil
Azərbaycanlı jurnalist Fuad Abbasovun sabah - mayın 31-də guya Rusiya ərazisindən deportasiya olunacağı barədə xəbərin heç bir əsası yoxdur.
Bunu jurnalistin vəkili Teyub Şərifov müvəkkilinin deportasiyasına dair dərc olunan xəbəri şərh edərkən bildirib.
Vəkil müvəkkilinin Rusiya ərazisindən çıxarılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmamasına görə bunun mümkün olmadığına dair aidiyyəti qurumlara müvafiq qaydada sənədləri təqdim etdiyini deyib:Muxalifet3 - 30-05-2019
Ramazanın 26-cı günü: İmsak və iftar vaxtları
Sabah Ramazan ayının 26-cı günüdür.
Muxalifet.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda mayın 31-də imsak saat 03:25-də, iftar isə saat 20:20-dədir.
Ramazan ayının 26-cı gününün duası:
"Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin".
Tərcüməsi:Muxalifet3 - 30-05-2019
Həmsədrlər regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar
ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar
Muxalifet3 - 30-05-2019
Azarkeşlər Bakı finalının ən yaxşısını seçdilər
“Çelsi”nin futbolçusu Eden Azar Bakıda keçirilən Avropa Liqasının final oyununun ən yaxşı futbolçusu seçilib.
Muxalifet.az xəbər verir ki, belçikalı futbolçu adına UEFA-nın azarkeşlər arasında keçirdiyi sorğuya əsasən nail olub.
“Arsenal”la görüşdə 2 qol vurmuş Eden Azar səsvermədə komanda yoldaşları braziliyalı Emersonu, ispaniyalı Pedronu və fransalı Olivye Jirunu qabaqlayıb.
Xatırladaq ki, Eden Azar Bakı Olimpiya Stadionunda keçirilmiş oyunun da ən yaxşısı seçilib.
Muxalifet3 - 30-05-2019
Ərdoğanla Putin razılaşdı: Suriya müzakirəsi...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbətində əsasan Suriyadakı mövcud siyasi vəziyyət müzakirə edilib.
Müzakirədə terror qruplaşmalarının zərərsizləşdirilməsi, İdliblə bağlı ikitərəfli fəaliyyətin daha da gücləndirilməsi, hərbi-texniki sahədə əməkdaşlıq və s. qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.
Liderlər qarşılıqlı təmasların davam etdirilməsi mövzusunda da razılığa gəliblər.
Muxalifet3 - 30-05-2019
119 türk hərbçisi ömürlük həbs cəzasına məhkum edildi
Ankara məhkəməsi bu gün 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhd edən 119 türk hərbçisinə ömürlük həbs cəzası verdi.
Bu barədə NTV telekanalı məlumat verir.
Saxlanılanlar arasında paytaxtın təhlükəsizlik idarəsi, parlament binası və kəşfiyyat xidməti binasına bomba atan hərbi pilotlar da var. Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi Hulusi Akara ilə əlbir olan eks-polkovnik Uğur Kaptana 29 dəfə ömürlük və ya başqa sözlə 3,9 min il müddətində həbs cəzası verilib.Muxalifet3 - 30-05-2019
Qafqazda ən az su Azərbaycandadır
Qafqazda suyu ən az olan ölkə Azərbaycandır.
Muxalifet.az-ın məlumatına görə, bunu Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyib.
O bildirib ki, su təhlükəsizliyi məsələsi qlobal miqyasda başlıca problemlərdən biridir.
Ramiz Məmmədovun sözlərinə görə, Azərbaycan hökuməti su ehtiyatlarının artırılması ilə bağlı ardıcıl tədbirlər görür.Muxalifet3 - 30-05-2019
Polşa prezidenti Azərbaycana gəlib - FOTO
Polşa Respublikasının prezidenti Andjey Duda mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Polşa Respublikasının Prezidenti Andjey Dudanı hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.
Muxalifet3 - 30-05-2019
ABŞ “İran məsələsini” BMT-yə daşıyır
Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) Fuceyra Limanı yaxınlarında 4 ticarət gəmisinə edilən hücumun arxasında İranın olduğuna dair dəlillərin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim ediləcəyini söyləyib. Bolton Orta Şərq ilə Şimal Afrika ölkələrində ərəbcə yayımlanan ABŞ mərkəzli “əl-Hurra” televiziya kanalında yer alan açıqlamasında, "BƏƏ sahilində gəmilərə edilən hücumların arxasında İranın olduğuna dair dəlillər BMT TŞ-na təqdim ediləcək" deyib.
Muxalifet3 - 31-05-2019
Türkiyənin raketi hava dronunu məhv etdi
Türkiyənin Milli Müdafiə Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığının 'TCG Bartin' gəmisindən atılan L-UMTAS raketi ilə 'ALBATROS-K' sürətli su üstü dronunun tam dəqiqliklə vurulduğu açıqlanıb.
Nazirliyin Twitter hesabından edilən açıqlamada, "TCG BARTİN” gəmimizdən yerli və milli L-UMTAS raketiylə edilən atışda 'ALBATROS-K' Sürətli Suüstü Dronu tam dəqiqliklə vuruldu" deyilib.
L-UMTAS NƏDİR?
Muxalifet3 - 31-05-2019
ABŞ-dan “Türkiyə” mesajı: NATO üçün fəlakət olar!
ABŞ Müdafiə Nazirliyinin beynəlxalq təhlükəsizlikdən məsul nazir müavinin vəkili Kathryn Wheelbarger Türkiyənin Rusiyayla S-400 havadan müdafiə sistemi razılaşmasını yerinə yetirməsinin NATO müdafiəsi üçün fəlakət olacağını ifadə edib.
Vaşinqtondakı Atlantik Şurasında çıxış edən Wheelbarger "Bu razılaşmanın tamamlanması yalnız F-35 proqramı üçün fəlakət olmayacaq, eyni zamanda, Türkiyənin NATO müttəfiqləriylə əməkdaşlıq edə bilməyəcək vəziyyətə gətirə bilər ki, bu ittifaqın müdafiəsini təmin etmək üçün açar əhəmiyyətə sahibdir" deyib.Muxalifet3 - 31-05-2019
Arsenal Bakıda uduzunca Məsud Özili hədəfə gətirdilər
Bakıda Çelsiyə UEFA Avropa Liqasının finalında 4-1 məğlub olaraq kuboku itirən “Arsenal”ın keçmiş kapitanı və əfsanəsi Martın Keown ilə İspan futbolçu Cesc Fabregas finalda təsirli ola bilməyən Məsud Özili ittiham edib.
Muxalifet3 - 31-05-2019
Düşmən Ağdamda HÜCUMA KEÇDİ: Ermənistanın çoxillik planının ŞOK HƏDƏFİ
Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.
Həmsədrlərin Azərbaycana səfəri zamanı erməni ordusunun cəbhə xəttində təxribata əl atması heç də təsadüfi məsələ deyil.Muxalifet - 31-05-2019
Ərdoğan Putinlə telefonda nələri müzakirə etdi?
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putinlə telefon danışığı aparıb.
Danışıqda İdlibdəki Əsəd rejiminin hücumları müzakirə olunub.
Ərdoğan İdlibdə atəşkəsin təmin edilməsi və siyasi həll müddətinə fokuslanılması lazım olduğunu qeyd edib və insan itkinlərinin qarşısını almaq və köç riskinin aradan qaldırılmasına vurğu edib.
G-20 ZİRVƏSİNDƏ BİR ARAYA GƏLƏCƏKLƏR
İki lider Yaponiyadakı G-20 zirvəsində bir araya gəlmə qərarı verib.Muxalifet3 - 31-05-2019
Anar Məmmədov ölkəyə qayıtdı – “mülk davası yenidən qızışır” iddiası
Vəkili eks nazirin oğlunun Bakıda olduğunu təsdiqlədi; Ziya Məmmədovun övladının məhkəmələrə müraciət edib, əmlaklarını geri istəməsi nə ilə nəticələnə bilər?
Muxalifet - 31-05-2019
Azərbaycanda həci olmaq istəyənlərin sayı artıb
Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1000-ə yaxın insan müraciət edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.
Hazırda sənədlərin qəbul olunması prosesi davam edir. İdarədən bildirilib ki, sənəd qəbulu kvota dolana qədər davam edəcək.
Zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Zəvvarlar 8 təyyarə reysi ilə yola salınacaq.Muxalifet - 31-05-2019