Axtarış
The search found 105785 results in 0.032 seconds.
Search results
“Otellərə girib xariciləri qıracaqdılar” – Çingiz Abdullayevdən SENSASİON İDDİA
“Futbola baxmağa gələnlərin hamısı təbii ki, azarkeş deyildi, onların arasında təxribatçılar da ola bilərdi”.
Muxalifet.az xəbər verir ki, bunu Xalq yazıçısı Çingiz Abdullayev AZTV-də Avropa Liqasının finalına həsr olunmuş debatda deyib.
Çingiz Abdullayev Azərbaycanda keçirilən "Avroviziya" mahnı müsabiqəsində ölkəmizdə hazırlanan təxribatın qarşısının necə alındığını da ilk dəfə açıqlayıb.Muxalifet - 31-05-2019
Bakıda binanın qarşısında DƏHŞƏTLİ HADİSƏ - Kişi hamının gözü qarşısında arvadını...
Bakıda dəhşətli qətl törədilib.
Dünən günorta saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fətəliyev küçəsində yerləşən yaşayış binasının qarşısında 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu həyat yoldaşını bıçaqlayaraq öldürüb.
Belə ki, binanın girişinin qarşısında 42 yaşlı Vüsal həyat yoldaşı qısqanclıq zəminində 1978-ci il təvəllüdlü Fəridə Nuriyevaya bıçaqla çoxsaylı zərbələr endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.Muxalifet - 31-05-2019
Avropada Rus qazına alternativ ABŞ-ın “azadlıq qazı”
ABŞ Enerji Nazirliyinin rəsmiləri ölkədə çıxan təbii qazı 'azadlıq qazı' olaraq xarakterizə etməyə başlayıb.
ABŞ çıxardığı təbii qazı 'azadlıq qazı' adlandırır. İlk olaraq 2 mayda Enerji naziri Rick Perry tərəfindən səsləndirilən bu ifadə artıq rəsmi sənədlərdə də istifadə edilir.Muxalifet3 - 31-05-2019
Putin Paşinyanın “qələmi”ni qırıb - İrəvanın fiaskosu, Bakının Qarabağ gözləntisi
Erməni baş nazir Qazaxıstanda pərt edildi – səbəblər; Kremlin Ermənistana əsas sürprizi hələ qabaqdadır...
Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da ATƏT-in Minsk Qrupunun Fransadan, Rusiyadan və ABŞ-dan olan həmsədrlərini qəbul edib. Bundan qabaq vasitəçilər İrəvan və Xankəndində olmuşdular. Həmsədrlər yəqin ki, az sonra regiona səfərin yekunu ilə bağlı növbətçi bəyanatla çıxış edəcək, orada konfliktin sülh yolu ilə həllinin vacibliyini xüsusi qeyd edəcəklər.
Muxalifet - 31-05-2019
21 Ərəb ölkəsi toplandı: Gündəm İrandır
Səudiyyə Ərəbistanının Məkkə şəhərində təşkil edilən və 21 Ərəb ölkəsi liderinin qatıldığı fövqəladə zirvədə İranın bölgədəki müdaxilələri qınanıb.
Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) fövqəladə zirvəsindən sonra təşkil edilən fövqəladə Ərəb zirvəsinin bağlanış bildirişində də İran vurğusu edilərkən, Ərəb dünyasının təməl məsələsi olan Fələstin məsələsi ikinci planda qalıb.Muxalifet3 - 31-05-2019
Azərbaycanda məktəbli oğlan itkin düşdü - FOTO
Cəlilabad rayonu, Günəşli kənd sakini 2005-ci il təvəllüdlü Miriyev Mirəli Elman oğlu itkin düşüb.
Muxalifet.az xəbər verir ki, bu barədə "Report”a onun atası Elman Miriyev məlumat verib.
Səkkizinci sinifdə oxuyan M.Miriyev mayın 30-da saat 08:30 radələrində Günəşli kəndində yaşadığı evdən çıxaraq Cəlilabad rayonunun mərkəzinə gedib və bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun əynində qırmızı rəngli uzunqol köynək, qara rəngli cins şalvar, qara rəngli gödəkçə və idman ayaqqabısı olub.
Ailə üzvləri itkin düşmə ilə bağlı polisə müraciət ediblər.Muxalifet - 31-05-2019
Bakıda DYP avtomobili qəzaya uğradı - FOTO
Bakıda yol polisi avtomobili qəzaya düşüb.
Hadisə Yasamal rayonu ərazisində - köhnə Sovetski məhəlləsinin yerində salınmış yemi yolda baş verib. Belə ki, dünən axşam satalarında "Mercedes E Class" markalı minik avtomobili 99 YP 497 dövlət qeydiyyat nişanlı xidməti "BMW"ni arxadan vurub. Hadisə nəticəsində minik avtomobilinə xeyli ziyan dəyib. Həmçinin YPX avtomobilinin arxa hissəsi əzilib. Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır./PublikaMuxalifet - 31-05-2019
Kim beş yüksək vəzifəli məmuru güllələdi - BİRİNCİ MÜAVİNİNİ KATORQAYA MƏHKUM ETDİ...
Şimali Koreyada yüksək vəzifəli məmurların güllələndiyi üzə çıxıb.
Bu barədə müstəqil “Chosun İlbo” qəzetinə istinadən “Bloomberg” bildirir.Muxalifet - 31-05-2019
SON DƏQİQƏ: Bakı metrosunda DƏHŞƏTLİ İNTİHAR - Özünü qatarın altına atdı
Bu gün Bakı metrosunda intihar hadisəsi qeydə alınıb.
Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
O, bildirib ki, insident 09:35 radələrində metronun “28 May” stansiyasında baş verib. İntihar hadisəsi ikinci yolda, yəni Həzi Aslanov istiqamətindən gələn yolda baş verib. Naməlum səbəbdən bir nəfər özünü relsin üstünə, qatarın altına atıb. Hazırda hadisənin təfərrüatları araşdırılır.
Əlavə məlumat veriləcək.Muxalifet - 31-05-2019
“"Atanız evə gəlir", deyib məktəbdən evə göndərdik" - Şəhid Omarov övladları ilə - FOTO
Dünən səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan zabiti, 36 yaşlı mayor Aqil Omarov bu gün doğulduğu Qaxın Lələpaşa kəndində torpağa tapşırılacaq. Şəhidin iki oğlan övladı var.
Qaxın Lələpaşa kənd orta məktəbindən Unikal.org-a verilən məlumata görə, Aqil Omarov Balakən rayonunda doğulub. Amma o, ailəsi ilə birlikdə Qaxın Lələpaşa kəndində yaşayıb.
Aqilin böyük oğlu Uğur 4-cü, Süphan Omarov isə Lələpaşa kənd orta məktəbin 2-ci sinif şagirdidir.Muxalifet - 31-05-2019
Londonda korrupsioner ovu: ikinci qurbanın yüz milyon dollarlıq üç mənzilinə həbs qoyulub
Bütün dünyadan axışıb Londona gələn korrupsionerlərə və digər cinayətkarlara qarşı kampaniya davam edir. Naməlum mənşəli var-dövləti olan rusları və digər keçmiş sovet respublikalarından gələnləri "ovlamağa" davam edəcəklərini bildirən müstəntiqlər ikinci "qurbanı" sorğuya çəkiblər.
Ali Məhkəmənin sanksiyasına əsasən onlar dəyəri 100 milyon dollardan çox olan elit yaşayış obyektlərinə həbs qoyublar. Həmin mülkərin sahibi Londonun dəbdəbəli rayonlarında yerləşən bu ev və mənzillərin qanuni pullarla alındığını sübut edə bilməsə, onları itirəcək.
Muxalifet - 31-05-2019
Şəhidimizlə vida mərasimi keçirilir
Erməni açdığı atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovla vida mərasimi keçirilir. Mayın 30-u səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində, düşmən tərəfindən açılan snayper atəşindən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1983-cü il təvəllüdlü mayor Aqil Akif oğlu Omarovun nəşi bu gün səhər saatlarında ata yurdu olan Qax rayonu Lələpaşa kəndinə gətirilib. Vida mərasimində hərbi qulluqçular, rayon rəhbərliyi, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib. A.Omarov Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.
Muxalifet - 31-05-2019
Özünü qatarına altına atan şəxsin kimliyi bilindi
"28 may" metrostansiyasında intihar edən qadının şəxsiyyəti müəyyənləşib. Bakupost.az-ın məlumatına görə, özünü qatarın altına atan şəxs Asya Əmirovadır. Onun 54 yaşının olduğu bildirilir. Məlumata görə, qadının ayağında axsama problemi var. Səhhətində başqa ciddi problem yaranmayıb.
Muxalifet - 31-05-2019
Pentaqonun Çin QORXUSU: ABŞ-ın hərbi sənayesi bir anda çökə bilər
ABŞ və Çin arasında ticarət münasibətlərinin gərginləşməsi ABŞ-ın Müdafiə Nazirliyini (Pentaqon) hərəkətə keçirib.
Pentaqon hökumətdən Çindən aldığı müdafiə sənayesində istifadə olunan və təbiətdə nadir şəkildə tapılan kimyəvi elementlərin yerli istehsalı ilə bağlı federal büdcə tələb edib.
Nazirlik nadir tapılan kimyəvi elementlərlə bağlı sənədi Ağ ev və Konqresə təqdim edib. Sənədin detalları açıqlanmasa da, təbiətdə nadir tapılan elementlərin əksər qisminin Çindən alınmasının əhəmiyyətli dərəcədə risk daşıdığı vurğulanıb.Muxalifet - 31-05-2019
Türkiyənin qırıcı təyyarəsi düşdü
Türkiyənin F-4 reaktiv təyyarəsinin qəzaya uğradığı bildirilib. Türkiyənin Milli Müdafiə Nazirliyindən edilən açıqlamada, "Bir F-4 təyyarəmizin 31 may 2019 tarixində Malatya hərbi bazasına enişi əsnasında eniş komanda cihazında meydana gələn qəza səbəbiylə təyyarə qəzaya uğramışdır. Təyyarədən atlayaraq xilas olan iki pilotumuzun sağlıq vəziyyətləri yaxşıdır, həyati təhlükələri yoxdur. Mövzuyla əlaqədar hüquqi və administrativ araşdırma başladılmışdır" deyilib.
Müxalifət.azMuxalifet3 - 31-05-2019
Bakıda "analoqu olmayan" hadisə - Kondisioneri görün hara quraşdırıblar - FOTO
Paytaxt sakini yaşadıqları ünvanda qarşılaşdıqları narahatçılıqla bağlı milli.az-a müraciət edib.
Vətəndaş məktubunda yaşadığı binanın blokuna bir qonşusunun kondisionerin çöl blokunu yerləşdirməyindən şikayətçidir.
Məktubu təqdim edirik:Muxalifet - 31-05-2019
Mehriban Əliyeva Ramiz Əzizbəyliyə avtomobil hədiyyə etdi - FOTO
Heydər Əliyev Fondunun nümayəndələri tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin evində olub, Xalq artistin səhhəti ilə maraqlanıblar.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub.
Avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib. Heydər Əliyev Fondu eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmir işlərinə başlanılacaq.Muxalifet - 31-05-2019
Bakıda metronunun qarşısında ŞOK MƏNZƏRƏ - FOTO
Bakıda metro stansiyasının qarşısınd huşsuz vəziyyətdə qalmış şəxs həyəcana səbəb olub. Nizami rayonu Qara Qarayev prospektində - metronun "Xalqlar Dostluğu" stansiyasınnı qarşısında 30-35 yaşlı kişi halsız vəziyyətdə yerdə qalıb. Mlum olub ki, onun yanında içki şüşəsi var və o, spirtli içkinin təsiri altında huşunu itirərək yerdə qalıb. Hadisə yerindən çəkilmiş fotonu təqdim edirik./Publika
Muxalifet - 31-05-2019
“Ötən il cinayət işləri üzrə cəmi 89 bərat hökmü verilib” – Gündüz Kərimov
“2018-ci ildə Azərbaycanda cinayət işləri üzrə cəmi 89 bərat hökmü verilib və bu da ümumi cinayət işlərinin 1 faizindən aşağı rəqəmdir”.
“Report”un xəbərinə görə, bunu Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” mövzusunda konfransda deyib.
Muxalifet - 31-05-2019
Türkiyəli kriminal “rəis”, “Lotu Quli”nin dostu, Çakıcının düşməni - DOSYE
Türkiyədə kriminal aləmin generalları çox saydadır. Onların bəziləri həbsxanada, bəziləri ticarətçi qismində öz fəaliyyətindədirlər.
Hazırda qardaş ölkənin kriminal dünyasında aktiv şəkildə özünü göstərən ən güclü mafiya başçılarından biri isə Sədat Pəkərdir. Bakupost.az Türkiyə hökuməti ilə də yaxşı münasibətləri olan Sədat Pəkərin dosyesini təqdim edir.Sedat Pekər kimdir?
Muxalifet - 31-05-2019