Axtarış
The search found 105785 results in 0.036 seconds.
Search results
"Barsa" Qrizmannın transferi ilə bağlı danışıqları dayandırdı
"Barselona" "Atletiko"nun futbolçusu Antuan Qrizmannın transferi ilə bağlı danışıqları müvəqqəti olaraq dayandırıb.
Qol.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya klubunun prezidenti Xosep Mariya Bartomeu bir neçə məsələyə görə bu addımı atıb. Birincisi, fransalı hücumçunun 120 milyon avro təzminat qiyməti və illik 17 milyon avro maaşıdır. "Barsa"nın bu məbləği yüksək hesab etdiyi iddia olunur. İkincisi, Kataloniya təmsilçisinin oyunçularının bu transferə qarşı olmasıdır.
Qeyd edək ki, "Atletiko" Qrizmannın yayda klubdan ayrılacağını açıqlayıb.
Muxalifet - 30-05-2019
Moskva-Qroznı təyyarəsində fövqəladə hadisə: 155 sərnişin ölümdən döndü
Moskvada Qroznıya uçan sərnişin təyyarəsi texniki nasazlıqla bağlı "Şeremetova" hava limanına eniş edib.
Muxalifet.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu "RİA Novosti"-yə açıqlamasında Moskva regionunun təcili və təxirəsalınmaz xidmətinin nümayəndəsi bildirib.
"Sərnişin təyyarəsi 10:22-də (Bakı vaxtı ilə 11:22-də enib - Red.) - deyə agentliyin mənbəsi bildirib.
İlkin məlumatlara görə, təyyarənin yanğınsöndürmə sistemində nasazlıq siqnalı işi düşüb.
Hadisə baş verən zaman təyyarənin göyərtəsində 155 sərnişin olub.Muxalifet - 30-05-2019
Putindən ABŞ-la bağlı ŞOK QƏRAR: ləğv edilir
Rusiya prezidenti Vladimir Putin SSRİ-ABŞ arasında imzalanmış Orta və yaxınmənzilli raketlərin istehsalının azaldılması haqqında razılaşmanın ləğvini (INF) ehtiva edən qanun layihəsini Rusiya Dövlət Dumasına təqdim edib.
Dumanın sədri Vyaçeslav Volodin bu barədə informasiya verib.
Sədr bildirib ki, Duma bir saat içində qanun layihəsini müzakirəyə çıxaracaq.Muxalifet - 30-05-2019
Venesuela quldurları bahalıqdan narazıdır - "Darağı doldurmağa 15 dollar lazımdır, sərf eləmir..."
Venesuelada dərin iqtisadi böhran səbəbindən vəziyyət gün-gündən pisləşir. İş o yerə çatıb ki, artıq ölkədə cinayətkar fəaliyyətlə məşğul olmaq da müşkülə çevrilib, cinayətkarlar başlarını götürüb ölkədən qaçırlar.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. Adını açıqlamayan quldurlardan biri açıqlamasında bildirib ki, odlu silah üçün lazım olan sursatı almağa pul tapa bilmirlər.Muxalifet - 30-05-2019
Rüşvətə görə həbs olunan məmurun FOTOLARI
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunan Qida Təhlükəsizliyi Agentliyinin sektor müdirinin fotosu yayılıb.
Muxalifet - 30-05-2019
İrandan Türkiyənin S-400 alışına dair açıqlama
İranın Türkiyədəki səfiri Mohammad Farazmand Türkiyənin Rusiyadan almağı planlaşdırdığı S-400 havadan müdafiə sistemləri səbəbiylə ABŞ ilə yaşadığı gərginliyə münasibət bildirib.
Muxalifet3 - 30-05-2019
ŞOK: Müdir ayağa durmayan işçilərini döydü – VİDEO
Türkiyədə biabırçı hadisə olub.
Muxalifet.az Teleqraf.com-a istinadən xəbər verir ki, İstanbulun Beşiktaş səmtində yerləşən əyləncə mərkəzinin sahibi işçilərini döyüb.
Məlumata görə, müdir iş yerinə gəlib. Bu zaman əməkdaşlar onu görüb ayağa qalxmayıblar. Bundan əsəbiləşən müdir əməkdaşlarına fiziki zor tətbiq edib.
Həmin obyektdə işləyən Qayə Akıl şiddətin tətbiq edildiyi görüntülərini sosial şəbəkələrdə paylaşıb. Bildirib ki, müdiri onu və digər əməkdaşı ayağa qalxmadığına görə vurub.
Muxalifet - 30-05-2019
Trampdan Ərdoğana təşəkkür
ABŞ prezidenti Donald Tramp ABŞ vətəndaşı NASA əməkdaşı Serkan Kölgəni azad etməsiylə əlaqədar olaraq dövlət başçısı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
ABŞ prezidenti Donald Tramp bununla bağlı Ağ Evin bağçasında jurnalistlərə qısa bir açıqlama verib.
FETÖ-ya bilərək və istəyərək yardım etmək cinayətindən dolayı 4 il 12 ay həbs cəzası verilən Serkan Kölgənin sərbəst buraxıldığını açıqlayan Tramp, "Hörmətli Ərdoğana təşəkkür edirəm. Bu mövzunu danışmışdıq" deyib.Muxalifet3 - 30-05-2019
Baş Prokurorluq Elinanın ölümü ilə bağlı məlumat yaydı
Xəbər verildiyi kimi Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin q
Muxalifet - 30-05-2019
Şirvanda avtomobil iki piyadanı vurdu - BİR ÖLÜ, BİR YARALI
Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 28-i saat 23 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində şəhər sakini E.Həsənov idarə etdiyi “QAZ-31029” markalı avtomobil yolu keçən həmyerliləri Dmitri Çikunovu və X.Məmmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən D.Çikunov orada ölüb,, X.Məmmədovun isə vəziyyəti orta-ağırdır.
Faktla bağlı Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.
Muxalifet - 30-05-2019
Səudiyyədən “İran” açıqlaması: “Top İranın sahəsindədir”
Səudiyyə Ərəbistanı Xarici İşlərindən məsul Dövlət naziri Adil əl-Cubeyr son həftələrdə getdikcə yüksələn gərginliyi qiymətləndirərək İranla müharibə istəmədiklərini söyləyib.
BBC-yə açıqlama verən Cubeyr, İran ilə son həftələrdə getdikcə artan gərginliyi qiymətləndirib.
"İran bunu görməlidir"
Muxalifet3 - 30-05-2019
Ramzan Kadırovun oğlu məşhur türk serialına çəkildi - VİDEO
Çeçenistan prezidenti Ramzan Kadırovun 11 yaşlı oğlu Adəm məşhur türk serialı “Diriliş Ərtoğrul”-a çəkilib.
ONA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə balaca aktyorun dayısı Turpal-Əli İbrahimov “İnstagram” səhifəsində yazıb.
“Mənim əziz bacım oğlu Adəm Qədirov məşhur televiziya serialında “Diriliş Ərtoğrul”da oynayıb və qabiliyyətini göstərib”,-deyə o qeyd edib.
Turpal-Əli İbrahimov öz səhifəsində R. Kadırovun oğlunun oynadığı epizodun videosunu paylaşıb.
Muxalifet - 30-05-2019
XİN-dən SƏRT BƏYANAT: Məsuliyyətin mənfi nəticələrini Ermənistan ÖDƏYƏCƏK
Bu gün Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulub və snayperdən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub. "Xüsusilə qeyd etmək istərdik ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu qanlı əməl təxribat xarakteri daşıyır və münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq məqsədinə xidmət edir.
Muxalifet - 30-05-2019
"Arsenal" Azərbaycana ədalətsiz davrandı - Deputat
Rusların gözəl bir misalı var. Deyir, pis rəqqasa hər şey mane olur. “Arsenal”ın oyunçuları və məşqçi heyəti də uduzacaqlarını bilirdilər. Ona görə də bəhanə edirdilər ki, guya yol uzaqdır, müvafiq şərait yoxdur və sair. Açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib. O qeyd edib ki, bu bəhanələr heç nəyi dəyişmirdi: “Çelsi” də İngiltərə klubudur, “Arsenal” da. Demək istəyirəm ki, hər ikisi eyni məsafə qət edərək Bakıya gəlirdi.
Muxalifet3 - 30-05-2019
Ötən gün metrodan 762 min sərnişin istifadə etdi
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mayın 29-da 761 717 nəfər sərnişin daşıyıb.
Bunu qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, bu adi günlərə nisbətən 171 717 nəfər, yaxud 29,1% çoxdur. Qeyd edək ki, Bakı metrosu ilə gün ərzində orta hesabla 590-600 min civarında sərnişin daşınır.
Qurum sözçüsü saat 00:00 - 04:00 arasındakı gücləndirilmiş iş rejimi müddətində də daşınan sərnişinlərin sayını açıqlayıb. Bu vaxtlarda metrodan 43 529 sərnişin istifadə edib.Muxalifet3 - 30-05-2019
"Sarsılmaz qardaşlıq-2019" təlimi keçiriləcək - Video
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi keçiriləcək. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimə hazırlıq çərçivəsində iki qardaş ölkənin dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə-Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb.
Muxalifet3 - 30-05-2019
Millət vəkili: Ölkəmiz idman yarışlarına ev sahibliyi etmək bacarığını yenidən dünyaya göstərdi
Azərbaycanın bu mötəbər oyunu, “Çelsi”-“Arsenal” qarşılaşmasını nə qədər yüksək səviyyədə təşkil etməsini bütün dünya gördü. Eyni zamanda, Azərbaycan bu cür beynəlxalq tədbirlərə, ən yüksək səviyyəli idman yarışlarına necə ev sahibliyi etmək bacarığı olduğunu bir daha göstərmiş oldu. Azərbaycan bununla həm də bir daha özünün idman ölkəsi olduğunu dünyaya nümayiş etdirmiş oldu.
Bunu açıqlamasında millət vəkili, politoloq Hikmət Babaoğlu deyib.Muxalifet3 - 30-05-2019
Dolu Kürdəmirə ziyan vurdu - Video
Kürdəmir rayonuna güclü yağış yağıb.
Muxalifet.az-ın məlumatına görə, günorta saatlarında rayonun, əsasən, Axtaçı, Qarabucaq, Qocalı, Carlı, Xəlsə, Mehdili və Dayıkazımlı kəndlərinə leysan yağıb, dolu düşüb.
Təbii hadisə nəticəsində fərdi təsərrüfatlara, o cümlədən meyvə ağaclarına ziyan dəyib.
Muxalifet3 - 30-05-2019
Həmsədrlər növbəti bəyanat yaydılar
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar.
Muxalifet3 - 30-05-2019
XİN-dən Paşinyana cavab: İdmanı siyasiləşdirməsi...
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva kütləvi informasiya vasitələrinin sualını cavablandırıb.
Muxalifet.az həmin sual-cavabı təqdim edir:
- Ermənistan Baş naziri N.Paşinyan Arsenal futbol klubunun oyunçusu H.Mxitaryanla telefon söhbəti edərək onun UEFA Avropa Liqasının final oyununda Bakının irqçi mövqeyinə görə iştirak edə bilmədiyini vurğulayıb. Bununla bağlı nə deyə bilərsiniz?Muxalifet3 - 30-05-2019