Axtarış
The search found 105785 results in 0.045 seconds.
Search results
ABŞ təyyarəsi okeana düşdü: axtarış aparılır
Yüngül mühərrikli təyyarə Nyu-Cersi ştatının sahilində Keyp-Mey burnu ərazisində okeana düşüb.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Sahil Mühafizə Xidmətinin nümayəndəsi məlumat yayıb.
Hadisə yerinə Sahil Mühafizəsinin iki kateri və xilasedici helikopter cəlb olunub.
Həlak olanlar və qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.
Muxalifet3 - 29-05-2019
Bakıdakı futbol matçının açılış mərasimindən FOTOLAR
Mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçının açılış mərasimi keçirilib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, final oyununun möhtəşəm açılış mərasimində ingiltərəli DJ, bəstəkar və remikser Conas Blu UEFA Bakı Olimpiya Stadionuna toplaşan azarkeşlərə unudulmaz anlar yaşadıb. O, möhtəşəm mərasimdə 150 yerli rəqqasla birlikdə səhnəyə çıxıb. Şərq ilə Qərbin qovuşduğu Bakıda təşkil olunan bu möhtəşəm mərasimdə Conas Blunun bənzərsiz ifası azarkeşlərin coşqulu alqışları ilə qarşılanıb.
Muxalifet4 - 29-05-2019
UEFA-nın yeni vitse-prezidentinin adı Bakıda bəlli oldu
İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubailes UEFA-ya vitse-prezident təyin olunub.
Muxalifet.az xəbər verir ki, bu barədə qərar UEFA-nın mayın 29-da Bakıda təşkil olunan İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
İspaniyalı mütəxəssis bu postda adı korrupsiya qalmaqalında hallanan Almaniya Futbol Assosiasiyasının sabiq prezidenti Reinhard Qrindeli əvəzləyib.
Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrit FIFA Şurasında Avropa nümayəndəsi təyin olunub.
Hər iki təyinat UEFA-nın 2020-ci ildə keçiriləcək konqresinədək nəzərdə tutulub.Muxalifet3 - 29-05-2019
ABŞ Poroşenkonu belə "qurban verdi" - İnanılmaz
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko prezident seçkilərində ABŞ-ın ona yetərincə dəstək olmadığını bəyan edib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker deyib.
“Poroşenko ona kifayət dəstək olmadığımız yönündə bizə şikayətləndi. Bizim cavab isə belə oldu: Biz insanları seçmirik. Biz prinsipləri və siyasəti dəstəkləyirik”, - deyə diplomat qeyd edib.
Muxalifet3 - 29-05-2019
Ağ Evdə böyük şok... Bir ayda ikinci dəfə oldu
ABŞ-da Ağ Evin yaxınlarındakı Ellipsə Parkında özünü yandıran adam təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra xəstəxanaya aparılıb.
Amerikan mətbuatında yer alan xəbərlərə görə, günorta saatlarında Vaşinqtonun mərkəzində olan və Ağ Evə çox yaxın parkda bir kişi özünü yandırıb. Gizli Xidmətdən edilən açıqlamada, söz mövzusu adama müdaxilə edildiyi və xəstəxanaya qaldırıldığı ifadə edilib.
Yaralanan adamın vəziyyəti ilə bağlı hər hansı bir məlumat paylaşılmazkən, Ağ Evdən də mövzuya bağlı hələ bir açıqlama verilməyib.Muxalifet3 - 30-05-2019
“Pəncə” hərəkatıyla ABŞ-a da böyük zərbə vurulacaq
Türkiyə Silahlı Qüvvələrinin (TSQ )27 mayda başladığı “Pəncə” Hərəkatı ilə əsl zərbəni İraq-Suriya koridorunu PKK-ya dəstək üçün istifadə edən ABŞ-a vuracaq. Hakurk-Duhok-Zap xəttində təhlükəsizliyin təmin edilməsi, Kandildən Sincar və Suriyaya gedən Amerikan lojistik dəstəyinin quru dəhlizi bitiriləcək. Bu amil Fəratın şərqinə yönəlik əməliyyat üçün əhəmiyyət daşıyır.
Muxalifet3 - 30-05-2019
ABŞ Türkiyə əleyhinə Yunanıstana hərbi daşımalar edir? – Pentaqon açıqladı
ABŞ Quru Qüvvələrinin Yunanıstanın Alexandrapolis limanına 700 civarında hərbi texnika sövq etdiyi iddialarına cavab olaraq açıqlama verən Pentaqonun sözçüsü Eric Pahon, "ABŞ uzun zamandır planlanan yaz təlimləri ardıcıllığının bir hissəsi olaraq Yunanıstanda liman əməliyyatları icra edir" deyə bildirib.
AVROPAYA GİRİŞ YOLU
Muxalifet3 - 30-05-2019
Pirallahıda GÜCLÜ YANĞIN - Ölən var
Pirallahı rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı mansarda tipli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və mansardı 10 m² sahədə yanıb.
Yanğının kəşfiyatı zamanı tüstüdən boğulmuş 1951-ci il təvəllüdlü Şargin Sergey İvanoviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Evin qalan hissəsi və digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Muxalifet - 30-05-2019
Zamirə Hacıyeva yenidən dünya KİV-nin gündəmində - 4 milyonluq üzük...
Sabiq bankirin arvadının həyat tərzi varlı ingilisləri belə təəccübləndirib; bahalı mağazadan alınan 1 milyonluq oyuncaq...
Beynəlxalq Bankın keçmiş rəhbərinin həyat yoldaşı Zamirə Hacıyeva yenidən dünyanın nüfuzlu nəşrlərinin diqqət mərkəzindədir. Britaniyanın “The Telegraph” nəşri Zamirə Hacıyevanın Londonda misli görünməmiş xərclərinin yeni təfərrüatları haqda yazı dərc edib. Həmin yazı əksər nüfuzlu KİV-də tirajlanıb.
Muxalifet - 30-05-2019
Prezident elan etdi: QARABAĞDA MÜHARİBƏ...
Cənab Prezidentimiz Respublika Gününə həsr olunmuş möhtəşəm tədbirdə çıxış edərək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm öz prinsipial mövqeyini, həm də bütövlükdə Azərbaycan xalqının, dövlətinin mövqeyini bir daha ictimaiyyətin diqqətə çatdırdı. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov Prezident İlham Əliyevin Respublika Gününə həsr olunmuş rəsmi qəbulda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiklərini şərh edərkən deyib.
Muxalifet - 30-05-2019
Trampın kürəkənindən QALMAQALLI AÇIQLAMA - "O, bir terrorçudur"
ABŞ prezidenti Donald Trampın baş müşaviri olan kürəkəni Jared Kuşnerin Səudiyyə Ərəbistanının İstanbul Baş konsolluğunda öldürülən jurnalist Camal Qaşıqçını 'terrorçu' adlandırması ortaya çıxıb.
Vanity Fairin, Michael Wolff-un yeni dərc olunan "Mühasirə: Tramp Atəş Altında (Siege: Trump Under Fire)" kitabına söykədiyi xəbərində, Trampın kürəkəni Kuşnerin jurnalist Qaşıqçını Usamə bin Ladin ilə əlaqələndirdiyi yazılıb.
"O BİR TERRORÇU İDİ"
Muxalifet3 - 30-05-2019
Ukraynada HELİKOPTER QƏZASI - 5 ölü
Ukraynanın qərbində Mi-8 helikopteri qəzaya uğrayıb.
Qəza nəticəsində 4 nəfər ekipaj üzvü və zabit həlak olub.
Aviaqəza Rovenski vilayətinin Sestryatin kəndində qeydə alınıb.
Helikopter quru qoşunları komandanlığına məxsus olub.
Hazırda qəzanın səbəbləri araşdırılır./trendMuxalifet - 30-05-2019
İsraildə parlament özünü buraxdı!
İsraildə baş nazir Binyamin Netanyahunun yeni koalisiya hökumətini qura bilməməsindən sonra 17 sentyabrda yenidən erkən seçkiyə gedilməsi qərarı alınıb.
Parlamentdə edilən səsvermədə Məclisin özünü buraxaraq erkən seçkiyə gedilməsini nəzərdə tutan qanun 45 əleyhinə, 74 lehinə olmaqla, qəbul edilib.
Qeyd edək ki, İsraildə 9 apreldə keçirilən erkən seçkilərdə heç bir partiya 120 yerlik Məclisdə tək başına iqtidara gəlmək üçün lazım olan 61 millət vəkilini əldə edə bilməmişdi.Muxalifet3 - 30-05-2019
Millət vəkilləri dünənki OYUNDAN DANIŞDI: “Arsenal” indi ermənilərlə birgə ağlasın
Mayın 29-dan 30-na keçən gecə Azərbaycan daha bir nüfuzlu yarışa, UEFA Avropa Liqasının final qarşılaşmasına, “Çelsi”-“Arsenal” oyununa ev sahidliyi etdi. Qarşılıqlı hücuml
Oxu.Az-ın xəbərinə görə, millət vəkili Sahib Alıyev bildirib ki, son günlər “Arsenal” yarımmüdafiəçisi Henrix Mxitaryanla birgə futbol yox, Azərbaycana qarşı siyasət oynayırdı.
Muxalifet - 30-05-2019
ABŞ-dan yeni S-400 təhdidi
ABŞ Türkiyəyə yönəlik təzyiq xarakterli davranışını davam etdirir. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagusa Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemləri alması mövzusunda qərarlı göründüyü və ABŞ-ın bu vəziyyətdə nə edəcəyi soruşulub.
Muxalifet3 - 30-05-2019
Qalmaqal: HDP-li bələdiyyə Türkcə danışmağı qadağan etdi
Türkiyədə 31 mart seçkilərində PKK-nın siyasi qolu olan HDP namizədinin Derik Bələdiyyəsində qalib gəlməsindən sonra Türkcə danışmaq qadağan edilib. “Dövlətin adamısınız” adı altında bütün işçiləri işdən çıxaran HDP-li Mülküyə Əsməz, bələdiyyədə kürd dilində danışılmasını istəyib. Aralarında şəhid yaxınlarının da olduğu işçilər ağır təzyiq altında olduqlarını ifadə edib.
Muxalifet3 - 30-05-2019
Milli Məclisin iki günlük iclası başlayır - SİYAHI
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
Muxalifet.az xəbər verir ki, bu gün və sabah keçiriləcək iclasların gündəliyinə 26 məsələ daxil edilib.Bunlar aşağıdakılardır:
Muxalifet - 30-05-2019
Bakıda deputatın ailəsində NÖVBƏTİ FACİƏ
Millət vəkili, Azərbaycan İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevə ağır itki üz verib. Deputatın qardaşı oğlu Behbud Hacıyev dünyasını dəyişib. Qeyd edək ki, Behbud Hacıyevin 2 oğlu 2017-ci ildə Bakı dəhşətli yol qəzasında vəfat etmişdi. Belə ki, 2017-ci ildə Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində 99 AU 738 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik avtomobili yanacaqdoldurma məntəqəsinə daxil olarkən sürücü idarəetməni itirərək “Shacman”a çırpılıb.
Muxalifet - 30-05-2019
Saakaşvili Ukraynaya qayıdır - nələr olacaq?
Politoloq: “Zelenskinin ona dövlət vəzifəsi verəcəyi də istisna deyil...” Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Kiyevə geri qayıdır. Varşavada olan Saakaşvili Ukrayna vətəndaşlığının ona qaytarılmasından danışıb və bununla bağlı videomüraciət yayıb. Eks-prezident bildirib ki, heç yerdə reklam etmədən, prezident administrasiyasına vətəndaşlığının qaytarılması üçün məktub yazıb. O, eyni zamanda bu qayıdışdan heç bir şəxsi məqsəd güdmədiyini, sırf Ukraynanın inkişafı və ayağa qalxması üçün çalışacağını elan edib.
Muxalifet - 30-05-2019
Azərbaycanlı TIR sürücüsü təcili yardım maşını toqquşdu - 1 nəfər öldü, 3-ü yaralandı
Türkiyədə azərbaycanlı TIR sürücüsü Gülman B., 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Unikal.org-un məlumatına görə, Gülman B. idarə etdiyi TIR-la 2017-ci ilin dekabr ayında Çorum-Ankara yolun 30-cu kilometrində təcili tibbi yardım maşını ilə toqquşub.
Nəticədə təcili tibbi yardım maşınını idarə edən sürücü Servet Kesekler həyatını itirib. 40 yaşlı həkim Akif Akbaş, 25 yaşlı tibb bacısı Elif Çırakoğlu və 24 yaşlı tibb işçisi Emran Bezeniroğlu ağır yaralanıb.Muxalifet - 30-05-2019