Axtarış
The search found 105785 results in 0.066 seconds.
Search results
SON DƏQİQƏ: Zavodda güclü YANĞIN - ölən və yaralananlar var
İranın Çahar-Mahal və Bəxtiyari vilayətinin Buldaci şəhərində zavodda baş verən yanğında bir nəfər həlak olub.
Bunu Çahar-Mahal və Bəxtiyari vilayətinin hüquq-mühafizə orqanının rəis müavini polkovnik Xosrov Nəcəfi deyib.
X.Nəcəfinin sözlərinə görə, yanğın nəticəsində 6 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır
Yanğının səbəbləri araşdırılır./PublikaMuxalifet - 29-05-2019
Rusiyadan S-400-lə bağlı Türkiyə açıqlaması: Gecikmə...
Türkiyəyə S-400 sistemlərinin çatdırılması ilə bağlı hər hansı bir dəyişiklik yoxdur.
Muxalifet.az xəbər verir ki, bu barədə “Rosoboroneksport” şirkəti məlumat verib.
Şirkətdən verilən məlumatda S-400-lərin Türkiyəyə öncədən müəyyən edilən vaxtda çatdırılması istiqamətində işlərin görüldüyü bildirilib.
Qeyd edək ki, daha öncə S-400-lərin Türkiyəyə təhvil verilməsində gecikmələrin olacağı barədə xəbər yayılıb.
Muxalifet3 - 29-05-2019
Ermənilərin nə yazdığı məni maraqlandırmır - UEFA prezidenti
Bakı finala tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib. Muxalifet.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksandr Çeferin Bakıda təşkil edilən mətbuat konfransında deyib. Sloveniyalı funksioner daha sonra jurnalistlərin suallarını cavablandırıb: - Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb... - Mən yalnız konfransdan sonra xəbər tutmuşam. Bitdikdən sonra ətraflı məlumat veriləcək. - Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsünüz ki, bu azarkeşlər üçün problemdir? - Məsafə ilə götürsək, Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır.
Muxalifet3 - 29-05-2019
Ermənistan bunu birdəfəlik dərk etməlidir... - Səfir
Ermənistan dərk etməlidir ki, dünya birliyi hərbi təcavüzün nəticələrinin legitimliyini heç vaxt tanımayacaq.
Muxalifet.az xəbər verir ki, bu fikri ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təntənəli qəbulda söyləyib.Muxalifet3 - 29-05-2019
İçərişəhər heyrətamizdir - "Çelsi" azarkeşi
Bakını videokadrlarda və şəkillərdə görüb çox bəyənmişdim. Şəhəri öz gözümlə görmək isə mənə xoş təəssürat bağışladı. Ən çox İçərişəhəri xatırlayacağam.
Muxalifet.az xəbər verir ki, bu sözləri azərtac-a müsahibəsində UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn “Çelsi” klubunun azarkeşi hindistanlı Yaşevar Radj deyib.Muxalifet3 - 29-05-2019
Ərdoğan Trampla danışdı: Təfərrüat...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, telefon danışığının təfərrüatı barədə məlumat verilməyib.
Muxalifet3 - 29-05-2019
Saakaşvili Ukraynada
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıdıb.
Muxalifet.az xəbər verir ki, bu barədə M. Saakaşvilinin rəsmi Feysbuk səhifəsində video-paylaşım edilib.
Siyasətçi artıq Kiyevdədir.
Qeyd edək ki, bir müddət öncə Ukrayna Prezidenti Vladimir Zelenski Saakaşvilinin ləğv edilmiş pasportunun bərpası barədə qərar verib.
Muxalifet3 - 29-05-2019
BBC Bakıdan videoreportaj yayımladı - Video
"BBC Sport" UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalı haqqında videoreportaj yayımlayıb.
Muxalifet.az xəbər verir ki, jurnalist Devid Ornsteyn "Avropa Liqasının finalı: Nə üçün Bakıda" adlı reportajında Dağüstü Parkdan azarkeşlərə səslənərək Bakının final oyunu üçün möhtəşəm məkan olduğunu bildirib.Muxalifet3 - 29-05-2019
SON DƏQİQƏ: Ermənistanda növbəti dövlət çevrilişi... - Siyasi XAOS
İrəvanda ara yenidən qarışıb. Ümumi yurisdiksiya məhkəməsinin Robert Köçəryanı zaminə buraxmasına hökumət sərt reaksiya verib. Bu hadisənin baş verməsinə qədər hakimiyyət heç bir şey etməyib. Lakin sonradan bunun həyati əhəmiyyətli məsələ olduğunu bəyan edərək, radikal çağırışlar edib. Konkret olaraq, Nikol Paşinyan insanları küçələrə çağırıb və məhkəmə binalarını mühasirəyə almağa səsləyib. Bu addım ölkədə əks-səda yaradıb. Bir sıra siyasi partiyalar, hüquqşünaslar və ekspertlər baş nazirin özünün qanunsuz davrandığını bəyan ediblər. Ombudsman bu barədə açıq və konkret danışıb.
Muxalifet3 - 29-05-2019
ABŞ-da şok istefa: Trampın işini araşdıran prokuror
ABŞ-ın xüsusi səlahiyyətli prokuroru Robert Müller Ədliyyə Nazirliyindəki vəzifəsindən istefa verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Müller özü məlumat verib.
O, "Rusiya işi" ilə bağlı istintaq faylını bağladığını və Ədliyyə Nazirliyindəki vəzifəsindən istefa verdiyini söyləyib.
Muxalifet3 - 29-05-2019
Mən də sizi gözəl sandım, doğma bildim... – Kamal Abdulla
Bir neçə gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə "xalq yazıçısı" adına layiq görülən ADU-nun rektoru, akademik, tanınmış yazıçı Kamal Abdulla müraciət yayıb.
Muxalifet.az xalq yazıçısının müraciətini təqdim edir:
"Əziz dostlar!Muxalifet3 - 29-05-2019
İran ABŞ-la danışıqlar üçün şərtləri açıqladı
İran ABŞ yalnız Tehrana qarşı tətbiq etdiyi sanksiyaları qaldırıb, nüvə sazişi üzrə öhdəliklərinin icrasını davam etdirəcəyi təqdirdə Vaşinqtonla danışıqlar barədə düşünə bilər.
“Reuters” agentliyinin məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.
“Danışıqlar üçün qapılar bağlı deyil. ABŞ sanksiyaları ləğv etməli və razılaşmaları yerinə yetirməlidir”, - deyə Ruhani bildirib.Muxalifet3 - 29-05-2019
Türkiyədən Aİ-yə etiraz: Bunu rədd edirik
Türkiyə hökuməti Avropa İttifaqının hesabatında yer alan əsasız və haqsız məqamları rədd edir.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər nazirinin müavini Faruq Qaymaqçı bildirib.
O söyləyib ki, hesabatda Türkiyənin guya Avropa İttifaqından uzaqlaşdığı barədə yersiz ifadələr əks olunub.
Türkiyənin bu məsələ ilə bağlı mövqeyinin dəyişmədiyini deyən nazir müavini bildirib ki, hesabatda FETÖ terror təşkilatının adının “Gülən hərəkatı” kimi təqdim olunması da qəbuledilməzdir.
Muxalifet3 - 29-05-2019
İran ABŞ-ı seçim qarşısında qoydu – SENSASİON AÇIQLAMA
İran ABŞ ilə müharibəyə hazır olduğu kimi, danışıqlara da eynən hazırdır.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə İranın xarici işlər nazirinin müavini Abbas İraqçı çıxış edib.
A.İraqçının sözlərinə görə, İran hər iki ssenariyə tam şəkildə hazırdır:
“Danışıqlara başlamağa ümid edirik. Bilirik ki, ABŞ-ı İranla müharibəyə təhrik edən şəxslər var”.
Muxalifet3 - 29-05-2019
BAKIDA MÖHTƏŞƏM MATÇ BAŞA ÇATDI! - "Çelsi” "Arsenal"ı DARMADAĞIN ETDİ - 4:1 / (YENİLƏNİB)
“Çelsi” və “Arsenal” komandaları arasında final matçı birincinin üstünlüyü ilə başa çatdı - 4:1.
***
69-cu dəqiqədə fərq azalır: 3-1. "Arsenal"ın heyətində Ayvobi fərqlənir. Bundan 3 dəqiqə sonra isə Eden Azar "Çelsi"nin üstünlüyünü yenidən 3 topa çatdırır: 4-1.
***
00:22
65-ci dəqiqədə "Çelsi" rəqib qapısından 3-cü topu keçirdi. Komandanın heyətində Eden Azar fərqləndi: 3-0
***
00:18
Muxalifet4 - 30-05-2019
Dəhşətli cinayət: Toyunun səhəri günü arvadını öldürdü
İstanbulun İldırım qəsəbəsi İsabəy məhəlləsində yaşayan 21 yaşlı Metehan Yurdoğlu toyunun səhəri günü arvadını qətlə yetirib.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, təzə bəy toyun səhəri günü mübahisə etdiyi xanımı Güllü Yurdoğluna 16 bıçaq zərbəsi vurub.
Məhkəmə Metehan Yurdoğlunu yaxın qohumunu xüsusi qəddarlıqla qətlə yetirməkdə təqsirli bilərək azadlıqdan ömürlük məhrum edib.Muxalifet4 - 29-05-2019
Türkiyə ordusu şəhidlər verdi - İlk itki
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) həyata keçirdiyi “Pəncə” antiterror əməliyyatı çərçivəsində İraqın şimalında iki hərbçi şəhid olub.
Muxalifet.az Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, nazir Hulusi Akar mayın 29-da şəhid olan hərbçilərin ailələrinə başsağlığı verib.
Nazir Hulusi Akar və ordu komandanlarının birbaşa nəzarəti altında keçirilən “Pəncə” əməliyyatı zamanı məhv edilən terrorçuların sayı 15 nəfərə çatıb.
Muxalifet3 - 29-05-2019
Netanyahuya verilən vaxt sona çatır: Liberman əngəli...
İsraildə Baş nazir Benyamin Netanyahuya hökuməti qurmaq üçün verilən vaxt sona çatmaq üzrədir.
Muxalifet.az xəbər verir ki, koalisiya hökumətinin qurulmasının yekun mərhələsində Bizim Evimiz İsrail Partiyasının lideri Aviqdor Libermanın parlamentdə təsdiqlənməsi lazım olan qanun layihələrilə bağlı israr etməsi ortalığı daha da qızışdırıb.Muxalifet3 - 29-05-2019
Türkiyə mediası: Bakı final coşqusunu yaşayır
UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar reallaşdırılan silsilə tədbirlər çərçivəsində Dənizkənarı Milli Parkda təşkil olunan azarkeş festivalı Türkiyənin aparıcı KİV-ləri tərəfindən böyük maraqla qarşılanıb.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, ölkənin aparıcı media orqanları xəbərləri “Bakı UEFA Avropa Liqasının final coşqusunu yaşayır” sərlövhəsi ilə təqdim ediblər.Muxalifet3 - 29-05-2019
Ramazanın 25-ci günü: İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 25-ci günüdür.
Muxalifet.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 30-da Bakıda imsak saat 03:26, iftar isə saat 20:19-dadır.
Ramazan ayının 25-ci gününün duası:
"Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin".
Tərcüməsi:Muxalifet3 - 29-05-2019