Axtarış
The search found 105785 results in 0.029 seconds.
Search results
"Röyters" AÇIQLADI: S-400-lər Türkiyəyə gəlsə, ABŞ...
ABŞ Türkiyənin Rusiyadan tədarük edəcəyi S-400 hava hücumundan müdafiə sisteminə qarşı türk pilotların F-35 döyüş təyyarələri təlimlərini dayandıra bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə “Röyters” informasiya yayıb.
Agentliyə müsahibə verən amerikalı rəsmilər Türkiyənin ABŞ-ın bütün etirazlarına rəğmən, Rusiyadan silah almasına cavab olaraq bu variant üzərində ciddi şəkildə düşündüyünü bildirib.Muxalifet - 29-05-2019
Tramp Yaponiyanın "İran" təklifini qəbul etdi
Yaponiyanın baş naziri Shinzo Abe İranla yaxın əlaqələrinin olduğunu ifadə edərək ABŞ-a bu yöndə yardım etmək istədiyini bildirib. ABŞ prezidenti Donald Tramp isə bu təklifi qəbul edib.
Donald Tramp Shinzo Abe-nin ABŞ ilə İran arasında vasitəçi olmasını dəstəkləyəcəyini söyləyib. Shino Abe-nin İran prezidenti Həsən Ruhani ilə görüşmək üçün gələn ay Tehrana səfər edəcəyi qeyd edilib.Muxalifet3 - 29-05-2019
“Ramiz Rövşəni təriflədiyimiz üçün Əbülfəz Qarayev bizi işdən qovdu” – Yazıçıdan ittihamlar
"Vaxilə Ramiz Rövşən və Vaqif Bayatılı ilə bağlı yazıma görə, Əbülfəz Qarayev məni işdən çıxardı”.
Bu sözləri Muxalifet.az-a "Mədəniyyət” qəzətinin keçmiş redaktoru Xeybər Göyyalı deyib. Onun sözlərinə görə, 2010-cu ildə işlədiyi qəzetdə "Ədəbiyyat söz oyunu deyil” yazı yazıb və orada adı çəkilən şairləri tərifləyib. Bu isə nazirlikdə böyük səs-küy yaradıb. Yazı dərc olunandan bir müddət sonra nazir Əbülfəz Qarayev onu və qəzetin baş redaktoru Nigar Mənsimovanı yanına çağıraraq, təhqir edib və işdən qovub.Muxalifet - 29-05-2019
Bakıda "Çelsi" futbolçuları dalaşıb, BAŞ MƏŞQÇİ PAPAĞINI YERƏ ATIB - VİDEO
Bu gün Avropa Liqasının finalında "Arsenal"la qarşılaşacaq "Çelsi"nin oyunöncəsi məşqində xoşagəlməz hadisə baş verib. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, matçın oynanılacağı Bakı Olimpiya Stadionunda olan hazırlıq prosesinin gedişində əvvəlcə komanda üzvləri - Qonzalo İquainlə David Luis mübahisə ediblər. Epizodların birində braziliyalı müdafiəçiyə qarşı kobud oynayan İquain komanda yoldaşından irad eşidib. Bundan sonra tərəflər bir müddət həmin epizodu müzakirə ediblər.
Muxalifet - 29-05-2019
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürdü
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şıxəli Qurbanov küçəsində qeydə alınıb. Belə ki, Gədəbəy rayon sakini, 57 yaşlı Binnət Qasımov yolu keçmək istəyərkən "VAZ 2107" markalı avtomobil onu vurulub. Nəticədə piyada alıdğı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Muxalifet - 29-05-2019
Bakıda ingilis azərkeşlərin KÜTLƏVİ DAVASI - Xəsarət alanlar var
Bakıda ingilis azərkeşləri arasında ilk qarşıdurma qeydə alınıb.
Dünən axşam saatlarında paytaxtın Malakan bağında “Çelsi” azərkeşləri ilə “Arsenal” azərkəşləri arasında mübahisə düşüb. Nəticədə, “Çelsi” azərkeşlərindən biri (Anderson Çels) xəstəxanaya çatdırılıb. Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a təsdiqləyib.Muxalifet - 29-05-2019
“Fənərbaxça”nın sabiq prezidenti vəfat edib
Türkiyənin “Fənərbaxça” klubunun sabiq prezidenti Metin Aşık vəfat edib.
ONA-nın məlumatına görə, 1989-93-cü illərdə İstanbul təmsilçisinin rəhbəri olmuş M. Aşık əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.
Onunla vida mərasimi mayın 30-da olacaq.
Qeyd edək ki, “Fənərbaxça” M. Aşıkın rəhbər olduğu dönəmdə iki dəfə Superliqanın gümüş medalını qazanıb. Həmçinin “Prezident Kuboku”na yiyələnib.
Muxalifet - 29-05-2019
Naxçıvanda tanınmış reperə görə BÖYÜK İZDİHAM: Şəkil çəkdirmək üçün bir-birlərini... - VİDEO
Naxçıvanda 28 May-Respublika Günü münasibətilə konsert təşkil edilib. Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, konsertdə çıxış reper Qurd izdihamla qarşılanıb. Konsertə gələnlər reperlə şəkil çəkdirmək üçün bir-birləri ilə yarışıblar. Təxminən 5 min insanın izlədiyi konsertdə hər kəs reperin mahnılarına oynayıb, onunla birgə ifa ediblər. Həmin görüntüləri təqdim edirik:
Muxalifet - 29-05-2019
Problemli kreditlərlə bağlı VACİB AÇIQLAMA: İki gün müddətində kompensasiya ala bilməsələr...
Bu həftə bəzi problemli kreditlərə kompensasiyaların ödənilməsi müddəti başa çatır. Prosesin başa çatmasına baxmayaraq, vətəndaşları narahat edən bir sıra mövzular var.
İqtisadçı Vüqar Bayramov sual doğuran bütün məsələlərə geysbuk profilində münasibət bildirib:
- Bu həftə kompensasiya ala bilməyənlər sonrakı aylarda bu güzəştlərdən istifadə edə biləcəklərmi?Muxalifet - 29-05-2019
“Nar” “Youth Speak” Forumunda iştirak edib
Gənclərin inkişafına hər zaman xüsusi diqqət ayıran “Nar”, mayn 26-da Bakı Ali Neft Məktəbində keçirilmiş “Youth Speak” beynəlxalq forumunda iştirak edib. Dünyanın 100-dən çox ölkəsində, eləcə də Bakıda keçirilən forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqi məqsədilə təşkil olunub və daha çox insanın, xüsusilə də gənclərin bu məqsədlər haqqında məlumatlılığını artırmağı hədəfləyir.
Muxalifet4 - 29-05-2019
Erməni nazirdən Qarabağla bağlı ŞOK AÇIQLAMA
“Moskva və Vyanada Dağlıq Qarabağ münaqişəsi üzəri baş tutmuş görüşlərdə əldə edilmiş anlaşmaların bəzi nəticələrini yaxında göstərə biləcəyik”.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan deyib.
Nazir bir sıra məsələlərin ATƏT-in Minsk qrupu həmsdərləri ilə müzakirə edildiyini bildirib:
“Bundan sonra daha əhatəli bir nəticə göstərə biləcəyik, çünki bu mərhələdə əldə edilmiş anlaşmaların yerinə yetirilməsinə yönəlik proses davam edir”.Muxalifet - 29-05-2019
“Cərrahın mesajların oxuyanda şoka düşdük” – Baku Medikal Plazada ölən həkimlə bağlı ilginc faktlar
"Siruz Qoçqani deyirdi, bizə təzə aparat gəlib, heç bir emboliya ola bilməz”
Baku Medikal Plazada estetik cərrah Siruz Qoçqaninin liposaksiya əməliyyatı icra etdiyi həkim-ginekoloq Sona Vəliyeva Gürgünün vəfat etməsi barədə məlumat vermişdik.
Muxalifet.az xəbər verir ki, medicina.az-ın əməkdaşı vəfat etmiş həkimin ailə üzvlərindən, yaxınlarından hadisənin təfərrüatlarını öyrənib.Muxalifet - 29-05-2019
“Çox istəyirik ki, Ali Radada azərbaycanlılar da təmsil olunsun” – Zelenskinin müşaviri
“Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır və biz yeni hakimiyyət ruporu olaraq bu tərəfdaşlığın irəliləyən zaman çərçivəsində daha da gücləndirmək niyyətindəyik”.
Muxalifet.az xəbər verir ki, bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin siyasi məsələlər üzrə müşaviri, prezidentin mənsub olduğu siyasi blokun rəhbəri Dimtri Razumkov bildirib.
Muxalifet4 - 29-05-2019
Manafdan həmkarlarını qıcıqlandıracaq açıqlama: hər kişinin işi deyil... - foto
Manaf Ağayev "Hər şey daxil"də iddialı açıqlaması ilə kişi həmkarlarının bostanını daş-qalaq edib.
Muxalifet.az milli.az-a istinadən xəbər verir ki, müğənni aparıcı Tarix Əliyevdən (Tolik) səhər canlı ifanı ondan və Əflatundan başqa heç kimdən gözləməməyi təklif edib.
Manaf səbəbini belə izah edib:Muxalifet - 29-05-2019
Dünyanın ən hündür binasının üzərində Azərbaycan bayrağı - FOTO
28 May - Respublika Günü münasibətilə Dubayda Birləşmiş Ərəb Əmirliklərinin rəmzi hesab olunan dünyanın ən hündür qülləsi məşhur Bürc Xəlifənin üzərində Azərbaycan dövlət bayrağı əks olunub. Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, Bürc Xəlifənun üzərində ölkəmizin bayrağının əks olunması Azərbaycanın Dubaydakı Baş Konsulluğunun təşəbbüsü ilə reallaşıb.
Muxalifet4 - 29-05-2019
Avropanın ƏN BAHALI 32 futbol klubu - Siyahıda 2 türk komandası da var - FOTOLAR
“FootballBenchmark” Avropanın ən bahalı 32 klubun siyahısını açıqlayıb.
Publika.az həmin siyahını təqdim edir.
REAL MADRİD3.224 milyard avro
MANÇESTER YUNAYTED
Muxalifet - 29-05-2019
Con Boltondan kritik açıqlama: Hücumun arxasında İran var!
Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) quru ilə sərhəd sularının yaxınlarında Səudiyyə Ərəbistanının neft tankerlərinə təşkil edilən təxribat ilə əlaqədar açıqlama verən Con Bolton, hücum ilə əlaqədar İranı məsul tutub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanıya aid neft tankerlərinə təşkil edilən təxribatdan sonra ABŞ tərəfindən edilən açıqlamalarda da İran hədəf olaraq göstərilmişdi.Muxalifet3 - 29-05-2019
Türkiyə gözəli Məsuda dəstək üçün Bakıya gəldi - FOTOLAR
Türkiyə gözəli ( Miss Turkey - 2014), aktrisa Əminə Gülşə UEFA Avropa Liqasında final oyununda sevgilisini dəstəkləmək üçün Bakıya gəlib.
Muxalifet.az “qafqazinfo”ya istinadən xəbər verir ki, o, instaqram səhifəsində “Arsenal”ın futbolçusu Məsut Özil üçün Azərbaycanda olduğunu bildirib. Model "Çelsi" və "Arsenal" qarşılaşmasında Məsuta uğurlar diləyib.
Muxalifet4 - 29-05-2019
DİN vətəndaşlara və turistlərə MÜRACİƏT ETDİ
Futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin şəxsi heyəti mayın 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.Muxalifet - 29-05-2019
ABŞ və Türkiyə Müdafiə nazirləri arasında kritik danışıq: ABŞ PKK-ya qarşı əməliyyatdan narahat oldu
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ABŞ Müdafiə nazirinin vəkili Patrick Şanahan ilə telefon danışığı aparıb. Telefon danışığında təhlükəsizlik və əməkdaşlıq mövzuları müzakirə olunub. Danışıq zamanı S-400 və F-35 məsələsi, eyni zamanda, Türkiyənin Şimalı İraqda “Pəncə” əməliyyatının da ciddi müzakirə olunduğu bildirilib.
Müxalifət.azMuxalifet3 - 29-05-2019