Axtarış
The search found 105785 results in 0.022 seconds.
Search results
ETSN çimərlik mövsümü ilə əlaqədar monitorinqlərə başlayıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi çimərlik mövsümü ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birlikdə Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda ekoloji vəziyyətin monitorinqinə başlayıb.
Bunu “Report”a açıqlamasında Nazirliyin şöbə müdiri Mirsalam Qəmbərov deyib.
Muxalifet - 28-05-2019
“Arsenal” və “Çelsi”nin təxmini start heyətləri açıqlandı
Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında qarşılaşacaq İngiltərənin “Çelsi” və “Arsenal” komandalarının təxminin start heyətləri açıqlanıb.
Muxalifet - 28-05-2019
ŞOK İDDİA: Azərbaycanda icra başçısı tətilə 1 milyon manat xərcləyib - FOTO
Lənkəran şəhərinin icra hakimiyyətinin başçısı Taleh Qaraşov haqda sensasion xəbər yayılıb.
Yayılan məlumatlara görə, Taleh Qaraşov 11 nəfər ailə üzvü ilə birgə (övladları və nəvələri) Çexiyaya səfər edib. AZAL şirkətinin Bakı-Praqa reysi ilə bu ölkəyə səfər edən icra başçısının məqsədi yaxınları ilə birgə istirahət etmək olub.Muxalifet - 28-05-2019
Gədəbəydə güclü leysan elektrik təsərrüfatına ciddi ziyan vurub - "Azərişıq”
Gədəbəydə güclü leysan elektrik təsərrüfatına ciddi ziyan vurub.
Bunu Trend-ə "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, leysan yağışları qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaradıb:
“Güclü yağış-leysanla əlaqədar 35 kVt-luq Slavyanka yarımstansiyasından 10 kVt-luq Slavyanka hava xətti açılıb. Bundan əlavə xəttin dayağı əyilib. Hazırda əməkdaşlarımız baş verən qəzanın nəticələrini aradan qaldırmağa çalışır. Amma mövcud əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olur”.Muxalifet - 28-05-2019
1 milyona oyuncaq, 30 minə şokolad - Zamirə Hacıyeva univermaqda 16 milyonu nəyə xərcləyib? - TƏFƏRRÜAT və FOTOLAR
Britaniyanın “The Telegraph” nəşri Beynəlxalq bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londondakı bədxərcliyinə dair növbəti material dərc edib. “Ölkə.Az” xəbər verir ki, Hacıyeva Londonun “Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib. Onların sırasında 4 milyon funt sterlinq “Boucheron” zinət əşyasına xərclənib. 1.75 milyon funt sterlinqə isə “Cartier” saatı və zinət əşyası alınıb. 1 milyon isə “Harrods”un uşaq oyuncağı bölməsində xərclənib. Adi bir oyuncağa 790 min funt sterlinq ödənilib.
Muxalifet - 28-05-2019
Zelenski Saakaşvilinin vətəndaşlığını qaytardı
Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Saakaşviliyə vətəndaşlığını qaytarıb. Bu məlumatı Ukrayna mətbuatı yayıb. Qeyd edək ki, Saakaşvilinin vətəndaşlığı Poroşenko dövründə ləğv edilmişdi. Bundan sonra isə o ölkədən qovulmuşdu./Axar
Muxalifet - 28-05-2019
Azərbaycan sərhədçiləri futbol azarkeşlərini gül-çiçəklə qarşılayır - ONLARA HƏDİYYƏLƏR TƏDİM OLUNUR...
Sabah – mayın 29-da Azərbaycanda keçiriləcək UEFA Çempionlar Liqasının final matçını izləmək üçün ölkəmizə azarkeş axını davam etməkdədir.
Muxalifet4 - 28-05-2019
Gürcüstan patriarxı Azərbaycanla Gürcüstan arasında problemləri alovlandıranları ittiham etdi
Bütün Gürcüstanın katolikos-patriarxı II İliya Gürcüstan və Azərbaycan hakimiyyətlərini sərhədin indiyə qədər razılaşdırılmamış hissələri ilə bağlı məsələni ölkələr arasında dostluq əlaqələrinin qorunub saxlanılması yolu ilə həll etməyə çağırıb. Virtualaz.org xəbər verir ki, bu barədə məlumat Gürcüstan Patriarxatının rəsmi saytında yerləşdirilib. Xatırladaq ki, bir neçə həftə əvvəl Keşikçidağ ətrafında vəziyyət kəskinləşib.
Muxalifet - 28-05-2019
Azərbaycanlı hakerlərdən erməni istifadəçilərə zərbə
“Azərbaycanın haker qrupu Facebook sosial şənəkəsindəki 2 minə yaxın erməni istifadəçinin hesabını ələ keçirib”.
Muxalifet.az tert.am-a istinadən xəbər verir ki, bu barədə informasiya təhlükəsizliyi mütəxəssisi Samvel Martirosyan məlumat verib.
O, məlumatları ələ keçirilmiş istifadəçilərin siyahısını paylaşıb və şifrələrini dəyişmək üçün xəbərdarlıq edib.
Martirosyanın sözlərinə görə, ələ keçirilən hesablar əsasən mail.ru vasitəsilə qurulanlardır.Muxalifet - 28-05-2019
"Arsenal"ın baş məşqçisindən Bakı finalı barədə açıqlama
Hazırda ancaq sabahkı final oyunu haqqında düşünürəm. Sabah bizi böyük vəzifə gözləyir. Əsas hədəf bu oyunda qalib gəlmək və kuboka sahib olmaqdır. Belə mühüm qarşılaşmalarda qələbə qazanmaq həm "Çelsi", həm də "Arsenal" kimi klublar üçün çox önəmlidir. Ona görə yalnız sabahkı oyun haqqında düşünürəm.
Muxalifet.az xəbər verir ki, bunu UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasının iştirakçısı - "Arsenal" klubunun baş məşqçisi Unai Emeri mayın 28-də keçirdiyi mətbuat konfransında deyib.Muxalifet3 - 28-05-2019
Qarabağın həlli ilə bağlı yaxında ciddi işlər görüləcək - Nazir
Bakıda Ermənistanın yeni rəhbərliyindən Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması üçün məsuliyyətli addımlar gözlənilir. Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Nezavisimaya qazeta"da dərc olunan məqaləsində yazıb.
Muxalifet3 - 28-05-2019
Qranit Caka: Siyasətdən çox danışdıq, indi futboldan söhbət açmaq istəyirik
Bu görüşdə iştirak edəcəyim üçün xoşbəxtəm. Yunan xalqı məni və “Arsenal”ı dəstəkləyir.
Muxalifet.az xəbər verir ki, bunları İngiltərənin “Arsenal” komandasının futbolçusu Sokratis Papastatopulos UEFA Avropa Liqasının finalı ərəfəsində Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında söyləyib.
Yunanıstanlı müdafiəçi deyib ki, Bakıya gəlməkdən imtina edən Ermənistan millisinin futbolçusu Henrix Mxitaryanla dostdur:Muxalifet3 - 28-05-2019
İmamoğlu: Seçkilərin nəticələrinə etiraz etməyəcəyəm
Əgər yenidən keçiriləcək seçkilərdə uduzsam və seçkinin ədalətli keçirildiyinə qane olsam, AKP-nin nəticələrə etiraz etmək yolunu seçməyəcəyəm.
Muxalifet3 - 28-05-2019
Cavad Zərif Bakıya gəlir
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif yaxın günlərdə Azərbaycana səfər edəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri Seyid Abbas Musəvi bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.Muxalifet3 - 28-05-2019
"Porşe"də rüşvət qalmaqalı: Ofislərə basqın edildi
Almaniyanın lüks avtomobil istehsalçısı “Porşe”nin adı korrupsiya ittihamında hallanır.
Muxalifet.az xəbər verir ki, bu barədə Ştutqart prokurorluğu məlumat yayıb. Açıqlamada “Porşe”yə aid bəzi ofislərə və maliyyə məsləhətçilərinin evinə “rüşvət və vəzifədən sui-istifadə etmə” ittihamı ilə basqın edildiyi bildirilib.
Şirkətə aid bəzi sənədlərin araşdırılmaq üçün prokurorluğa aparıldığı qeyd edilib.
Muxalifet3 - 28-05-2019
Əsəd ordusu xəstəxananı bombaladı
Bəşər Əsədin ordusu Suriyanın İdlib şəhərinin Kafr Nabl bölgəsindəki xəstəxananı bombalayıb.
Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində xəstəxana yararsız hala düşüb.
Rejim tərəfdarlarının İdlibin müxtəlif yerlərində hücumlara davam etdiyi bildirilir.
Muxalifet3 - 28-05-2019
100 il əvvəl Azərbaycanla birgə Qərbi qabaqladıq - Zurabişvili
Gürcüstan və Azərbaycan arasında istənilən məsələ yalnız dialoq yolu ilə həll oluna bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanın Respublika Günü və Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı bildirib.
S.Zurabişvili Azərbaycan dövlətini və xalqını Respublika Günü münasibətilə təbrik edib.
O qeyd edib, Gürcüstan və Azərbaycan 100 il bundan əvvəl Avropanı qabaqlayaraq azadlıq yolunda addım atıb.Muxalifet3 - 28-05-2019
İraqın şimalı təmizlənməlidir - Baxçalı
İraqın şimalı təmizlənməlidir.
Muxalifet.az xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı deyib. O, Türkiyə Silahlı Qüvvələrinin İraqda başlatdığı “Pəncə” əməliyyatına dəstək olduqlarını bildirib:
“MHP “Pəncə” əməliyyatını heç bir şərtsiz dəstəkləməkdədir. Bu əməliyyat terrorla mübarizə müddətinin ən önəmli mərhələlərindən biridir. Gözləntilərimiz terrorla mübarizənin Fəratın şərqini də əhatə etməsidir. Terrorla mübarizə və davam etdirilən təsirli əməliyyat siyasi və diplomatik kanallarda da gücləndirilməli, genişləndirilməlidir".Muxalifet3 - 28-05-2019
ABŞ-ın bu şəhəri 28 mayı Azərbaycan Milli Günü elan etdi
ABŞ-ın Arizona ştatının paytaxtı Finiks (Phoenix) şəhəri 28 mayı “Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Keyt Qalleqo (Kate Gallego) tərəfindən müvafiq bəyannamə imzalanıb. Muxalifet.az xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı vurğulanır. Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir.
Muxalifet3 - 28-05-2019
Sarri: Bakıda komandaların şansları bərabərdir
Komandaların şansları hazırda 50-50-dir. Muxalifet.az xəbər verir ki, bunu “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri deyib. O, Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında “Arsenal”la sabah keçiriləcək oyun haqda danışıb və jurnalistlərin suallarına cavab verib: “Mənim "Çelsi" ilə müqaviləm daha iki il var. Ona görə də hazırda bu matçın "Çelsi"də son oyun olduğu barədə danışmaq istəmirəm. Mən tamamilə "Arsenal"la matça köklənmişəm. Hazırda bizim komandanın pis mövsüm keçirdiyini deyə bilmərəm. Çünki biz Çempionlar Liqasına vəsiqə qazanmışıq.
Muxalifet3 - 28-05-2019