Axtarış

The search found 105785 results in 0.023 seconds.

Search results

  1. Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına mayın 26-da keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb. DİM-dən bildirilib ki, imtahanda iştirak etmiş bakalavrlar Mərkəzin internet saytında öz nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

    Muxalifet3 - 28-05-2019

  2. Qubada sel suları körpünü apardı

    Qubanın Tülər kəndinə yağan güclü yağış fəsadlara səbəb olub.
    Muxalifet.az-ın şimal bölgəsi üzrə müxbirinin verdiyi xəbərə görə, kənd ərazisindən keçən  Ağçay çayı üzərində tikilən keçid körpüsünü sel suları aparıb. 
    Quba rayon İcra Hakimiyyətinin Tüləkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Məmmədhüseynovun Oxu.Az-a verdiyi məlumata əsasən, kəndlə əlaqə kəsilməyib. Avtomobillər alternativ yoldan istifadə edərək rayon mərkəzinə gedib-gələ bilirlər:

    Muxalifet3 - 28-05-2019

  3. Dünyanın ən böyük təyyarəsi ilə Bakıya gəldilər - Foto

    UEFA nümayəndələrini Avropa Liqasının final oyunu üçün Bakıya dünyada ən böyük sərnişin təyyarəsi gətirib. Muxalifet.az AZAL-ın rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, nümayəndə heyəti paytaxtımıza “Airbus A380” layneri ilə gəlib. Qeyd edək ki, bu hava gəmisini qəbul etmək imkanına malik olan aeroportlar elə də çox deyil.

    Muxalifet3 - 28-05-2019

  4. ​Ruhu lentə almaq üçün gizli kamera quraşdırdı - Görüntülər ŞOKA SALDI - FOTOLAR

    Stiven Makkers adlı amerikalı usta fəaliyyət göstərdiyi kiçik iş yerində qəribə hadisə ilə üzləşib. Muxalifet.az redaktor.az-a istinadən xəbər verir ki, 72 yaşlı usta hər gün iş ləvazimatlarının yerinin dəyişildiyini müşahidə edib. O, bunun səbəbini müəyyən etmək üçün gecə saatlarında bir neçə dəfə əraziyə baş çəksə də, qəribə heç nə müşahidə etməyib. İş yerində alətlərin yerini dəyişməsi ustanı həyacanlandırıb. O, qəti şəkildə iş yerində ruhların gəzdiyini irəli sürüb. Usta hadisənin dəqiq səbəblərini üzə çıxarmaq üçün iş yerinə gizli kamera yerləşdirib.

    Muxalifet3 - 28-05-2019

  5. ​Ramazanın 24-cü günü: İmsak və iftar vaxtları

    Sabah Ramazan ayının 24-cü günüdür. Muxalifet.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda mayın 29-da imsak saat 03:27-də, iftar isə saat 20:18-dədir. Ramazan ayının 24-cü gününün duası: "Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin". Tərcüməsi: “"İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm.

    Muxalifet3 - 28-05-2019

  6. ​Ərdoğandan jest: Azərbaycan dilində təbrik - Foto

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətiylə təbrik edib.
    Muxalifet.az xəbər verir ki, Ərdoğan Feysbuk səhifəsində təbrik mesajını Azərbaycan dilində yazıb.
    “Azərbaycan Cümhuriyyətinin yaranmasının 101-ci il dönümünü səmimi arzularımla təbrik edirəm. Dost və qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyev qardaşıma öz adımdan və millətim adından sevgi və salamlarımı çatdırıram”, - Ərdoğan qeyd edib.

    Muxalifet3 - 28-05-2019

  7. CHP namizədi İmamoğlu üçün PKK və FETÖ-dan ianə kampaniyası

    İstanbulun üzdə olan zənginlərindən olmasına baxmayaraq seçkidə ictimai fikri çaşdırmağa yönəlik CHP-nin İstanbul namizədi Əkrəm İmamoğlu üçün başladılan ianə toplama kampaniyası Avropaya uzadılıb. Almaniyada CHP NRW Birliyi "Əkrəm İmamoğlu Könüllüləri" başlığı ilə pul toplayır.

    Muxalifet3 - 29-05-2019

  8. Bayramqabağı örnək davranış: Borc dəftərini satın aldı

    Türkiyədə Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) sədr müavini Əhməd Şəkərli Şırnakda bir dükanın borc dəftərini satın alıb.
     
    Əhməd Şəkərli gəldiyi heyətlə daha sonra Şırnak Valiliyinin əməkdaşları ilə şəhərin Nuh Məhəlləsində təşkil edilən proqramda, Ramazan Bayramından əvvəl əhaliyə qida yardımı paylayıb.
     
    BORC DƏFTƏRİNİ 12 MİN LİRƏYƏ SATIN ALDI
     
    Eyni məhəllədə bir dükana girən Şəkərli, təxminən 12 min lirəlik əhalinin borcu olduğu dəftəri satın alıb.

    Muxalifet3 - 29-05-2019

  9. PKK-da dağılmağa başladı: Silahlarıyla təslim oldular

    Türkiyənin Daxili İşlər Nazirliyi Batmanda keçirilən əməliyyat çərçivəsində 4 terrorçunun silahları ilə birlikdə gizləndikləri mağaradan çıxaraq təslim olduğunu açıqlayıb. Terrorçulardan birinin 2018-ci ildə Mardində 8 jandarmanın şəhid olduğu hadisənin iştirakçısı olduğu müəyyən edilib.
    Açıqlamada, 8 jandarma personalının şəhid olduğu hadisənin iştirakçısı sözdə “mava” qrupunun təxribatçısı Mahir kod adlı terrorçunun olduğunun təsbit edildiyi qeyd edilib.
    Bölgədə əməliyyatların davam etdiyi bildirilib.

    Muxalifet3 - 29-05-2019

  10. Səudiyyə vəliəhdi aldadıldı: 450 milyon dollarlıq Hz. İsa tablosu saxta çıxdı

    Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın iki il əvvəl hərracda satın aldığı Da Vinçinin Hz. İsa tablosunun saxta olduğu ortaya çıxıb.
     
    Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın 2 il əvvəl Leonardo Da Vinçinin Salvador Mundi adlı rəsm əsərini 450 milyon dollar ödəyərək satın almışdı. Rekord qiymətə satın alınan bu rəsm əsəri tarixə keçərkən, vəliəhd şahzadə xoşagəlməz bir sürpriz ilə qarşılaşıb.

    Muxalifet3 - 29-05-2019

  11. İranı sarsıdan hadisə: Ruhaninin məsləhətçisi həyat yoldaşını öldürdü

    İran prezidenti Həsən Ruhaninin məsləhətçisi Məhəmməd Əli Nəcəfi həyat yoldaşını öldürdüyünü etiraf edib.
     
    İranın Xəbər Agentliyi “ISNA”-ya açıqlama verən Cəza Prokurorluğunun rəhbəri Məhəmməd Şehriyari, Nəcəfinin həyat yoldaşını öldürdüyünü etiraf etdiyini söyləyib.
     
    POLİSƏ TƏSLİM OLDU
     
    Nəcəfinin polisə təslim olduğunu ifadə edən Şehriyari, "Nəcəfi ailəvi anlaşılmazlıqlar səbəbiylə həyat yoldaşını öldürdüyünü etiraf etdi" deyib.

    Muxalifet3 - 29-05-2019

  12. Azərbaycanda məşhur prokuror vəfat etdi

    Bir vaxtlar Azərbayvan Respublika Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış, III dərəcəli dövlət ədliyyə müşaviri Ağamməd İbişov vəfat edib.
    Prokurorluq orqanlarından sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Katibliyinin rəisi vəzifəsini tutan A.İbişov ömrünün sonuna kimi Ədliyyə nazirliyi akademiyasının baş müəllimi kimi çalışıb. O, fəxri ədliyyə işçisi idi.
    Qeyd edək ki, A.İbişov xəstəlik səbəbindən vəfat edib.
    Allah rəhmət eləsin./Publika

    Muxalifet - 29-05-2019

  13. Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək

    Bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

    "Report" xəbər verir ki, Bakı Olimpiya Stadionundakı həlledici qarşılaşmada İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək.

    Saat 23:00-da başlayacaq matçı Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək. Bakıdakı finalda ilk dəfə olaraq Avropa Liqasında Video-Köməkçi Hakim (VAR) sistemindən istifadə olunacaq.

    Muxalifet - 29-05-2019

  14. İSTANBUL YENƏ “İMAMOĞLU” DEYİR! – Rəy sorğuları AKP-ni maraqlı nəticələrlə üz-üzə qoyub

    Təəssüf ki, Türkiyənin siyasi gündəmində çox böyük gərginliyə səbəb olan təkrar seçki mövzusu ölkənin maliyyə və iqtisadi problemlərinin həlli kimi çox əhəmiyyətli məsələləri kölgədə qoymaqdadır. Bu səbəbdən əksər tanınmış siyasətçilər və siyasi müşahidəçilər öz çıxışlarında bu məsələnin bir an öncə bitməsini və Türkiyə hakimiyyətinin, nəhayət, normal həyata qayıdaraq, ölkənin sosial-iqtisadi problemlərinin həllilə məşğul olmasını istədiklərini bildirirlər.

    Muxalifet - 29-05-2019

  15. Ermənistana “Yuxarı Gövhər Ağa” məscidi ilə bağlı XƏBƏRDARLIQ!

    Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev Şuşadakı “Yuxarı Gövhər Ağa” məscidi ilə bağlı bəyanat verib.
    Bəyanatda deyilir: "Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında xalqımıza məxsus zəngin mədəni, tarixi və dini irsin dağıdılması, gizlədilməsi və dəyişdirilməsi kimi fəaliyyətin mütəmadi şahidi oluruq.

    Muxalifet - 29-05-2019

  16. ​Bakıda Ata və oğulun öldüyü dəhşətli qəzanın ŞOK GÖRÜNTÜLƏRİ - ANBAAN VİDEO

    Dünən Bakının Nərimanov rayonunda baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Sosial şəbəkədə yerləşdirilən görüntülərdə “BMW” markalı avtomobilin yüksək sürətlə hərəkətdə olan zaman sürücünün idarəetməni itirdiyi və qarşı yolda hərəkət edən “Mitsubishi” markalı avtomobilə çırpıldığı əks olunub. Məlumata görə, hadisə nəticəsində “BMW”nin sürücüsü, 1981-ci il təvəllüdlü Təvəkkül Nizami oğlu Yusifov və onun oğlu, 2008-ci il təvəllüdlü Nizami Təvəkkül oğlu Yusifov hadisə yerində ölüb. Həmin görüntüləri təqdim edirik:

    Muxalifet - 29-05-2019

  17. Zelenski azərbaycanlıya Ukrayna vətəndaşlığı verdi

    Ukrayna prezidenti Vladimir Zelenski bu ölkədə yaşayan azərbaycanlıya ölkə vətəndaşlığı verib.
    Bununla bağlı dövlət başçısının rəsmi saytında yerləşdirilmiş fərmanda bildirilir.
    Fərmana əsasən 1990-cı ildə Azərbaycanda anadan olmuş, hazırda Kiyev şəhərində yaşayan Səmədzadə Emin İzzət oğlu Ukrayna vətəndaşlığını qəbul edib.

    Muxalifet - 29-05-2019

  18. Türkiyənin Şimali İraqda başlatdığı “Pəncə” əməliyyatının arxa planı

    Türkiyənin Terror və Təhlükəsizlik Mütəxəssisi Abdullah Ağar etdiyi açıqlamada, "Pəncə” hərəkatının nə məna verdiyini və ola biləcək nəticələri dəyərləndirib.
     
    Türkiyə sərhədləri içərisindəki terror ünsürlərinin təsir və varlıqlarının yox deyiləcək qədər aşağı bir səviyyəyə gerilədiyini deyən Ağar, son dövrlərdəki terror hərəkətlərinin Şimali İraqdan gələn və əllərində təcrübəli silahlar olan terror ünsürləri tərəfindən reallaşdırıldığını xatırladıb.

    Muxalifet3 - 29-05-2019

  19. ​Metro istifadəçilərinə ŞAD XƏBƏR: Səhərə qədər işləyəcək

    "Bakı Metropoliteni"nin stansiyaları futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə səhərə qədər işləyə bilər.
    Bu barədə Trend-ə açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
    Onun sözlərinə görə, bu gün bütün metro stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq. Həmin vaxt sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən ehtiyat qatarların ayrılması nəzərdə tutulub:

    Muxalifet - 29-05-2019

  20. İrandan ABŞ-a sərt mesaj: Gərginliyin nəticələrini də qəbul edin

    İranın Xarici İşlər nazirinin müavini Abbas Arakçi ABŞ, İsrail və onlarla birlikdə hərəkət edən ölkələrin yaratdıqları gərginliyin nəticələrini də qəbul etmələri lazım olduğunu ifadə edib.
     
    ABŞ-ın İrana yönəlik iqtisadi sanksiyaları və bölgədəki hadisələrlə əlaqədar olaraq Arakçi, "Bölgədə tam sabitlik və təhlükəsizlik bütün ölkələrin iqtisadi mənfəətləri və milli təhlükəsizlikləri təmin edildiyi zaman reallaşar" deyib.

    Muxalifet3 - 29-05-2019

Pages