Axtarış

The search found 105785 results in 0.066 seconds.

Search results

  1. “WhatsApp” istifadəçilərini qəzəbləndirəcək QƏRAR - Şirkətdən ŞOK ADDIM

    "WhatsApp” istifadəçilərini qəzəbləndirəcək addım atmağa hazırlaşır.

    Şirkət 2020-ci ildən başlayaraq reklam qəbul edəcək. Bu, o deməkdir ki, istifadəçilər "WhatsApp”da reklamlarla qarşılaşacaq.

    Reklam proqramın bəzi bölmələrini əhatə edəcək. Qeyd edək ki, "WhatsApp”ın reklam şirkətləri ilə əməkdaşlıq edəcəyinə dair xəbərlər hələ ötən il yayılmışdı. Bu qərar istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.

    "WhatsApp” istifadəçilərinin sayının çox olmasına baxmayaraq bu vaxta qədər reklam qəbul etməyib./redaktor.az/

    Muxalifet - 29-05-2019

  2. General Elçin Quliyev hər bir britaniyalı qadına qızılgül hədiyyə etdi - FOTO

    Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək futbol üzrə Avropa Liqasının final oyunu ilə bağlı əcnəbi qonaqlar şəhərimizə gəlməkdə davam edirlər. Dövlət Sərhəd Xidmətinin əməkdaşları Azərbaycana gələn turistləri xüsusi hədiyyələrlə qarşılayırlar. Belə ki, xanım azarkeşlərə gül dəstələri, kişilərə isə üzərində “Tofiq Bəhramov - 1966” sözləri yazılmış brelok hədiyyə olunur. Xatırladaq ki, məhz azərbaycanlı hakimin qərarından sonra 1966-cı ildə İngiltərə milli komandası dünya çempionu adını qazana bilmişdi.

    Muxalifet - 29-05-2019

  3. ​Nazpəri Dostəliyeva: Metro, avtobus sənət adamları üçün deyil - VİDEO

    Son günlər adı qalmaqallarda hallanan Xalq artisti Nazpəri Dostəliyeva ARB TV-də yayımlanan “Səhər-səhər” verilişində qonaq olub.
    Verilişin aparıcısı Elgiz Əkbər qonağı, Xalq artisti Nurəddin Mehdixanlını ilk dəfə metroda gördüyünü dilə gətirib.
    Xalq artisti Nazpəri Dostəliyeva isə ictimai nəqliyyatın sənət adamları üçün olmadığını deyib.

    Muxalifet - 29-05-2019

  4. ​Aprelin 28-də keçirilən imtahanların nəticələri ELAN EDİLDİ

    Dövlət İmtahan Mərkəzi (DİM) əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsinin, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının nəticələrini elan edib.
    Muxalifet.az xəbər verir ki, aprelin 28-də imtahan verən həmin şəxslər iş nömrəsini 7727-ə göndərməklə nəticələrlə tanış ola bilər. 
    Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytına da yerləşdiriləcək.

    Muxalifet - 29-05-2019

  5. “Nar” bir çox xidmətlər və məhsullar üzrə yeniliklər edəcək

    “Nar” 2019-cu il ərzində bir çox xidmətlər və məhsullar üzrə müştəri məmnuniyyətini daha da yaxşılaşdıracaq və növbəti pilləyə qaldıracaq yeniliklər edəcək. Bunu “Nar”-ın Marketinq üzrə direktoru Qəhrəman Kazımov “Qafqazinfo”ya müsahibəsində deyib. “Nar”-ın qarşıdakı planları barədə məlumat verən Q.Kazımov bildirib ki, mobil operator bütün ölkə əhalisinin 4G internetinin sürətindən və rahatlığından faydalanması üçün şəbəkəsini daha da genişləndirməyi, xüsusilə də 4G şəbəkəsini hazırda tətbiq olunmayan regionlara penetrasiya etməyi nəzərdə tutub.

    Muxalifet4 - 29-05-2019

  6. Ukrayna pasportu Saakaşviliyə qaytarıldı - FOTO

    Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə Ukrayna pasportu geri qaytarılıb.

    Muxalifet.az lent.az-a istinadən xəbər verir ki, bu barədə M.Saakaşvili sosial şəbəkədə paylaşım edib.

    “Ukraynanın Varşavadakı gözəl konsulu mənə Ukraynaya qayıtmaq üçün pasportumu qaytarıb. İndi isə aeroporta, oradan isə Kiyevə!”, - deyə Saakaşvili qeyd edib.

    Muxalifet4 - 29-05-2019

  7. UEFA finalını izləməyə gələn TURİST pasportunu itirdi - FOTO

    Bakıda finala oyununa baxmağa gələn turist pasportunu itirib.
    Muxalifet.az DİN-ə istinadən xəbər verir ki, Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşı, polis kapitanı Fədai Maqsudov ərazidə xidmət apararkən xarici vətəndaşa məxsus içində sənədlər olan cüzdan tapıb. Dərhal həmin cüzdanın sahibinin tapılması üçün tədbirlərə başlanılıb. Qısa müddətdə həmin xarici vətəndaş polis əməkdaşları tərəfindən tapılıb və cüzdanı ona təqdim olunub. Ölkəmizə turist kimi gəlmiş həmin şəxs belə operativliyə görə polis əməkdaşlarına minnətdarlığını bildirib.

    Muxalifet - 29-05-2019

  8. Müdafiə nazirindən “Pəncə Hərəkatı” açıqlaması

    Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar açıqlamasında, "Pəncə Hərəkatının tamamlanmasıyla məqsədimiz ölkəmizə bu bölgədən gələn mövcud terror təhdidinin tamamilə ortadan qaldırılmasıdır. Məhmətcik tərəfindən terrorçuların bu bölgədə girilmədik mağarası, yuvası, sığınacağı qalmayacaq. Bunların hamısı tamamilə məhv ediləcək" deyib.
    Müxalifət.az

    Muxalifet3 - 29-05-2019

  9. SOSİAL MEDİADAN QORXAN MƏMURLAR: “O cür görüşlər türməni xatırladır”

    Azərbaycanda əksər nazirlərin sosial şəbəkədə aktivliyi gözə çarpmır. Düzdür, son zamanlar canlı yayımlara çıxan, sosial media vasitəsilə vətəndaşlarla ünsiyyətdə olan nazirlər, komitə sədrləri və digər qurum rəsmilərini görürük. Buna baxmayaraq virtual fəaliyyəti boş çoxluqdan ibarət olan rəsmilər də mövcuddur.
    Öncə qeyd etməliyik ki, “Yeni Sabah” nazirlərin və komitə sədrlərinin “Facebook”, o cümlədən “Twitter”dəki hesablarını araşdırıb. Nəticəni təqdim edirik:

    Muxalifet - 29-05-2019

  10. “Tezliklə Bakıda görüşəcəyimizə ümid edirəm” – Emmanuel Makron

    Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    “Cənab Prezident.

    Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, eləcə də rifah və xoşbəxtlik arzularımı çatdırıram.

    Muxalifet - 29-05-2019

  11. Azərbaycanda güclü yanğın, ölən var

    Kürdəmir rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
    Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1978-ci il təvəllüdlü Əliyev Namiq Rafiq oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
    Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

    Muxalifet - 29-05-2019

  12. “Pəncə” əməliyyatı ilə təpələrinə mindilər: Terroçular qaçmağa başladı

    Türk Silahlı Qüvvələrinin İraqın şimalındakı Hakurk bölgəsindəki PKK terrorçularına yönəlik başlatdığı “Pəncə” Hərəkatından sonra PKK-lı terrorçular qruplar halında qaçmağa başlayıb. TSQ-nın əməliyyatlarında məhv edilən terrorçu sayı 15-ə çatarkən, qaçan terrorçular da Kandilin cənubuna doğru çəkilməyə başlayıb.
     

    Muxalifet3 - 29-05-2019

  13. Sabiq nazirin kadrı Xətainin icra başçısı olmaq istəyir

    İlqar Süleymanovun ikinci cəhdi baş tutacaqmı... 
    Bakının ən böyük rayonlarından olan Xətai rayonu 6 aya yaxındır rəhbərsiz qalıb. Uzun illər bu rayona rəhbərlik etmiş Razim Məmmədov 2018-ci ilin 13 dekabr tarixində ölkə prezidentinin sərəncamı ilə vəzifəsindən azad edilib. Bu vaxta qədər də o posta təyinat olmayıb. Prosesin bu qədər uzanması haqda ictimaiyyətə heç bir məlumat verilmir.

    Muxalifet - 29-05-2019

  14. Azərbaycanlı oliqarxın stadion tikintisi: qubernator müavini, nazir və digərləri həbs olundu - QUM MAXİNASİYASI...

    Rusiyanın Rostov vilayətinin qubernatorunun mənzil-kommunal təsərrüfatı üzrə müavini Sergey Sidaş mayın 19-da həbs olunub. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu səs-küylü həbsin, habelə vilayət hökumətinin iki ay əvvəl həbs edilmiş arxitektura və tikinti naziri Nikolay Bezuqlovun məsələsinin azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun “Crocus İnternational” şirkətlər qrupunun tikdiyi “Rostov Arena” stadionu ilə bağlı olduğu üzə çıxıb.

    Muxalifet - 29-05-2019

  15. İlham Əliyev sərəncam imzaladı

    Prezident İlham Əliyev Maqsud Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Maqsud Davud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin.

    Muxalifet - 29-05-2019

  16. ​"Çelsi" və "Arsenal" azarkeşləri ekspress avtobuslarla daşınır

    Bu gün Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçını izləmək üçün ölkəyə turistlər gəlməkdə davam edir. Müvafiq qurumların əməkdaşları Azərbaycana gələn turistləri xüsusi formada qarşılayırlar. Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hazırda hava limanında UEFA Avropa Liqasında final oyununda "Çelsi" və "Arsenal" qarşılaşmasını izləmək üçün paytaxtımıza gələn azarkeşlər qarşılanaraq ekspress xətt avtobusları ilə daşınır.

    Muxalifet - 29-05-2019

  17. «DÜNYADA ƏDALƏT VAR!» – Timoşenko Saakaşvilinin qayıdışını bu cür şərh etdi

    Yuliya Timoşenko Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığının qaytarılmasına reaksiya verib.

    «Vesti»nin yazdığına görə, siyasətçi bəyan edib ki, Saakaşvilini Ukrayna pasportundan məhrum etmək eks-prezident Pyotr Poroşenko tərəfindən həyata keçirilmiş siyasi qisas idi. Bu barədə Timoşenko öz «Feysbuk» səhifəsində yazıb.

    Muxalifet - 29-05-2019

  18. Petrosyan ABŞ səfirliyinə təcili mesajlar göndərib - “Vikiliks”

    Petrosyan mitinqlərdə başqa bir bəyanat versə də, təmamilə fərqli bir tələblə ABŞ səfirliyinə müraciət edib.

     

    Muxalifet4 - 29-05-2019

  19. Zelenski SOCAR-dan şaurma aldı, selfi çəkdirdi - FOTO

    Şaurma ilə şelfi çəkdirən Ukrayna Prezidenti Vladimir Zelenski siyasətçilərə bu yeməkdən yeməyi məsləhət görüb.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, fotonu Zelenski öz İnstagram səhifəsində yerləşdirib.

    SOCAR yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən kafedən aldığı şaurmanı iştahla yeyən Prezident qeyd edib ki, gərgin qrafiklə işləyəndə şaurma çıxış yolu ola bilər.

    “Burada qorxulu və utancverici heç bir şey yoxdur”, - o fotoya şərhdə yazıb.

    Prezident hesab edir ki, bu, insanlara kömək edir.

    Muxalifet - 29-05-2019

  20. ​Niyaməddin Musayev rok oxuyarsa... - VİDEO

    Xalq artisti Niyaməddin Musayev rok konsertində səhnəyə çıxıb.
    Klubların birində baş tutan konsertdə o, “Dədə-baba qrupu” ilə birgə “Dünya sənin, dünya mənim” adlı mahnısını rok janrında ifa edib.
    Müğənninin ifası sosial şəbəkədə yayılıb və maraqla qarşılanıb./Unikal

    Muxalifet - 29-05-2019

Pages