Axtarış
The search found 105785 results in 0.024 seconds.
Search results
Çovdarovun məhkəməsinə jurnalistlər yenə buraxılmadı
Keçmiş MTN əməkdaşları - general-mayor Akif Çovdarov, polkovnik Səlim Məmmədov və digərlərinin kassasiya şikayəti üzrə məhkəmə keçirilib.
Ali Məhkəməin hakimi Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda keçmiş MTN-çilər iştirak etməyib.
Qapalı keçirilən məhkəməyə jurnalistlər də buraxılmayıb.
Hakimlər cinayət işinin həcminin böyük olduğunu və bu səbəbdən materiallarla tam tanış olmadıqlarını bildirib. Proses təxirə salınıb.
Məhkəmə iyunun 27-ə təyin edilib.Muxalifet - 30-05-2019
İcra başçının müavininə PA-da VƏZİFƏ VERİLDİ
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı vəzifəsindən azad edilib.
Muxalifet.az "Report”a istinadla xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxıb.
N.Muxtarlı Prezident Administrasiyasının (PA) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.Muxalifet - 30-05-2019
Təhsil nazirinin müavini məktəblərdəki problemlərdən danışdı
"Dünyada gedən sürətli inkişaf nəticəsində 2030-cu ildə dünyada mövcud olan ixtisasların və peşələrin 80 faizinə ehtiyac olmayacaq". Musavat.com xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov media üçün keçirilən təlimdə çıxışı zamanı deyib. O bildirib ki, gələcəkdə əmək bazarında hansı peşələrə, ixtisaslara ehtiyac olacağını bu gün proqnozlaşdırmaq çətindir: "Ona görə təhsil sistemi elə baza bilikləri verməlidir ki, gələcəkdə gənclər bazanı inkişaf etdirsinlər. Gəncləri müstəqil fəaliyyət göstərməyə istiqamətləndirməliyik. Aparılan islahatlar bu məqsədləri güdür". F.
Muxalifet - 30-05-2019
Nazirlikdən diplomların Türkiyədə tanınmaması ilə bağlı - AÇIQLAMA
Təhsil Nazirliyi Azərbaycanın bir sıra universitetlərinin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli informasiyanın dəqiq olmadığını deyib:Muxalifet - 30-05-2019
SOCAR Türkiyəyə 15 milyard dollar sərmayə yatırıb
"SOCAR hazırda Türkiyənin ən böyük xarici investorudur. Bu günə qədər şirkətimiz ortaqlarımızla birlikdə Türkiyə iqtisadiyyatına 15 milyard dollar sərmayə yatırıb və bu rəqəmi 19,5 milyard dollara çatdırmağı planlaşdırırıq" Bunu SOCAR prezidenti Rövnəq Abdullayev 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında çıxışı zamanı deyib. R.Abdullayev bildirib ki, STAR zavodunda bütün qurğular artıq işə salınıb və müəssisə tam layihə gücünə çatdırılıb: "Eyni zamanda zavodun məhsulları Türkiyədəki biznesimizin inkişafına yeni təkan verəcək.
Muxalifet - 30-05-2019
"Deputatlar məhkəmə-hüquq islahatları prosesinə cəlb edilməlidir" - Fazil Mustafa
“Deputatların hüquq və səlahiyyətlərinin artırılması, qanunların icrasına nəzarət mexanizmində rolu olması yaxşı olardı. Məsələn, deputatlar məhkəmə-hüquq islahatları prosesinə cəlb edilməlidir”.
Muxalifet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.Muxalifet - 30-05-2019
İmamoğlunun Türk və İslam düşməni olan televiziyaya müsahibə verməsinin ŞİFRƏLƏRİ
CHP namizədi Əkrəm İmamoğlu son dövrdə Türkiyə əleyhdarı yayımları ilə ön planda olan Səudiyyə-BƏƏ yayım orqanı Əl Ərəbiyyəyə müsahibə verib.
Demokratiyadan uzaq və tiran bir ölkənin yayım orqanına və Səudiyyələrə demokratik mübarizədən və Türkiyədən şikayət edib, bir də "seçkini itirməkdən" bəhs edib, Cumhur İttifaqının namizədi Binalı İldırım qalib gəldiyi təqdirdə nə edəcəklərini izah edib.
İmamoğlu "seçki ədalətli olarsa və məğlub olarsaq etiraz etmərik" - deyir.Muxalifet3 - 30-05-2019
Azarkeşlər Azərbaycan bayrağına sarılaraq “Çelsi”nin qələbəsini qeyd etdilər – ÖZBƏKLƏR DƏ BAKIDA QƏLƏBƏ SEVİNCİ YAŞADILAR! – FOTO / VİDEOLAR
Dünən bütün dünyanın diqqəti Bakıya yönəlmişdi. Muxalifet.az xəbər verir ki, Azərbaycan paytaxtında UEFA Avropa Liqası çərçivəsində “Çelsi” və “Arsenal” komandaları arasında baş tutan möhtəşəm final matçı birincinin böyük üstünlüyü ilə başa çatdı. Qeyd edək ki, saytımızın oxucuları bu möhtəşəm qarşılaşmanı canlı olaraq izləmək imkanı əldə etdilər. O cümlədən kubokun təqdimolunma mərasimi və “Çelsi” futbolçullarının qələbədən doğan sevinc anları da Muxalifet.az tərəfindən canlı olaraq oxuculara nümayiş etdirildi.
Muxalifet4 - 30-05-2019
Türk nazirdən kritik xəbərdarlıq: Mənim qorxum budur ki...
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu 23 iyun seçkiləri ilə bağlı etdiyi açıqlamada, "Mənim narahatlığım və qorxum budur. Açıqca söyləyim: İstanbuldakı güc üzərindən 23 iyundan sonra bəziləri Türkiyənin sabitliyini pozmaq, yeni bir yol, yeni bir boz iqlim yaratmağa çalışır. Buna icazə verməmək lazımdır. Yenə İstanbulu bir siyasi qarşıdurmanın mərkəzi halına gətirməyə çalışırlar" deyib.
Müxalifət.azMuxalifet3 - 30-05-2019
“Rusiya nüvə sınağı həyata keçirdi” - PENTAQONDAN ŞOK İDDİA
ABŞ-ın Müdafiə Nazirliyi Rusiyanın nüvə sınağı həyata keçirdiyini irəli sürüb.
Pentaqonun Kəşfiyyat qurumu Rusiyanın nüvə sınaqları həyata keçirdiyini irəli sürüb. Rusiyadan təpki cavabı gecikməyib.Muxalifet3 - 30-05-2019
ABŞ-İran gərginliyində gözlər Qətərdə
ABŞ ilə İran arasındakı gərginlikdə gözlər 13 min əsgəri personalla Orta Şərqdəki ən böyük ABŞ bazası saxlayan Qətərə çevrilib. Qətər isə torpaqlarının bir qonşu ölkəyə qarşı istifadə edilməsini istəmir.
Qətər 13 min ABŞ əsgəri personalının xidmət etdiyi Orta Şərqdəki ən böyük ABŞ hərbi bazası olan El-Udeydə ev sahibliyi edir. ABŞ əməliyyatlarının bir çoxunu məhz buradan həyata keçirir.Muxalifet3 - 30-05-2019
SON DƏQİQƏ: Bakıda cəzaçəkmə müəssisəsinin yaxınlığında GÜCLÜ YANĞIN BAŞLADI
Bu gün saat 13:30 radələrində Bakı şəhər Binəqədi rayonu ərazisində yanğın başlayıb.
Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında güclü yanğınla bağlı məlumat daxil olub və hadisə yerinə 3 yanğınsöndürmə briqadası cəlb edilib.
İlkin məlumata görə, ərazidə köhnə təkərlərin, məişət tullantılarının və quru ot olan yerlər yanır./PublikaMuxalifet - 30-05-2019
"Bu məsələləri çox şişirtməyin" - Oqtay Əsədov
“Azərbaycanda islahatlar aparılır, prezident müəyyən işlər görür. Mən hələ görməmişəm ki, siz çıxışlarınızda bu barədə bir söz deyəsiniz”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın çıxışına münasibət bildirərkən söyləyib. “Harada bir çatışmazlıq var, onu deməyə başlayırsınız. Azərbaycanı Tacikistanla müqayisə edirsiz. Xahiş edirəm bu məsələləri çox şişirtməyin. 7 dəqiqə danışdınız, Azərbaycanda gedən işlər barədə bir dənə müsbət söz söyləmədiniz. Hamısı mənfi məsələlər oldu”, - deyə O.Əsədov əlavə edib./Unikal
Muxalifet - 30-05-2019
Paşinyan Mxitaryana zəng vurub
Ermənistanın baş naziri Nikol Paşinyan dünən Ermənistan yığmasının kapitanı və London "Arsenal”ının yarımmüdafiəçisi ilə telefonla danışıb.
Virtualaz.org bildirir ki, Ermənistan baş nazirinin futbolçu Henrix Mxitaryana bu təcili zəngi bir daha sübut edir ki, Avropa Liqasının finalı ətrafında ingilis mətbuatında Azərbaycan əleyhinə olan hücumların arxasında erməni diasporu və Ermənistan hökuməti durub.
Bundan əlavə, Mxitaryan ilə bağlı məsələdə Ermənistanın baş naziri Azərbaycana irqçi hücum edib.Muxalifet - 30-05-2019
“Sizin bağırsaqlarınızı söküb boğazınıza dolayacam, əclaflar! ...“ - İCRA HAKİMİ QƏNİYEV VERGİ RƏİSİNİ HƏDƏLƏYİR
Özbəkistanın Fərqana vilayətinin icra hakimi Şuxrat Qəniyev yerli vergi müfəttişliyinin və məcburi icra Bürosunun rəislərini “bağırsaqlarını söküb boğazına dolamaqla” hədələyib.
Özbəkistanda rəhbər işçilərin tabeçiliyindəki məmurlarla davranışına dair növbəti qalmaqal haqda “Azadlıq” radiosunun özbək xidməti bildirir.
Muxalifet - 30-05-2019
“Çukur”un Vartolusunun yeni layihəsi
“Çukur” serialında Vartolu obrazını canlandıran Erkan Kolçak Köstendilin yeni layihəsi bəlli olub.
Köstəndil tək adamlıq teatr tamaşası ilə Türkiyədə qastrol səfərinə çıxacaq.
Onun bu layihəsi yay boyu davam edəcək. Tamaşanın ssenarisni Köstəndil özü yazıb. “12 nömrəli adam” adlı tamaşa barədə aktyor özü İnstaqram səhifəsində məlumat verib.Muxalifet - 30-05-2019
Fransadan Ermənistana gözlənilməz ZƏRBƏ - LƏĞV EDİLDİ
Fransanın Val d’Oise Departamentinin İnzibati Məhkəməsi Arnuvil şəhəri ilə Dağlıq Qarabağdakı erməni separatçıları arasında imzalanan "Dostluq Xartiyası"nı ləğv edib.
"Report"un Fransa bürosu xəbər verir ki, "sənəd" Fransanın Arnuvil şəhərinin meri Paskal Dol ilə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Xocavənd rayonunun Şeher yaşayış məntəqəsinin separatçı rəhbəri arasında imzalanmışdı.
Muxalifet - 30-05-2019
SSRİ dövrünün ən qalmaqallı terror hadisəsi: Cinayətkar öz tələbinin icrası üçün 5 dəqiqə vaxt veribmiş - FOTOLAR
Bəzən bir çox insanlarda belə təəssürat yaranır ki, SSRİ dövründə ölkə tam sülh, əmin-amanlıq, ictimai-siyasi sabitlik, kriminalsız həyat, terrorsuz, cinayətsiz bir cəmiyyət şəraitində olub. Əsla, bu, heç də belə deyil. Sadəcə həmin dövrdə müvafiq dövlət qurumları baş verən hadisələri böyük peşəkarlıqla gizlətməyi, “məxfi” qrifli qovluqlara yerləşdirməyi bacarıblar. Uzun illər gizlədilən hadisələrdən biri də Leninqradda baş verib…
23 aprel 1973-cü il, saat 14.25... Leninqrad şəhəri, Pulkovo hava limanı...
Muxalifet - 30-05-2019
Ucar sakini “Azercell Telekom”dan şikayətçidir – “...Həyətimdə quraşdırdığı antenaları oradan çıxarmaq istəmir”
Ucar rayonu, Yuxarı Şilyan kənd sakini, Böyük Vətən müharibəsi iştirakçısı Yusifova Xanım Mütdəlif qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə müraciət edən şikayətçi yazır: ““Azercell Telekom” MMC tərəfindən mənim hüquqlarım pozulmuş, aldanılmışam.
Muxalifet4 - 30-05-2019
Vəzifəli şəxslərin iyun ayı üçün qəbul cədvəli açıqlanıb - SİYAHI
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açqılanıb.Muxalifet.az Report-a istinadən vəzifəli şəxslərin yer aldığı həmin cədvəli təqdim edir.Muxalifet - 30-05-2019