Axtarış
The search found 105785 results in 0.082 seconds.
Search results
Prezidentdən onunla “selfie” çəkmək istəyən gəncə maraqlı jest - VİDEO
Dünən Bakı Olimpiya Stadionunda baş tutan "Çelsi”-"Arsenal” matçını izləyənlər arasında prezident İlham Əliyev və xanımı da olub.
Muxalifet.az azxeber.com-a istinadən xəbər verir ki, prezident oyun başlamadan öncə onunla selfi çəkmək istəyən gənci görüb və ona yaxınlaşıb. Ölkə başçısı gəncin daha rahat şəkildə foto çəkməsinə yardımçı olub.
Həmin videonu təqdim edirik:
Muxalifet - 30-05-2019
Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazə YENİ QAYDADA veriləcək
Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazə vərəqələri, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin daha qısa zaman ərzində alınması mümkün olacaq.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.
Yeni dəyişikliklərdə həmin sənədlərin verilməsi üçün dövlət rüsumunun dərəcələri də müəyyən edilib.Muxalifet - 30-05-2019
Lebedev Bakıya görə Kloppu YERİNDƏ OTURTDU
"Əslində mən, yaxın zamanda Bakıya səfər edən bir insan kimi sizi əmin edə bilərəm: bu, dünyanın ən təhlükəsiz, ən qonaqpərvər və gözəl şəhərlərindən biridir. İslama fanatizm yoxdur. Əksinə, Rusiyadakı qədər azdır".
Bunu Aleksey Lebedev özünün“mk.ru” saytında dərc edilən "Bakı finalı bu komikdir" - Yürgen Kloppun səhvi nədədir?” adlı məqaləsində qeyd edib.Muxalifet - 30-05-2019
İki əlil övladına baxa bilməyən yaşlı ana çarəsiz vəziyyətdə - “Tək istəyim odur ki, dövlət bu iki uşağı himayəsinə götürsün...”
Cəlilabad rayon sakini İmanova Gülzar Həbib qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə yetkili dövlət qurumlarına müraciət edən şikayətçi yazır:
“Mən İmanova Gülzar Həbib qızı 1958-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Ailə qurduqdan sonra Cəlilabad rayon Kazımabad kəndinə köçmüşəm. Hal hazırda Cəlilabad rayon Kazımabad kəndində yaşayıram.Muxalifet4 - 30-05-2019
CƏBHƏDƏN ACI XƏBƏR: Düşmən təxribat törətdi, hərbi qulluqçumuz ŞƏHİD OLDU
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.Muxalifet - 30-05-2019
Almaniya 10 yaşlı Türkü qəhrəman elan etdi
Mart ayında Almaniyanın Nürnberg şəhərində yanan avtomobildən 2 yaşındakı bacısını qurtaran Kənan Büyükhana (10) Münhendə təşkil edilən mərasimdə Bavariyanın baş naziri Markus Söder tərəfindən medal verilib.
Muxalifet3 - 30-05-2019
Emin Ağalarov Azərbaycan narkomanlarını xilas edəcək
Bakıda Rusiya Narkoloji Bərpa Mərkəzinin filialı açılacaq.
“Report” xəbər verir ki, yeni müəssisə Rusiyanın “Crocus Group” şirkətlər qrupunun birinci vitse-prezidenti, Xalq artisti Emin Ağalarov tərəfindən Rusiya Milli Əks-Narkotik İttifaqı (RMƏNİ) ilə birgə açılacaq.Muxalifet - 30-05-2019
Tanınmış kordioloq-həkim: "Bir dəfə Allahşükür Paşazadəyə dedim ki..." - MÜSAHİBƏ
"Sual-Cavab" layihəmiz davam edir. Layihəmizin bu dəfəki qonağı 36 ildir kordioloq-həkim kimi fəaliyyət göstərən, 2015-ci ildə "Əməkdar həkim" və Türkiyədə bir çox mükafatlarla ilə təltif olunan Rima Nəcəfovadır. Rima xanım xaraktercə çox həssas, təvazökar, humanist, mülayim bir xanımdır. Həkimlə söhbət zamanı ağlımda yalnız həzin danışığı, gülərüz siması ilə yadda qaldı.
Muxalifet.az sonxeber.az-a istinadən kordioloq-həkim Rima Nəcəfovanın müsahibəsini təqdim edir:Muxalifet - 30-05-2019
Rövşən Lənkəranski sağdır? - ŞOK FOTOSU YAYILDI
Mərhum azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin (Əliyev) müzakirələrə səbəb olan fotosu yayılıb. Muxalifet.az xəbər verir ki, onun büstünün qoyulduğu ərazidə şəkil çəkdirdiyi iddia edilib. Görənlər şəklin fotoşop vasitəsilə düzəldildiyini desə də, fotonun həqiqi olduğuna inananlar da az olmayıb. Qeyd edək ki, Lənkəranskinin ölümündən sonra sağ olduğuna dair iddialar səsləndirilmişdi. Məlumat üçün bildirək ki, 2016-cı ildə Rövşən Əliyevin içində olduğunu 90-ND-011 dövlət nömrə nişanlı avtomobil naməlum şəxslər tərəfindən güllələnib.
Muxalifet - 30-05-2019
Məktəblərdə mühafizə qaydaları DƏYİŞİR - Dövlət qoruyacaq
Məktəblərin mühafizəsi dövlət tərəfindən qorunacaq". Bunu Təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" qanunla bağlı çıxışında qeyd edib. O qeyd edib ki, qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, təhsialanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mühafizə xidməti təşkil ediləcək.
Muxalifet - 30-05-2019
Zelenskiyə parlamentdən pis xəbər
Ukraynanın dövlət başçısı Vladimir Zelenskinin tələbindan sonra baş nazir Vladimir Groysmanın istefa qərarı parlament tərəfindən təsdiqlənməyib.
Prezident Vladimir Zelenskinin vəzifəyə gəldiyi ilk gün hökumətin istefasını istəməsindən sonra baş nazir Groysmanın parlamentə təqdim etdiyi istefa qərarı üçün parlamentdə səsvermə keçirilib.
Səsvermə nəticəsində baş nazirin istefasının qəbulu üçün lazım olan 226 səs təmin edilməyib.Muxalifet3 - 30-05-2019
Şəhid hərbçimiz bu rayonda dəfn ediləcək - 2 UŞAQ ATASI İMİŞ
Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusu Qax rayonunda dəfn ediləcək.
"Report"un məlumatına görə,1983-cü il təvəllüdlü Aqşin Akif oğlu Omarovun nəşi səhər saatlarında Qax rayonuna gətiriləcək və rayonun Lələpaşa kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid olan hərbi qulluqçu ailəli olub, 2 oğlu var.
Allah rəhmət eləsin.Muxalifet - 30-05-2019
"Azərbaycan Ermənistanla deyil, Rusiya ilə danışıqlar aparmalıdır" - Qüdrət Həsənquliyev
"Hələ 2004-cü ildə Rusiyanın Ermənistanın forpostu olduğu bəyan edilib. Ermənistan rəhbərliyi özü də qəbul edir ki, o, müstəqil dövlət deyil, forpostdur. Ermənistan özü nədir ki, regionda təhdid yaratsın. 1999-cu ildə Ermənistan rəhbərliyinin parlamentdə publik edam olunması Ermənistan siyasi elitasının daim yaddaşındadır. Onlar siyasi mövcudluqlarını qorumaq, simalarıı itirməmək üçün Azərbaycanla danışıqlarda iştirak edirlər. Ona görə bir daha qeyd edirəm, Ermənistan region üçün heç bir təhdid yaratmır. Buna görə də Azərbaycan Rusiya ilə danışıqlar aparmalıdır".
Muxalifet - 30-05-2019
Saakaşvilinin Ukraynaya qayıdışı Azərbaycanın maraqlarına cavab verir
Ukrayanın yeni seçilən prezidenti Vladimir Zelenski Gürcüstanın esk-prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilini yenidən Ukraynaya qayıdışına şərait yaratdı, vətəndaşlığını geri qaytardı.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu "Zelenski nədən bu addımı atdı?" başlığı ilə məqalə yazıb:Muxalifet - 30-05-2019
Bakıda nəvə 77 yaşlı nənəsini öldürüb yandırdı - TƏFƏRRÜAT
Bakıda 77 yaşlı nənəsini öldürdüb yandırmaqda şübhəli bilinən Eldar Əfəndiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhməkə hazırlıq iclası hakim Mirzə Xankişiyevin sədrliyi ilə iyun ayının 4-də keçiriləcək.Muxalifet - 30-05-2019
Türkiyədə terror planlaşdıran İŞİD silahlıları tutuldu - ARALARINDA QADIN DA VAR
Türkiyənin cənubunda, Adana əyalətində İŞİD terror qruplaşmasının 14 silahlısı saxlanılıb.
Tutulanlar arasında qadın da var. Silahlıların hamısının Türkiyə vətəndaşları olduğu bildirilir.
Terrorçuların saxlanılması ilə bağlı əməliyyat əvvəlcədən plana uyğun şəkildə aparılıb.
Saxlanılanların Adananın müxtəlif hissələrində terror aktları planlaşdırdıqları məlum olub.
Trend xatırladır ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu son zamanlar Türkiyə ərazisində İŞİD-in fəallığının müşahidə olunduğunu demişdi.Muxalifet - 30-05-2019
Fuad Abbasov sabah Azərbaycana deportasiya olunacaq
Azərbaycanlı jurnalist Fuad Abbasovun Bakıya göndərilməsi üçün bilet alınıb. Muxalifet.az xəbər verir ki, bu barədə “Report”un Moskva müxbirinə Fuad Abbasovun hüquqlarını müdafiə komitəsinin üzvü, “Azərbaycan” cəmiyyətinin sədri Oqtay Hüseynov bildirib. O deyib ki, bilet 31 may tarixi üçün alınıb. “Fuad Abbasovun departasiya edilməsi ilə bağlı Ximki Məhkəməsinin qərarından apellyasiya şikayəti verilib. Bu şikayətlə bağlı məktub sabaha qədər təcridxanaya daxil olmasa, Fuad Abbasov mayın 31-də Bakıya göndəriləcək”.
Muxalifet - 30-05-2019
Azərbaycanda bayram namazının vaxtı AÇIQLANDI
Azərbaycanda bayram namazının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da "Əjdərbəy" məscidində, saat 09:00-da isə "Təzə Pir" məscidində bayram namazı qılınacaq. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bayram namazına qatılacaq. Qazilər Şurasının verdiyi fətvada qeyd olunur ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək. Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayıb.
Muxalifet - 30-05-2019
Abel Məhərrəmovun "sağ əli" vəzifəsindən azad olundu - BDU-da STRUKTUR DƏYİŞİKLİKLƏRİ
Bakı Dövlət Universitetində (BDU) struktur islahatları aparılıb və kadr təyinatları olub.
Muxalifet - 30-05-2019
Fotodakı şəxs Rövşən Lənkəranski deyil: GÖRÜN KİM İMİŞ - FOTOFAKT
Xəbər verdiyimiz kimi bu gün Rövşən Lənkəranskinin Lənkərandakı heykəlinin qarşısında eynilə özünə oxşuyan bir nəfərin fotosu yayılıb.
Foto sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə səbəb olub, lakin tezliklə məsələyə aydınlıq gəlib.
Fotodakı şəxsin yaxınlarından biri "Facebook" qruplarından birində Rövşən Lənkəranski olduğu iddia olunan şəxsin digər bir şəklini paylaşıb. Fotodan da məlum olur ki, bu şəxs Rövşən Lənkəranski deyil, sadəcə oxşarlıq var./milli.azMuxalifet - 30-05-2019