Axtarış
The search found 105785 results in 0.029 seconds.
Search results
Azərbaycanda ad, soyad və ata adı eyni olan 19 seçici var
Azərbaycanda ad, soyad və ata adı eyni olan 19 seçici qeydiyyata alınıb.
Muxalifet.az trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının Katibliyinin müdiri Rövzət Qasımov deyib.
R.Qasımov bildirib ki, yoxlamalar zamanı onların hər birinin ayrı-ayrı şəxslər olduğu müəyyən edildikdən sonra sistemdə saxlanılıb.Muxalifet4 - 29-05-2019
Milyonçuların qaçdığı TOP-9 ölkə - Çin, Rusiya, Hindistan...
Bir çox insan yaşadığı yeri dəyişərək istədiyi yerə köçüb, məskunlaşmaq arzusundadır. Lakin bu, elə də asan deyil. Başqa ölkəyə köçmək üçün insanın kifayət qədər maliyyə vəsaiti olmalıdır.
ONA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ekspertlərin hesablamalarına əsasən, 2018-ci ildə dünyanın 108 milyonçusu yaşadığı yeri dəyişib. Bu isə əvvəlki ilə (95 min milyonçu) nisbətən 14% çoxdur.
Muxalifet - 29-05-2019
“Bizdə futbol məmur biznesinə və korrupsiyaya bağlıdır” - İttiham
“Azərbaycanda bu günə qədər çox mənasız, bahalı, büdcəyə ziyan vuran yarışlar keçirilib, amma futbol üzrə UEFA finalının Bakıda keçirilməsi idman tədbirləri arasında ən doğru qərardır”.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, bu final həm ölkə tanıtımı, həm də iqtisadi cəhətdən uğurlu addımdır. “Amma bizim hökumət çox ləng, köhnə, məmurların təşəbbüs məsələsində axsaq olduğuna görə PR məsələsində yenə uduzduq”.Muxalifet - 29-05-2019
Amerikan düşüncə adamından narahatedici yazı: "ABŞ İrana hücum edəcək"
“İndependent” qəzetində Rus əslli Amerikan vətəndaşı, düşüncə adamı Noam Çomski-nin 'İş işdən keçməmiş İranla müharibəni dayandırmalıyıq' başlıqlı ABŞ-ın ola biləcək İran hücumuna dair bir yazısı dərc olunub.
ABŞ-lı düşüncə adamı Noam Çomski qələmə aldığı yazıda, ABŞ-ın İrana hücum edəcəyini söyləyib. Çomski-nin yazısının Türkiyənin sabiq baş naziri Ərbakanın İranla əlaqədar söylədiyi fikirləriylə bənzərlik daşıdığı görülüb.Muxalifet3 - 29-05-2019
Hacıqabulda “Toyota Prado” AŞDI - Ana öldü, oğlu yaralandı
Hacıqabulda ölümlə nəticələnən yol qəzası olub.
Muxalifet.az ONA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisində keçən hissəsində qeydə alınıb. “Toyota Prado” markalı, 10 UD 440 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə avtomobildə olan qadın - Hüseynova Afət Ələddin qızı dünyasını dəyişib. Ölən qadının oğlu isə yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 29-05-2019
"Azərbaycan Qarabağı azad etsə, işğalçı olacaq" - Milli Məclisdə QALMAQALLI AÇIQLAMA
Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudor Qarabağ münaqişəsi ilə bağlı qalmaqallı fikirlər səsləndirib.
O, Milli Məclisdə (MM) keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Qarabağ problemini “qarışıq məsələ” adlandırıb.
Tyudor deyib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq:
“Siz deyirsiniz ki, Qarabağ sizindir. Amma o ərazilər hazırda Ermənistanın nəzarətindədir. Əgər siz Qarabağı işğaldan azad etsəniz, onda işğalçı kimi tanınacaqsınız, işğalçı kimi qəbul ediləcəksiniz...”.Muxalifet - 29-05-2019
Səhiyyə Nazirliyi gücləndirilmiş iş rejiminə keçdi
Bu gün Bakıda keçiləcək Avropa Liqasının final oyunu ilə əlaqədar Səhiyyə Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Muxalifet.az-a nazirlikdən məlumat verilib.
Nazirlik tərəfindən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 39 təcili yardım avtomobili azarkeşlərə və komanda heyətlərinə xidmət göstərəcək.
Bundan başqa 1 saylı Kliniki Tibbi Mərkəzdə 90, 3 saylı Kliniki Tibbi Mərkəzdə 50, Mərkəzi Neftçilər Xəstəxanasında 25, Respublika Neyrocərrahiyyə Xəstəxanasında 30 çarpayılıq yerlər ayrılıb.Muxalifet - 29-05-2019
RUSLAR SÜRƏTLƏ PUTİNDƏN ÜZ DÖNDƏRİR! – Reytinqi kəskin aşağı düşüb
Prezidentin partiyasının reytinqi isə bəzi regionlarda 20 faizədək enib
Muxalifet - 29-05-2019
Azərbaycanda seçicilərin sayı açıqlandı
Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vurulub.
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri (MSK) Məzahir Pənahov məlumat verib.
M.Pənahov bildirib ki, hazırda Azərbaycanda 5 milyon 212 min 902 seçici var.Muxalifet - 29-05-2019
"Dövlət büdcəsinə ödənilən vəsaitin "rüşvət" kimi qələmə verilməsi..." - DGK-dən AÇIQLAMA
Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xaricdən ölkəyə minik avtomobili gətirən şəxsdən qeyri-qanuni vəsaitin alınması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
Muxalifet - 29-05-2019
"Soyundurub döydülər, güllələdilər" - İŞ adamının Bakıda Şok cinayəti
Azərbaycanda adam oğurluğu, adam öldürməyi sifariş verməkdə və digər ağır cinayətlərdə ittiham olunan İran vətəndaşı Bəşir Qəhrəmani, onun mütəşəkkil dəstəsinin üzvləri - İlham Həsənov, Miskin Qasımov, Rəşad Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Muxalifet.az teleqraf-a istinadən xəbər verir ki, bu cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Fikrət Qasımovun icraatına verilib.
Yaxın günlərdə məhkəmənin hazırlıq iclası başlanacaq.Muxalifet - 29-05-2019
Nazarbayev hər kəsə orden verdi – Paşinyandan başqa
Nur-Sultanda keçirilən Avrasiya Ali İqtisadi Şurasının iclasında Qazaxıstan TŞ sədri Nursultan Nazarbayev dövlət başçılarını ordenlə təltif edib.
Bu məlumatı “Rusarminfo” saytı yayıb.
Sayt təltif edilənlər arasında yalnız Ermənistan Baş naziri Nikol Paşinyanın adının olmadığını bildirib./AxarMuxalifet - 29-05-2019
ŞOK: Rusiya bombardmançıları HAVAYA QALXDI - Çoxsayda ölü və yaralı var
Bəşər Əsəd rejimi Rusiyanın dəstəyi ilə Suriyada İdlib Gərginliyi Azaltma Bölgəsinə aviazərbələr endirib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hücumlar nəticəsində 13 dinc sakin həlak olub, çox sayda insan yaralanıb.
10 kənd imsak vaxtından etibarən başlayan aviazərbələrin hədəfi olub. “Ağ beretlilər” mülki müdafiə qüvvələrinin verdiyi məlumata görə, 33 nəfər dünən axşam saatlarından bəri Bəşər Əsəd rejiminin hücumlarının qurbanı olub.Muxalifet - 29-05-2019
“ABŞ ilə döyüşməyə hazırıq” – İrandan açıqlama
İran Xarici İşlər nazirinin müavini Abbas Arakçi ABŞ ilə yaşanan gərginliklə bağlı Rus xəbər agentliyi RIA Novosti-yə açıqlama verib.
Abbas Arakçi "ABŞ ilə döyüşməyə hazırıq. Ancaq biz iki xalq arasındakı gərginliyi dialoq ilə həll etməyi ümid edirik" deyib.
Arakçi Tehran ilə Vaşinqton arasında bir müzakirənin planlanmadığını ifadə edib.
"BƏZİ ÜNSÜRLƏR BİZİ ABŞ İLƏ DÖYÜŞDÜRMƏYƏ ÇALIŞIR"
Muxalifet3 - 29-05-2019
Prokuror 5,5 milyard manatı ölkədən çıxaran şəxslərə cəza istədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə eldə edilmiş külli miqdarda pulu leqallaşdırmaqda təqsirləndirilən “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev və tanışı Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında hər iki şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbət iclası iyunun 7-nə təyin edilib.
Muxalifet - 29-05-2019
Gürcüstan prezidenti Azərbaycan səfirliyinə gəldi və dedi: “Sülh və dostluq!”
Gürcüstan prezidenti Salome Zurabişvili sərhədin mübahisəli məntəqələri ilə Azərbaycanla aparılan danışıqlar ətrafında hay-küy yaradanları tənqid edib.
Xatırladaq ki. dünən ruhanilərdən və ictimaiyyət nümayəndələrindən ibarət bir qrup Azərbaycanla sərhəddə yerləşən mübahisəli Keşikçidağ monastırının yaxınlığında aksiya təşkil edərək, “David Qareci Gürcüstandır” şüarı səsləndiriblər. Bundan əlavə, Gürcüstanın müxalif partiyaları hakimiyyəti ölkənin maraqlarını qoruya bilməməkdə ittiham edirlər.Muxalifet - 29-05-2019
Britaniyada baş nazir postuna real namizəd Boris Conson məhkəmə qarşısına çıxacaq
Böyük Britaniyanın keçmiş xarici işlər naziri Boris Conson məhkəmə qarşısına çıxacaq.
ONA-nın London bürosunun “BBC”yə istinadən verdiyi xəbərə görə, Boris Conson 2016 il Brexitlə bağlı referendum kampaniyası zamanı ictimaiyyətə yanlış informasiya verməkdə günahlandırılıb.
Muxalifet - 29-05-2019
Rəşid Mahmudov: “Bombanı verin əlimə, hamısını partladım, deyərsiniz, köpəkoğlu dəlidir” - MÜSAHİBƏ
"Bir ziyalı yaltaqdırsa, it yalına hürürsə...”
Tibb elmləri namizədi Rəşid Mahmudov BakuPost saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Rəşid müəllim, sizi bu xalqa, cəmiyyətə sevdirən nədir?Muxalifet - 29-05-2019
Rusiyadan SON DƏQİQƏ S-400 AÇIQLAMASI: Tədarükün vaxtı dəyişdirildi
"S-400" zenit raket komplekslərinin Türkiyəyə tədarükü qarşı tərəfin xahişi ilə əvvəlcədən planlaşdırılan vaxtdan daha tez həyata keçirilir”.
Publika.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Qazaxıstanın paytaxtı Nur-Sultanda jurnalistlərə açıqlama verərkən deyib.
Mətbuat katibi bildirib ki, təhvil prosesində heç bir gecikmə yoxdur, hər şey qaydasında irəliləyir:Muxalifet - 29-05-2019
İki azərbaycanlı Gürcüstana ekstradisiyalarını tələb edir – “Lotu Quli”nin adamını öldürməkdə təqsirləndirilirlər
Tbilisidə qətl törətməkdə təqsirləndirilən və Rusiyada həbs olunmuş Emin Əhmədov və Hüseyn İskəndərov Gürcüstana ekstradisiyalarını tələb edirlər.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə onların vəkilləri Nika Sadradze və Maqamed İsmayılov keçirdikləri brifinqdə bildiriblər.
Vəkillərin sözlərinə görə, müdafiə etdikləri şəxslər 2017-ci ilin sentyabrında Tbilisinin Ortaçala rayonunda Elşən Məmmədovu qətlə yetirməkdə ittiham olunurlar.Muxalifet - 29-05-2019