Axtarış
The search found 105785 results in 0.041 seconds.
Search results
YPG Suriyada bunu da edir - Təzyiq
Suriyanın şimal-şərqini nəzarəti altında saxlayan YPG-nin yerli sakinlərə qarşı təzyiqi davam edir.
Muxalifet.az sputnik-ə istinadən xəbər verir ki, bu barədə Suriya hökumətindəki mənbələrdən məlumat verilib. Belə ki, YPG terrorçuları yerli sakinləri taxılı ucuz qiymətə satmağı tələb edir.
Bundan əlavə, qeyd edilir ki, yerli camaatın taxılı Suriya hökumətinə satmasına qadağa tətbiq edilib.
Muxalifet3 - 27-05-2019
“Brilyant oğlan” İstanbulda zədələndiyi üçün Çinə getməyəcək
Karate üzrə beşqat dünya çempionumuz, “Brilyant oğlan” Rafael Ağayev zədələndiyi üçün hazırlıqlardan və qarşıdakı yarışdan azad olunub.
Muxalifet.az xəbər verir ki, iyunun son günləri Minskdə II Avropa Oyunlarında iştirak edəcək karateçilər və milli komandanın əvəzedici heyətinin bir sıra üzvü müxtəlif ölkələrdə təlim-məşq toplanışına yola düşüb.Muxalifet3 - 27-05-2019
Nazarbayevə daha bir status verildi
Qazaxıstan Parlamenti Senatının bürosunun iclasında bu ölkənin fəxri senatoru statusu məsələsi nəzərdən keçirilib.
Muxalifet.az xəbər verir ki, iclasda ilk fəxri senator statusunun Qazaxıstanın birinci Prezidenti, Elbası Nursultan Nazarbayevə verilməsi qərara alınıb. Qeyd edilib ki, statusun birinci Prezidentə təyin edilməsi onun Qazaxıstan dövlətçiliyinin qurucusu, insan və vətəndaş hüquq və azadlıqlarını qoruyan, ölkənin strateji kursunu müəyyənləşdirən, cəmiyyətdə birliyi təmin edən şəxs kimi tanınmasının ifadəsidir.
Muxalifet3 - 27-05-2019
Bakı ilə İslamabad arasında birbaşa aviareys açılır
Yaxın zamanlarda Azərbaycanla Pakistan arasında birbaşa aviareys açılması gözlənilir. Muxalifet.az xəbər verir ki, bunu Pakistanın Mülki Aviasiya naziri Qulam Sərvər Xan Azərbaycanın İslamabaddakı səfiri Əli Əlizadə ilə görüşü zamanı deyib. Görüş zamanı tərəflər aviasiya sahəsində münasibətlərin inkişafı barədə razılıq əldə ediblər. Qeyd olunub ki, son illərdə Azərbaycana biznes və istirahət üçün gələn pakistanlıların sayında artım müşahidə olunur.
Muxalifet3 - 27-05-2019
ABŞ rus silahları ilə bağlı tender elan etdi
ABŞ Silahlı Qüvvələri NATO tərəfindən istifadə edilməyən silah-sursatının alışı üçün tender elan edib.
Muxalifet.az xəbər verir ki, siyahıda Rusiya istehsalı "Tokarev" və "Makarov" tipli tapançalar da yer alıb.
Hətta "Kalaşnikov AK-47" avtomat silahları da siyahıda var.
Muxalifet3 - 27-05-2019
Ramazanın 23-cü günü: İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 23-cü günüdür.
Muxalifet.az- ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 28-də Bakıda imsak saat 03:28, iftar isə saat 20:17-dədir.
Ramazan ayının 23-cü gününün duası:
"Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin".
Tərcüməsi:
"İlahi, bu ayda mənim günahlarımı yu (pak et), məni eyiblərdən təmizlə, qəlbimi ürəklərdəki təqva qorxusu ilə imtahana çək, ey günahkarların büdrəmələrini bağışlayan Allah!"Muxalifet3 - 27-05-2019
CAVİD QURBANOV PREZİDENTİ ALDADIR, YOXSA… – Ötən həftə İlham Əliyev stansiyanın açılışını etmişdi, yenidən təmirə bağlandı
Ötən həftə Prezident İlham Əliyev Sabunçi dəmiryolu vağzalının açılışını etmişdi. Muxalifet.az “Yeni Sabah”a istinadən xəbər verir ki, açılışda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov təmir haqda məlumat verərək bildirmişdi ki, binanın birinci mərtəbəsində gözləmə zalı, bilet satışı kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yerləşir.
Muxalifet4 - 27-05-2019
“Çelsi” və “Arsenal”ın Bakıda açıq məşqlərinin vaxtı bəlli oldu
Mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda qarşılaşacaq “Çelsi” və “Arsenal” komandalarının oyunöncəsi mətbuat konfransı və mətbuat üçün açıq məşqlərinin vaxtı müəyyənləşib.
Muxalifet.az AFFA-ya istinadən xəbər verir ki, mayın 28-də Bakı Olimpiya Stadionunda “Arsenal” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə saat 17:45-də mətbuat konfransı keçiriləcək. Saat 18:30–da isə komandanın mətbuat üçün açıq məşqi olacaq.Muxalifet3 - 27-05-2019
Azərbaycana gələn əcnəbilərin sayında kəskin artım
Bu ilin aprel ayında Azərbaycana gələn əcnəbilərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8.9% və ya 19.4 min nəfər artaraq 238 minə çatıb.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, ən böyük artım 22% olmaqla (10.2 min) Gürcüstandan gələn ziyarətçilərin arasında müşahidə olunub.
BƏƏ (16.2%), Səudiyyə Ərəbistanı (101.3%) və İsraildən (70.1%) gələn qonaqların sayı artıb. Ümumilikdə apreldə Yaxın Şərq regionundan 30 min xarici vətəndaş gəlib, bununla da 12% artım baş verib.Muxalifet3 - 27-05-2019
Bu anlaşma imzalandı və bitdi - Akar son nöqtəni qoydu
Ətrafımızda ölkələr var. Onların təyyarələri, raketləri var. 82 milyonun təhlükəsizliyi üçün hərbi sistemlər alırıq. Bunlardan biri də raketdən müdafiə əleyhinə S-400-dür. Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib. "Türkiyəyə bağlı qurum və quruluşlar, nazirliklər müəyyən kriteriyalar müəyyən etdi. Biz bunlarla ortaya çıxdıq. Bu anlaşma imzalandı və bitdi. Bunu prezidentimiz də dəfələrlə təkrar etdi", - Akar deyib.
Muxalifet3 - 27-05-2019
İsrail qırıcıları Suriyanı bombaladı
İsrail Hərbi Hava Qüvvələri Suriyanın Kuneytra vilayətində yerləşən Tel əş-Şaar kəndinə aviazərbələr endirib.
Muxalifet.az “Suriya TV”ə istinadən xəbər verir ki, əməliyyat zamanı bir neçə nəfər yaralanıb, hərbi texnikalar sıradan çıxarılıb.
Yaralıların sayı və texnikaların növləri ilə bağlı məlumat verilmir.
Muxalifet3 - 27-05-2019
Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur. Uzun bir dövr ərzində Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb. XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olması və milli dövlətlərin yaranması əsri kimi də daxil olub. 1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular.
Muxalifet4 - 28-05-2019
"Repressiyalara son qoyulduqdan sonra doğma Bakıya qayıdacağam" - SEVİNC OSMANQIZI
Azərbaycanda tanınmış jurnalist Sevinc Osmanqızı hazırda ABŞ-da yaşayır. O, Osmanqızı TV onlayn televiziya layihəsini həyata keçirdir. O, həmçinin 1994-cu ildə BBC azərbaycanca xidməti radiosunda ilk aparıcı olub. Sevinc Osmanqızı #səninoradanəişinvar verilişində Vüsal Həmzəyevə jurnalistika fəaliyyətindən, Azərbaycana niyə qayıda bilməməsindən və Amerikadakı həyatından danışıb.
Muxalifet4 - 28-05-2019
"Mxitaryanın təhlükəsizliyinə 100 faiz təminat vermişdik" - AZAD RƏHİMOV
Gənclər və idman naziri Azad Rəhimov Arsenal futbol klubunun yarım-müdafiəçisi Henrix Mxitaryanın Bakıya gəlməmək qərarı və erməni əsilli azarkeşlərin Azərbaycana gəlməsi barədə CNN telekanalına müsahibə verib. Ötən həftə Ermənistan milli yığmasının kapitanı Henrix Mxitaryan mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalına gəlməmək barədə qərar verib. CNN: - Sizcə, Azərbaycana səyahəti zamanı Mxitaryana özünü təhlükəsiz hiss etməsi üçün daha artıq təminat verə bilərdinizmi? Azad Rəhimov: - "Daha artıq deyəndə siz nəyi nəzərdə tutursunuz?
Muxalifet4 - 28-05-2019
“Rusiyanın Azərbaycanın müstəqilliyinə qarşı təhdidləri davam edir”
Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərinin hazırda aktuallığından danışıb. Muxalifet.az həmin müsahibəni olduğu kimi oxucularına təqdim edir:
Muxalifet4 - 28-05-2019
Sabiq nazirimiz BMT-nin Sülh səfiri oldu
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov BMT-nin Beynəlxalq mükafatlar komissiyasının 15 may tarixli qərarı ilə dünya elminə və iqtisadiyyatına göstərdiyi xidmətlərinə görə Sülh səfiri adına layiq görülüb.
Muxalifet4 - 28-05-2019
Mxitaryan qalmaqalının arxasında rus izi - ŞOK DETALLAR
Futbol üzrə Avropa liqasının final oynunun Bakıda keçirilməsi kontekstində "Mxitaryan məsələsi"ni çox böyütdülər. Ermənistanın bu işdə fəallığı təəccüblü deyil, onu qoyuram bir qırağa. Maraqlısı odur ki, Britaniya mediasında ölkəmizə qarşı biri-birindən düşük yazılar çıxdı. İstər-istəməz, bütün bunların hansısa siyasi məqsədlə edildiyini düşünməyə başlayırsan.
Muxalifet4 - 28-05-2019
Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi
Türkiyədə FETÖ/PDY ilə bağlı aparılan istintaq çərçivəsində 20-si vəzifədə olmaqla, 27 hərbçi barədə saxlanılma qərarı verilib.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 18 vilayətdə 47 hərbçinin saxlanılması üçün əməliyyat təşkil edilib.
Onların bəzilərinin saxlanıldığı bildirilir.
Bundan başqa, İstanbul Respublika Prokurorluğu FETÖ-nün Türkiyə Silahlı Qüvvələrinin tərkibindəki strukturu ilə bağlı apardığı istintaq çərçivəsində 32-si vəzifədə olmaqla, 74 şübhəlinin saxlanılması barədə qərar çıxarıb.Muxalifet - 28-05-2019
Erməni qadın inanclı talış xanımı kimi təqdim olundu – Şok detallar
Separatçılardan talış xalqına həqarət; Ermənistan xüsusi xidmətinin istifadəsində olan Faxrəddin Abbaszadə “Talışstan Milli Televiziya” layihəsinə yüngül əxlaqlı qadını azərbaycanlı adı ilə cəlb edib; Marieta Vartanyan necə İlhamə Cəfərzadə oldu... 2018-ci ildə Fəxrəddin Abbaszadənin Rusiyada həbs olunması Qarnik Asatryanın “Talışstan Milli Televiziya” layihəsinə ciddi zərbə vurmuşdur. Ermənistan xüsusi xidmət orqanları talışlar arasında Fəxrəddin səviyyəsində digər bir xain tapa bilmədiklərinə görə onun həmin televiziya verilişlərinin hazırlanmasında rolu çox artmışdır.
Muxalifet - 28-05-2019
Məktəblilərə ŞOK HÜCUM: 16 nəfər bıçaqlandı... - VİDEO
Yaponiyanın Kavasaki şəhəri yaxınlığında naməlum şəxs 19 nəfəri bıçaqlayıb.
Unikal.org NHK telekanalına istinadən xəbər verir ki, bıçaqlananlardan 16-sı məktəblidir. Artıq 3 məktəbli qızın qan itirməsindən dünyasın dəyişdiyi deyilir. Hadisəni törədən 50 yaşlarında terrorçu özünü bıçaqlayaraq intihar edib.
Bu arada ABŞ prezidenti Donald Tramp Yaponiyada naməlum şəxsin parkda məktəblilərə hücum etməsi hadisəsi ilə bağlı başsağlığı verib.Muxalifet - 28-05-2019