Axtarış
The search found 105785 results in 0.024 seconds.
Search results
Tramp üçün 'vəzifədən uzaqlaşdırılma” prosesi başlayacaqmı?
ABŞ prezidenti Donald Tramp üçün 'vəzifədən uzaqlaşdırma prosesi başlayacaqmı” sualı ABŞ gündəmini məşğul edib. Respublikaçı senator və eyni zamanda Senat Ədalət Komissiyasının sədri Lindsey Graham Demokratların Nümayəndələr Palatasında prezident Donald Trampla əlaqədar “vəzifədən uzaqlaşdırma” ilə bağlı araşdırma başlatdığı təqdirdə Trampın gələn il yenə seçiləcəyini və Respublikaçıların Nümayəndələr Məclisində nəzarəti yenidən ələ keçərəcəyini qeyd edib. Graham bu açıqlamanı “Fox News” televiziyasına edib.
Muxalifet3 - 27-05-2019
AZAL 3 əməkdaşını işdən çıxardı - Bu fotoya görə
Ötən gün “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradovanın sosial şəbəkədə vətəndaşın ID kartını paylaşaraq lağa qoyması geniş müzakirələrə səbəb olub.
Transseksual şəxsin məlumatlarını açıq formada paylaşan əməkdaş onun yaxın zamanda hava yollarının xidmətindən istifadə etdiyini bildirib.
Məsələylə bağlı ictimai fəallar “AZAL”a müraciət ünvanlayıb. Şirkətdən müraciətə cavab olaraq bildirilib ki, hadisə araşdırılıb və nəticədə şirkətin 3 əməkdaşı işdən azad edilib:Muxalifet - 27-05-2019
Xələf Xələfovdan Keşikçidağla bağlı - AÇIQLAMA
“Beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi. "Keşikçidağ" hissəsində sərhəd həmişə olub və o, Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunurdu və qorunmaqda davam etdirilir”. BiG.AZ xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov mətbuata açıqlamsında deyib.
Muxalifet - 27-05-2019
Ramil Usubovdan YENİ TƏYİNAT
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Daxili İşlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə, polis polkovnik-leytenantı Zaur Nəsirov Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini təyin edilib. O, bu təyinata qədər Bərdə rayon Polis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.
Xəbəri Xətai rayon Polis İdarəsindən təsdiqləyiblər.Muxalifet - 27-05-2019
ƏHALİNİN DİQQƏTİNƏ: Bu telefonlar artıq işləməyəcək
Mərkəzi Çində yerləşən “Huawei” texnologiya şirkəti ilə ABŞ-ın “Google” şirkəti arasındakı problemlər davam edir.
Son olaraq “Huawei”yə aid iki telefon modeli “Google”un rəsmi internet saytındakı “Android” siyahısından çıxarılıb.
Bu da o deməkdir ki, “Huawei P30 Pro” və “Huawei Mate X” telefonlarında “Android” əməliyyat sistemi işləməyəcək. Əlavə olaraq, “Huawei Mate 20 Pro”da “Android Q Beta” proqram ləğv olunub. Bu modellərin səhifəsinə girməyə çalışarkən istənilənin əvəzinə “Samsung”, LG, “Motorola”, “Nokia” və “Xiaomi” markalarının məhsulları çıxır.Muxalifet - 27-05-2019
Trampın dostundan şok açıqlama! 'Travmalı bir uşaqlıq keçirdi, müalicəyə ehtiyacı var'
Məşhur radioçu Howard Stern qatıldığı bir proqramda, ABŞ prezidenti Donald Trampın travmalı bir uşaqlıq keçirdiyini və psixoterapiyaya ehtiyacı olduğunu iddia edib.
Məşhur radioçu Howard Stern Donald Trampın atasıyla əlaqəsi haqda da açıqlama verib.
Tramp prezident olmadan əvvəl ikili arasında uzun sürən bir yoldaşlıq söz mövzusu olub. Verdiyi reportajlarda sıxlıqla Tramp rəhbərliyinin ticari sərmayələrindən bəhs edən Stern, qatıldığı proqramda, Trampın uşaqlığı, prezidentliyi və birlikdə yaşadıqları hər şeyə toxunub.Muxalifet3 - 27-05-2019
Azərbaycanda taksi sürücüsü maşına minən gənc qızın başını niyə kəsdi? - ŞOK TƏFƏRRÜAT
Yevlax rayonunda kişinin gənc qızın boğazını kəsərək öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini Alyona Yanqarovanın boğazını kəsərək meyitini Varvara kəndindən keçən su kanalına atan Fərmanov Əhliman İbiş oğlu taksi sürücüsü olub. İcarəyə götürdüyü avtomobillə Bakı şəhəri Yevlax-Mingəçevir istiqamətində taksi fəaliyyəti göstərən Ə.Fərmanov gənc qıza hücum edərək onun üzərindəki pulları və digər qiymətli əşyaları götürüb. Hadisə vaxtı maşında onlardan başqa heç kim olmayıb.
Muxalifet - 27-05-2019
Erməni katolikosudan ŞOK ÇAĞIRIŞ: Qarabağı Ermənistana birləşdirək
Yaxın Şərqdə yaşayan ermənilərin katolikosu I Aram Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirməyə çağırıb.
Bu barədə “Nezavisimaya qazeta” məlumat yayıb.
Muxalifet - 27-05-2019
Zoologiya İnstitutundan gürzə AÇIQLAMASI: "Təəccüblü heç nə yoxdur"
Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Bakının mərkəzində sakinlərin gürzə ilanına rast gəlməsi faktına münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, İnstitutun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova Trend-ə bildirib ki, Abşeron yarımadası, o cümlədən Bakı arid zona olduğundan burada ilanların yaşaması üçün çox əlverişli mühit var.
Bakıda gürzə ilanının hər zaman olduğunu deyən S.Bünyatova qeyd edib ki, şəhərin mərkəzində gürzə ilanına rast gəlməkdə təəccüblü heç nə yoxdur:Muxalifet - 27-05-2019
Həbib Nurməhəmmədov atası ilə rinqə çıxdı - VİDEO
UFC çempionu Həbib Nurməhəmmədov atası Əbdülmanaf Nurməhəmmədovlar rinqə çıxıb.
Muxalifet.az ölkə.az-a istinadən xəbər verir ki, bunu idmançının məşqçisi Xavyer Mendes İnstaqram səhifəsində paylaşıb.Muxalifet - 27-05-2019
Edin Ceko türk klubunda! - Bu axşam İstanbula gələcək
Bu mövsüm Superliqada gözləntiləri qarşılamayan və turniri tərk etmək təhlükəsi ilə qarşılaşan “Fənərbağça” növbəti mövsüm üçün hazırlıqlarını erkəndən başlayıb.
Muxalifet.az xəbər verir ki, “sarı-lacivərdlər” dünyaca məşhur hücumçu Edin Cekonu heyətinə qatacaq.
Tərəflər arasında rəsmi görüşlər başlayıb. Ceko menecer Mirsad Türkcan tərəfindən İstanbula gətiriləcək. Futbolçu “Fənərbağça”nın prezidenti Ali Koç ilə axşam saatlarında xüsusi görüş keçirəcək.
Qeyd edək ki, 33 yaşlı bosniyalı Ceko hazırda “Roma” forması geyinir.Muxalifet - 27-05-2019
“Azərbaycan dili” fənnindən imtahanın nəticələri AÇIQLANDI
Bakı və Naxçıvan şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən “Azərbaycan dili” fənni üzrə imtahanda üzrlü səbəbdən iştirak etməyən şagirdlər üçün “Azərbaycan dili” fənnindən ikinci test imtahanının nəticələri elan olunub. Dömlət İmtahan Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şəxslər mərkəzin internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Muxalifet - 27-05-2019
2 milyonluq dələduzluqda ittiham edilən qadın hakim qarşısına çıxarılıb
Bakıda sahibkarın 2 milyon manatını ələ keçirməkdə təqsirləndirilən qadın hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etməkdə ittiham edilən 1970-ci il təvəllüdlü Gülarə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Muxalifet - 27-05-2019
Zelenski İlham Əliyeva məktub göndərdi
Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Məktubda deyilir: Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə Hörmətli İlham Heydər oğlu. Milli bayramınız - Respublika Günü münasibəti ilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan Respublikası sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafın dayanıqlı templərini nümayiş etdirir, bu da şübhəsiz ki, ölkənin dünya arenasında nüfuzunun möhkəmlənməsinə təsir edir.
Muxalifet - 27-05-2019
Azərbaycanlı futbolçu öz toyuna getdiyi üçün klubdan qovulub
Azərbaycanlı futbolçu Tərlan Əhmədlinin komandadan qovulmasının səbəbi açıqlanıb.
Oxu.Az xəbər verir ki, “Sabah” klubunun qapıçısı ilə yolların ayrılmasına səbəb Tərlanın öz toyunda iştirak etməsi olub.
Belə ki, beş gün əvvəldən ona Qax rayonunda keçirilən toyunu təxirə salmaq təklif olunsa da, futbolçu bunu etməyib. O, toyu üçün bir ay əvvəldən klubdan icazə aldığını və toyu beş gün qalmış təxirə salmağın mümkün olmadığını bildirib.Muxalifet - 27-05-2019
Sarı Jiletlilər AP seçkilərində Makrona uduzdu
Fransada Avropa Parlamentinə seçki nəticələri Sarı Jiletlilər hərakatı üzündən vəzifəsindən ayrılması gözlənilən Makronun hələ də arxasında əhəmiyyətli bir dəstək olduğunu göstərir.
Ölkə daxilində 34 siyahının yarışdığı Avropa Parlamenti (AP) seçkilərində, Fransa prezidenti Emmanuel Makronun qurucusu olduğu iqtidardakı LREM və Yaşıllar Partiyası (EELV) ön plana çıxıb.
Təxminən 47 milyon seçicinin olduğu ölkədə, seçkidə iştirak nisbəti 50,5 faiz olub. Bu nisbət 2014 seçkilərində 42,4 faiz idi.
Muxalifet3 - 27-05-2019
Jurnalisti Ağdamda həbs etdilər – Açıqlama
Yeniçağ.az saytının əməkdaşı, jurnalist Səxavət Məmməd 10 sutkalıq həbs edilib.
Bu barədə BakuPost-a saytın baş redaktoru Aqil Ələsgər məlumat verib. O bildirib ki, Səxavət Məmməd Ağdam rayon məhkəməsinin qərarı əsasında 10 sutkalıq həbs edilib.
Jurnalistin həbsinə səbəb onun 3 min manat məbləğində aliment borcu olmasıdır. O borcu ödəyəcəyini bildirsə də, məhkəmə onun barəsində inzibati həbs qərarı çıxarıb.Muxalifet - 27-05-2019
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "Report"un məlumatına görə, təbrik mətnində deyilir: "Zati-aliləri. Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi çatdırmaq mənim üçün yaranmış xoş fürsətdir. Ulu Tanrıdan diləyim odur ki, həmrəylik və ədalət naminə apardığımız ümumi işlərimizdə qoy bizə dəstək olsun, ölkənizin vətəndaşları ailə səadətinə və sosial rifaha qovuşsun, gəncləriniz gələcəyə ümidlə yaşasınlar.
Muxalifet - 27-05-2019
Azərbaycanda bu sahədə işləyənlər nazirlərdən çox maaş alırlar - 3 270 manat
Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda mədənçıxarma sənayesində orta aylıq əmək haqqı 3 273 manata bərabər olub.Muxalifet - 27-05-2019
Dollar krediti olanların DİQQƏTİNƏ
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrasının təmin edilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul olunur.
Bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun məlumatında bildirilib.Muxalifet - 27-05-2019