Axtarış

The search found 105783 results in 0.054 seconds.

Search results

  1. 42 yaşlı Nardaran sakini itkin düşdü

    Bakıda 42 yaşlı kişi itkin düşüb.
     
    Trend-in məlumatına görə, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.
     
    Qəsəbənin A.Zeynallı küçəsi ev 31-də yaşayan, 1977-ci il təvəllüdlü Babayev Sabir Anatolyeviç mayın 23-də günorta saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
     
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet4 - 26-05-2019

  2. Goranboya dolu yağdı - Ağaclara ziyan dəyib

    Bu gün Goranboya dolu düşüb.

    ONA-nın yerli bürosunun məlumatına görə, günorta saatlarında 10 dəqiqə ərzində rayonun Yeni yol kəndi ərazisinə dolu düşüb.

    Daha sonra dolu leysan yağışla əvəz olunub. Dolu xüsusilə meyvə ağaclarına ziyan vurub.

    Qeyd edək ki, Goranboy rayonu ərazisində qeyri-sabit hava şəraiti davam edir.

    Muxalifet4 - 26-05-2019

  3. Putinin reytinqi sürətlə düşür - CADUGƏRLƏR ONA NƏ EDİB?

    13-19 may tarixlərində keçirilmiş Ümumrusiya İctimai Rəy Araşdırmalar Mərkəzinin  sorğusuna əsasən, Rusiya prezidenti Vladimir Putinə etimad reytinqi həftə ərzində 31,7% -ə enib. Bu, 2006-cı ildən bəri Putinlə bağlı  ən aşağı reytinqdir.

    Muxalifet4 - 26-05-2019

  4. ​SƏFİRDƏN DEPUTAT ARAZ ƏLİZADƏYƏ ŞOK CAVAB - "Nəyi hara soxmağı ona anlada bilərəm"

    Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu millət vəkili Araz Əlizadənin səsləndirdiyi ittihamlara cavab verib.
     

    Muxalifet4 - 26-05-2019

  5. Azərbaycanda ən çox maaş alan ikinci şəxs - FOTO

    Dövlət büdcəsi hesabına ölkə Prezidentindən sonra ən yüksək əmək haqqını ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadəyə verilib. 
    Muxalifet.az yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin 25 sentyabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq ölkəmizin Yaponiyadakı səfiri ay ərzində 645000 yen (5860 dollar) maaş alır.

    Muxalifet3 - 26-05-2019

  6. Gürcü keşişlər Azərbaycana gedən yolu bağladılar

    Gürcüstanın Marneuli rayonunda bir qrup keşiş və dindar Azərbaycana gedən əsas magistral yolda aksiya keçiriblər.
    Muxalifet.az xəbər verir ki, aksiya iştirakçıları “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə gedən yolu bir neçə dəqiqəlik bağlayıblar.
    Nəticədə yolda avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Marneuli və Xucabi yeparxiyasının təşkil etdiyi aksiya “David Qareci (Keşikçidağ Məbəd-Kompleksi – red.) Gürcüstanındır” şüarı ilə keçirilib.

    Muxalifet3 - 26-05-2019

  7. ​İran və ABŞ gizli danışıqlara başlayıb?

    İran və ABŞ nümayəndələri arasında birbaşa, yaxud vasitəçilərin iştirakı ilə hər hansı görüş olmayıb. Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib. Qeyd edək ki, Küveyt xarici işlər nazirinin müavini Xalid Carullah gərginliyin azaldılması üçün ABŞ və İran arasında müzakirələrin başlandığını iddia etmişdi.

    Muxalifet3 - 26-05-2019

  8. Azərbaycanlı fəaldan İrana xəbərdarlıq: mayın 27-də...

    Ərdəbil zindanında saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani aclıq aksiyasına başlayacağı barədə xəbərdarlıq edib. Muxalifet.az xəbər verir ki, fəal bu barədə ailə üzvlərinə məlumat verib. A.Lisani bildirib ki, məhkəmədə özünü müdafiə etməyə hazırlıq məqsədi ilə vəkili tərəfindən hazırlanıb zindana təhvil verilən dosyenin xülasəsi ona təqdim olunmayacağı təqdirdə mayın 27-də aclıq aksiyasına başlayacaq. Məlumata görə, Ərdəbil zindanının təhlükəsizlik bölümünün rəisi Surazər tələb olunan vərəqələrin fəala göstərilməsinə mane olur.

    Muxalifet3 - 26-05-2019

  9. Məşhur türk aktyor vəfat etdi

    Uzun müddətdir xəstəxanada müalicə alan 92 yaşlı türkiyəli aktyor Əşrəf Kolçak dünyasını dəyişib.
    Muxalifet.az xəbər verir ki, sənətçi Gemlik dövlət xəstəxanasında vəfat edib.
    Aktyor ağciyər xəstəliyindən əziyyət çəkirdi.
    Qeyd edək ki, Ə.Kolçak “Nyu Yorkda beş minarə”, “Yalan dünya”, “Zeynəb”, “Qeyb olmuş sevgilər” və s. filmlərdə ifa etdiyi rollarla yadda qalıb.
     

    Muxalifet3 - 26-05-2019

  10. Fantastik qiymətə satılan yemiş hərkəsi HEYRƏTLƏNDİRDİ

    Yemişləri yüksək qiymətə içki istehsalçısı kimi tanınan “Pokka Sapporo” şirkəti alıb.
     Yaponiyanın ikinci böyük adası olan Hokkaidoda keçirilən hərracda iki yemiş 46 min dollara satılıb. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, topdan satış mərkəzində keçirilən hərracda ümumilikdə min ədəd yemiş satılıb.
    Yemişləri yüksək qiymətə içki istehsalçısı kimi tanınan “Pokka Sapporo” şirkəti alıb. Şirkətin rəsmisi verdiyi açıqlamada yemişləri nə üçün baha qiymətə almalarının səbəblərini açıqlayıb.

    Muxalifet3 - 26-05-2019

  11. ​Bakıdan Qəbələyə 3 saata çatmaq mümkün olacaq

    Dəmiryolu ilə Bakıdan Qəbələyə 3 saata çatmaq mümkün olacaq.
    Muxalifet.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
    O bildirib ki, Qəbələ istiqamətində olan dəmiryolu təqribən 45-46 km-dir. QSC sədri yolun coğrafi mövqeyinin bir qədər çətin olduğunu deyib:

    Muxalifet3 - 26-05-2019

  12. İraqda 3 fransız ölüm cəzasına məhkum edildi

    Bu gün İraqda İŞİD terror qruplaşmasının üzvü olan üç fransız ölüm cəzasına məhkum edilib. Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, Kevin Qono, Leonard Lopez və Səlim Maçu adlı bu şəxslər Suriyada İŞİD-ə qarşı əməliyyatların gedişində tutulmuşdular. Onlar daha 9 fransızla birlikdə fevral ayında İraqa göndərilmişdi. Mühakimə olunanların məhkəmə hökmündən apelyasiya şikayəti vermək üçün 30 gün vaxtları var.

    Muxalifet3 - 26-05-2019

  13. Mosulda terakt: 5 ölü, 8 yaralı

    İraqın Mosul şəhərində terror aktı törədilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.
    Nazirlik bildirib ki, maşına quraşdırılmış bombanın partlaması nəticəsində 5 nəfər həlak olub, 8 nəfər yaralanıb.
    Hələ ki məsuliyyəti heç bir terror qruplaşması üzərinə götürməyib.
     

    Muxalifet3 - 26-05-2019

  14. Azərbaycan miqrant böhranı ilə üzləşə bilərmi?

    Azərbaycanın qanunvericiliyi kifayət qədər liberal olduğundan ölkəyə mühacir axını ildən-ilə artır. Ancaq hələ ki, bir sıra Avropa ölkələrinin üzləşdiyi “miqrant böhranından” danışmaq çox erkəndir.
    Bu barədə  miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov danışıb.

    Muxalifet3 - 26-05-2019

  15. Nazir təyyarəyə gecikdiyi üçün istefa verdi

    Meksikanın ətraf mühit və təbii sərvətlər naziri Cozefa Qonzales Blanko təyyarəyə gecikdiyi üçün istefa verib.
    Muxalifet.az xəbər verir ki, rəsmi səfərə gedən Blanko təyyarəyə 30 dəqiqə gecikib və digər sərnişinlərin narazılığına səbəb olub. Faktın mediada işıqlandırılması məsələnin daha da böyüməsi və nazirin istefa verməsi ilə nəticələnib.
    Qeyd edək ki, Meksikada son bir həftədə 2 nazir istefa verib. Ötən günlərlə sosial təhlükəsizlik naziri German Martinez Kazares vəzifəsindən getdiyini açıqlamışdı.
     

    Muxalifet3 - 26-05-2019

  16. Gürcü lider: Biz unutmamalıyıq ki, Azərbaycan...

    Azərbaycan Gürcüstanın yaxın qonşusu, dostu və strateji tərəfdaşıdır. Hesab edirəm ki, ölkələrimiz arasında yaranan bütün problemlər məhz bu dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında həll olunmalıdır.
    Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində “Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Gigi Uqulava səsləndirib. Müxalifət lideri qeyd edib ki, iki ölkə arasında sərhədlə bağlı məsələ uzun illərdir həll olunmayıb. İndiki hakimiyyət dövründə məsələ bir qədər “ciddi” xarakter alıb.
    G.Uqulava deyb:

    Muxalifet3 - 26-05-2019

  17. ​SON DƏQİQƏ: Azərbaycanda sabiq icra başçısı VƏFAT ETDİ

    Sumqayıt şəhərinin sabiq icra başçısı vəfat edib.
    Sumqayıt şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Təvəkkül Yaqub oğlu Məmmədov 79 yaşında dünyasını  dəyişib.
    T.Məmmədov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.
    Qeyd edək ki, T.Məmmədov 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yarımça kəndində anadan olub. Azərbaycan Neft və Kimya İnstitunu və Ali partiya məktəbini bitirib. Bakıda “Zaqfederasiya” gəmi təmiri zavodunda işləyib. Sumqayıt Polimer tikinti materialları kombinatında növbə rəisliyindən direktor vəzifəsinə kimi yüksəlib.

    Muxalifet3 - 26-05-2019

  18. Qurbanov açıqladı: Bakı-Tbilisi-Qarsla sərnişin daşınması...

    Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşınmasını reallaşdırmaq ilə bağlı bütün işlər bu ilin avqustunda yekunlaşacaq. Muxalifet.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov İTV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars istiqamətində sərnişin daşımalarının həyata keçirilməsi üçün dəmiryolu xətti hazırdır, həmçinin qatarlar da gətirilib: "Vaqon gətiriləndən sonra sınağı keçirilməlidir. Sınaqlar keçiriləndə insanların təhlükəsizliyinin tam təmin edilməsinə əmin olacağıq.

    Muxalifet3 - 26-05-2019

  19. Türkiyə liqasının qalibi çempionatdan uzaqlaşdırıldı

    Türkiyə Super Liqasında aşağı liqaya düşən komandalar bəlli olub.
    Muxalifet.az xəbər verir ki, "Göztəpə"nin doğma meydanda "Ankaragücü"nü məğlub etməsindən sonra "Bursaspor" klubu aşağı liqaya düşüb. "Göztəpə" isə əsas çempionatda mübarizəni davam etdirmək haqqı qazanıb.
    "Bursaspor"la yanaşı, "Ərzurumspor" və "Akhisarspor" da aşağı liqaya - "Spor Toto 1-ci liqa"ya yollanıb.
    Qeyd edək ki, "Bursaspor" Türkiyənin 4 əsas klubundan - "Beşiktaş", "Qalatasaray", "Fənərbaxça" və "Trabzonspor"dan sonra liqada çempion olmuş yeganə klubdur.
     

    Muxalifet3 - 26-05-2019

  20. ​Dəhşətli qəza: 9 polis diri-diri yandı

    Misirin İsmailiyyə şəhərində baş verən avtoqəza nəticəsində 9 polis həlak olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
    Bildirilir ki, hüquq-mühafizə orqanın əməkdaşlarını daşıyan “Pikap” qarşıdan gələn yük avtomobili ilə toqquşub.
    Qəzadan sonra avtomobil dərhal yanıb və nəticədə 2-i zabit olmaqla 9 polis əməkdaşı həlak olub.
    Hadisəyə səbəb kimi sürücülərin yol hərəkəti qaydalarına riayət etməməsi göstərilib.
     

    Muxalifet3 - 26-05-2019

Pages