Axtarış
The search found 105783 results in 0.023 seconds.
Search results
Abşeron icra başçısının “qoçuları” Fatmaidə qanunsuz söküntü aparır – SAKİNLƏRİN EVLƏRİ HEÇ BİR XƏBƏRDARLIQ EDİLMƏDƏN KÜTLƏVİ SURƏTDƏ YIXILIR
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovun “qoçuları” növbəti özbaşınalıq həyata keçirirlər. Muxalifet.az-ın əldə etdiyi məlumata əsasən, icra başçısının göstərişi ilə Fatmaidə vətəndaşların evləri qanunsuz olaraq kütləvi surətdə sökülür. Bu haqda redaksiyamıza məlumat verən sakinlər deyir ki, İ.Gülməmmədovanın “qoçuları” “Niva” avtomobilləri ilə əraziyə gələrək, ağır texnikanın köməyi ilə Fatmayi bağlarında aparılan tikintiləri heç bir əsası olmadan sökürlər.
Muxalifet4 - 25-05-2019
SON DƏQİQƏ: güclü zəlzələ baş verdi
Yaponiya paytaxtı Tokionun Çiba əyalətində 5.1 bal gücündə zəlzələ olub.
Zəlzələ Boso yarımadasının cənub hissəsində 40 km dərinlikdə baş verib.
Tokio və Kanaqavanın bölgələrində zəlzələ hiss edilib. Bu zəlzələnin ardından sunami təhlükəsinin olub-olmaması barədə hələ ki, açıqlama verilməyib./PublikaMuxalifet - 25-05-2019
DƏHŞƏTLİ HADİSƏ: Məktəblilər yanan binadan özlərini atırlar - ANBAAN VİDEO
Hindistanın qərbində yerləşən Surat şəhərində yerli məktəb binasında baş verən yanğın nəticəsində azı 19 nəfər həlak olub.
Muxalifet.az bu haqda oxu.az-a istinadən xəbər verir.
Hadisə şahidləri binadan qatı tüstünün qalxdığını və içəridə olan bəzi şagirdlərin yanğından qurtulmaq üçün pəncərədən özlərini aşağı atdığını bildirir.
Qurbanların çoxu məktəbin hazırlıq mərkəzində oxuyan yeniyetmələrdir.
Yanğının səbəbi hələ məlum deyil. Rəsmilərin dediyinə görə, binanın mərtəbələrində dam örtüyü tezalışan materialdan olduğundan alov sürətlə yayılıb.Muxalifet - 25-05-2019
İrandan ABŞ-a qarşı müharibə BAŞLADACAQ HƏMLƏ: gizli silahlarımızla...
ABŞ-ın Körfəz bölgəsinə göndərdiyi hərbi gəmilərini “gizli silahlarla” batıra bilərik.
Bu barədə İranın hərbi komandanlığı məsləhətçisi Murtaza Kurbanı bəyanat verib.
Rəsmi xəbər agentliyi Mizana açıqlama verən Kubani ABŞ-ı açıq şəkildə təhdid edib.
“Amerika bölgəyə iki hərbi gəmi göndərir. Kiçik bir axmaqlıq etsələr, nüvə və yeni gizli silahlarımızla hərbiçiləri, təyyarələri ilə birlikdə dənizin dibinə basdırarıq”.
Qeyd edək ki, Kubani bu açıqlamanı ABŞ-ın İrana qarşı Yaxın Şərqə 1500 əsgər göndərəcəyi bəyanatından sonra verib./PublikaMuxalifet - 25-05-2019
Azad Rəhimov: Mxitaryana görə F-16 qırıcılarını göndərək?
Azərbaycan Bakıda olacağı müddətdə “Arsenal” klubunun futbolçusu Henrix Mxitaryanın təhlükəsizliyinə tam zəmanət verir.
Bu haqda Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov CNN-ə verdiyi müsahibədə danışıb.
Amerika telekanalının jurnalisti Azərbaycanın Mxitaryanın təhlükəsizliyinə daha çox zəmanət verməyə hazır olub-olmadığını soruşub. Nazir Azərbaycanın bütün mümkün zəmanətləri verdiyini vurğulayıb.Muxalifet - 25-05-2019
“Avtomobillərin gömrük rüsumu aşağı salınmalıdır” - “Yanacağı biz istehsal edirik, amma ən zayı da bizdədir”
Elmədddin Muradlı: “Sərhəddin o tayında avtomobil 3 mindir, bu tayında isə 8 minə gəlib çıxır”
“İnsanları elə vəziyyətə salırlar ki, mütləq sən “leş” maşın sürməlisən, təzə maşın sürmək bizlik deyil...”
Muxalifet - 25-05-2019
"Dövlət başçısı sükanı düzgün saxlamasa, bunları bacarmarıq" - DTX SƏDRİ
Biz hamımız yaxşı bilirik ki, dövlət başçısı o sükanı düzgün saxlamasa, o farvater daşların arasından məharətlə keçilməsə, heç bir hüquq-mühafizə orqanı bacarmaz ki, əmin-amanlığı saxlasın, inkişafı saxlasın. Bunun hamısında biz həm Ulu Öndərə və bu gün də onun oğlu, sevimli, möhtərəm Prezidentimizə minnətdar olmalıyıq.
Trend-in verdiyi məlumata görə, bunu Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev deyib.
Muxalifet4 - 25-05-2019
Leysan, dolu, şiddətli yağış - Regionlarda son durum
Mayın 24-ü gündüz qərb rayonlarında, 25-də gecə və səhər bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb, Daşkəsən-Gədəbəy zonasında intensiv olub, dolu düşüb.
Muxalifet - 25-05-2019
"Mercedes"lə su maşını toqquşdu: yaralılar var - VİDEO - FOTO
Gəncədə yol qəzası baş verib. Muxalifet.az xəbər verir ki, ARB TV xəbər verir ki, Əziz Əliyev küçəsində "QAZ 53" markalı su avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı "Mercedes"in sürücüsü, Gəncə şəhər sakini, 40 yaşlı Aqil Məmmədov və sərnişini 38 yaşlı Samir Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Ələddin Əliyev - Şahid: ""Mercedes" yuxarı qalxırdı, su maşını da gəlirdi, "Mercedes" qabağına çıxdı".
Muxalifet4 - 25-05-2019
Fuad Abbasova yeni vəkil tutuldu – Ailəsindən AÇIQLAMA
Bu ilin mayın 16-da Moskvada yaşadığı evdən çıxarkən həbs olunan tanınmış azərbaycanlı jurnalist Fuad Abbasova yeni vəkil tutulub.
Muxalifet.az xəbər verir ki, bu barədə modern.az-a jurnalistin ailəsindən məlumat verilib.
Vəkilin dövlət qurumu tərəfindən tutulduğunu qeyd edən mənbə bildirib ki, həmçinin müvafiq dövlət qurumunun rəhbərliyi hər gün jurnalistin həyat yoldaşı ilə əlaqə saxlayır, lazımı dəstəyi verir.Muxalifet - 25-05-2019
Kərimi “döyən" şəxs DANIŞDI: "Söyüş söyərək..."
Xəbər verildiyi kimi, mayın 20-də müğənni Kərim Abbasov zorakılığa məruz qalmasına dair videogörüntü paylaşıb. Müğənni qeyd edib ki, ailəsi ilə birgə bağ evindən qayıdarkən avtomobil yolunda tanımadığı şəxslə mübahisə edib və həmin şəxs onu döyüb. Bundan sonra sosial şəbəkələrdə və bır sıra mətbuat orqanlarında hadisə işıqlandırıldı. Hətta hüquq-mühafizə orqanları tərəfindən rəsmi açıqlama da verildi.
Muxalifet.az xəbər verir ki, lent.az məsələ ilə bağlı qarşı tərəflə - Kərim Abbasovla dava edən Elvin Ramazanovla əlaqə saxlayıb.Muxalifet - 25-05-2019
Novruz Məmmədovdan AMEA ilə bağlı YENİ QƏRAR
Bu ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.
Muxalifet.az-ın Akademiyaya istinadən verdiyi xəbərə görə, AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar ümumi qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanının hər iki mərhələsində müsabiqə şərtlərini ödədiyi halda AMEA-nın magistraturasına ayrılan plan yerlərində göstərilən ixtisası seçmək imkanı əldə edəcəklər.Muxalifet - 25-05-2019
Ekstrasens Bayram Nurlu döyüş filminə çəkilir: İdmanla məşğuldur - VİDEO
Bayram Nurlu döyüş filminə çəkilir. Ekstrasensin verdiyi məlumata görə, bu səbəbbdən idmanla məşğul olur. Bununla bağlı B.Nurlu öz görübtülərini də paylaşıb. Həmin videonu təqdim edirik:
Muxalifet - 25-05-2019
Rusiyalı həmkarı ilə telefon danışğından sonra Ermənistan XİN başçısının qan təzyiqi qalxıb
Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığından sonra arterial təzyiqi qalxıb.
“Report” xəbər verir ki, bunu “168 jam” qəzeti yazıb.
Bildirilib ki, ötən həftə Zöhrab Mnasakanyan iş yerinə özünü pis hiss edib. Ermənistanın Xarici İşlər Nazirliyinə təcili tibbi yardım çağırılıb. Həkimlər onun arterial təzyiqinin birdən artıdığını müəyyən ediblər.Muxalifet - 25-05-2019
Rusiya Venesuela ilə bağlı həmləsini təsdiqlədi
Rusiya Venesuela ordusuna təlim verdiyi iddialarını təsdiqləyib. Karakasdakı Rus səfir Vladimir Zaiomski ötən mart ayında ABŞ-ın təhdidlərinə qarşılıq olaraq Cənubi Amerika ölkəsinə yüzlərlə Rus əsgərinin gəldiyi dedi-qodularına, "həmkarlarını öyrətmək üçün burada olan mütəxəssislərimiz var" deyə bildirib.
Muxalifet3 - 25-05-2019
Türkiyə Müdafiə nazirindən önəmli açıqlama
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, "Egey və Şərqi Aralıq dənizində beynəlxalq hüquqdan doğan haqqlarımızı görməməzlikdən gələn cəhdlərdən qaçınılması, problemlərin həllinə heç bir faydası olmayan təxribatyönlü davranış və məsuliyyətsiz açıqlamalara icazə verilməməsi ən səmimi gözləntimizdir" deyib.
Muxalifet3 - 25-05-2019
Hər kəsin istifadə etdiyi bu yağlar insanı gənc yaşda öldürür - Alimdən ŞOK XƏBƏRDARLIQ
Trans yağlardan çox istifadə edən şəxslərin infarkt keçirmə riski digərlərinə nisbətdə 3 dəfə çoxdur. Bu da gənc yaşlarda ölüm riskini artırır.
Muxalifet.az publika.az istinadən xəbər verir ki, bu barədə Türkiyəli professor, qastroenteroloq Alparslan Tanoğlu açıqlama verib.
Professor bu yağların hazır qidaların içərisində olmasının sağlamlığa qarşı ciddi təhdid daşıdığını deyib:Muxalifet - 25-05-2019
"Azərbaycan-Gürcüstan sərhədi ilə əlaqədar bir sıra çətinliklər var" - Gürcü rəsmi
Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların növbəti iclası bir ay ərzində Tbilisidə keçiriləcək.
Bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.
O qeyd edib ki, Azərbaycan-Gürcüstan sərhədinin bəzi hissələri ilə əlaqədar müzakirələrdə bir sıra çətinliklər var.
Azərbaycan-Gürcüstan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların 12-ci iclası mayın 23-24-də Bakıda keçirilib.Muxalifet - 25-05-2019
ABŞ Türkiyə-Rusiya-İran əməkdaşlığını zəiflətmək istəyir
Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzinin (ANKASAM) Türk Siyasəti və Beynəlxalq Təhlükəsizlik üzrə məsləhətçisi Əmrə Ozan, ABŞ-ın Türkiyənin Rusiya və İranla qurduğu əməkdaşlığını zəiflətmək istədiyini söyləyib.
"ABŞ-la əlaqələrdə davamlı böhranlar yaşansa da, Türkiyə dialoq qapısını hər vaxt açıq saxlamağa diqqət göstərmişdir" deyən Əmrə Ozan, etdiyi analizdə bunlara yer verib:Muxalifet3 - 25-05-2019
“MTN İŞİ” ÜZRƏ HƏBS OLUNANLAR DA BURAXILIR… – “Rabitə işi”ndə tutulanların hamısı azadlıqdadr
2015-ci il oktyabrın 17-də gecəyarısı həyata keçirilən xüsusi əməliyyat Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qurum olaraq ləğvi ilə sonuclandı. Qurumda başlanan qəfil yoxlamalar nəticəsində Eldar Mahmudov nazir kreslosunu itirdi, mərkəz, idarə və şöbələrin əksər əməkdaşları istintaqa cəlb olunublar. Əməliyyatdan 2 ay sonra prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqda fərman imzalamaqla, faktiki olaraq, MTN-in qurum olaraq ləğvinə imza atmış oldu.
Muxalifet - 25-05-2019