Axtarış

The search found 105783 results in 0.049 seconds.

Search results

  1. ​Yeni prezidentə elə hədiyyə verdilər ki... - VİDEO

    Ukraynanın yeni seçilmiş və daha əvvəl siyasi təcrübəsi olmayan prezidenti Vladimir Zelenskiyə “Yeni Başlayanlar üçün Siyasət” adlı uşaq kitabı hədiyyə edilib. Hədiyyə yeni prezidentə Kiyevdə qatıldığı kitab sərgisində verilib. “Obozrevatel” nəşrinin informasiyasına görə, kitabın üzərində “yeni başlayanlar üçün siyasət kitabı gənc oxuculara ölkədəki idarəetmə və siyasi sistem, ideologiyalar və digər məsələlərlə bağlı maraqlı məlumatlar verir. Dövlətimizdəki müxtəlif dəyişikliklər ən kiçik yaşlı oxucuların da beynində sual işarələri yaradır” sözləri yazılıb.

    Muxalifet - 24-05-2019

  2. ​Səfər Mehdiyev ittihamlara cavab verdi

    “Karqo terminallarında gömrük yoxlamaları ilə bağlı hər hansı sıxlıq müşahidə olunmur. Gömrük normal iş üslubunda çalışır”. 
    Bunu  Azərbaycana yüklərin çatdırılması ilə məşğul olan karqo şirkətlərinin karqo terminallarında gömrük yoxlamaları səbəbindən yüklərin gecikməsi ilə bağlı iddialarına aydınlıq gətirən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.
    S.Mehdiyevin sözlərinə görə, bu ildən gömrük orqanları ilə vergi orqanları bir yerdə uçotun qurulması ilə bağlı yeni qaydalar qüvvəyə minib:

    Muxalifet - 24-05-2019

  3. Anadan DƏHŞƏTLİ HƏRƏKƏT: Azyaşlı oğlunu “Vosmoy bazarı”nda atıb qaçdı - FOTO

    Bakının Nizami rayonunda yerləşən, "Vosmoy bazarı" adlanan ərazidə azyaşlı uşaq valideyni tərəfindən tərk edilib. 
    Muxalifet.az xəbər verir ki, bu barədə azvision.az-a sakinlər məlumat veriblər. Bildirilib ki, 4-5 yaşlı oğlan uşağı anası ilə birlikdə bazara gəlib.
    Kimliyi məlum olmayan qadın aptekə girmək adı ilə uşağı orada qoyub, daha sonra ərazidən uzaqlaşıb. Azyaşlının əqli problemli olduğu bildirilir.
    Hadisə ilə bağlı polisə məlumat verilib. 

    Muxalifet - 24-05-2019

  4. Müəllimlərlə bağlı Baş Prokurorluğa VACİB MÜRACİƏT

    Təhsil Nazirliyi kütləvi informasiya vasitələrində təhsil işçilərinin şərəf və ləyaqətinin alçaldılmasını əks etdirən müxtəlif materialların yayımlanması faktı ilə əlaqədar materialları Baş Prokurorluğa və Mətbuat Şurasına təqdim edib.

    Muxalifet - 24-05-2019

  5. Metronu partladan Cəlilovun son arzusu: “Allahdan bağışlanmamı istəyin...”

    Peterburq metrosunu partlan Əkbərjon Cəlilov son günlərini necə keçirib, kimlərlə nələr danışıb? 2017-сi il aprel ayının 3-də Sankt-Peterburq metrosunda partlayış törədən 1995-ci il təvəllüdlü Əkbərjon Cəlilovun terror aktına necə hazırlaşdığı, son günlərində nələr düşündüyü, eləcə də şok telefon danışıqları açıqlanıb. Yada salaq ki, “Sennaya ploşad” və “Texnologiçeksiy institut -2” stansiyaları arasında baş vermiş partlayış nəticəsində 15 nəfər həlak olub, 50-dək çox insan ağır xəsarətlər alıb.

    Muxalifet - 24-05-2019

  6. Biznesmen Arzu Şahmalıyev polkovniki satdı, yüngül cəza ilə yaxasını qurtardı - Azərbaycanlılarla ermənilərə fərq qoymurmuş...

    Rusiyanın Yekatrinburq vilayətinin Polevsk şəhər məhkəməsi azərbaycanlı biznesmen Arzu Şahmalıyevin işi üzrə hökm çıxarıb. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Şahmalıyev xarici vətəndaşların Rusiyaya qanunsuz gəlişinin təşkil edilməsi və onların ölkədə qanunsuz qalmasına şərait yaradılması ittihamı üzrə təqsirli hesab edilib. Lakin məhkəmə belə qənaətə gəlib ki, Şahmalıyev günahını tam etiraf etdiyi üçün onun barəsində cinayət işinə xitam verilsin, ancaq inzibati qaydada cəzalandırılsın və 100 min rubl cərimə ödəsin.

    Muxalifet - 24-05-2019

  7. ​Nəcməddin Sadıkov pensiyaya göndərilir? - General üçün qərar anı

    Baş qərargah rəisi Nəcməddin Sadıkovun adamları sayılan şəxslər ordudan azad edilib.
    Muxalifet.az xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun dəftərxana rəisi general-mayor Aleksandr Vasyak və baş qərargah rəisinin birinci müavini kimi yaşı ilə əlaqədar ordudan təxris olunmuş, dərhal sonra Koordinasiya İdarəsinə rəis təyin edilmiş general-leytenant Eyvaz Cəfərov işdən azad olunublar.

    Muxalifet - 24-05-2019

  8. ​SON DƏQİQƏ: ABŞ-la İran arasında görüş BAŞLADI

    “ABŞ-la İran arasında diplomatik müzakirələr başlandı”.
    Bunu Küveyt Xarici işlər nazirinin müavini Xalid əl-Carullah açıqlayıb.

    Muxalifet - 24-05-2019

  9. Əfsanəvi futbol ulduzundan Bakı ilə bağlı VACİB ÇAĞIRIŞ - VİDEO

    Portuqaliyanın əfsanəvi futbolçularından olmuş Luiş Fiqo bir neçə gün sonra Bakıda iki ingilis nəhəngi arasında keçiriləcək UEFA Avropa Liqasının final matçı ilə bağlı videomüraciət yayıb.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, futbolçu izləyiçilərini salamlayaraq bu sözləri deyib:
    "Əziz dostlar, beş gün sonra Bakıda gözəl final keçiriləcək. Mən də orada olacam. Qaçırmayın".

    Muxalifet - 24-05-2019

  10. “Keşikçi Dağla bağlı məsələni siyasiləşdirmək olmaz” – Tamar Xulordava

    Gürcüstan parlamentinin Avrointeqrasiya komitəsinin sədri Tamar Xulordava hər kəsi Keşikçi Dağı Məbəd-Kompleksiilə bağlı məsələni siyasiləşdirməkdən çəkinməyə çağırıb. “Report”un yerli bürosu xəbər verir ki, o, bu məsələnin Gürcüstanın dövlət maraqlarına aid olduğunu deyib. T. Xulordava bildirib ki, məbəd kompleksi məsələsinə soyuqqanlı yanaşmaq lazımdır: “Sərhədlə bağlı danışıqlar prosesinə əlavə çətinliklər yaratmaq olmaz. Azərbaycanda sərhədin delimitasiyası üzrə komissiyanın iclası keçirilir. Komissiyanın fəaliyyətinin nəticələrini gözləmək lazımdır”.

    Muxalifet - 24-05-2019

  11. Savaş dərinləşir: Paşinyan oğlunu Qarabağdan çıxardı

    Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan Yerevandan yeddi kilometr aralıda yerləşən Sovetaşen hərbi hissəsinə köçürülüb.

    Bununla bağlı erməni KİV-i məlumat yayıb.

    Paşinyan özü dəfələrlə bəyan edib ki, onun oğlu Dağlıq Qarabağda (Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında - red.) xidmət edir. Ancaq erməni cəmiyyətində A.Paşinyanın daha rahat mühitdə Şirak vilayətində xidmət etməsi ilə bağlı fikirlər səslənirdi.

    Muxalifet - 24-05-2019

  12. ​"Torqovu"da "Rövşən Lənkəranski" köynəyi geyinən gənclər saxlanıldı - FOTO

    Bakının mərkəzi küçəsində bir qrup gənc polis tərəfindən saxlanılıb.
    Muxalifet.az "Bizimyol”a istinadən xəbər verir ki, Nizami küçəsində (Fəvvarələr meydanı) bir qrup gənc üzərinə kriminal avtoritet Rövşən Lənkəranskinin fotoşəkli olan, "VOR V ZAKONE”, "Talış” yazılan və səkkizguşəli ulduzlar olan köynəklər geyindiklərinə görə polislər tərəfindən saxlanılıblar.

    Muxalifet - 24-05-2019

  13. “Nar”-ın da dəstəyilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib

    Ölkənin ən gənc mobil operatoru olan “Nar”-ın da dəstəklədiyi “ADA Innovation Awards 2019” mükafatının final mərhələsinin qalibləri müəyyən edilib. Belə ki, əsas məqsədi tələbələrə innovativ ideyalarını irəli sürməklə öz startapını başlamaq və real biznes qurmasına şərait yaratmaq olan müsabiqədə 1-ci yeri “Who is around”, 2-ci yeri “SafeSound”, 3-cü yeri isə “Oracins” layihələrini irəli sürən tələbələr qazanıb. Qalib layihələrin müəllifləri müxtəlif pul mükafatları ilə təltif edilib.

    Muxalifet4 - 24-05-2019

  14. Zelenskiyə elə hədiyyə verdilər ki... - VİDEO

    Ukraynanın yeni seçilmiş və daha əvvəl siyasi təcrübəsi olmayan prezidenti Vladimir Zelenskiyə “Yeni Başlayanlar üçün Siyasət” adlı uşaq kitabı hədiyyə edilib.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, hədiyyə yeni prezidentə Kiyevdə qatıldığı kitab sərgisində verilib.

    Muxalifet4 - 24-05-2019

  15. ​Afət təhqir edən tanınmış meyxanaçını HƏDƏLƏDİ: "O qələt edir, başını daşa döyür" - FOTO

    Meyxanaçı Aqşin Fatehin "5/5"də müğənnilər barədə işlətdiyi "85-90 faizi evlərini, yeməklərini, bağlarını, maşınlarını qoyub ortalığa reklam edir. Nə acı, nə hamiləni, nə kasıbı, nə aşağı səviyyədə yaşayan insanları nəzərə almır ki, mən özümü bu gün göstərirəm, kimsə baxar deyər ki, bəxtəvər bunun başına. Elə pozğun müğənnilər də var ki, onların lüks maşınları, evləri, geyimləri, şəraitlərini görən körpələr deyirlər ki, deməli, mən bu maşını sürmək üçün, bu evdə yaşamaq üçün onun kimi olmalıyam. Yəni, çoxları baxır onlara ibrət götürür" ifadələri böyük narazılığa səbəb olub.

    Muxalifet - 24-05-2019

  16. Azərbaycanlı alpinistlər Lhotze zirvəsini fəth etdilər - İLK DƏFƏ

    Mayın 22-də Nepal vaxtı ilə səhər saat 6:00-da İsrafil Aşurlu, Aleksandr Telnov və Zakra Larokdan ibarət alpinist üçlüyü dünyanın ən yüksək zirvələrindən biri Lhotzeyə (8516 metr) qalxıb. Gecə 7800 metr yüksəklikdəki həmlə düşərgəsindən çıxan alpinistlər zirvəyə səhər saat 6:00-da çatıblar. Saat 10:00-a yaxın alpinistlər həmlə düşərgəsindən geri dönüblər və hazırda dincəlirlər. Alpinistlərin baza düşərgəsinə (5600 metr) sabah dönəcəkləri gözlənilir. Qeyd edək ki, bu, Azərbaycandan olan alpinistlərin həmin səkkizminliyə ilk ekspedisiyasıdır.

    Muxalifet4 - 24-05-2019

  17. ​PKK terror təşkilatının lideri Abdullah Öcalan azadlığa buraxılır? – Rəsmi açıqlama

    “PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüş qadağasının ləğvinin İstanbulda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqəsi yoxdur”.
    Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül deyib.
    Nazir qeyd edib ki, qadağanın ləğvi yeni prosesin başlanğıcı da deyil:

    Muxalifet - 24-05-2019

  18. ​"Keşikçi Dağ məsələsini şişirtmək lazım deyil" - Ziyafət Əsgərov

    “Bəzi qüvvələr Gürcüstanla Azərbaycan arasında münasibətlərə xələl gətirmək istəyirlər. Gürcüstanda da bəzi naşı siyasətçilər bu məsələni qabardırlar”. Muxalifet.az ona-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri ilə görüşdə Mili Məclisin sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib. Z.

    Muxalifet - 24-05-2019

  19. BAKIDA ETİRAZ AKSİYASI KEÇİRİLDİ - “Hamımız Fuad olaq!”

    Mayın 24-də bir qrup şəxs Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında Moskvada saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasovun hüquqlarının müdafiəsi ilə bağlı etiraz aksiyası keçirməyə cəhd edib. Turan xəbər verir ki, etirazçılar üzərində jurnalistin fotosu əks olunmuş "Hamımız Fuad olaq!" şüarları qaldırıb.
    Polis insanları səfirliyin binasının qarşısına buraxmayıb. Bununla yanaşı aksiya iştirakçıları mediaya sözlərini deyiblər.

    Muxalifet4 - 24-05-2019

  20. ​200 manat sosial müavinət almaq üçün hansı sənədlər lazımdır?

    Uşağın anadan olmasına görə birdəfəlik müavinəti almaq üçün hansı sənədlər lazımdır? Muxalifet.az Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) istinadən xəbər verir ki, bu zaman aşağıdakı sənədlərin toplanması vacibdir: Yaşayış yerindən ailə tərkibi barədə arayış: Uşağın doğumu haqqında arayış: Doğum haqqında şəhadətnamə: Valideynlərin və uşağın şəxsiyyət vəsiqələri: Nikah haqqında şəhadətnamə: Xatırladaq ki, fevral ayından uşağın anadan olmasına görə sosial müavinətin məbləği artırılaraq 200 manat olub.

    Muxalifet - 24-05-2019

Pages