Axtarış

The search found 105783 results in 0.022 seconds.

Search results

  1. Bu səbəbdən dünyada hər gün 200, ildə 81 mindən artıq insan ölür - ŞOK

    İlan sancmasından hər gün dünyada 200 nəfər ölür.
    Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, hər il ilan sancmasından ölənlərin sayı 81138-ə çatır.
    Hər il 400 nəfər sancmalar nəticəsində şikəst qalır.
    İngiltərədə yerləşən araşdırma mərkəzi “Velcame Trust” tərəfindən yayılan məlumatda ilan sancmalarının tropik xəstəliklə birgə müşahidə edildikdə daha çox ölüm və şikəstliyə səbəb olduğu bildirilir.
    İlan sancmalarından baş verən insan ölümlərinin dünyada ən böyük və gizli problemlərdən biri olduğu vurğulanır.

    Muxalifet - 24-05-2019

  2. MHP-li Bələdiyyə sədri öldürüldü

    Konyada Doğanhisar Bələdiyyəsinin sədri MHP-li İhsan Öztoklu (42) bələdiyyəyə aid plakatların cırılması səbəbiylə mübahisə etdiyi etdiyi keçmiş Bələdiyyə sədri Abdullah Qoçun oğlu Əbdürrəhman Qoçun (25) bıçaqlı hücumuna məruz qalıb. Sinəsindən yaralanan İhsan Öztoklu həyatını itirib. Hücumdan sonra Abdullah Qoç ilə oğlu nəzarətə alınıb.
     
    52.46 FAİZLƏ SEÇKİDƏ QALİB GƏLMİŞDİ
     

    Muxalifet3 - 24-05-2019

  3. ​İnternet sürətlənəcək və ucuzlaşacaq - Orbitə 60 peyk buraxıldı

    "SpaceX" şirkəti orbital brodbend (geniş zoalıqlı məlumat ötürmə texnologiyası-red) sisteminin tətbiqinə başlayıb.
    Muxalifet.az Oxu.az-a istinadən xəbər verir ki, ötən gecə Floridadan havaya qalxan "Falcon-9" raketi orbitə 60 internet peykindən ibarət bağlamanı çatdırıb.
    Sözü gedən süni peyklər dünya əhalisinin son dərəcə yüksək sürətli və ucuz internetlə təchizatına imkan verəcək.
    Elon Maskın şirkəti "Starlink" şəbəkəsi üçün 2020-ci ilə kimi orbitə ümumilikdə 12 minə yaxın peyk buraxmaq niyyətindədir.

    Muxalifet - 24-05-2019

  4. ​Azərbaycanda ŞOK HADİSƏ: 4 azyaşlı hamilə qız xəstəxanaya yerləşdirildi

    Ağstafa rayonunda şok hadisə yaşanıb.
    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mayın 24-də bir gün ərzində rayon sakinləri olan 4 qız Ağstafa Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 15 yaşlarında olan qızların hər birinin hamilə olduğu müəyyən edilib. 
    Hazırda qızlar xəstəxanada həkim nəzarəti altında saxlanılır, rayon polis və prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

    Muxalifet - 24-05-2019

  5. FTB ABŞ-dakı gizli təhlükəni açıqladı

    ABŞ-da Federal Təhqiqatlar Bürosunun (FBI) üst səviyyə səlahiyyətlisi ölkədə son dövrdə yaşanan ağ irqçilik hadisələrində artım olduğunu ifadə edib.
     
    “CNN International”-ın FTB-dən üst səviyyə bir terrorla mübarizə səlahiyyətlisinə söykədiyi xəbərdə, ölkədə son aylarda ağ irqçilərin etdiyi hücumlarda ciddi artım müşahidə edildiyi qeyd olunub.
    Səlahiyyətli "Suriyada İŞİD xilafətinin məğlub olmasından sonra beynəlxalq terror təhdidləri sabit qalarkən, FTB ölkə daxilində artan ağ irqçilik terroru ilə boğuşur" deyib.

    Muxalifet3 - 24-05-2019

  6. Bakı metrosunda QORXULU ANLAR: Gənc oğlan anidən qatarın...

    Səhər saatlarında Bakı metrosunun "Koroğlu” stansiyasında həyəcanlı anlar yaşanıb.
    Muxalifet.az  missiya.az-a istinadla xəbər verir ki, gənc oğlan anidən qatar yoluna düşüb. Hadisə şahidlərinin verdiyi məlumata görə,  sərnişin tunelə qatar stansiyaya çatdığı vaxt düşüb. Amma maşinist qatarı platformaya daxil olmamış saxlayıb.
    Hadisəni Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da təsdiqləyib. Onun sözlərinə görə, sərnişinlərdən birinin telefonu tunelə düşüb:

    Muxalifet - 24-05-2019

  7. Keçmiş nazir haqqında sensasion iddia... - MİTİNQ ÜÇÜN PUL PAYLAYIB?

    Ağasif Şakiroğlu: “Biz icazə verilməmiş mitinqə görə camaata niyə pul verək?” Mirmahmud Mirəlioğlu: “Həbsləri qətiyyətlə pisləyirəm” Əhməd Oruc: “Onların həbsdən dərhal azad olunmasını tələb edirik” 3 gündür ki, AXH üzvlərinin rayonlarda polis şöbələri və Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldığı barədə məlumatlar yayılıb.

    Muxalifet - 24-05-2019

  8. ​Pensiyalarla bağlı UNİKAL TƏKLİF

    2006-cı ilədək müəyyən iş stajı olan, daha sonra fərdi hesabında heç bir yığım olmayanlara da minimum pensiya verilməlidir.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu təkliflə iqtisadçı ekspert Vüqar Bayramov çıxış edib.
    Ekspert bunun üçün Azərbaycanda “Pensiya Amnistiyası” verilməsini təklif edib.

    Muxalifet - 24-05-2019

  9. ​Əməkdar artistin ölüm SƏBƏBİ AÇIQLANDI - FOTO

    Ötən gün vəfat edən Gəncə Dövlət Kukla Teatrının aktyoru, əməkdar artist Nağəddin Məmmədovun ölüm səbəbi bilinib.
    Bu barədə "Ölkə.Az"-a teatrda verilən məlumatda qeyd edilib ki, aktyorun başında onkoloji şiş var imiş:
    "Hər gün işə gəlirdi. Amma vəfat edən gün gəlməmişdi. Evdə özünü pis hiss etdiyini deyib. Cəmi bir-iki saat sonra vəfat edib".
    Qeyd edək ki, N.Məmmədovun 52 yaşı var idi.

    Muxalifet - 24-05-2019

  10. Mafioz “Qara Qafur” hər şeyi korladı...

    Beynəlxalq Olimpiya Komitəsinin İcaiyyə Komitəsi Beynəlxalq Həvəskar Boks Assosiasiyasını (AİBA) Yaponiyada keçiriləcək Olimpiya oyunlarında iştirakdan kənarlaşdırıb.

    Bunun səbəb AİBA-nın eks-prezidenti olmuş Qafur Rəhimovun (cinayətkar aləmdə “Qara Qafur” ləqəbi ilə tanınır) “Qardaşlıq çevrəsi” cinayətkar sindikatı ilə əlaqələridir.

    Habelə İcraiyyə Komitəsi AİBA-nı maliyyə maxinasiyalarında, ədalətsiz hakimlikdə və digər pozuntularda da ittiham edib.

    Muxalifet - 24-05-2019

  11. ​Milyarder Roman Abramoviç Bakıya gəlir

    "Çelsi” klubunun sahibi milyarder Roman Abramoviç Avropa Liqasının finalını izləmək üçün  gələn həftə Bakıya səfər edəcək.
    Bu barədə "The Sun” yazır.
    Nəşr bildirir ki, R.Abramoviç Britaniya vizası ilə bağlı problemlərə görə uzun müddətdir ki, klubun oyunlarında iştirak edə bilmir.
    Ancaq milyarder artıq İsrail vətəndaşlığını qəbul edib və Azərbaycanda "Arsenal”a qarşı final matçını seyr edəcəyinə ümid edir.

    Muxalifet - 24-05-2019

  12. ​Rusiyada Damla üçün böyük izdiham - VİDEO

    Müğənni Damla növbəti dəfə fanatlarının hücumuna məruz qalıb. 
    Oxu.Az xəbər verir ki, sənətçi bir neçə gün bundan öncə Rusiyanın Novosibirsk şəhərində konsert proqramı ilə çıxış edib.
    Sözügedən gecədə müğənninin pərəstişkarları böyük izdiham yaradıblar.
    “Instagram”da paylaşılan görüntülərdən Damlanın fanatlarının onunla şəkil çəkdirmək üçün ajiotaj yaratdığı aydın görünür. Sevənlərinin əlindən hərəkət belə edə bilməyən müğənniyə tədbirin təşkilatçıları yardım etməyə məcbur olublar.

    Muxalifet - 24-05-2019

  13. ​ABŞ Türkiyəyə qarşı SENSASİON QANUN QƏBUL ETDİ: Şimali Kiprin işğalı və...

    ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komissiyası Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksi alacağı təqdirdə sanksiyaların tətbiq olunmasını və F-35 proqramından çıxarılmasını ehtiva edən qanun layihəsini təsdiq edib.
    Layihənin müəllifi FETÖ terror təşkilatı ilə birgə işləyən və onlara qarşılıqsız dəstək verən senator Eliot Engeldir.
    Qanun layihəsində rəsmi Ankara Rusiya və İranla yaxın münasibətlər qurmaq və Şimali Kipri işğal etməkdə ittiham olunur.

    Muxalifet - 24-05-2019

  14. “Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq” – Milli Məclisin sədr müavini

    “Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər”. “Report” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi üzvlərinin iştirakı ilə keçirilən “Azərbaycan parlamentarizm tarixi: dünəni və bu günü” adlı “dəyirmi masa”da çıxışı zamanı deyib. O bildirib ki, bu gün Azərbaycan Xalq Cümhuriyyət qurucuları böyük hörmətlə yad edilirlər: “Biz yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq”.

    Muxalifet - 24-05-2019

  15. Başına1.5 milyon mükafat qoyulan terrorçu tutuldu

    Türkiyədə Terrordan Axtarılanlar Siyahısında 1 milyon 500 min TL mükafatla mavi kateqoriyada yer alan MLKP terror təşkilatının üzvü Dəniz kod adlı Ümid Emrah Kosa tutulub. Bu barədə Daxili İşlər Nazirliyi açıqlama verib.
    Müxalifət.az

    Muxalifet3 - 24-05-2019

  16. Fuad Abbasov saxlanmasının əsl səbəbini AÇIQLADI: "Ermənilərin çoxdankı arzusu yerinə yetdi" - MÜSAHİBƏ

    Artıq bir həftədir ki, Rusiyada saxlanılan Azərbaycan vətəndaşı, jurnalist və blogger Fuad Abbasovla bağlı məsələ gündəmin əsas müzakirə mövzusudur. Muxalifet.az xəbər verir ki, hazırda Moskva vilayətinin Korolyova şəhərindəki miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov ONA-nın Moskva müxbirinə eksklüziv müsahibə verib. - Fuad, neçə gündür ki, həbs olunmağın haqqında məlumatlar gündəmin əsas mövzusudur. Nə baş verir? - Məncə, ermənilərin çoxdankı arzusu yerinə yetdi.

    Muxalifet - 24-05-2019

  17. ​"Əgər öləcəyəmsə..." - Həbs edilən xanım baş redaktor aclıq aksiyasını dayandırdı

    Narkotik satmaqda ittiham edilərək həbs edilən qadın baş redaktor aclıq aksiyasını dayandırıb.
    Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, "Bakupress" az saytının həbsdə olan rəhbəri Şəfəq Ağabalayevanın (Ağacan) saxlandığı Bakı istintaq təcridxanasında başlatdığı aclıq aksiyası bir neçə gün davam edib.
    Baş redaktorun aclıq aksiyası keçirməsi barədə məlumat onun feysbuk hesabında yaxınları tərəfindən yayılmışdı.
    O, bu addımı məhkəməsi davam edən ərəfədə ev dustaqlığına buraxılmaması ilə izah etmişdi.

    Muxalifet - 24-05-2019

  18. Oğlu şəhid qızını öldürən iş adamının adı keçən işdə prokuror çıxış etdi - 5 il cəza istədi

    Oğlu maşınla şəhid qızını vurub öldürən iş adamının adı keçən daha bir məhkəmə iclası davam etdirilir. Qalmaqallı iş daha bir polis əməkdaşının məsuliyyətə cəlb edilməsi ilə nəticələnib. Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən sabiq polis əməkdaşı Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında Zakir Məmmədovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Muxalifet - 24-05-2019

  19. ABŞ-dan Türkiyə əleyhinə daha bir həmlə: Bu dəfə Senatda..

    ABŞ-da Senatın Silahlı Qüvvələr Komissiyası 2020 ili üçün 750 milyard dollarlıq müdafiə büdcəsi qanununu açıqlayıb. Büdcədə Türkiyənin F-35 proqramından çıxarılması da yer alarkən, dünən də bənzər bir qərar layihəsi Nümayəndələr Palatasında qəbul edilmişdi. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagus isə, Rusiyadan S-400-lərin alındığı təqdirdə Türkiyənin "konkret və mənfi" nəticələrlə qarşılaşacağını söyləmişdi.

    Muxalifet3 - 24-05-2019

  20. İngilislər AĞLINI İTİRDİ - Bakıdakı finalla bağlı RÜSVAYÇI ADDIM

    “Arsenal” klubunun azarkeşləri UEFA Avropa Liqasının final matçının təxirə salınması üçün petisiya təşkil edib.
    Azarkeşlər final matçının Azərbaycanda keçirilməsinə etiraz edirlər.
    Onlar “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Azərbaycandakı final mərasimində iştirak edə bilməməsini əsas gətirərək matçın Londondakı “Wembley” stadionunda keçirilməsini tələb edirlər.
    Qeyd edək ki, Avropa Liqasının final matçı “Çelsi” və “Arsenal” arasında, 29 may tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək.

    Muxalifet - 24-05-2019

Pages