Axtarış

The search found 105783 results in 0.042 seconds.

Search results

  1. Ortalığı qarışdıran iddiaya ABŞ-dan REAKSİYA!

    ABŞ-ın Müdafiə naziri Patrick Şanahan ABŞ-ın Orta Şərqə 10 min əsgər göndərəcəyi iddialarını yalanlayıb.

    Bu barədə yerli media xəbər verib.

    Şanahanın etdiyi açıqlamada, "10 min, ya da 5 min kimi rəqəmlər yoxdur və bu rəqəmlər gerçəyi əks etdirmir. Bu an üçün mərkəz nöqtəmiz kafi müdafiə ünsürlərinə sahib olub olmadığımızdır", - dediyi ifadə edilib.

    Müxalifət.az

    Muxalifet3 - 24-05-2019

  2. ABŞ-dan Türkiyəyə yeni təhdid! - Ard-arda açıqlamalar

    ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagus "S-400 müdafiə sistemlərinin alışının ABŞ və NATO-nun Türkiyə ilə olan müdafiə əlaqəsi baxımından ciddi nəticələri olacağını söylədik", - deyə açıqlama verib.
     
    Mövzuyla əlaqədar narahatlıqlarını qeyd etdiklərini və qeyd etməyə də davam edəcəklərini söyləyən Ortagus, "Ancaq satın alma tamamlansa, olduqca gerçək və olduqca mənfi nəticələər olacaq", - deyə təhdid edib.

    Muxalifet3 - 24-05-2019

  3. Türkiyəyə sanksiya layihəsini hazırlayan şəxs kimdir? - ŞOK DETALLAR

    ABŞ Konqresinin Nümayəndələr Palatası Xarici İşlər Komissiyası Türkiyənin S-400 aldığı təqdirdə sanksiya tətbiq olunmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

    Muxalifet.az xəbər verir ki, qanunun memarı isə FETÖ-nun kiralıq senatorlarından Demokrat Partiyalı Eliot Engeldir. Engel ABŞ Konqresində terrorçubaşı Fətullah Gülənin müdafiəsinə yönəlik ilk rəsmi açıqlamanı vermişdi.
     
    ABŞ-da FETÖ-nun kiralıq senatorlarından bir çoxunun imzasıyla keçən qanun layihəsində Ankara 'Rusya-İranla əlaqə yaratmaq' və 'Kipri işğal etməklə” günahlandırılır.

    Muxalifet3 - 24-05-2019

  4. CHP ABŞ-ın dili ilə danışdı: S-400 narahatçılığı

    Türkiyənin havadan müdafiəsini gücləndirəcək S-400-lər ABŞ və bəzi NATO ölkələri kimi, CHP-ni də narahat edir. NATO ilə Türkiyə arasında bir komissiya qurulmasını istəyən CHP sədrinin müavini Ünal Çeviköz, "Bu komissiya işlərini bitirənə qədər S-400-lərin yerləşdirilməsinin təxirə salınmasını təklif edirik" deyib. Bununla da CHP sifarişin haradan gəldiyini açıqca ortaya qoyub. Müxalifət.az

    Muxalifet3 - 24-05-2019

  5. ​Fuad Abbasovun ailəsi müraciət yaydı - "Biz bu qərarla razı deyilik..."

    Rusiyada saxlanılan və Azərbaycana deportasiya ediləcəyi gözlənilən tanınmış jurnalist Fuad Abbasovun ailəsi jurnalistin sosial şəbəkədəki hesabından açıqlama yayıb. Muxalifet.az xəbər verir ki, açıqlamada qeyd edilir: “Ailəmiz hal-hazırda mənəvi təzyiqlərlə qarşılaşır və biz bu problemi həll etmək yollarını axtarırıq. Mövqeyimizi möhkəmləndirmək və ədalətli qərar qəbul etmək üçün bir vəkil tutmaq qərarına gəldik.

    Muxalifet - 24-05-2019

  6. “Türkiyə ilə gərginliyi azaltmağı başaracağıq” - Yunan Müdafiə naziri

    Yunanıstanın Müdafiə naziri Evangelos Apostolakis Türkiyə ilə Müdafiə Nazirlikləri heyətləri arasında davam edən görüşmələrlə bağlı, 'Biz bu kanalları açıq saxlayacağıq və ən yaxşı nəticəni almaq üçün səylərimiz davam edəcək' deyib.
     
    Görüşmələrin və səylərin yaxşı bir atmosferdə irəlilədiyini ifadə edən Apostolakis, "Bu (güvən artırıcı) tədbirlərin tətbiq olunmasıyla Egey dənizindəki gərginliyi azaltmağı bacaracağıq və bir qəza və ya nəzarətdən çıxa biləcək bir qarşıdurma hadisəsi üçün narahatlıqları ortadan qaldıra biləcəyik" deyib.

    Muxalifet3 - 24-05-2019

  7. Azərbaycan müharibəyə hazırlaşır - SENSASİON İDDİALAR

    Mayın 20-dən etibarən başlayan Azərbaycan ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri bu gün başa çatır. 4 gün davam edən təlimlərdən düşmən Ermənistan ciddi şəkildə narahat olmağa başlayıb.

    Erməni mətbuatında Azərbaycanın hücuma hazırlaşdığı barədə xəbərlər dərc olunmaqdadır. Hətta erməni baş nazir Nikol Paşinyanın hücum planından narahat olduğunu ermənilərin özləri təsdiqləyirlər.

    Muxalifet - 24-05-2019

  8. Çində qayıq aşdı - Ölənlər var

    Çinin Quyçjou vilayətində qayığın aşması nəticəsində ən azı 5 nəfər ölüb, 13 nəfər itkin düşüb.
    Hadisə yerli vaxtla cümə axşamı günü 18:30-da baş verib.
    İlkin məlumatlara əsasən, qayıqda 29 nəfər olub, onlardan 11-i xilas edilib. Xəsarət alanlara tibbi yardım göstərilib./Unikal

    Muxalifet - 24-05-2019

  9. “ABŞ-ı peşman edəcəyik” – İran prezidenti

    İran prezidenti Həsən Ruhani iqtisadi müharibə ilə xalqın dolanışıq və hüzurunu hədəf alan ABŞ-ı peşman edəcəklərini söyləyib.
     
    İraq ilə 1980-1988 illərində etdikləri 8 illik müharibəyə toxunan Ruhani, "İraq müharibəsində hərbi təzyiq və hücumlarla torpaqlarımız işğal edildi, bu gün isə iqtisadi müharibə ilə xalqın dolanışığı və hüzuru hədəf alınır. Ancaq İran düşməni iqtisadi müharibəsində peşman edəcək" deyib.

    Muxalifet3 - 24-05-2019

  10. BAKIDA DƏHŞƏT - Evində boğazını kəsib öldürdülər

    Bakıda qətl hadisəsi törədlib.
    Hadisə Qaradağ rayonunda qeydə alınıb.
    Belə ki, rayonun Müşfiq qəsəbəsində 1960-cı il təvəllüdlü Xələfov Şamil Səristan oğlu öz evində naməlum şəxslər tərəfindən çoxsaylı bıçaq xəsarətləri alıb.
    Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov bildirib ki, Ş.Xələfov boyun damarlarının kəsilməsi nəticəsində dünyasını dəyişib.
    Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Lakin onun öldüyü məlum olub.

    Muxalifet - 24-05-2019

  11. BP 25 ildir Bakıda neft çıxarır, təhlükə olmur, amma bir futbol matçına görə “təhlükə” yaranır...

    Ölkəmizə qarşı qərəz kampaniyasına tutarlı cavab; bu gün paytaxtımızda keçiriləcək başqa idman yarışına görə iki erməni Bakıdadır; “Mxitaryanın bəyanatını erməni lobbisi və Ermənistan KİV-i süni şəkildə şişirdir”... 

    Muxalifet - 24-05-2019

  12. ““UNIBANK”da ŞOK YAŞADIM…” – Bank prezidentin sərəncamına “qulp qoyur”?

    “Bu bank nəinki faizləri silir, hələ özündən yeni faizlər fikirləşir…”
    Azərbaycanda son zamanlar ən çox şikayət olunan banklardan biri də “Unibank”dır. İndiyədək mətbuatda ayrı-ayrı müştərilərin bu bankla bağlı müxtəlif səpkili şikayətlərinə tez-tez rast gəlinirdi. Bankı daha çox özbaşınalıqda, müştərilərə qarşı hörmətsiz, kobud davranmaqda ittiham edirdilər. Ölkə başçısının dollar kreditlərinə görə kompensasiya verilməsini nəzərdə tutan sərəncamından sonra isə şikayətlər qat-qat çoxalmağa başladı.

    Muxalifet - 24-05-2019

  13. SƏHİYYƏ NAZİRLİYİNİN “ARASH” SEVGİSİ… - 10 ildir tenderləri niyə eyni şirkət qazanır?

    Oqtay Əsədovun qardaşı oğlunun şirkəti növbəti 5 milyonluq tenderi qazanıb Mayın 20-də Səhiyyə Nazirliyi Bakıdakı iki tibb müəssisəsinin tibbi avadanlıqlarla təchizatı üzrə “Arash Medical Company” MMC ilə iki müqavilə imzalayıb. “Marja” Dövlət satınalmaları reyestrinə istinadla xəbər verir ki, alınmış avadanlığın ümumi məbləği 5 milyon 726 min manat (3 milyon 368,2 min dollar) təşkil edir. Avadanlıqlar Maştağa qəsəbəsində 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının yeni korpusu və Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Sümük Vərəm Xəstəlikləri Sanatoriyasına veriləcək.

    Muxalifet - 24-05-2019

  14. Sabunçuda əməliyyat - “Qədim” ləqəbli şəxs ələ keçdi

    Sabunçu rayonunda ictimai-asayişin pozaraq vətəndaşa qarşı xuliqanlıq edən şəxs saxlanılıb.
    Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticsində xuliqanlıq etməkdə şübhəli bilinən paytaxt sakini Hikmət Vəlizadə tutulub. Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 0,346 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.

    Muxalifet - 24-05-2019

  15. Tramp və Palata sədri Pelosi arasında sözlü qarşıdurma: Bir-birini təhqir etdilər

    Trampın ona "Rusiya istintaqının üstünü örtdüyü'' ittihamını yönəldən Nümayəndələr Palatasının sədri Pelosiyə sərt təpki verməsiylə başlayan söz atışması, ikili arasında təhqirləri ehtiva edən söz duelinə çevrilib.
     
    Söz güləşdirməsindən sonra Trampın Ağ Evdə keçirdiyi görüşməni Rusiya istintaqına təpki olaraq yarıda kəsərək toplantını tərk etməsinə görə, Pelosi ''ölkənin yaxşılığı'' üçün Trampın ''balanssız'' davranışlarına ailəsinin müdaxilə etməsi lazım olduğunu deyərək onun ağıldan kəm olduğuna işarə edib.

    Muxalifet3 - 24-05-2019

  16. “Özünü quzu kimi aparır, amma qurdalayırsan, striptiz otağı meydana çıxır”

    “Azərbaycanda ziyalılarımızın vəziyyəti yaxşı deyil. Bir neçə istiqamətdə durum müsbət deyil. Əvvəla, ziyalı millətinin dərdini çəkən adamdır və ömrü boyu da müstəqillik arzusunda olub. Müstəqillik bizə baha gəlsə, torpaqlarımızın bir hissəsini itirsək də, onu qazanmışıq. Ən dəyərli, qiymətli parçamızın müstəqillik olduğunu hesab etmişik. Əlbəttə, bunun acısını da hamıdan əvvəl ziyalı çəkib. Ancaq ziyalılar sıxıntı içindədir”. 

    Muxalifet - 24-05-2019

  17. ​Bakının bu ərazilərində su olmayacaq

    "Azərsu" əhaliyə xəbərdarlıq edib.
    Muxalifet.az-a "Azərsu” ASC - dən daxil olan məlumata görə, Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 24 may 2019-cu 
    il tarixində 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

    Muxalifet - 24-05-2019

  18. İki populistin siyasəti: Zelenski Saakaşvilinin vətəndaşlığını bərpa edəcəkmi...

    Asim Mollazadə: “Saakaşvilinin Zelenskiyə müttəfiq, yoxsa rəqib olacağını proseslərin gedişi göstərəcək”
    Tofiq Abbasov: “Zelenski üzdədir, pərdəarxasında Avakov dayanır və Saakaşvili ilə düşməndir”

    Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşı olmaq istəyir. Odessa vilayətinin keçmiş qubernatoru Saakaşvili vətəndaşlığının bərpası ilə bağlı yeni prezident Vladimir Zelenskiyə məktub ünvanlayıb.

    Muxalifet - 24-05-2019

  19. “S-400 məsələsində geri çəkilmək olmayacaq” - Türkiyədən açıqlama

    Türkiyə hökumət qaynaqları Türkiyənin S-400 proqramından imtina etməyəcəyini ifadə etməsinə baxmayaraq ABŞ-ın davamlı olaraq təzyiq xarakterli açıqlamalarını davam etdirməsinə dəqiq şəkildə qarşılıq veriləcəyini bildirib.
     
    Hökümət qaynaqları S-400 mövzusunun "tamamlanmış" bir razılaşma olmasına baxmayaraq ABŞ-ın israr etməsinin səhv olduğuna işarə edib. Türkiyənin S-400 alışından imtina etməsinin söz mövzusu olmayacağının ABŞ mövqelərinə çatdırıldığı və edilən hər açıqlama qarşısında da lazım olan cavabın verildiyi vurğulanıb.

    Muxalifet3 - 24-05-2019

  20. “Nə qədər lazım olsa o qədər göndərəcəm...” - TRAMP İRANIN ÜSTÜNƏ QOŞUN YERİDİLMƏSİ HAQDA

    ABŞ prezidenti Donald Tramp İran ətrafında yaranmı situasiyaya görə Yaxın şərqə yeni qoşun birləşmələri göndərməyə hazır olduğunu bildirib. Tramp bu barədə ötən gün beynəlxalq KİV-lərin Pentaqonun Mərkəz Komandanlığının sorğusu əsasında Yaxın Şərq regionuna 10 minə qədər əlavə hərbçi göndərməyə hazırlaşdığı haqda xəbəri şərh edərkən deyib. ABŞ prezidenti bildirib ki, hələlik belə plan yoxdur, amma o ali baş komandan kimi İranla mübarizə üçün “istənilən sayda hərbçi” göndərməyə hazırdır.

    Muxalifet - 24-05-2019

Pages