Axtarış
The search found 105783 results in 0.026 seconds.
Search results
Azərbaycanın ən yaxın hərbi müttəfiqi vahiməli silah hazırladı - ERƏNİSTAN BİR ATIŞLA YER ÜZÜNDƏN SİLİNƏ BİLƏR
“Pakistan “Şahin-2” adlı qurudan-quruya ballistik nüvə başlığı raketdaşıyıcısını uğurla sınaqdan keçirib”.
Muxalifet.az “Haber7”yə istinadən xəbər verir ki, bunu Pakistan ordusunun sözçüsü general Asif Qafur bildirib. Bu raket 1500 km-dəki hədəfi vurur.
“Şahin-2” Pakistanın ehtiyacı olan regional sabitlik üçün təminatçı gücə malikdir”, - general vurğulayıb.Sınaq Oman dənizində keçirilib. Pakistanın Baş naziri İmran Xan sınağın uğurla həyata keçirilməsi münasibəti ilə mühəndisləri və hərbçiləri təbrik edib.Muxalifet - 23-05-2019
Ön cəbhədən həmin komandan daha 10 min əsgər istədi - BÖYÜK MÜHARİBƏNİN ASTANASINDA
ABŞ-la İran arasında mümkün hərbi toqquşma riskinin artması ilə əlaqədar Birləşmiş Ştatların Mərkəz Komandanlığı (CENTCOM) Pentaqondan daha 10 min hərbçinin göndərilməsini istəyib. Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda beynəlxalq informasiya agentlikləri bildirir.
Muxalifet - 23-05-2019
Rusiyanın məşhur teleaparıcısı Fuad Abbasovun müdafiəsinə qalxdı - VİDEO
"Fuad Abbasovu Rusiyadan anti-Türk lobbisi çıxarır və bunu rus kanallarında Rusiya ilə yaxınlaşan Türk siyasətini şərh edən Fuadı cəzalandırmaq üçün edirlər. Rusiyanın Türk və İslam aləmi ilə yaxınlaşmasının əleyhinə olanlar Fuadı Rusiyadan deportasiya edir", repressiyaya məruz qoyurlar, deyə məşhur rus teleaparıcısı Maksim Şevçenko bildirib.
Muxalifet - 23-05-2019
Dəmiryol Vağzalında QƏRİBƏ QAYDA - Məlumat almaq 1 manatdır
Bakı Dəmiryol Vağzalının tranzit kassasında verilən hər bir məlumata görə 1 manat məbləğində xidmət haqqı tətbiq edilir.
Muxalifet.az report-a istinadən xəbər verir ki, həmin xidmət haqqı 1 aprel 2019-cu ildən tətbiq olunur.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən report-un sorğusuna cavab olaraq bildirilib ki, Bakı sərnişin vağzalında yerləşən tranzit kassada Rusiyadan, Ukraynadan və Gürcüstandan Bakıya gələn sərnişin qatarlarına, eyni zamanda Rusiya Federasiyası daxilində hərəkət edən sərnişin qatarlarına bilet satışı həyata keçirilir:Muxalifet - 23-05-2019
ABŞ-dan diqqət çəkən açıqlama: İkinci bir Kandil yarana...
ABŞ-ın Suriya Xüsusi Nümayəndəsi Ceyms Cefri Nümayəndələr Palatası Xarici İşlər Komissiyasında keçirilən "Suriyada Həll Axtarışı: Tramp Rəhbərliyinin Strategiyası" başlıqlı iclasda çıxış edib.
Suriyanın şimalında təhlükəsiz bölgə ilə bağlı görüşmələr mövzusunda Türkiyə ilə hələ razılaşmanın təmin edilmədiyini ifadə edən Cefri, görüşmələrin davam etdiyini deyib.Muxalifet3 - 23-05-2019
PKK-dakı çöküş daxili hesablaşmaları sürətləndirdi
Türkiyənin təhlükəsizlik qaynaqlarından alınan məlumata görə, təhlükəsizlik güclərinin əməliyyatlarıyla ağır itkinlər verən bölücü terror təşkilatı PKK-da yaşanan qorxu və çaxnaşma təşkilat içi hesablaşmanı sürətləndirib.
Son dövrdəki əməliyyatlarla sözdə lider heyətdə olanlar başda olmaqla, bir çox terrorçunun təsirsiz hala gətirilməsi təşkilatın sözdə üst rəhbərliyiylə çöldəki terrorçuları bir-birinə düşürüb.
Sözdə lider heyət çöldəki terrorçuları casusluqda ittiham edərkən, bu günahlandırmalar təşkilatda edamları artırıb.Muxalifet3 - 23-05-2019
Ermənistan çalxalanır - Əsas meydan bağlandı
Ermənistanda növbəti etiraz aksiyası başlayıb.
Bu dəfə Vanadzor şəhərində ictimai nəqliyyat sürücüləri nümayiş keçirirlər.
Etirazçılar sıxılmış qazın bahalığından şikayətlənir və qiymətlərin ucuzlaşmasını tələb edirlər.
Aksiya çərçivəsində nəqliyyat vasitələri ilə şəhərin əsas meydanını bloklanıb./PublikaMuxalifet - 23-05-2019
"Prezident mənə dedi ki, Ramiz müəllim, yaxın gəlin" - Xalq artisti İlham Əliyevlə görüşündən danışdı
Səhər yuxudan ayılanda gözümün qarşısına həmin kadrlar gəldi
Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Novruz dünən Bakıda Mərkəzi Parkın açılışında prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə olan görüşündən danışıb.
uxalifet.az aktyor AzNews.az-a açıqlamasında prezident İlham Əliyevlə görüşünün təsadüfən baş tutduğunu deyib:Muxalifet - 23-05-2019
Vahid Ələkbərovun oğlu 22 milyard dolların varisidir... - "FORBES" SİYAHINI AÇIQLADI
Rusiyanın “Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərovun oğlu Yusuf “Forbes” jurnalının versiyasına görə ən zəngin varisdir. Ona atasından miras qalacaq sərvətin həcmi hazırda 21.8 milyard dollar təşkil edir.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, jurnalın ən zəngin varislər reytinqində 20 rusiyalı oliqarxın 48 uşağının adları yer alıb.
Muxalifet4 - 23-05-2019
Əfran İsmayılov “Keşlə”yə keçir? – Açıqlama
Əfran İsmayılov “Keşlə”yə keçidi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Futbolçu “Yeni Sabah”a açıqlamasında bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib: “Bu məlumatlar həqiqəti əks etdirmir. Ortada hələ heç nə yoxdur. Klubun qərarını gözləyirik. Görək, necə olacaq. Ondan sonra ona uyğun hərəkət edəcəyik. Çünki Ayxan Abbasov prezidentlə görüşməlidir, prezident öz fikirlərini bildirməlidir. Klubun bundan sonrakı taleyi bilinməlidir. Bundan sonra mən də bu qərarlara uyğun hərəkət edəcəm. Qalmaq lazımdırsa, qalacam, getmək lazımdırsa, gedəcəm”.
Muxalifet - 23-05-2019
ABŞ-ın S-400 problemi nə ilə bağlıdır? – Hulusi Akar cavab verdi
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın verdiyi iftar mərasimində ona “ABŞ-ın S-400 dərdi nə ilə bağlıdır” sualı verildi. Müdafiə naziri suala bu şəkildə cavab verdi:
"Bir NATO üzvünün ittifaq xaricində başqa bir ölkəyə aid sistemə yönəlməsini istəmirlər" deyə cavab verdi.
Təbii bunu bir bəhanə olaraq qəbul edəcəyiksə, digər başqa NATO üzvü ölkələrinin keçmişdə eyni sistemin başqa alt versiyalarını satın almalarını hara qoyacağıq sualı qarşımıza çıxır.Muxalifet3 - 23-05-2019
Cinayətkar polislə razılaşdı: “Şəklimə 15 min “like” gəlsə, təslim olacam” - FOTO
ABŞ-da qeyri-adi olay yaşanıb.
Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, polis ictimai asayişi pozmaqdan tutmuş, uşaq yaralamağa qədər bir çox maddəylə axtarışda olan şəxsin fotosunu sosial şəbəkə vasitəsiylə paylaşıb.
Fotosunun paylaşıldığını və axtarışda olduğunu görən 29 yaşlı Jose Sims polislə əlaqə saxlayaraq maraqlı təklif edib.
Sims sosial şəbəkədəki fotosuna 15 min “like” gələcəyi təqdirdə təslim olacağını qeyd edib. Polis onun bu təklifiylə razılaşıb.
Qeyd edək ki, buna baxmayaraq, polis onun axtarışlarına da davam edir.
Muxalifet - 23-05-2019
“Laçın” Ticarət Mərkəzinin SAHİBİNƏ hökm oxundu
Xətai Rayon Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S.Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./BakupostMuxalifet - 23-05-2019
ABŞ Türkiyəyə sanksiya tətbiq etsə, İncirlik bazası bağlanacaqmı?
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara, ABŞ-ın sanksiya təhdidlərinə qarşı Türkiyənin necə bir qarşılıq verə biləcəyi, Kürəcik və İncirlik bazalarının bağlanılması kimi bir variantın gündəmdə olub olmadığı soruşulub.
Sualın cavabını açıq buraxana Hulusi Akar bunları söyləyib: "Bəzi şeyləri indidən danışınca, sehri pozulur. Nəticələr ortaya çıxdıqca, öz tədbirlərimizi alacağıq".
Müxalifət.azMuxalifet3 - 23-05-2019
O hansı işdir ki, yüz min manat maya qoyub 160 min götürmək olar?! - ÖZÜ DƏ CƏMİ 3 AYA...
Azərbaycanda kənd təsərrüfatına yatırım qoymaq istəyən iş adamları, fermerlər üçün qısa müddətə yaxşı gəlir götürmək imkanı verən çiyələk əkini genişlənir. Virtualaz.org araşdırıb ki, çiyələk becərən fermerlər son bir ildə bu sahədən yaxşı gəlir götürə bilirlər. Amma bir məsələ var ki, bazarlara çıxarılan çiyələklər də bu il həddən artıq iriləşib. Bu ilki mövsümdə Bakı bazarlarının piştaxtalarını nəhəng ölçülü çiyələklər bəzəyir. Üstəlik bu giləmeyvəni alanlar onun dadsızlığından və ənənəvi çiyələk ətrinin “yoxa çıxmasından” gileylənirlər.
Muxalifet - 23-05-2019
AZAL şefinin daha bir biznesi üzə çıxdı: İDDİA - VİDEO
Bakının Qala qəsəbəsində Cahangir Əsgərova aid olduğu iddia olunan badam bağlarının video görüntüləri yayılıb.
Qala qəsəbəsində 265 hektarlıq ərazidə salınan badam bağlarının "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərova aid olduğu iddia edilir. Həmin ağaclar İspaniyadan xüsusi olaraq Azərbaycana gətirilib və ispan aqronomların nəzarəti ilə əkilib. Bundan başqa sözügedən 265 hektarlıq ərazi tellərlə hasara alınıb. Həmin ərazidə ağır texnikalarla yanaşı yüzlərlə işçi qüvvəsi də var.
Muxalifet4 - 23-05-2019
Meyxanaçı Samirə ƏRƏ GEDİR: Evlənəcəyim adamın yoldaşı... - VİDEO
ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı meyxanaçı-müğənni Samirə Yusifqızı olub.
Ailə həyatı qurmağa hazırlaşan müğənni onu qınayanlara səslənib:Muxalifet - 23-05-2019
Oruc tutub, iftardan sonra spirtli içki İÇƏNLƏR...
Spirtli içki qəbul etmək hər bir müsəlman üçün Allahın haram etdiyi əməllərdəndir. Məlum olduğu kimi bəzi insanlar var ki, onlar müqəddəs Ramazan ayında da spirtli içki qəbul edirlər.
Bu barədə ilahiyyatçı Elvüsal Məmmədov açıqlamasında bildirib ki, hər bir müsəlman Allaha inanırsa onun bizlərə əmr etdiyi qadağalardan çəkinməli, buyurduqlarına riayət etməlidir.Muxalifet - 23-05-2019
SON DƏQİQƏ: Bakıda Rusiya səfirliyi qarşısında Fuad Abbasovla bağlı aksiya - FOTOLAR
Bir qrup ictimai fəal Fuad Abbasovun Rusiyada saxlanılmasına etiraz olaraq, Bakıda Rusiya səfirliyinin qarşısında aksiya keçirib. Musavat.com məlumat verir ki, aksiya iştirakçıları "Fuad Abbasova azadlıq" şuarları səsləndiriblər. Sonda aksiya iştirakçıları Fuad Abbasovun azad edilməsi ilə bağlı müraciəti Rusiya səfirliyinə təqdim ediblər. Qeyd edək ki, F.Abbasov bir neçə ildir, Rusiyada yaşayır.
Muxalifet - 23-05-2019
“ABŞ və İsrailin ölümünə şahid olacaqsınız” - Xamneyi
ABŞ və İran arasında yaşanan gərginlik hər gün artaraq davam edərkən, gənclərə xitab edən İranın dini lideri Ayetullah Əli Xamneyi “ABŞ və İsrailin ölümünə şahid olacaqsınız” deyib. İranın dini lideri Ayetullah Əli Xamneyi İsrail və Amerikan mədəniyyətinin bir nəsildən çox sürməyəcəyini söyləyərək İranlı gənclərə iki ölkəni parçlayacaqlarının sözünü verib. Xamneyi gənclərə onların da bu sona şahidlik edəcəyi vədini verib. Xamneyi gənclərə, ''Siz gənclər korlanmış Amerikan mədəniyyəti və İsrailin ölümünə şahid olacağınıza əmin ola bilərsiniz'' şəklində səslənib.
Muxalifet3 - 23-05-2019