Axtarış

The search found 105783 results in 0.024 seconds.

Search results

  1. “Nar” aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur - FOTOLAR

    “Nar”-ın dəstəyilə kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün təşkil edilən peşəkar boks təlimləri davam edir. Artıq dördüncü ildir ki, keçirilən bu layihədə 200-dən çox tələbə iştirak edib.

    Təlimlər Azərbaycanın aparıcı boks klubu “Baku Fight Lab”-in dünya və Avropa çempionları tərəfindən keçirilir. Təlimlərdə iştirak edən gənc boksçuların və müəllimlərin peşəkar idman ləvazimatları “Nar” tərəfindən təşkil edilir.

    Muxalifet4 - 23-05-2019

  2. ​Hakimlər Bakıdakı finala yeni formalarla çıxacaqlar

    UEFA İtaliyanın "Makron" şirkəti ilə 3 illik müqavilə imzalayıb. Muxalifet.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub. Sözləşməyə əsasən, şirkət 2023-cü ilə qədər qitə turnirlərində hakimləri forma ilə təmin edəcək. Yeni formalardan ilk dəfə Bakıda keçiriləcək Avropa Liqasının finalında istifadə olunacaq. Hakimlər İspaniyanın paytaxtı Madriddəki Vanda Metropolitano stadionundakı Çempionlar Liqasının finalında da yeni formalar geyinəcəklər. Macron UEFA hakimləri üçün formalar hazırlayan ilk İtaliya şirkəti olub.

    Muxalifet3 - 23-05-2019

  3. ​2 günə aviazərbələrdə 14 nəfər öldü

    Əfqanıstanda mayın 20-22-də hava zərbələri nəticəsində 14 dinc sakin ölüb. Muxalifet.az xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) Tvitter səhifəsində bildirilir. Məlumata görə, aviazərbələr Helmənd və Kunar əyalətlərinə endirilib. “Tərəflər dinc əhalinin qorunmasına dair öhdəliklərinə riayət etməlidir”, - UNAMA qeyd edib.

    Muxalifet3 - 23-05-2019

  4. ​Misirli professor: Əlimdən gələni edəcəyəm ki, Azərbaycan...

    Misir Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri, Misir–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Üsəmə əl-Abd İslam Universitetləri Assosiasiyasının baş katibi seçilib. Muxalifet.az-ın azərtac -a istinadən məlumatına görə, o deyib ki, bu vəzifədə çalışdığı müddətdə Azərbaycan universitetlərinin dünya universitetləri ilə əlaqələrinin qurulması və möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək. “Mən Azərbaycanla Misir arasındakı əlaqələrin inkişafına töhfə vermək niyyətindəyəm.

    Muxalifet3 - 23-05-2019

  5. SON DƏQİQƏ: Rusiyaya HÜCUM: Hərbi bazalar HƏDƏF ALINDI

    Rusiyanın müdafiə sistemləri Hmeymim aviabazasında daha bir terror hücumunun qarşısını alıb. Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, aviabazaya 4 raket buraxılıb və hər biri məhv edilib. Həmçinin raketlərin atışını həyata keçirmək üçün terrorçuların istifadə etdiyi qurğu da hava zərbəsi ilə məhv edilib. Qeyd edək ki, son vaxtlar terrorçuların Hmeymimə hücumları artıb.

    Muxalifet3 - 23-05-2019

  6. Səudiyyənin bu aeroportu partladılacaqdı, lakin...

    Səudiyyə Ərəbistanının havadan müdafiə sistemləri Nəcran hava limanına hücuma hazırlaşan husilərə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib. Muxalifet.az xəbər verir ki, bu sözləri ərəb koalisiyasının nümayəndəsi Turki əl-Maliki deyib. O, PUA-nın üzərinə husilər tərəfindən partlayıcı quraşdırıldığını bildirib. Qeyd edək ki, Yəməndəki üsyançı husilər mütəmadi olaraq ərəb koalisiyasına qarşı hücumlara cəhd edir.

    Muxalifet3 - 23-05-2019

  7. Bulvarda möhtəşəm fləşmob keçiriləcək

    Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümü münasibətilə “Himnimizi birgə oxuyaq!” adlı fləşmob təşkil edəcək. Fləşmob azərbaycançılıq ideologiyasının rəmzi olan dövlət himnimizin əhəmiyyətinə diqqət çəkmək məqsədilə keçiriləcək. Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, layihə çərçivəsində vətəndaşların, xüsusilə gənclərin iştirakı ilə Azərbaycan Respublikasının dövlət himni Bulvar ərazisində canlı ifa olunacaq.

    Muxalifet3 - 23-05-2019

  8. ​Ərdoğan bunu etsə, imicini itirəcək - Rus ekspert1

    S-400-dən imtina etmək Ərdoğan üçün imicini itirmək deməkdir. Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko deyib. “NATO ölkəsi, üstəlik döyüşkən ölkə Rusiya istehsalı S-400 alır. İkincisi də, ABŞ-ın müdafiə büdcəsi itki ilə üzləşir. Milyardlarla dollar ABŞ istehsalçılarının əlinə keçməyəcək. ABŞ ən çox S-400 məsələsindən narahat idi. Ona görə də təhdidə, şantaja və təzyiqə əl atır. Amma bacarmayacaqlar. Ərdoğan üçün S-400-dən imtina etmək, imicini itirmək anlamına gələr. Bu səbəbdən türk lider buna əsla icazə verməz”, - deyə ekspert bildirib.

    Muxalifet3 - 23-05-2019

  9. Ən təhlükəli siqaretlər bunlardır

    Filtrli siqaretlərlə müqayisədə, filtrsiz siqaretlər daha çox can alır.
    Muxalifet.az-ın oxu.az-a istinadən məlumatına görə, belə bir nəticəyə Cənubi Karolina Tibb Universitetinin alimləri gəlib. Ancaq tədqiqatçılar filtrin heç də tütün qəbulunu təhlükəsizləşdirmədiyini və bir çox hallarda ağciyər xərçənginə səbəb olduğunu əmin edir.
    Araşdırmanın nəticələri "MedicalXpress” tibb portalında dərc olunub

    Muxalifet3 - 23-05-2019

  10. UEFA-dan "Arsenal"a xəbərdarlıq: Bakıda bunu etsəniz...

    Avropa Futbol İttifaqı (UEFA) "Arsenal"a xəbərdarlıq edib ki, əgər tərəfdarları Bakıda Avropa Liqasının finalında UEFA-ya qarşı aksiya keçirsələr, London klubu mənfi reaksiya ilə qarşılaşacaq. Muxalifet.az bildirir ki, qitə futbol qurumu londonlu fanatların Henrix Mxitaryana görə etiraz edəcəyindən və UEFA əleyhinə bannerlər açacaqlarından çəkinir. Məlum olduğu kimi, Mxitaryan Azərbaycanın verdiyi təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Bakıya gəlməkdən imtina edib.

    Muxalifet3 - 23-05-2019

  11. Fuad Abbasov azad edilib? - SOSİAL ŞƏBƏKƏDƏ YAYILAN VİDEO KÖHNƏDİR / Yenilənib

    Sosial şəbəkədə yayılan məlumata əsasən, Rusiyada həbs olunan azərbaycanlı jurnalist Fuad Abbasov azad olunub. Teref.az saytı sosial şəbəkədə yayımlanan sözügedən videonu təqdim edib. Muxalifet.az-ın araşdırması nəticəsində məlum olub ki, F.Ababsovun həbsdən azad olunduğu haqda informasiya doğru deyil, sözügedən video köhnədir. Oxucularımızın verdiyi məlumata əsasən, Fuad Abbasov bu videonu çeçenlərlə məlum görüşdən sonra öz səhifəsində paylaşıb. ​

    Muxalifet4 - 23-05-2019

  12. ​İsraili meşə yanğınları bürüdü: Şəhərlər boşaldılır

    İsrailin mərkəzi ərazilərində güclü meşə yanğınlarının başlaması səbəbindən ətrafdakı yaşayış məntəqələri təxliyə edilib, avtomagistrallarda hərəkət dayandırııb. Muxalifet.az xəbər verir ki, bu barədə yerli polisin məlumatında deyilib. Yanğın Qüds və Modiin şəhərlərinin müəyyən ərazilərini cənginə alıb. Xüsusilə isti və quru hava yanğının genişlənməsinə şərait yaradır. Yanğının söndürülməsi üçün havadan və qurudan əməliyyatlar keçirilir.

    Muxalifet3 - 23-05-2019

  13. Ramazanın 19-cu günü: İmsak və iftar vaxtı

    Sabah Ramazan ayının 19-cu günüdür. Muxalifet.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 24-də Bakıda imsak saat 03:32, iftar isə saat 20:14-dədir. Ramazan ayının 19-cu gününün duası: "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin".

    Muxalifet3 - 23-05-2019

  14. Keşikçidağla bağlı ilk iclas - Açıqlama

    Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın Bakıda bu gün başlayan ilk iclasında ekspertlər səviyyəsində görüş olub. Muxalifet.az xəbər verir ki, bu barədə komissiyanın Gürcüstan tərəfdən həmsədri, xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib. Onun sözlərinə görə, sabah komissiyanın iclası davam etdiriləcək: "İclasın ilk günündə tərəflər bir-birlərinə öz mövqe və arqumentlərini təqdim ediblər. Sabah iş davam etdiriləcək. Buna görə də nəticələr barədə danışmaq hələ tezdir".

    Muxalifet3 - 23-05-2019

  15. ​Ruhanidən SƏRT AÇIQLAMA: ABŞ-ı peşman edəcəyik

    İqtisadi müharibə ilə xalqın yaşayışını və sakitçiliyini hədəf alan ABŞ-ı peşman edəcəyik. Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə İran Prezidenti Həsən Ruhani çıxış edib. "İraq müharibəsində hərbi təzyiq və hücumlarla torpaqlarımız işğal edildi, bu gün isə iqtisadi müharibə ilə xalqın dolanışığı və dincliyi hədəf altındadır. Düşmən ürəyimizdə ümidsizliyin yeri olmadığını anlamalıdır. Torpaqlarımız bombalansa və bir daha şəhid versək də, müstəqilliyimizdən imtina etməyəcəyik", - Ruhani qeyd edib.

    Muxalifet3 - 23-05-2019

  16. Pentaqondan İran planı: Ordu yeridiləcək, ancaq 10 min deyil

    Yaxın Şərqdə olan ABŞ əsgərlərini qorumaq üçün bölgəyə daha artıq hərbçi göndərməyi düşünürük. Bu açıqlama ilə ABŞ Müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahan çıxış edib. Şanahan daha öncə bölgəyə 10 minlik ordunun göndərilməsi barədə yayılan xəbərləri təkzib edib.

    Muxalifet3 - 23-05-2019

  17. Bakıya gözlənilən azarkeş axını olmaya bilər – “Arsenal”-“Çelsi” matçının biletləri satılmayıb

    UEFA-nın Britaniyanın “Çelsi” və “Arsenal” klublarına Avropa Liqasının final oyunu üçün verdiyi biletlərdən 4000-i Bakıya göndərilib.

    Muxalifet4 - 24-05-2019

  18. ​Ramazanda mahnı oxuyan turist qadın cəzalandırıla bilər – İRANDA

    İranın Natanz şəhəri yaxınlığındakı bir kənddə bir qadın müğənninin mahnı ifa etməsi rəsmilərin sərt reaksiyasına səbəb olub. Hadisə tarixi Əbyanə kəndində baş verib. Nigar Müəzzamın ifa etdiyi mahnı internetə yüklənəndən sonra izləyicilərin diqqətini cəlb edib. Müğənninin kəndə ailəvi şəkildə turist səfəri ilə gəldiyi deyilir. Səyahəti təşkil edən şirkətin də məsuliyyətə cəlb olunacağı bildirilib. Ali Dini Rəhbərin yerli nümayəndəsi olayı "biyabırcı hərəkət" kimi təsvir edib.

    Muxalifet4 - 24-05-2019

  19. ​Avropa Məhkəməsi İlqar Məmmədovla bağlı qərarını elan edəcək – GƏLƏN HƏFTƏ...

    Mayın 29-da Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası REAL Partiyasının lideri İlqar Məmmədovun işi üzrə qərar qəbul edəcək.
     
    Araşdırma "İlqar Məmmədov Azərbaycana qarşı" iş üzrə 46 § 4 (qərarların məcburi qüvvəsi və icrası) maddəsinin pozulmasının müəyyən edilməsi üzrə aparılıb.
     
    Bu barədə AİHM-nin saytında dərc olunan məlumatda deyilir.
     

    Muxalifet4 - 24-05-2019

  20. Mehriban Əliyeva iftar mərasimində - FOTOLAR

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında təşkil olunan iftar mərasimində iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu yaxınlarda həmin ziyarətgahda olarkən iftar süfrəsinə dəvət edilmişdilər.

    Muxalifet4 - 24-05-2019

Pages