Axtarış
The search found 105783 results in 0.045 seconds.
Search results
"Hətta sürüşmə zonasında da ev tikmək olar” - Qurban Yetirmişli
"Azərbaycanda seysmik rayonlarda tikinti işlərinin norma və qaydalarına yenidən baxılacaq”.
Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.Muxalifet - 23-05-2019
Sahil Babayev müşavirinə vəzifə verdi - Çingiz Əliyev uzaqlaşdırıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Çingiz Əliyev vəzifəsindən kənarlaşdırılıb.
Muxalifet.az Unikal.org-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə, Abbasbəyli Mustafa Aslan oğlu Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri təyin olunub.
Qeyd edək ki, bu ilin yanvar ayının 21-də Mustafa Abbasbəyli Azərbaycanın Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müşaviri təyin edilmişdi.Muxalifet - 23-05-2019
Fələstini İsrailə təslim etmək cəhdi
ABŞ-ın Beynəlxalq Müzakirələr üzrə Xüsusi Nümayəndəsi Jason Greenblatt BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Fələstin probleminin müzakirə olunduğu iclasda çıxış edib.
ABŞ-ın Bahreyn ilə təşkil edəcəyi ortaq iqtisadi konfransla bağlı dəyərləndirmə edən Greenblatt, ''Fələstinlilərin keçirilən konfransa və bizə qatılmaması böyük bir səhv olardı. Qatılsalar heç bir şey itirməyəcəklər, əksinə çox şey qazanacaqlar'' deyə iddia edib.Muxalifet3 - 23-05-2019
Evdəki məclisdə QORXUNC SON: 36 saat sonra ortaya çıxdı - fotolar
Avstraliyanın Nyu South Valles bölgəsində təşkil olunan məclisdə iştirak edən 23 yaşlı Kate Delaney bir anda itkin düşüb.
Qadının dostları vəziyyəti öyrəndikdə artıq çox gec idi. Gənc qadının telefonu və ayaqqabıları isə evdə tapılıb. Hadisə polisə xəbər verildikdən sonra helikopterlərlə axtarış işləri başladılıb. Kate Delaney 36 saat sonra bir evdə tək başına, soyuqdan titrəyən bir halda tapılıb. Tədbirin təşkil olunduğu yerlə evin arasında 2.5 kilometr məsafə var idi.
Xəstəxanaya yerləşdirilən gənc qızın sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.Muxalifet - 23-05-2019
Eldar Mahmudovun əmisi oğlu məhkəməyə gətirilməyib
Bu gün Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası davam etdirlib “Report”un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə V.Mahmudovun məhkəməyə gətirilmədiyi elan olunub. Bildirilib ki, təqsirləndirilən şəxsin məhkəməyə gətirilməsi ilə bağlı onun saxlanıldığı istintaq təcridxanasına məktub ünvanlanmayıb. Proses iyunun 3-dək təxirə salınıb.
Muxalifet - 23-05-2019
"Yeni Yasamal" MTK işində "Şərurlu İsfəndiyar" da peyda oldu - ŞİKAYƏT
“Yeni Yasamal” Mənzil Tikinti Koorporativinin sakinləri, zərəçəkmiş vətəndaşlar prezidenti İlham Əliyevə və I vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıblar.
Muxalifet - 23-05-2019
Rusiyadan 16 NATO ölkəsinə hücum: 18 ay ərzində...
Rusiyanın kəşfiyyat xidmətləri 16 NATO ölkəsinin daxili infrastrukturunu və hökumət şəbəkəsini 18 ay ərzində izləyib.
Bunu İngiltərənin Xarici işlər naziri Ceremi Hant deyib.
Londonda baş tutan NATO kiber-müdafiə öhdəlikləri konfransında çıxış edən nazir bildirib ki, Rusiya kiberhücumlarla bağlı qlobal kampaniya başladıb.Muxalifet - 23-05-2019
Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradıldı - MOSKVADA
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı jurnalist Fuad Abbasovun hüquqlarını müdafiə komitəsi yaradılıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, komitəyə 7 nəfər daxildir. Müdafiə komitəsində Fuad Abbasovun hüquqlarını müdafiə edən vəkil Elman Paşayevlə yanaşı, vəkil Azər Rəfiyev də təmsil olunur.Muxalifet - 23-05-2019
Azərbaycanlı narkobaron qəbiristanlığa gedib öldürdüyü adamlara yasin oxutdururmuş - FOTO
Azərbaycanlı narkobaron öldürüb meşədə basdırdığı adamlara molla aparıb yasin oxutdurub.
Bunu Xəzər televizyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparəcılıq etdiyi "Səni axtarıram" verlişinə çıxan azərbaycanlı narkobaron İltizam Sadıqovun həyat yoldaşı bildirib.
Qadın qeyd edib ki, onun adamı olan Aslan həyat yoldaşı Mehribana deyib ki, həmişə məni üç yol ayrıcında olan meşəyə aparıb:Muxalifet - 23-05-2019
Ermənistan ordusu Azərbaycan müdafiə nazirinə atəş açmaq istəyib?
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün mayın 23-də Yerevanda jurnalistlər qarşısında Azərbaycanın müdafiə naziri Zakir Həsənova atəş açıldığı haqda iddia irəli sürüb.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, jurnalistlər Qriqoryandan Azərbaycan ordusunun mayın 20-də başlamış təlimlərinin ikinci günü Ermənistana göndərilmiş “Növbəti dayanacağımız Şuşadır, bizi gözləyin...” mesajı barədə soruşublar.
Muxalifet - 23-05-2019
PKK-da döyüşlərə qadın və uşaqları göndərirlər
Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan 'Sait' kod adlı PKK-li qadın terrorçu, qrupun başçısının qadın terrorçulara cinsi təcavüz etdiyini, döyüşlərdə isə ön sıralara qadın və uşaqların göndərildiyini söyləyib.
Muxalifet3 - 23-05-2019
Rus polisi Fuad Abbasovu niyə tutub? - SƏBƏB AÇIQLANDI
Azərbaycanlı jurnalist Fuad Abbasovun Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasının səbəbi açıqlanıb.
Muxalifet.az-ın xəbərinə görə, vəkil Azər Rəfiyev report-a bildirib ki, Fuad Abbasovun Rusiya Federasiyasında müvəqqəti yaşama icazəsi ləğv edilib.Muxalifet - 23-05-2019
Bu hərbi qulluqçuların pensiyası ARTIRILDI
Azərbaycanda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırılıb.
Bu barədə Prezident İlham Əliyev bu gün “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.Muxalifet - 23-05-2019
Bakıda səsgücləndiricilər qadağan edilib? - EKSPERTDƏN AÇIQLAMA
Yol hərəkəti qaydalarını pozan sürücüləri polis adətən səsgücləndirici vasitəsilə həmin avtomobilin nömrəsini elan etməklə saxlayırdı. Ancaq son vaxtlar polislərin səsgücləndirici alət olan rupordan istifadə etmədiyi görünür. Yol Patrul Xidmətinin əməkdaşları qayda pozan sürücüləri indi adətən xüsusi siqnal və sayrışan işıqlar vasitəsilə saxlamağa üstünlük verirlər.
Muxalifet - 23-05-2019
Bakıda keçiriləcək futbol yarışına biletlər fantastik qiymətə satılıb! – 14 NƏFƏRLİK SKYBOX BİLETLƏRİ 280 MİN MANATA!
Xəbər verildiyi kimi, mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları üz-üzə gələcək. Avropa Liqasının final batçına futbol azarkeşlərinin böyük maraq göstərəcəyi şübhə doğurmur. Belə ki, yarışı izələmək üçün ölkəmizə 40 min nəfərə yaxın futbol fanatının və digər xarici qonaqlarını gələcəyi gözlənilsə də, Avroliqanın final oyununa ölkəmizdə də maraq az deyil. Təsadüfi deyil ki, satışa çıxarılan biletlər qısa müddətdə öz alıcısını tapdı və artıq bu oyuna bilet tapmaq müşkül məsələdir.
Muxalifet4 - 23-05-2019
SON DƏQİQƏ: Fuad Abbasov qatı cinayətkarların kamerasında saxlanılır - AÇIQLAMA
Hazırda Rusiyada həbsdə saxlanılan jurnalist və hüquqşünas Fuad Abbasovun durumu kritikliyini qoruyur. Bu barədə musavat.com -a açıqlamasında onun vəkili Elman Paşayev məlumat verdi. Vəkil bu dəqiqələrdə jurnalistlə görüşdən çıxıb. Onun dediyinə görə, jurnalist ciddi nəzarət altındadır: “Onu qatı cinayətkarların saxladığı kamerada saxlayırlar. Hər addımı nəzarətdədir. Hər yer müşahidə kamerasıdır. Mənə də onunla görüşü xüsusi müşahidə kamerası olan kabinetdə verdilər”.
Muxalifet3 - 23-05-2019
Daha bir şirkətdən "Huavey"ə zərbə
Yaponiyanın “Toşiba” korporasiyası “Huavey”ə yarımkeçirici avadanlıqların satışını dayandırıb. Muxalifet.az xəbər verir ki, bu barədə “Kyodo Nyus” məlumat yayıb. Bildirilib ki, yapon şirkəti göndərişlərdə ABŞ istehsalı olan avadanlıqların olub-olmamasını yoxlamaq üçün belə qərar qəbul edib. Qeyd edək ki, bundan öncə “Panasonik” “Huavey”lə əlaqələri dayandırdığını elan etmişdi.
Muxalifet3 - 23-05-2019
İran generalından xəbərdarlıq: Təhdidlərə qarşı…
Düşmənlərimiz bilməlidir ki, İran ordusu düşmənlərinin, xüsusən də ABŞ hakimiyyətinin hiylələrini və avantürist manevrlərini izləyəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqiri deyib.
“ABŞ-ın təkəbbürlü təhdidlərinə qarşı müqavimət göstərməyin yaratdığı yeni şərtlər bütün iranlıları ayıq olmağa sövq edir”, - general bildirib.
Muxalifet3 - 23-05-2019
Zaxarovadan Türkiyəyə mesaj: Hörmət edilməlidir!
Suriyanın suverenliyinə zərər vermədən Türkiyə-Suriya sərhədində təhlükəsizlik təmin olunmalıdır. Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Bütün razılaşmalar əsasında Suriyanın ərazi bütövlüyünə və suverenliyinə qəti şəkildə hörmət edilməsi fikrindəyik. Bu əsasları pozanlar Suriyada uzun müddətli sabitliyin yaradılmasına mane olarlar”, - deyə XİN sözçüsü bildirib.
Muxalifet3 - 23-05-2019
Azərbaycanda dizellə işləyən maşınlara qadağa qoyulacaq - RƏSMİ AÇIQLAMA
Bu böyük meqapolislərdə ətraf mühit üçün çox vacibdir Hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür. Muxalifet.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib. Onun sözlərinə görə, hazırda atmosfer havasının çirklənməsinin azaldılması üçün müxtəlif istiqamətdə tədbirlər həyata keçirilir.
Muxalifet3 - 23-05-2019