Axtarış
The search found 105783 results in 0.134 seconds.
Search results
“Leş mafiyası”nı durdurmaq olmur - Gəncəyə aparılan inək cəsədi...
Ekspert həmin inəyin harada məhv edilməsi sualına aydınlıq gətirilməsini istədi
Muxalifet - 23-05-2019
Azərbaycan Ordusunun düşməni vahiməyə salan görüntüsü: HÜCUM ANI... - VİDEO
Sosial şəbəkələrdə hərbi jurnalist Elgün Gəncimsoy Azərbaycan Ordusunun görüntüləri yayıb. Görüntülərdə hərbçilərimizin hücum əmrini icra etməsi əks olunub. Bu video sosial şəbəkələrdə tezliklə paylaşım rekordu qırıb.
Həmin kadrları təqdim edirik.Muxalifet - 23-05-2019
David Luis: "Azərbaycandakı azarkeşlərimizin bizi dəstəkləmək imkanı olacaq"
“Bakıya vəsiqə qazanmaq üçün var gücümüzlə mübarizə apardıq. Bu, bizim əsas tapşırığımız idi”.
“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu İngiltərənin “Çelsi” komandasının futbolçusu David Luis Londonun digər təmsilçisi “Arsenal” ilə Bakıda keçirəcəkləri UEFA Avropa Liqasının finalı barədə danışarkən deyib.
Muxalifet - 23-05-2019
“Bu halların aradan qaldırılması kifayət qədər vəsait tələb edir” - Hicran Hüseynova
“Dünyada qadınlara qarşı zorakılıq halları insan haqlarının tam müdafiəsinin gerçəkləşdirilməsinə mane olan əsas səbəblərdən biridir”.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı hesabatı təqdimat mərasimində deyib.Muxalifet - 23-05-2019
Bakıda ŞOK GÖRÜNTÜ: Metronun ətrafında nə baş verir? - video
BiG.AZ xəbər verir ki, sosial şəbəkələrdə paytaxta qaraçılıqla məşğul olan şəxslərin görüntüsü yayılıb. Video bu günlərdə xalqlar dostluğu metrosu yaxınlığında çəkilib. Görüntülərdən aydın olur ki, metronun ətrafında hər 5 metrdən bir dilənçiliklə məşğul olan qadınlar dayanıb. Əsasən yaşlı qadınların əks olunduğu video birmənalı qarşılanmayıb.
Muxalifet - 23-05-2019
Ramil Usubov polkovnik-leytenantı işdən çıxardı
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Xətai rayon Polis İdarəsi rəisinin xidmət üzrə müavini, polis polkovnik-leytenantı Şahin Məmmədov vəzifəsindən azad edilib.
Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Hələlik onun yerinə təyinat yoxdur./oxu.azMuxalifet - 23-05-2019
ABEL MƏHƏRRƏMOVUN REVANŞI! – Sabiq rektor öz adamlarını Kimya fakültəsinə toplayır ki...
Bakı Dövlət Universiteti (BDU) Tədris Departamentinin müdiri Qurbanova Məlahət Müsrət qızı yeni vəzifəyə təyin olunub. Muxalifet.az xəbər verir ki, bu haqda universitet daxilindəki etibarlı mənbələrdən informasiya daxil olub. Mənbənin sözlərinə görə, adi halda bu təyinat o qədər də ciddi maraq kəsb etməyə bilərdi. Lakin M.Qurbanovanın sabiq rektor Abel Məhərrəmova yaxın kadrlardan olması və məhz Kimya fakültəsinə dekan müavini vəzifəsinə təyin edilməsi heç də sıradan bir hadisə deyil.
Muxalifet4 - 23-05-2019
Sirkdə DƏHŞƏTLİ FACİƏ: Qadın akrobat hündürlükdən yıxılaraq can verdi - ANBAAN VİDEO
Türkiyənin Antalya şəhərinin Belek bölgəsində fəaliyyət göstərən bir əyləncə mərkəzinin həyətində quraşdırılan sirk çadırında faciə baş verib.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, məşq zamanı 3 akrobat 12 metr hündürlükdən yıxılıb.
Onlardan 37 yaşlı kolumbiyalı Angeliqe Suarez yerindəcə həlak olub. Digər iki akrobat isə ağır yaralanıb.
Hadisə mayın 11-də meydana gəlib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı istintaq başladılıb.
Muxalifet - 23-05-2019
İqbal Ağazadəyə qarşı dələduzluq edən şəxs azadlığa buraxıldı - Sabiq deputat onu bağışlamışdı
Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı da dələduzluq etmiş şəxs hakim qarşısına çıxarılıb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən 1975-ci il təvəllüdlü Tağıyev Sərmas Abbas oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Rahib Aslanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında elan olunub ki, İqbal Ağazadə Sərmas Tağıyevi bağışlayıb.
Muxalifet - 23-05-2019
ERMƏNİLƏR ÜÇÜN ƏSAS MƏSƏLƏ QARABAĞ YOX, İŞSİZLİKDİR... - “Gallup”un sensasion sorğusu
Amerikanın “Gallup İnternational Association” şirkətinin Ermənistanda apardığı sosioloji araşdırmaların nəticələri bu ölkə vətəndaşlarını ən çox narahat edən məsələləri üzə çıxarıb.
Araşdırmaların nəticələrini sensasion saymaq olar, çünki erməniləri ən çox narahat edən məsələnin Qarabağ yox, işsizlik olduğu üzə çıxıb.Muxalifet - 23-05-2019
Elinanın intihar etdiyi məktəblə bağlı YENİ XƏBƏR - İşdən çıxarıldı
Bakının Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbin direktoru vəzifəsi yeni şəxsə həvalə olunub.
Bakupost bildirir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.
Bu, BŞTİ-nin əməkdaşı Yaqut Məmmədovadır.
Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva intihar edib. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, aprelin 6-da xəstəxanada vəfat edib.Muxalifet - 23-05-2019
“Biabırçı cinayət törətmiş Ramil Səfərovun...” – Jurnalistin paylaşımı etiraza səbəb oldu
Jurnalist Xədicə İsmayılın sosial şəbəkədəki paylaşımı etirazla qarşılanıb.
“Yeni Sabah” xəbər verir ki, o, hakimiyyəti tənqid edərək yazıb: “Münaqişəni uzadırlar ki, hərbi büdcəni yeyib, pul qazansınlar, buna etiraz edən adamların üstünə vətənpərvərlik adı altında saçyolanları göndərirlər.
Adamların vətənə sevgisindən sui-istifadə edib bayraq dirəyində pul yedilər, biabırçı cinayət törətmiş Ramil Səfərovun üzərindən seçkiqabağı xal qazandılar.
Muxalifet - 23-05-2019
Azərbaycanın "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi qadın Dubayda saxlanılıb
Azərbaycan dövlətinin "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi qadın Dubayda tutulub.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə axtarışda olan 46 yaşlı Beydiyeva Zenfirə Şahbala qızı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılıb.
Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır.
Qeyd edək ki, Z.Beydiyeva 16.07.1973-cü ildə Əli-Bayramlı şəhərində anadan olub, Şirvan şəhər sakinidir. Barəsində 2016-cı ildə axtarış elan edilib./reportMuxalifet - 23-05-2019
ADPU-nun gənc prorektoru vəzifəsindən azad olundu – UNİVERSİTETDƏ CİDDİ PROBLEMLƏR AŞKARLANIB
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Səməndər oğlu Mehdiyev vəzifəsindən azad olunub. Muxalifet.az xəbər verir ki, bu haqda universitet daxilindəki etibarlı mənbələrdən informasiya daxil olub. Mənbənin sözlərinə görə, Ümid Mehdiyevin prorektor vəzifəsindən uzaqlaşdırılması son vaxtlar ADPU daxilində aparılan yoxlamalar nəticəsində kifayət qədər maliyyə yeyintisinin aşkarlanması ilə əlaqələndirilir.
Muxalifet4 - 23-05-2019
ABŞ-ın Türkiyəyə qarşı “S-400” BƏHANƏSİ
Vaşinqtonun məqsədi qardaş ölkənin böyük gücə çevrilməsinə əngəl olmaqdır
ABŞ hökuməti Türkiyəyə Rusiya “S-400″ zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.
Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın “Patriot” raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni “F-35″ proqramından çıxaracaq.Muxalifet - 23-05-2019
Tanınmış meyxanaçı müğənniləri YIXIB-SÜRÜDÜ: "Elə pozğunları var ki, lüks avtomobilləri..."
Tanınmış meyxanaçı Aqşin Fatehlə və müğənni Nazənin 5-də 5 proqramında qonaq olub.
Aparıcı Zaurun "Hansı müğənnilər nə ətdir, nə də balıq" sualına meyxanaçı Aqşin Fateh cavab verib. O bildirib ki, hazırda 90% müğənnilər nə ətdir nə də balıqdır. Ümumuyyətlə bilinmir nədirlər?! Meyxanaçının bu cavabı Nazəninin xoşuna gəlməyib. İfaçı Aqşinə aqresiya ilə cavab verib:
"Mən razılaşmıram. Hələ Aqşin üçün çox tezdir müğənnilərdən danışmaq. O qədər dəyərli sənətkarlar var ki... Gərək bəzilərini deyərdi".
Aqşin Fateh isə cavabında belə qeyd edib:Muxalifet - 23-05-2019
Əməkdar artist vəfat etdi - 52 YAŞINDA/FOTO
Azərbaycanın əməkdar artisti Nağəddin Məmmədov vəfat edib. Muxalifet.az publika.az-aistinadən xəbər verir ki, Gəncə Dövlət Kukla Teatrının aktyoru 52 yaşında xəstəlik səbəbindən vəfat edib. Allah rəhmət eləsin!
Muxalifet - 23-05-2019
Lənkəran limanını Rusiyaya icarəyə verməyi təklif edən deputat DANIŞDI
“Lənkəranın hava limanının Rusiyaya icarəyə verilməsi təklifini etmişəm. Görünür, fikirlərimi ətraflı oxumadan müzakirəyə çıxarıblar”.
Muxalifet.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev haqqında səslənən tənqidi fikirlərə münasibət bildirərkən deyib.
Rüfət Quliyev fikirlərinin yanlış anlaşıldığını bildirib:Muxalifet - 23-05-2019
Ölən dostunun cəsədini çexola büküb avtomobilə bağladı: Meyitin ayaqlarındakı corab... - FOTOLAR
Rusiyada ailə ölən oğulları Mikhail Sedykhini ekspertizaya aparmaq üçün pul tapmayıb.
Muxaifet.az xarici mətbuata istinadən xəbər verir ki, bunu eşidən Mikhail Sedykhinin dostu onun meyitini çexola büküb, daha sonra isə avtomobilinin üzərinə bağlayıb, ekspertizaya aparıb.
Yolda avtomobilin üzərində meyiti görənlər təəccüblə qarşılayıb. Onları daha çox təəccübləndirən gəncin ayağındakı corablar olub.
Meyit daşıyan avtomobili görən vətəndaşlar polisə xəbər verib.
Mikhail Sedykhin hansı səbəbdən ölməsi ilə bağlı araşdırmalara başlanıb.Muxalifet - 23-05-2019
Bakı Böyük Britaniyanı ayağa qaldırdı: Hələ bu harasıdır?
“Fikir verirsinizsə, UEFA tərəfindən bütün bu iddialara hər hansı reaksiya verilmir. Çünki UEFA kifayət qədər ciddi qurumdur. O, artıq öz qərarını verib və bu qərarın arxasında dayanıb. Azərbaycana güvənib və həvalə edib. UEFA da bilir ki, Azərbaycan bu işin öhdəsindən layiqincə gələcək. UEFA nə erməni futbolçuya, nə də Beynəlxalq Əfv Təşkilatına fikir verəcək. Lakin bu proseslərdə uduzmamaq üçün Azərbaycan informasiya mübarizəsini gücləndirməlidir”.
Bu fikirləri Publika.az-a tanınmış idman jurnalisti və teleaparıcı Elnur Əşrəfoğlu deyib.Muxalifet - 23-05-2019