Axtarış
The search found 105779 results in 0.099 seconds.
Search results
Trampdan döyüşmədən qazanmaq taktikası: "Ölümü göstər, qızdırmaya razı sal!" - ARAŞDIRMA
Xarici siyasət mütəxəssisləri ABŞ ilə İran arasında yaşanan gərginliyə münasibət bildiriblər. Xarici siyasət mütəxəssisləri son zamanlarda İran ilə gərginliyi artıran ABŞ prezidenti Trampun tam bir şərq hiyləgərliyi ilə hərəkət edərək dünya xalqlarına "ölümü göstərib, qızdırmaya razı etmək", "müalicə xərclərini" dövlətlərə yükləmək strategiyalarını tətbiq etdiyini ifadə edirlər. Mütəxəssislər Trampun yanında "məhşərin üç atlısı" olaraq xarakterizə edilən Pompeo, Bolton və Haspelin "MOSSAD"in adamları olaraq oynadıqları rola da diqqət çəkiblər.
Muxalifet3 - 22-05-2019
19 qardaşını öldürən Türk haqda ŞOK FAKTLAR
Hər toplumda cəlladlar qorxulan, nifrət edilən şəxslər olublar. Hətta bir çox yerdə həmişə lənətləniblər. Osmanlı dövründə cəlladlar yalnız yaşadığı dövrdə deyil, ölərkən belə xalq tərəfindən dışlanıb, hətta qəbirləri belə ayrıca olub.
Muxalifet - 22-05-2019
İcra başçısı istefa verdi - FOTO
Tiflisin Samqori rayonunun icra başçısı Kaxa Quledani istefa verib. Bu barədə Tiflis meri Kaxa Kaladze məlumat verib. O bildirib ki, icra başçısının istefasının səbəbi biznes fəaliyyəti ilə məşğul olmaq istəməsidir: "Kaxa Quledani ən yaxşı icra başçılarımızdan idi. Təəssüf ki, o, öz postunu tərk edərək özəl sektora daxil olmaq niyyətindədir”. /ONA
Muxalifet - 22-05-2019
Mikayıl Cabbarov 4 vəzifəli şəxsi işdən qovdu
Azərbaycan Respublikası Vergilər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb.
Muxalifet - 22-05-2019
Bakıda havanın daha çox çirkləndiyi yerlər açıqlandı
Nəticələr göstərir ki, Bakının Xətai, Nizami və Sabunçu rayonlarının atmosfer havası digər inzibati rayonlarından fərqli olaraq daha çox çirklənməyə məruz qalır.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, dünyanın iri şəhərlərinə xas olan keyfiyyəti hava problemi Bakı şəhəri üçün də səciyyəvidir.Muxalifet - 22-05-2019
“Əmlak Komitəsi rüşvət almaq üçün evlərin sənədləşməsinə əngəl yaradır”
“...o sərəncamların sayı o qədər çox idi ki, hər saniyəyə 8 dənə sərəncam imzalamışdılar. Görün, bir gün ərzində nə qədər sərəncam verilib. Əslində, Bakının torpaqları bu yollarla mənimsənilib”
Muxalifet4 - 22-05-2019
Meymun 10 nəfəri dişlədi, biri öldü - Polis “qatil”i saxlayıb
Hindistanda vəhşi əntər 10 gün ərzində yerli Bədnəvar şəhər (mərkəzi Hindistan) sakinlərini qorxu içində saxlayıb.
“The Times of İndia” nəşrinin məlumatına görə, quduz meymun 10 nəfəri dişləyib.
Zərərərçəkənlərdən biri – 60 yaşlı kişi xəstəxanada quduzluğa qarşı preparatın olmamasına görə ölüb.
Hökumətin belə hallara etinasız yanaşmasından hiddətlənən yerli sakinlər ölən kişinin meyitini yola çıxararaq, nəqliyyat vasitələrinin irəliləməsinə mane olub.
Polisin artıq qatil əntəri saxladığı deyilir. Meymunun aqibəti barədə məlumat yoxdur.Muxalifet - 22-05-2019
"Polis" dələduzluq etdi
Özünü daxili işlər orqanlarının əməkdaşı kimi təqdim edərək ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məhkum olunmuş Tural Rəhimli tutularaq istintaqa təqdim edilib.Muxalifet - 22-05-2019
Müğənni Kərimi döyən tapıldı - VİDEO
Müğənni Kərim Abbasova hücum edilməsi ilə bağlı iddia olunan məlumat Binəqədi Rayon Polis İdarəsində araşdırılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Kult.az-a Bakı şəhər Baş Polis İdarəsinin polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, özünü polis əməkdaşı kimi qələmə verən sürücü Ramazanov Elvin Cahangir oğlu müəyyən olunaraq idarəyə dəvət olunub və izahatı alınıb.
E.Hacıyev bildirib ki, Binəqədi RPİ-nin Təhqiqiat şöbəsində aparılan araşdırma zamanı sürücü Elvin Ramazanovun polis əməkdaşı olmadığı müəyyən olunub.Muxalifet - 22-05-2019
Ermənistanda vətəndaşlar Türkiyədən gətirdikləri mallarını gömrükdən çıxara bilmirlər
“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunlarının nümayəndələri artıq 5-ci gündür avtomat silahı ilə bizə nəzarət edir, yüklərimiz isə gömrüyün anbarında qalıb”. “Report” “Novosti Armeniya” xəbər verir ki, bunu Baqrataşen Gömrük-Buraxılış məntəqəsində mallarının veriləcəyini gözləyən Krinstina Manukyan adlı qadın deyib. “Biz yükləri Türkiyədən üç müxtəlif turist səfəri zamanı gətirmişik. Gömrük işçiləri malları fərqli adla sənədləşdiriblər. İndi mallarımız qarışıq düşüb. Sənəd var. Ancaq biz malların kimə məxsus olduğunu sübut edə bilmirik.
Muxalifet - 22-05-2019
Bu avtomobillərin istismarı məhdudlaşdırılır
Ətraf mühitə və insan sağlamlığına mənfi təsirin azaldılması üçün ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi, köhnə nəqliyyat vasitələrinin, xüsusilə də dizel mühərrikli avtomobillərin idxalının müəyyən dərəcədə məhdudlaşdırılması istiqamətində işlər görülür. Oxu.Az-ın məlumatına görə, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə deyib.
Muxalifet - 22-05-2019
Zelenski prezident kreslosundan narazı qaldı - VİDEO
Ukrayna prezidenti Vladimir Zelenskinin vəzifə başına keçdiyi ilk günün videosu Prezident komandasının rəsmi “YouTube” kanalında yerləşdirilib.
Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüntülərdə Zelenskinin ilk dəfə kabinetinə daxil olduğu və prezident kreslosuna əyləşdiyi, bu zaman onun qəribə reaksiya göstərdiyi görünür: “Narahatdır”.
Bundan sonra yeni dövlət başçısı mövcud Prezident Administrasiyasının binasından çıxmaq arzusunu dilə gətirib.
Qeyd edək ki, V. Zelenski 20 mayda Ukraynaya rəhbərlik etməyə başlayıb.Muxalifet - 22-05-2019
"Bəyin oğurlanması" filminin "Yasəmən"i İLLƏR SONRA - FOTOLAR
Qafqazinfo”nun budəfəki müsahibi “Bəyin oğurlanması” filimində yaratdığı Yasəmən obrazı ilə böyük tamaşaçı rəğbəti qazanan Natəvan Məmmədovadır. Uzun illərdir İsraildə yaşayan Natəvan xanım, Azərbaycandan getdiyi vaxtdan bu günədək, həyatında baş verən ən özəl məqamları ilk dəfə saytımıza danışdı. Natəvan Məmmədovanın müsahibəsini sizə təqdim edirik:
- Mərhum sənətkar Yaşar Nuri “Bəyin oğurlanması” filmində demişkən, “Hanı Yasəmən?”
- Yasəmən İsraildə... (gülür-red.)Muxalifet - 22-05-2019
İsgəndər Həmidov həbs oluna bilər
AXH üzvlərinin saxlanılması ilə bağlı məsələ böyüyür Sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin üzvü İsgəndər Həmidov Türkiyədə müayinədən keçir. Müayinələrin nəticələrinə uyğun olaraq həkimlər ya müalicə, ya da əməliyyat qərarı verə bilər”. Bu barədə mayın 22-də AXH-nin dönəm sədri Fuad Əliyev musavat.com-a məlumat verib. Qeyd edək ki, mayın 19-da axşam saatlarında İ.Həmidovun anidən vəziyyəti pisləşib. Sabiq nazir şiddətli ürək ağrıları ilə xəstəxanaya yerləşdirilib. Həkimlər təkidlə onu əməliyyat etmək istəyiblər.
Muxalifet - 22-05-2019
“Bakıdakı finalda qələbəyə layiqik” – “Çelsi”nin baş məşqçisi
“Hazırda yalnız növbəti həftə haqda düşünürəm. Finalda sonra klubdakı gələcəyimi müzakirə edəcəyəm”.
“Report”un sözlərinə görə, bunu İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Mauritsio Sarri Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı ərəfəsində Londondan təşkil olunan mətbuat konfransında deyib.
Muxalifet - 22-05-2019
"Quli”nin telefonda “dərs verdiyi” erməni kriminal kimdir?
Kriminal aləmdə yeni gəlişmələr var. Hazırda daha çox diqqət Rusiya kriminalının 1 nömrəli lideri olacağı deyilən Tariel Onianin məhkəməsinə yönəlib. Orenburq vilayət məhkəməsi “Taro” kimi tanına məşhur “qanuni oğru”nun həbs müddətinin oktyabr ayının 9-dək uzadıb. 12 illik həbs həyatını bu ilin aprelində başa vuran “Taro” həbsxanadan çıxan kimi İspaniyanın sorğusu əsasında saxlayıb. İspaniya onu bir sıra cinayətlərdə ittiham edir və bu ölkəyə təhvil verilməsini istəyir. Rusiya saytları yazır ki, “Taro” heç bir halda İspaniyaya verilməyəcək və həbs müddətinin uzadılması da buna sübutdur.
Muxalifet4 - 22-05-2019
Damlanın rəqsi TƏNQİD EDİLDİ
Müğənni Damlanın növbəti videosu yayılıb.
İfaçı İnstaqram səhifələrinin birində paylaşılan videoda Azərbaycan mahnısının sədaları altında rəqs edir.
Damlanın son zamanlar artıq çəki alması izləyicilər tərəfindən tənqid olunub. Görüntüyə çoxsaylı xoş olmayan şərhlər yazılıb.
Qeyd edək ki, əsl adı Məsumə olan müğənni Damla ləqəbi ilə məşhurdur.Muxalifet - 22-05-2019
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib
Ölkənin ən gənc mobil operatoru olan “Nar”, yüksəkkeyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində genişləndirməyə davam edir. Son 5 ayda mobil operator 20-dən artıq 3G, 95 4G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Bununla da, “Nar” 4G baza stansiyalarının sayı 1800-ü, 3G baza stansiyalarının sayı isə 2670-i ötüb. Qeyd edək ki, mobil operator ölkə boyu yeni baza stansiyaları quraşdırmaqla yanaşı, əvvəl quraşdırdığı baza stansiyalarını daim yeniləyir.
Muxalifet4 - 22-05-2019
Ərdoğan İlham Əliyevə məktub göndərdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Əziz Qardaşım. Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Dost və qardaş Azərbaycanın müstəqilliyini bərpa etməsindən bu günə qədər keçən müddət ərzində bütün sahələrdə qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir. Uzaqgörən liderliyiniz sayəsində Azərbaycanın bu nailiyyətlərinin artaraq davam edəcəyinə inamımız qətidir.
Muxalifet - 22-05-2019
Vəkildən Fuad Abbasovun ekstradisiyası ilə bağlı AÇIQLAMA
“Fuad Abbasov mayın 28-dən öncə Azərbaycana ekstradisiya edilə bilər”.
Muxalifet.az xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılan jurnalist Fuad Abbasovun vəkili Elman Paşayev bildirib.
O, dünən istintaq komitəsinə getdiyini dedi: “Mən onları tələsdirirəm. Hazırda dəqiqləşdirmələr gedir. Mən tələb edirəm ki, Fuad Abbasov orda olduğu müddətdə onu sorğu-sual etsinlər”.Muxalifet - 22-05-2019