Axtarış
The search found 105779 results in 0.031 seconds.
Search results
Əflatun Amaşov Fuad Abbasovun həbsindən danışdı
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalist Fuad Abbasovun mayın 16-da Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirib.
Muxalifet - 21-05-2019
Yunan Kiprinə hərbi yığınaq: F-35 döyüş təyyarələri yola çıxdı
İngiltərəyə aid F-35 döyüş təyyarələri Yunan Kipri tərəfində olan Akrotiri Hava Bazasında yerləşdiriləcək.
İngilis Kraliyət Donanmasına aid F-35B döyüş təyyarələri Yunan Kiprinə getmək üçün havalanıb. Təyyarələr İngiltərəyə aid Yunan Kipri tərəfindəki Akrotiri Hava Bazasında yerləşdiriləcək. Tornado təyyarələri isə bu bazadan çıxarılacaq.
Təyyarələrin gerçək şərtlərdə təlim keçmək üçün Ada-ya gələcəyi daha əvvəldən elan edilmişdi.Muxalifet3 - 21-05-2019
Petro Poroşenkoya cinayət işi açılıb
Ukrayna Dövlət İstintaq Bürosu ölkənin sabiq prezidenti Petro Poroşenkoya qarşı cinayət işi açıb.
“Report” TASS-a istinadən xəbər verir ki, o, ötən il noyabrın 25-də Kerç boğazında ölkənin hərbi donanmasına məxsus katerlərin Rusiya hərbi gəmilərinin hücumuna məruz qalması işi üzrə ittiham olunur.Muxalifet - 21-05-2019
Çin "Boinq"dən kompensasiya tələb edir
Çinin üç ən böyük aviasiya şirkətindən biri olan “China Eastern Airlines” 14 ədəd “Boinq 737 Max” tipli təyyarənin istifadəsinin müvəqqəti dayandırılmasından yaranan maddi itkilərə görə ABŞ konsernindən kompensasiya tələb edir.
Muxalifet.az azertac-a istinadən xəbər verir ki, "China Eastern Airlines" bununla "Boinq"dən sözügedən məsələyə görə kompensasiya tələb edən ilk Çin şirkəti olub. "China Eastern Airlines" daha əvvəldən sifariş etdiyi eyni tip bir neçə təyyarənin təhvil verilməsinin gecikdirilməsindən də narazıdır.Muxalifet3 - 21-05-2019
İraq ABŞ və İranla bağlı hərəkətə keçdi
ABŞ və İran arasında gərginliyin azadılması üçün yaxın zamanda iki ölkəyə heyət göndərəcəyik.
Muxalifet.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Adil Əbdülmehdi deyib.
“ABŞ və İran arasındakı razılaşma, yaxud gərginlik İraqa birbaşa təsir göstərir. Bu gərginliyin azaldılması üçün Avropada önəmli ölkələrlə danışıqlar aparırıq. Avropanın bu məsələdə bizimlə mövqeyi eynidir”, - deyə baş nazir bildirib.
Muxalifet3 - 21-05-2019
ABŞ-dan Rusiyaya qarşı növbəti həmlə
ABŞ hökuməti Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Muxalifet.az xəbər verir ki, Rusiyanın Tula şəhərindəki hərbi konstruktor bürosu, Qatçina şəhərindəki hərbi təlim mərkəzi, Moskva şəhərindəki “Avanqard” hərbi müəssisəsi sanksiya siyahısına salınıb.
Muxalifet3 - 21-05-2019
Bakıda avtomobil piyadanı vurub qaçdı - ANBAAN VİDEO
Bakının Nəsimi rayonunda avtomobilin piyadanı vurub qaçması kameraya düşüb. Görüntülər sosial şəbəkədə paylaşılıb. Hadisə Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində baş verib. Sola dönmə edən 90-OZ-401 markalı avtomobil piyadalar üçün nəzərdə tutulmuş keçiddən keçən qadını vurub və hadisə yerindən qaçıb. Videodan göründüyü kimi, qadın qolundan yüngül xəsarət alıb. Qeyd edək ki, sürücünü bu qayda pozuntusu səbəbindən Yol hərəkəti haqqında qanuna görə 3 bal, 60 manat cərimə cəzası gözləyir.
Muxalifet3 - 21-05-2019
Erməni hərbçilər qəzaya düşdü: Ölən var - Foto
Ermənistanın Sünix vilayətində hərbi qulluqçuların iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, hadisə bu gün saat 12:40 radələrində Meğri-İrəvan yolunun 82-ci kilometrliyində qeydə alınıb. Belə ki, “Ford” markalı avtomobil “QAZ” maşını ilə toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralı halda tibb mərkəzinə çatdırılıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsurun Ovannisyan faktı təsdiqləyib. Onun sözlərinə görə, hərbi qulluqçular yüngül xəsarət alıblar. Hazırda xəstəxanadadırlar. Faktla bağlı cinayət işi başlanılıb.
Muxalifet3 - 21-05-2019
Təbriz bazarı YUNESKO siyahısından çıxarıla bilər
Min ildən çox yaşı olan Təbriz bazarı YUNESKO-nun dünya mirası siyahısından çıxarıla bilər.
Muxalifet.az xəbər verir ki, bu barədə İranın Tarixi Bina Mütəxəsisləri təşkilatının bəyanatında məlumat verilib.
"Təbrizin tarixi binaları, o cümlədən, dünyanın ən böyük qapalı bazarı olan Təbriz bazarının düzgün qorunmadığı və təmir edilmədiyi halda YUNESKO-nun siyahısından çıxarılma ehtimalı var. YUNESKO-nun bəyannaməsinin 4-cü fəsilinin B bəndinə əsasən, bazar dağılmış tarixi bina siyahısına salına bilər", - deyə bəyənatda bildirilib.Muxalifet3 - 21-05-2019
Mərmərə sahillərində zəlzələ
Mərmərə dənizi sahillərində növbəti zəlzələ qeydə alınıb. Muxalifet.az Qəndilli Rəsədxanasına istinadən xəbər verir ki, Türkiyəni Uçmakdərə adlanan ərazisində hiss edilən zəlzələnin maqnitudası 3,6-ya bərabər olub. Dağıntı və tələfatla bağlı məlumat yoxdur.
Muxalifet3 - 21-05-2019
SON DƏQİQƏ: Paşinyan Qarabağda böyük hücuma HAZIRLAŞIR
Hədəfdə ən çox qorxduğu generallardır Məhkəmə Qarabağ klanının təzyiqi altında Robert Koçaryanı həbsdən buraxdıqdan sonra Nikol Paşiynan işğal rejimində təmizləmə əməliyyatları planlaşdırır. Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın “Vestnik Kavkaza” portalında dərc olunm uş məqalədə bildirilir ki, qarabağlı general Vitali Balasanyanın İrəvanda həbsi də məhz bununla bağlıdır. “O dəfələrlə baş nazirin və onun tərəfdarlarının ünvanına kəskin ifadələrlə yadda qalıb.
Muxalifet3 - 21-05-2019
Tehran susuz qala bilər: Su anbarları boşaldılır
İranın paytaxtı Tehranda 3 su anbarı boşaldılır. Muxalifet.az xəbər verir ki, bu barədə Tehranın Su şirkətinin müdiri Amili Həsən Rəzəvi yerli mediaya açıqlamasında deyib. O bildirib ki, hazırda Kərəj, Lətyan və Mamlu su anbarları tədricən boşaldılır. O, su anbarlarının yağış və sel fəlakətinin gözlənilməsi ucbtandan boşaldığını qeyd edib. Qeyd edək ki, martda İrana yağan yağışlar nəticəsində Türkmənsəhra, Şiraz kimi bölgələr sel daşqınları altında qalmış, yüzlərlə evə ziyan dəymişdi.
Muxalifet3 - 21-05-2019
İran ABŞ-ı xəbərdar etdi: "Qəza" baş verə bilər
ABŞ-ın Bəsrə körfəzində hərbi qüvvələrinin sayını artırması arzuolunmaz “qəza”lara yol aça bilər. Muxalifet.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. “ABŞ çox təhlükəli oyun oynayır. “Qəza” yaşanmaması üçün olduqca ehtiyatlı olmaq gərəklidir”, - deyə XİN rəhbəri bildirib.
Muxalifet3 - 21-05-2019
AFFA: Bakı finalı Mxitaryansız da möhtəşəm keçəcək
AFFA “Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı qərarına cavab verib. “Növbəti həftənin çərşənbə günü UEFA Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşacaq “Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı klubun açıqlaması, anladığımız qədər “Arsenal”, futbolçu və onun ailəsi tərəfindən kollektiv şəkildə verilmiş bu əsaslandırılmamış qərar bizi təəssüfləndirdi.
Muxalifet3 - 21-05-2019
Moskva səmasından UNO donanması keçdi — ŞOK VİDEO
Moskva səmasında qeyri-adi hadisə baş verib. Muxalifet.az xəbər verir ki, 18 may tarixində paytaxt sakinlərindən biri Ayın fotosunu çəkəndə qəflətən qeyri-adi hadisənin şahidi olub. Moskvalı birdən Ayın fonunda bir-biri ilə paralel, eyni sürətdə uçan obyektlər müşahidə edib. O, gördüklərini lentə alıb və sonradan sosial şəbəkəyə yükləyib. Kadrlar qısa müddət ərzində bütün dünyaya yayılıb. Bir çoxları bunun UNO olduğunu yazır. Çünki sözügedən kadrlardakı obyektlər nə uçan quşlar, nə də peyklər ola bilməz.
Muxalifet3 - 21-05-2019
Dənizdə neft sızması: Hökumət hərəkətə keçdi
Norveçin Neft Təhlükəsizliyi İdarəsi Şimal dənizinə neft sızması ehtimalı ilə geniş təhqiqata başladığını elan edib. Sızmanın ötən həftə “Equinor” Dövlət Neft-Qaz Şirkəti tərəfindən idarə olunan neft platformasında baş verdiyi güman edilir. Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, “Equinor” mayın 15-də Şimal dənizinin səthində neft aşkar edəndən sonra “Statfjord A” yatağının işlənilməsini dayandırdığını açıqlayıb. Mütəxəssislər sızmanın məhz harada baş verdiyini və nə qədər neft sızdığını hələlik müəyyən edə bilməyiblər.
Muxalifet3 - 21-05-2019
Dünyanın ən yaşlı sakini azərbaycanlıdır - Foto
Güney azərbaycanlı Məhərrəm Asifinin dünyanın әn yaşlı sakini olduğu ehtimal edilir. Muxalifet.az xəbər verir ki, 132 yaşlı sakin 1886-cı ildə Xudafərinin Həmədan kəndində anadan olub. Sonralar Pireydan və İmarət kəndlərinə köçüb. Dünyanın ən yaşlı sakini hazırda Təbrizin Xudafərin vilayətinin Şah Heydər kəndində yaşayır.
Muxalifet3 - 21-05-2019
Ramazanın 17-ci günü: İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 17-ci günüdür.
Muxalifet.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 22-də Bakıda imsak saat 03:34, iftar isə saat 20:12-dədir.
Ramazan ayının 17-ci gününün duası:
"Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin".
Tərcüməsi:Muxalifet3 - 21-05-2019
Rus qırıcıları Alyaskaya girdi: ABŞ hərəkətə keçdi
20 may tarixində Alyaska havadan müdafiə zonasına daxil olan Rusiyaya məxsus 4 uzaqmənzilli bombardmançı təyyarənin və 2 qırıcının qarşısı alınıb. Muxalifet.az xəbər verir ki, bu barədə Şimali Amerika Hava-Kosmik Müdafiə Komandanlığı (NORAD) məlumat yayıb. F-22-lər tərəfindən qarşısı alınan təyyarələrdən 4-nün Tu-95, ikisinin də Su-35 olduğu deyilib. Məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.
Muxalifet3 - 21-05-2019
Ağdamda sel: 2 çoban və 500 qoyun xilas edildi
Qarqarçay çayında suyun səviyyəsi kəskin artıb, nəticədə çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfər (çoban) və təxminən 500 baş xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.
Muxalifet3 - 21-05-2019