Axtarış

The search found 105779 results in 0.024 seconds.

Search results

  1. ​Tornado 10 saniyəyə şəhəri xarabalığa çevirdi

    Polşanın şərqində yerləşən Lyublin şəhərində yaranan tornado 120-yə yaxın binaya zərər verib. Muxalifet.az RİA-ya istinadən xəbər verir ki, təbiət hadisəsi nəticəsində 1 nəfər yaralanıb. Güclü tornado elektrik xətlərini qırıb, onlarla ağacı kökündən çıxarıb. Bir neçə evin damı da taxta konstruksiyası ilə birgə uçub. Şahidlərin sözlərinə görə, tornado cəmi 10 saniyə ərzində ərazidən keçərək fəsadlar törədib.

    Muxalifet3 - 21-05-2019

  2. Hələb atəşə tutuldu: yaralılar var

    Suriyanın Hələb şəhəri terrorçular tərəfindən raket atəşinə tutulub. Muxalifet.az xəbər verir ki, Hələb şəhərinin Masakin əs-Səbil və Dauar əş-Şixan rayonlarının atəşə tutulması nəticəsində altı dinc sakin yaralanıb. Qeyd edilir ki, Suriya ordusu atəşə cavab olaraq, Kafr Nabuda şəhəri istiqamətində silahlıların mövqelərinə hücum edib. Ordu həmçinin əl-Latmana, Kafr-Zeyta, Xan-Şeyxun və bir sıra rayonlarda da əməliyyatla

    Muxalifet3 - 21-05-2019

  3. Azərbaycanda zəlzələ baş verdi

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, mayın 21-də yerli vaxtla saat 22:35-də Lənkəran stansiyasından 29 km şimal-qərbdə Masallı ərazisində 3,1 bal gücündə zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, ocağı 21 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

    Muxalifet3 - 21-05-2019

  4. Trampdan bomba etiraf: Müharibə tərəfdarlarını ifşa etdi

    Vaşinqton-Tehran gərginliyi sürərkən, Donald Tramp ABŞ-dakı dərin dövləti işarə edən təəccüblü bir etiraf etdi. İran ilə bir isti qarşıdurma istəmədiyini söyləyən Tramp, ölkədəki hərbi-sənaye kompleksinin davamlı müharibə istədiyini və onu müharibəyə məcbur etdiyini iddia edib.
     

    Muxalifet3 - 22-05-2019

  5. Türkiyədən “ABŞ” qərarı: Yarıya endirildi

    Türkiyə ABŞ mənşəli 22 məhsulda gömrük vergisini yarıya endirdi. Qərar ABŞ-ın keçən həftə Türkiyənin polad və alüminium məhsullarına tətbiq etdiyi 50 faizlik əlavə vergini yarıya endirməsindən sonra verildi.
    Müxalifət.az

    Muxalifet3 - 22-05-2019

  6. Qarabağda SAVAŞ BAŞLAYIR: Moskvadan idarə olunacaq həmlənin ŞOK DETALLARI

    Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəmə qərarı ilə həbsdən azad olunması Baş nazir Nikol Paşinyanı dərindən narahat edir. Bunun nəticəsidir ki, Paşinyan xalqı küçələrə çağırır və məhkəmələrin bloklanması ilə bağlı əmr verir. Baş nazir məhkəmələrin bir neçə saatlıq fəaliyyətini əngəlləməklə gücün kimdə olduğunu nümayiş etdirmək istəyir. Ötən ildən başlayan inqilabın ikinci mərhələsinin məhz hüquq-mühafizə orqanlarına qarşı aparılması Nikol Paşinyan hakimiyyətinin sallanmasından xəbər verir.

    Muxalifet - 22-05-2019

  7. ABŞ TÜRKİYƏYƏ 2 HƏFTƏ VAXT VERDİ – “S-400″ sazişindən imtina etməsə…

    ABŞ hökuməti Türkiyəyə Rusiya “S-400″ zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.

    “Report” xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən CNBC telekanalı məlumat yayıb.

    Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın “Patriot” raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni “F-35″ proqramından çıxaracaq.

    Muxalifet - 22-05-2019

  8. ABŞ açıqladı: Yeni kimyəvi hücum etdilər!

    ABŞ Xarici İşlər Nazirliyi Bəşər Əsəd rejiminin Suriyanın şimal-qərbində yeni kimyəvi hücumlar reallaşdırdığını təsbit etdiklərini açıqlayıb.
     
    ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagus Suriya ilə bağlı etdiyi yazılı açıqlamada, "ABŞ rejimin yeni kimyəvi silah istifadə etdiyi əlamətləri daxil, Əsəd rejiminin Suriyanın şimal-qərbindəki əməliyyatlarını yaxından izləyir" deyib.
     
    "ƏSƏD REJİMİ KİMYƏVİ SİLAH İSTİFADƏ ETSƏ..."
     

    Muxalifet3 - 22-05-2019

  9. Nazir müavinin qardaşı AZADLIĞA BURAXILDI

    Binəqədidəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğına görə 4 il həbsdə yatan Qəzənfər Novruzov kimdir? 2015-ci il mayın 19-da Binəqədidəki çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərdən biri - Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov azadlığa buraxılıb. Qəzənfər Novruzovun həbs müddəti başa çatdığı üçün azad edildiyi bildirilir. Q.Novruzov həbsdəki son günlərini Penitensiar Xidmətin müalicə müəssisəsində keçirib. (modern.az). O, 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

    Muxalifet - 22-05-2019

  10. ​İndoneziyada QANLI TOQQUŞMALAR: Altı ölü, 200 yaralı - VİDEO

    İndoneziyanın paytaxtı Cakartada keçirilən etiraz aksiyasında baş verən toqquşmalarda altı nəfər həlak olub, 200 nəfər yaralanıb.
    Bu haqda “Reuters” İndoneziyalı qubernatora istinadən məlumat yayıb.
    İndoneziyanın mərkəzi seçki komisiyası bazar ertəsi axşam saaatlarında bülletenlərin hesablanmasını başa çatdırıb. Nəticələrə əsasən, hazırkı prezident Coko Vidodo, ümumi səslərin 55,5 faizini toplayaraq, qalib gəlib. Onun rəqibi Prabovo Subianto isə 44,5 faiz səs toplayıb.

    Muxalifet - 22-05-2019

  11. Putin, Merkel və Makron arasında danışıqlar: Nələr müzakirə olundu...

    Rusiyanın dövlət başçısı Vladimir Putin telefonla Fransa prezidenti Emmanuel Makron və Almaniyanın baş naziri Angela Merkel ilə Suriya, Ukrayna və İranı müzakirə edib.
     
    Telefon danışığı ilə bağlı verilən açıqlamada, bu fikirlər bildirilib: "Putin Suriyanın şimal-qərbindəki vəziyyəti sabitliyə qovuşdurmaq, vətəndaşları qorumaq və terror təhdidini təsirsiz hala gətirmək üçün Türkiyə ilə ortaq şəkildə alınan tədbirlər haqqında məlumat verdi".

    Muxalifet3 - 22-05-2019

  12. Azərbaycan Ordusu poliqonlarda: müharibənin fitili çəkilir?

    Silahlı Qüvvələrimizin döyüş məşqləri istənilən an real döyüşlərə çevrilə bilər – düşmən panikada; rusiyalı konfliktoloq: “Erməni əsgərlərində kiminsə maraqları naminə yad torpaqlarda ölmək həvəsi yoxdur...”

    Muxalifet - 22-05-2019

  13. ​Səfirlik Fuad Abbasovla bağlı hərəkətə keçdi

    Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin tapşırığı ilə səfirliyin konsulluq şöbəsinin əməkdaşları Fuad Abbasovla görüşüblər.
    Bu sözləri Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O, Rusiyadakı səfirliyimiz tərəfindən səlahiyyətləri çərçivəsində Fuad Abbasovla bağlı bütün lazımi tədbirlərin görüldüyünü bildirib.

    Muxalifet - 22-05-2019

  14. “İran ABŞ qarşısında daim qalib çıxmışdır” – İran prezidenti

    İran prezidenti Həsən Ruhani “ABŞ nüvə razılaşmasında heç kimi yanına ala bilmədi və bu sui-qəsd boşa çıxdı. ABŞ yolun sonunda nüvə razılaşmasından çıxmağa və sözünü pozmağa məcbur qaldı. Bu, İranın tarixi iftixar qaynağıdır və İran Ağ Evdəki idarəçilər qarşısında daim qalib çıxmışdır' deyib.
     
    Ağ Evdəki ABŞ idarəçilərinin İran məsələsini BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) aparmaq və ölkəsinə qarşı beynəlxalq sanksiyaları dövrəyə soxmaq istədiyini ifadə edən Ruhani, İranın nüvə razılaşmasından çəkilməməsi səbəbiylə "bu planın suya düşdüyünü" ifadə edib.

    Muxalifet3 - 22-05-2019

  15. ​İcra başçısının birinci müavini işdən çıxarıldı

    Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, Goranboy rayonu İcra Hakimiyyətində daha bir yüksək rütbəli məmur vəzifəsindən kənarlaşdırılıb.
    Elçin Xanlar oğlu Cahangirov rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib.
    Qeyd edək ki, o, bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu. Boş qalmış vakant yerə hələlik təyinat yoxdur.

    Muxalifet - 22-05-2019

  16. Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq

    Mayın 21-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmiş Bakı – Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik müəyyən edilib.

    “Report” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov AzTV-nin “Günün nəbzi” verilişində bildirib.

    “Bu gün Sabunçu dəmir yolu vağzalından şəhərə avtobusla çatmaq üçün gediş haqqı 60 qəpikdir. Biz isə Sabunçudan mərkəzə gediş haqqını 50 qəpik müəyyən etdik”, – C.Qurbanov deyib.

    Muxalifet - 22-05-2019

  17. Səudiyyə Ərəbistanından çirkin “Türkiyə” çağırışı

    Ötən günlərdə “Türkiyəyə sərmayə qoymayın” çağırışı edən Səudiyyə Ərəbistanı, düşməncə siyasətini davam etdirir.
     
    Türkiyənin yaşadığı siyasi gərginliklərdən sonra iqtisadiyyatda sıxıntılar meydana gəlib. Valyuta faizlərində yaşanan dalğalanmalara spekulyativ hərəkətlər də əlavə olununca, vəziyyət pisə doğru gedib. Türkiyənin iqtisadi olaraq sabitliyə qovuşmasını istəməyən Səudiyyə Ərəbistanı sərmayələrin dayandırılması istiqamətində çağırış edib.
     
    "TÜRKİYƏYƏ SƏRMAYƏ QOYMAYIN"
     

    Muxalifet3 - 22-05-2019

  18. ​Ermənistanla sərhəddə monitorinq keçiriləcək

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
    Bu barədə Bakupost-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
    Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.

    Muxalifet - 22-05-2019

  19. Cüneyt Arkının ölüm xəbəri YAYILDI? - AÇIQLAMA

    Məşhur aktyor Cüneyt Arkının ölüm xəbəri yayılıb. Aktyor barəsində çıxan bu xəbərlə bağlı açıqlama verib. Arkın sosial şəbəkədə “Sağlamlığım kifayət qədər yaxşıdır” yazıb. Türk mətbuatında Cüneytin ölümü ilə bağlı xəbərlər yayılıb. Aktyor sosial şəbəkədə “Son iki gündür bəzi mətbuat orqanları və sosial şəbəkə səhifələri haqqımda yalan xəbərlər yayırlar. Lütfən, bu xəbərlərə inanmayın. Vəziyyətim yaxşıdır” açıqlamasını verib. Aktyorun həyat yoldaşı Betül Arkın da sosial mətbuatda yayılan xəbərlərə görə pərişan olduğunu bildirib: “Kimin niyə belə xəbərlər yaydığını anlamıram.

    Muxalifet - 22-05-2019

  20. 22 il sönra İraqda BİR İLK yaşanacaq

    İraqda 22 il sonra bir ilk yaşanacaq. 2020-ci ildə ölkə miqyasında əhalinin siyahıya alınmasına başlanacaq. Bu barədə İraq Planlaşdırma naziri Sabah Diləymi açıqlama verib. Nazir bildirib ki, siyahıyaalma gələn ilin oktyabr ayında start götürəcək. Bu addım vətəndaşlara ən yaxşı şəkildə xidmət göstərmək, iqtisadi və sosial inkişaf üçün lazımı bilgilərin təmin olunması məqsədilə atılır. Siyahıyaalma Şimali İraq Kürd Muxtariyyətini də əhatə edəcək. Qeyd edək ki, İraqda əhali son dəfə 1997-ci ildə Səddam Hüseynin dövründə siyahıya alınıb.

    Muxalifet - 22-05-2019

Pages