Axtarış
The search found 105779 results in 0.127 seconds.
Search results
"Beşiktaş" yeni baş məşqçisinin kimliyi bilindi: 73 yaşlı rumıniyalı... - FOTO
Baş məşqçi Şenol Güneşi Türkiyə milli komandasına göndərən “Beşiktaş” başqa bir mütəxəssislə razılığa gəlib.
Muxalifet.az xəbər verir ki, “ağ-qaralar” sabiq baş məşqçiləri Mirça Luçesku ilə razılaşıblar.
Növbəti mövsüm komandaya rəhbərlik edəcəyi gözlənilən 73 yaşlı rumıniyalı mütəxəssisin vəzifəsi “az pulla çempionluq” ideyasının gerçəkləşdirilməsi olacaq.
“Qalatasaray”ı çalışdırığı dövrlərdə icarəlik futbolçularla çempionluq qazanan Luçeskunun ilk şərti az maliyyə hesabına başa gələn bir neçə transferin gerçəkləşdirilməsidir.Muxalifet - 21-05-2019
““Yəhudi”, “xristian”, “müsəlman” deyilən bir anlayış yoxdur...” - FƏZAİL MEHDİYEV: “Mən yalnız kosmik idrakı qəbul edirəm, onun varlığına inanıram…”
“Bütün bu dinləri idarə edən yeganə qüvvə yəhudi cərəyanıdır” Həmsöhbətim sözün əsl mənasında maraqlı, bir qədər də təzadlı insandır. Ali savadlı ilahiyyətçi olan bu insan hazırda özünü deist adlandırır. Onun dinə, Tanrıya, ümumiyyətlə həyata baxışları çoxlarından fərqlənir. Onun fikirləri, həyat fəlsəfəsi ilə razılaşanlar da var, fərqli düşüncəsinə görə onu top-tüfəngə tutanlar da. Amma savadı və təcrübəsi ona hər bir fikrini kifayət qədər əsaslı və məntiqli şəkildə anlatmaq imkanı verir.
Muxalifet4 - 21-05-2019
Azərbaycan üçün BÖYÜK TƏHLÜKƏ, B PLANI... - Ekspert detalları açdı
“Bir neçə gündür ki, qlobal “Huawei” şirkəti ABŞ sanksiyaları ilə üzləşib. ABŞ onu telefonlardakı proqram təminatında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır. Azərbaycanda bəzi dövlət qurumlarının bu şirkətin sistemlərinə üstünlük verdiyini nəzərə alsaq, bizim üçün də təhlükə mövcuddur”
Bu sözləri Azərbaycan İnternet Forumun Prezidenti Osman Gündüz deyib.
Ekspert bildirib ki, bu şirkət Azərbaycanın informasiya sahəsinə ciddi təhlükə ola bilər.Muxalifet - 21-05-2019
"Manat verdim, dedilər ki, cinlər bu pulu tanımır, ancaq dollar tanıyırlar" - "Cindar Hüseyn" və anasının məhkəməsində ŞOK İFADƏLƏR
Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən ana və oğlu hakim qarşısına çıxarılıb.
Muxalifet4 - 21-05-2019
S-400-ün məqsədli təxirə salınma yalanı: Seçki manipulyasiyası
Türkiyənin Rusiyadan alacağı S-400 hava müdafiə sistemlərinin təhvil tarixi yaxınlaşdıqca, ictimai rəyə təzyiqlər də artmağa başlayıb. İstanbul seçkilərindən əvvəl seçiciləri çaşdırmaq istəyənlər "S-400 hava müdafiə sistemlərinin təhvil verilmə tarixi təxirə salındı" yalanını ortaya atdılar.
Muxalifet3 - 21-05-2019
Arda Turan Fateh Terimdən üzr istədi! Qalatasaraya qayıtmaq istəyir
Türkiyədə Başakşehir futbol komandasının istəmədiyi Arda Turan Fateh Terimdən üzr istəyərək Qalatasaraya dönmək istədiyini ifadə edib.
Parıltılı bir futbol karyerasında Barcelonada heyətə girə bilmədikdən sonra Medipol Başakşehirə gələn, ancaq gözlənilən oyunu göstərə bilməyən və şəxsi həyatındakı qalmaqallarıyla gündəmə gələn Arda Turan ilə baş məşqçi Fateh Terimin ötən günlərdə bir araya gəldiyi iddia edilib.Muxalifet3 - 21-05-2019
Türkiyədən Qüdsə “Barış gücü” – Yüz ilin müjdəsi
Türkiyənin Xarici İşləri naziri Mevlud Çavuşoğlunun 'İslam dünyası olaraq bir barış gücü qururuq. Bu barış gücünü Qüdsə göndərərək həm Məscid-i Aksa-nı, həm də Qəzzalıların təhlükəsizliyini təmin edəcəyik" açıqlamasını qiymətləndirən Xarici Siyasət Mütəxəssisi Atif Özbey, "Hörmətli Çavuşoğlu Qəzzada Müsəlmanlara soyqırım tətbiq edərək onları yox etmək istəyən sionist İsrailə qarşı yüzillik yuxumuzun müjdəsini verdi. Bu barış gücü Qəzzadakı problemimizi kökündən həll edəcək" deyib.
Muxalifet3 - 21-05-2019
Afrində tutulan terrorçudan maraql müdafiə üslubu: “Türklərə kömək etdim”
Afrində MİT tərəfindən tutularaq Türkiyəyə gətirilən terrorçulardan biri olan Rəşid Maho, məhkəmədə hər kəsi çaşdıran bir müdafiə üslubu seçib. Terrorçu Maho MİT tərəfindən tutulmadan əvvəl terror təşkilatı tərəfindən Türklərə yardım etdiyim üçün 27 gün həbsə atıldığını iddia edib.
Müxalifət.azMuxalifet3 - 21-05-2019
Rusiya ilə müharibə çağırışı etdi: Ortalıq qarışdı
Yaponiyada bir millət vəkilinin Rusiyanın işğalında olan Kuril Adalarını döyüş yoluyla geri alınması lazım olduğuna eyham edən açıqlaması səbəbiylə qınanmasını nəzərdə tutan qanun layihəsi Məclisə təqdim edilib.
Yapon xəbər agentliyi “Kyodo”-da gedən xəbərə görə, müstəqil millət vəkili Hodaka Maruyamanın konstitusiyanın hücum etməmək prinsipinə zidd sözləri səbəbiylə qınanmasını istəyən qanun təklifi Məclisə təqdim edilib.Muxalifet3 - 21-05-2019
“Azəriqaz” əməkdaşlarının BİABIRÇILIĞI: vətəndaşdan elə bir şey istədilər ki...
İsmayıllının Qurbanəfəndi kəndində torpaq almışam. Kəndə qaz xətti çəkiləndə torpaq sahəsinə bir giriş yeri qoyulub, o da torpaq sahibinə aid olan hissədə qalıb. Qaydaya görə, həyətyanı sahəyə yeni bir giriş qoyulması lazım gələrsə, vətəndaş dövlət rüsumu ödəyərək bunu öz hesabına etdirə bilər. Torpağı satan şəxs rayonun qaz idarəsinə həyətə yeni bir giriş qoyulması üçün ərizə yazıb. Təbii ki, nə qədər xərc lazımdırsa ödəyəcəyik. Qaz idarəsindən gəlib əraziyə baxış keçirməlidirlər. Amma idarə nümayəndəsinin kəndə gəliş-gediş xərcini mənim çəkməli olduğumu deyirlər.
Muxalifet - 21-05-2019
Şəkidə 1 ayın gəlini evdən niyə qaçdı? — "Hər gün iynə ilə..."
Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan «Gəl dərdini danış» da növbəti araşdırma tamaşaçılara təqdim edilib.
Bu dəfə Şəkidə bir ayın gəlini olan İlahənin həyat hekayəsi yayımlanıb. Qarşı tərəfdən cehizlərini ala bilməyən kasıb qız Amil Xəlildən yardım istəyib. Daha sonra İlahənin anası da onları atıb gedən ailə başçısına yəni sevdiyi ərinə səslənib. Duyğusal anların yaşandığı verilişi sizə təqdim edirik.
Qeyd edək ki, bu gün saat 15:25 də verilişin davamı yayımlanacaq./UnikalMuxalifet - 21-05-2019
Azərbaycanlı tanınmışın ailəsində AĞIR İTKİ: Xəbəri aparıcı Zaur verdi
Ötən gün 5-də 5 beş proqramında aparıcı Zaur Kamal musiqiçi Aqşin Taryeloğlunun qaynatasının vəfat etdiyini bildirib.
Muxalifet.az xəbər verir ki, ifaçının bir neçə gündür efirə çıxmamasının səbəbi bu imiş. Aqşin Taryeloğlu efirə dönməsinə belə aydınlıq gətirib:
"Bu mənim işimdir. Həkimlər, müəllimlər digər iş adamları neçə, mən də eləcə işə dönməliyəm. Allah rəhmət eləsin".Muxalifet - 21-05-2019
Aprelin 14-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb
Apelin 14-də 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub.
Muxalifet - 21-05-2019
SON DƏQİQƏ: Azərbaycanlı aktrisa türk sevgilisini BIÇAQLADI: Həbs ediləcək - FOTO
Aktyor Tolqa Karelin keçmiş arvadı Günay Musayeva sevgilisi Taha Tatlıcını bıçaqlayıb.
Mübahisə əsnasında Taha Günayı və onun oğlunu döyüb və buna dözməyən Musayeva bıçağa əl atıb.
Taha Tatlıcı modeli məhkəməyə verib. Artıq cinayət işi başlanılıb. Musayeva ifadəsində deyib:
"Taha çox əsəbi idi. Oğlumu döydü. Oğlumu və özümü qorumaq üçün bıçağı alıb qarşısına keçdim. Mənə hücum etdi və bıçaq ona batdı. Mən özümü qorumuşam”.Muxalifet - 21-05-2019
ŞOK: Türkiyə gəmisi atəşə TUTULDU - yaralılar var - ANBAAN VİDEO / YENİLƏNDİ
Qara dənizin Köstəncə sahillərində Türkiyəyə aid balıqçı gəmisinin Rumıniya Sahil Mühafizə Xidməti tərəfindən atəşə tutulmasının görüntüləri yayılıb.
Muxalifet - 21-05-2019
Nazirin əmisi oğlunun yeri dəyişdirilib - RƏSMİ AÇIQLAMA / YENİLENİB
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Qırmızı körpü” gömrük postunun rəisi Rəşad Babayevi tutduğu vəzifədən azad edib.
R. Babayevin vəzifədən azad edilməsinə Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident səbəb olub. Vətəndaşın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişləri tələb olunub. Və bununla bağlı vəziyyət araşdırılıb və post rəisi işdən azad olunub.Muxalifet - 21-05-2019
Paşinyan generalların məruzəsini dinlədi, “nitqi tutuldu”... - TƏMAS XƏTTİNDƏ NƏ BAŞ VERİR?
Ermənistanın baş naziri Nikol Paşinyan ötən bazar bütün gün ərzində müdafiə naziri David Tonoyanla və Baş qərargahın rəisi Artak Davtyanla məxfi müşavirə keçirib. Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, müşavirədə müdafiə nazirinin və Baş qərargah rəisinin Paşinyana nə məruzə etdikləri məlum deyil. “Amma bir məsələ aydındır: söhbət təmas xəttindəki gərgin vəziyyətdən və Azərbaycanın mümkün hücumundan gedib. Habelə məruzə olunub ki, Azərbaycan mayın 20-də 10 minlik qüvvənin iştirakı ilə təlimlərə başlayır.
Muxalifet - 21-05-2019
Qubada iki uşaq anası intihar edib
Quba rayonunda 38 yaşlı qadın intihar edib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Sevinc Gülağa qızı Nemətova özünü su kanalına ataraq intihar edib. Onun meyitini kənd sakinləri sudan çıxarıb.
S.Nemətovanın iki uşaq anası olduğu, həyat yoldaşının ürək xəstəliyindən əziyyət çəkdiyi, ailənin də maddi durumunun aşağı olduğu bildirilir.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.Muxalifet - 21-05-2019
Mxitaryan müəmması bitdi – “Arsenal” məlumat yaydı
İngiltərənin "Arsenal” klubu UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda tam heyətlə çıxış etməyəcəyini açıqlayıb. Bakupost.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Arsenal” erməni futbolçusu Henrix Mxitaryanı final oyunu üçün Bakıya gətirməyəcək.
Muxalifet - 21-05-2019
Mübariz Mənsimovdan Fuad Abbasovun həbsinə SƏRT REAKSİYA: Bu, nə biabırçılıqdır?!
Dünən aldığım xəbər məni dəhşətə saldı. Bunu Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov jurnalist, bloger Fuad Abbasovun Rusiyada həbs edilməsi ilə bağlı İnstaqram səhifəsində yazıb. O, hər zaman Fuad Abbasovu dəstəklədiyini bildirib: “Rusiyada fəaliyyət göstərən və fikrimcə, Azərbaycanı orada layiqincə təmsil edən jurnalist Fuad Abbasov Rusiya polisi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib. Bu günlərdə Azərbaycana ekstradisiya olunacaq. Bu, nə biabırçılıqdır?! Bu jurnalist hansı cinayəti törədib ki, bu formada həbs olunub?
Muxalifet - 21-05-2019