Axtarış

The search found 105779 results in 0.112 seconds.

Search results

  1. Həmas bəyan etdi: İsraillə atəşkəs yoxdur!

    İsrailin Kanal 12 televiziyası Həmas ilə İsrail arasında atəşkəs əldə edildiyini bəyan edib.. Həmas-ın sözçüsü Berhum atəşkəs iddiasını sosial media hesabından yalanlayıb. Mühasirə altındakı Qəzzə Zolağında rəhbərliyi əlində tutan Həmas ilə İsrail arasında keçici atəşkəsin əldə edildiyi ifadə edilib. İsrailin Kanal 12 televiziyasının xəbərinə görə, BMT və Misirin vasitəçiliyi ilə Həmas ilə İsrail arasında 6 aylıq atəşkəs əldə olunub. Keçici atəşkəsə görə, Həmas Qəzzə Zolağının sərhədində təşkil ediləcək nümayişlərdə Fələstinliləri sərhəddən 300 metr uzaqda tutacaq.

    Muxalifet3 - 21-05-2019

  2. Madurodan yeni həmlə: 'Erkən seçkiyə gedək'

    Venezuelanın dövlət başçısı Nicolas Maduro əksəriyyəti müxaliflərdən təşkil olunan Milli Məclisin yenilənməsi üçün erkən seçki çağırışı edib. Maduro "Son 5 ildir legitimliyi olmayan qanunverici orqanı qanuniləşdirəcəyik. Milli Məclis üçün erkən seçkiyə gedək və kimin xalq dəstəyinə sahib olduğunu görək" deyə söyləyib.
     

    Muxalifet3 - 21-05-2019

  3. Əraziləri Azərbaycana qaytarmağa.... - Qarabağa sıçrayan savaşın SİRLƏRİ AÇILIR

    Ermənistanın sabiq prezidenti Robert Koçaryanın şərti azadlığa buraxılması ölkədə xaos yaradıb. Baş nazir Nikol Paşinyan xalqı küçələrə çıxmağa səsləyib və məhkəmə binalarının bloklanmasını istəyib. Baş nazir bununla 2018-ci ildə baş qaldıran inqilabın ikinci mərhələsinin başlanmasını elan edib. O bildirib ki, məhkəmə strukturunda yeni islahatlar aparılacaq. Ermənistanda müstəqil məhkəmə sisteminin qurulması prosesi başlanıb. Paşinyanın bu addımı ölkədə “kimin hakim” olduğunu göstərmək gedişi olaraq qiymətləndirilir.

    Muxalifet - 21-05-2019

  4. ABŞ-la İran arasında müharibənin ayaq səsləri: Gərginlik artır

    ABŞ və İran arasında artan gərginliklə bağlı açıqlamalar ard-arda gəlir. İran Atom Enerjisi Təşkilatı zənginləşdirilmiş uran istehsalını dörd qat artırdığını bildirib. ABŞ prezidenti Tramp İrana yönəlik sosial mediada yaylım atəşlərinə bu gün də davam edib.
     

    Muxalifet3 - 21-05-2019

  5. Ordumuzun genişmiqyaslı təlimləri başladı – hücum edəkmi...

    Politoloq: “Azərbaycan indiki vaxtda hücuma keçsə, bu, beynəlxalq aləmdə mənfi qiymətləndiriləcək”

    Muxalifet - 21-05-2019

  6. ​ŞOK: Tanınmış azərbaycanlı müğənni küçənin ortasında döyüldü - VİDEO

    Müğənni Kərim Abbasova küçədə hücum olunub. Muxalifet.az xəbər verir ki, müğənni ailəsi ilə bağdan qayıdarkən naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. Belə ki, ona küçənin ortasında hücum edilərək, yumruq zərbələri endiriblər. Kərim hadisə ilə bağlı polisə müraciət edib. O hadisəni belə izah edib: "Özünü polis kimi qələmə verən bir şəxs mənə hücum çəkib, yumruq zərbələri endirib. Bu hadisə ailəmlə birlikdə bağdan qayıdarkən baş verdi. 102 qaynar xəttə zəng edərək, şikayət etdim. Xahiş edirəm mənə kömək edin” (azxeber.com)

    Muxalifet - 21-05-2019

  7. Fransa Kiprdə dəniz hərbi bazası qurur: Türkiyə ilə bağlı öhdəlik

    Kipr Yunan rəhbərliyi Fransaya dəniz hərbi bazasının yaradılmasına icazə verilməsini nəzərdə tutan razılaşmanı təsdiqləyib. Razılaşmada Yunan rəhbərliyinin 'Bizi Türklərdən qoruyun' maddəsi də yer alıb.
     
    Kipr Yunan rəhbərliyinin Fransaya dəniz bazası verilməsini nəzərdə tutan hərbi razılaşmanı 6 ay içində həyata keçirəcəyi bildirilib.

    Muxalifet3 - 21-05-2019

  8. Valideynlərə XƏBƏRDARLIQ: Bunu etsələr uşaqda pnevmaniya yarana bilər

    Bakının baş toksikoloqu yayda açıq havada istirahətə üstünlük verən və "piknik"i sevən valideynlərə övladlarını nəzarətsiz qoymaması ilə bağlı xəbərdarlıq edib. Muxalifet.az xəbər verir ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev Trend-ə açıqlamasında bildirib ki, uşaqların kimyəvi zəhərlənməsi təsadüf nəticəsində və valideyn nəzarətsizliyi şəraitində baş verir. Onun sözlərinə görə, yalnız 2018-ci ildə Azərbaycanda bütün kimyəvi zəhərlənmə hallarının 17 faizi yaşı 14-dək olan uşaqların payına düşüb.

    Muxalifet - 21-05-2019

  9. ​AZƏRBAYCANDA ZEYNALOVLAR İMPERİYASI – Qiyməti yüz milyonlar olan şirkətlər

    Böhran Azərbaycanda dövlət qurumlarında struktur islahatlarını qaçılmaz edib. Artıq bu islahatların ilk addımları atılmağa başlayıb. Bir çox nazirlik və komitələrin yenidən formalaşdırılması, ştat vahidlərinin ixtisar edilməsi, idarəetmənin sadələşdirilməsi proseslərinin şahidi olmaqdayıq. Bir çox qurumların ləğv edilməsindən sonra kütləvi ictimai narazılığın ünvanlandığı əsas qurumlardan biri də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) olduğu üçün, bu qurumun da adının dəyişdirilərək, yenidən formalaşdırılması məsələsi müzakirə olunmaqdadır.

    Muxalifet - 21-05-2019

  10. Fuad Abbasovun həbs anı – Video

    Rusiyada yaşayan jurnalist Fuad Abbasovun həbs anının videosu yayılıb.
    “Yeni Sabah” xəbər verir ki, mülki geyimli polislər tərəfindən jurnalisti iki nəfər saxlayaraq onu qatı cinayətkar kimi qandallayıblar. 
    Digər şəxs isə onun həbs prosesini videoya çəkib.
    Bildirək ki, F. Abbasovun mayın 28-də Azərbaycana deportasiya ediləcəyi gözlənilir.

    Muxalifet - 21-05-2019

  11. İran prezidenti Ruhani ABŞ-ın müzakirə tələbinə cavab verdi

    İran prezidenti Həsən Ruhani müzakirə və diplomatiya tərəfdarı olduğunu, ancaq bu günki şərtlərin müzakirə deyil, müqavimət və mübarizə şərtləri olduğunu söyləyib.
     
    Ağ Evdə oturanların keçən 40 ildə davamlı olaraq İrana qarşı çalışdığını, media, təzyiq və silahla mübarizə etməyi planladıqlarını və bu gün bütün bunların bir araya gəldiyini ifadə edən Ruhani, bu sözləri deyib:

    Muxalifet3 - 21-05-2019

  12. Tanınmış azərbaycanlı tarixçi vəfat etdi

    Tanınmış tarixçi alim vəfat edib.
    Tarix üzrə elmlər doktoru, A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi Tofiq Məhəmməd oğlu Məmmədov 84 yaşında dünyasını dəyişib.

    Muxalifet - 21-05-2019

  13. Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan ATƏŞƏ TUTDU

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

    Muxalifet - 21-05-2019

  14. “Azərbaycan Dəmir Yolları”nın teplovozu yandı

    Masallı rayonunun Təzəkənd kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozunun mühərrik və salon hissəsi qismən yanıb.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, digər teplovoz və vaqonlar yanğından mühafizə olunub.

    Muxalifet - 21-05-2019

  15. TRAMPIN MƏQSƏDİ İRANI İÇƏRİDƏN DAĞITMAQDIR! – “Prezident müharibə istəmir, amma Bolton…”

    Çox vaxt müharibə anlaşılmazlıqdan başlayır. Bu gün Fars körfəzində amerikalılar və iranlılar bir-birilərini anlamırlar. Bu isə çox təhlükəlidir. Təsadüflər, təxribat, hadisələrin gözlənilməz yolda cərəyan etməsi və sairə bu kimi müxtəlif hərbi insidentlər nəticəsində proseslərin nəzarətdən çıxması mümkündür. Qısa desək, indi biz hər iki tərəfin istəmədiyi müharibəyə yaxınlaşırıq.

    Muxalifet - 21-05-2019

  16. Trampı İrana qarşı müharibəyə kimlər təhrik edir? – ABŞ prezidentindən açıqlama

    ABŞ prezidenti Donald Tramp ordu-müdafiə sənayesi arasındakı əlaqədən ötəri ABŞ-ın daxil olduğu müharibələrin heç bitməsini istəməyən bir kəsimin olduğunu bildirib. Amerikan “Fox News” televiziyasına müsahibə verən Tramp, onu "İrana qarşı müharibəyə təhrik edənlərdən” gileylənib. İranın uzun zamandır problem olduğunu ifadə edən Tramp, sələfi Barak Obamanın İran ilə imzaladığı nüvə razılaşmasını "fəlakət" olaraq xarakterizə edib.

    Muxalifet3 - 21-05-2019

  17. Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA: “İki polis döyüb, biri isə...” - VİDEO

    Rusiyada yaşayan jurnalist Fuad Abbasovla bağlı vəziyyət gərginləşib. Bu barədə Musavat.com-a onun vəkili Elman Paşayev məlumat verib. Vəkilin sözlərinə görə, bu gün təcridxanada saxlanılan jurnalistlə görüşüb. F.Abbasov vəkilinə bildirib ki, onu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər: “O internetə qoyulan fotolar düzgündür. Fuad Abbasov mayın 16-da çox sərt şəkildə döyülüb. Küçədə hüquq-mühafizə orqanı əməkdaşları onu qəddarcasına döyüb. Onlardan ikisi jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib.

    Muxalifet - 21-05-2019

  18. Bakının bu qəsəbələrində 2 gün su olmayacaq

    Bu gün Bakının bəzi ərazilərində su olmayacaq. Magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində Suraxanı rayonunun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələrinə və Qaraçuxur qəsəbəsinin bəzi hissələrin) içməli su müəyyən fasilələrlə veriləcək. Bu barədə Muxalifet.az-a “Azərsu” ASC-dən məlumat verilib. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

    Muxalifet - 21-05-2019

  19. ​Gəncədə çay evində dava - Polis xəstəxanalıq oldu

    Gəncədə polis əməkdaşı dava zamanı xəsarət alıb.
    Muxalifet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhər sakini, 1990-ci il təvəllüdlü Süleymanov Mehman Natiq oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
    Məlumata görə, polis əməkdaşı olan M. Süleymanov Gəncə bulvarında olan çay evlərinin birində dava zamanı döyülüb. Münaqişənin xidmət zamanı baş vermədiyi bildirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 21-05-2019

  20. ​Təhsil İdarəsinin itkin düşən əməkdaşı tapıldı

    Mayın 17-də itkin düşən Gəncə Şəhər Təhsil İdarəsinin məsləhətçisi 1994-cü il təvəllüdlü Ceyhun Qabil oğlu Bağırov tapılıb.
    Muxalifet.az xəbər verir ki,bu barədə "Report"a açıqlamasında onun atası Qabil Bağırov məlumat verib.

    Muxalifet - 21-05-2019

Pages