Axtarış

The search found 105779 results in 0.077 seconds.

Search results

  1. Bu telefon və kompüterlərdən istifadə edənlərin DİQQƏTİNƏ: artıq işləməyəcək

    ABŞ-la Çin arasında yaşanan ticarət gərginliyi texnologiya sahəsinə də təsirsiz ötüşməyib.
    Çinin ən böyük telefon istehsalı şirkəti olan “Huawei”nin məhsulları ABŞ-da qadağan olunub.
    ABŞ-ın “Google” şirkəti isə dünyanın ən böyük ikinci telefon istehsalçısı olan bu şirkətlə münasibətlərinə son qoyub. Beləliklə, bundan sonra “Huawei” məhsullarında “Google”un "Android" əməliyyat sistemi işləməyəcək. Bundan başqa, “Intel” və “Qualcomm” şirkətləri də “Huawei” ilə əməkdaşlığa son verdiklərini rəsmi şəkildə açıqlayıb.

    Muxalifet - 20-05-2019

  2. QOŞUNLAR POLİQONLARA YERİDİLDİ: Azərbaycan ordusu bir neçə istiqamətdən gecə HÜCUMUNA HAZIRLAŞIR - VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu gündən Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin cəlb edilməsi ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.
    Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, təlimlərin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsidir.

    Muxalifet - 20-05-2019

  3. Vasif Talıbov Aparat rəhbərini işdən çıxartdı

    Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi Aparatının rəhbəri vəzifəsindən azad edilib.
    Məlumata görə, bununla bağlı MR Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
    Sərəncama əsasən, Əli Həsənov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri vəzifəsindən azad edilib./Bakupost

    Muxalifet - 20-05-2019

  4. ​Zelenskidən şok qərar – PARLAMENTİ BURAXDI

    Bu gün and içərək Ukrayna prezidenti səlahiyyətlərinin icrasına başlayan Vladimir Zelenski parlamenti buraxıb.

    Muxalifet.az cebhe.info-ya istinadən xəbər verir ki, Zelenski qərarını mərasimdəki çıxışında elan edib.
    Ali Radaya yeni seçkilərin tarixi yaxın zamanda elan olunacaq.
    Ekspertlər Zelenskinin bu qərarını "güclü siyasi gediş" adandırır. 
     

    Muxalifet4 - 20-05-2019

  5. ​Əsədov Zelenskinin andiçməsində belə təqdim olundu - VİDEO

    Xəbər verdiyimiz kimi, bu gün Ukrayna Ali Radasında bu ölkənin altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib.
    Ukraynanın yeni seçilmiş dövlət başçısının andiçmə mərasimində ölkəmizi Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Azərbaycan parlamentinin aparat rəhbəri Səfa Mirzəyev, ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev təmsil edirlər.
    Qeyd edək ki, andiçmə mərasiminə 60 ölkənin prezidentləri, hökumət başçıları və nazirləri də qatılıb.

    Muxalifet - 20-05-2019

  6. "Azərbaycanlı biznesmenləri Gürcüstana dəvət edirik" - MARNEULİNİN YENİ MERİ

    Xəbər verdiyimiz kimi, Marneulidə keçirilən mer seçkilərində “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı 78,75 faiz səs çoxluğu ilə qalib gəlib. Muxalifet.az xəbər verir ki, Marneuli rayonunun meri seçilən Zaur Darğallı qalibiyyəti ilə bağlıunikal.org-a fikirlərini bildirib. O, açıqlamasında qeyd edib ki, rayonda yeni layihələr həyata keçiriləcək, işsizlik probleminin həlli ilə bağlı addımlar atılacaq: "Təxminən 79 faizə yaxın səs yığmışıq. Əhalinin böyük dəstəyi ilə qalib gəldim. Biz bilirdik ki, nəticələr yaxşı olacaq. Çünki hər görüşdə əhalinin böyük dəstəyini hiss edirdik.

    Muxalifet4 - 20-05-2019

  7. ​“Nar” gənclər üçün iş imkanları təklif etməkdə davam edir - FOTO

    Gənclərin peşəkar inkişafına hər zaman xüsusi diqqət ayıran “Nar”, Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzi və “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin birgə təşəbbüsü ilə mayın 18-də keçirilən  “Karyera Günü və İş Yarmarkası”nda iştirak edib.

    Muxalifet4 - 20-05-2019

  8. Azərbaycanlı jurnalistin Rusiyada saxlanılma görüntüləri - ONU "SINDIRMAQ" İSTƏYİRLƏR... / VİDEO

    Rusiyada jurnalist və bloger kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasov mayın 16-da saxlanılıb. Muxalifet.az xəbər verir ki, bu barədə REAL-a F. Abbasovun vəkili Elman Paşayev məlumat verdi. Vəkil bildirdi ki, Moskva şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaq üçün olan icazəsini ləğv edib: "Fuadın Rusiyada yaşamaq barədə icazəsinin ləğv edilməsindən xəbəri olmayıb. Mayın 16-da o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb".

    Muxalifet4 - 20-05-2019

  9. S-400 İLƏ F-35 BİRLİKDƏ İSTİFADƏ EDİLƏRSƏ... - ABŞ-ın narahatçılığı, Rusiyanın "çoxdan bilirik" cavabı...

    ABŞ-ın Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemləri ilə Birləşmiş Ştatların istehsalı olan F-35 qırıcılarından birlikdə istifadə ediləcəyi təqdirdə, təhlükəsizlik problemi baş verəcəyi ilə bağlı narahatlığı yersiz deyildir.

    Muxalifet4 - 20-05-2019

  10. Həbsxanada İŞİD üsyanı: Çoxlu ölü və yaralı var

    Tacikistanda İŞİD terrorçularının olduğu həbsxanada İŞİD-çılar üsyan təşkil edib, nəticədə yanğın baş verib. Ayrıca bu üsyan nəticəsində İŞİD terrorçuları 3 həbsxana gözətçisini, 5 nəfər də məhkumu öldürüb. Üsyana müdaxilə edən hərbçilər 29 üsyançını öldürüb.
     
    Üsyan hadisəsi Tacikistanın paytaxtı Duşanbədəki Vahdat Həbsxanasında, gecə saatlarında baş verib.
     

    Muxalifet3 - 20-05-2019

  11. Valideynləri narahat edən problem həll olunur - DAHA ÇANTA DAŞIMAYACAQLAR...

    Cəmiyyəti narahat edən dərsliklərin çəkisinin çox olması, şagirdlərin çanta yükünün ağırlığı ilə bağlı məsələ, deyəsən, həllini tapacaq. Belə ki, Milli Məclisin Elm və təhsil komitəsi Təhsil Nazirliyi ilə birlikdə dərsliklərin yüngülləşdirilməsi ilə bağlı iş aparır.

    Muxalifet4 - 20-05-2019

  12. ​Kabainetinizdən uşaqlarınızı şəklini asın və hər qərar qəbul etməzdən əvvəl... – ZELENSKİDƏN MƏMURLARA TÖVSİYƏ

    Ukrayna prezidenti Vladimir Zelenski məmurlara müraciət edərək, kabinetlərindən onun portretlərini yığışdırmağa və uşaqlarını şəkillərini yerləşdirməyə, hər bir qərarı qəbul etməzdən əvvəl onların gözlərinə baxmağa çağırıb.

    Muxalifet4 - 20-05-2019

  13. ABŞ Yaxın Şərqi xaosa sürükləyir - İSRAİL ÜÇÜN...

    ABŞ prezidenti Donald Tramp İsrailin təhlükəsizliyini artırmaq üçün Yaxın Şərqi xaosa sürükləyir. 

    Muxalifet3 - 20-05-2019

  14. "Rektor deyib ki, harada müxalifətçi gördünüz tüpürün üzünə” - JURNALİSTİN İDDİASINA UNİVERSİTETDƏN REAKSİYA

    Bakı Slavyan Universiteti: “İqtidar-müxalifət mövqeyində durmasından asılı olmayaraq, bütün vətəndaşlara sayğı göstərmək borcumuzdur” “Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva tələbələr arasında keçirilən tədbirlərin birində deyib ki, harada müxalif düşüncəli adam gördünüz tüpürün üzünə”. Bu xəbəri jurnalist Gülzar Məmmədli feysbuk səhifəsində yazıb. Onun bu məlumatı sürətlə sosial şəbəkələrin Azərbaycan seqmentində yayılıb və bir çoxları da paylaşıb. G.Məmmədli bildirib ki, BSU rektoru tələbələri davamlı olaraq xoşagəlməz ifadələrə məruz qoyub.

    Muxalifet4 - 20-05-2019

  15. "Yeni müharibə başladıb, bəzi əraziləri vermək istəyirlər..." - PAŞİNYAN NARAHATDIR

    Ermənistanda konkret qüvvələr var ki, “iki erməni xalqı” arasında nifaq salmaq istəyir.

    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Yerevanda öz tərəfdarları qarşısında bildirib.

    Muxalifet4 - 20-05-2019

  16. İraqın S-400 almasının GİZLİNLƏRİ...

    Təhlükəsizliklə bağlı çətinliklər yaşayan Türkiyədən sonra İraq da Rusiyadan S-400 almağa qərarı verib.
     

    Muxalifet3 - 20-05-2019

  17. Paşinyandan SENSASİON SÖZLƏR: Onlar istəyirlər ki, Azərbaycan torpaqlarını...

    “Ermənistan və Qarabağ xalqları (Azərbaycan torpaqlarına yerləşdirilmiş ermənilər – red.) arasında ziddiyyətlər yaratmaq istəyən qüvvələr var. Onlar korrupsiyalaşmış sistemin təmsilçiləridir”.
    Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
    Onun sözlərinə görə, keçmiş hakimiyyət Qarabağda Ermənistan hakimiyyəti haqqında yalan məlumatlar yayırlar.

    Muxalifet - 20-05-2019

  18. “Qardaşlarımız da gedib, lüt videosu yayılan qızları alacaq” – MÜĞƏNNİ

    “Kökəlmirəm, hər şey qaydasındadır. Bir dəfə yoldaşım gəldi gördü ki, sobaya para quzu qoymuşam. Getdi məşqə, qayıdan da gördü ki, heç nə qalmayıb. İndi o qədər yemirəm”. Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Xatirə İslam “Ay Zaur” verilişində deyib. Bir müddət əvvəl plastik əməliyyatla arıqlayan sənətçi yenidən kökəlməsi ilə bağlı xəbərləri şayiə adlandırıb. Sənətçi əri Fəxrəddinin onu qısqanmadığını söyləyib: “Arıqlamağımı özüm istədim. Elə xasiyyətim var ki, oğlan kimiyəm. Studiyada, başqa yerdə oluram. Heç vaxt məndən harada olduğumu maraqlanmırdılar.

    Muxalifet4 - 20-05-2019

  19. İstanbulun mərkəzində silahlı soyğun cəhdi

    İstanbulun mərkəzində silahlılar avtomobilə hücum edib.

    Trend-in məlumatına görə, silahlılarla avtomobildə olanlar arasında atışma qeydə alınıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.

    Hücum edənlər avtomobildə olan 4 kiloqram qızılı ələ keçirərək hadisə yerindən uzaqlaşıblar.

    Hazırda soyğunçuların axtarışları aparılır.

    Muxalifet - 20-05-2019

  20. ​“Fuad Abbasovu aradan götürmək istəyirlər” - ŞOK İDDİA

    “Fuad Abbasov kifayət qədər savadlı, həm siyasi hazırlıqlı, fəaliyyətini hansısa siyasi konyuktura yox, ümumazərbaycan mövqeyindən sərgiləyən və erməni millətçi siyasətinin iç üzünü bilib ifşa etmə imkanlı güclü inadkar mübariz jurnalistdir”. Bunu siyasi ekspert İlqar Altay deyib. O, bildirib ki, bu vətənpərvər xüsusiyyətlərini əyani olaraq Rusiya tv-ləri efirində milyonların önündə sübut edib.

    Muxalifet - 20-05-2019

Pages