Axtarış

The search found 105779 results in 0.023 seconds.

Search results

  1. Spiker Kiyevdə milli qəhrəmanımızla görüşdü - Foto

    Milli Məclisin sədri Oqtay Əsədov Ukraynanın paytaxtı Kiyev şəhərinə səfərə gəlib. Muxalifet.az xəbər verir ki, Oqtay Əsədov əvvəlcə ümummilli lider Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin heykəli önünə tər çiçəklər düzməklə onun əziz xatirəsini yad edib. Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev spikerə park haqqında ətraflı məlumat verib. Milli Məclisin sədri Kiyev şəhərində insult keçirən Milli Qəhrəman Zabit Quliyevin müalicə aldığı A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna gəlib.

    Muxalifet3 - 19-05-2019

  2. 15 ölkə ortaq valyuta yaradır

    Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) üzvü olan ölkələr ortaq valyutadan istifadə üçün hərəkətə keçib. Muxalifet.az xəbər verir ki, Ortaq Valyuta Komissiyasının sədri Jan-Klod Brou üzv ölkələr arasında ortaq valyutadan istifadəyə keçid məqsədilə hazırlanan ilkin layihələrlə bağlı iyun ayında genişmiqyaslı toplantı keçiriləcəyini deyib. “Toplantıya üzv ölkələrin Mərkəzi Bank sədrləri, İqtisadiyyat və Maliyyə nazirləri ilə bölgədə fəaliyyət göstərən firmalar qatılacaq. Bu valyuta ortaq bazar və rahat səyahət baxımından da əhəmiyyətli olacaq”-, sədr qeyd edib.

    Muxalifet3 - 19-05-2019

  3. Köçəryan azadlığa çıxdı, Nikol xalqı inqilaba çağırdı

    Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə inqilabın ikinci və əsas mərhələsinin anonsunu verib. Muxalifet.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə o öz Feysbuk səhifəsində yazıb: "Sabah saat 12:00-da mən Ermənistanda inqilabın ikinci mərhələsini elan edəcəm. Ümumxalq dəstəyini səbirsizliklə gözləyirəm”. Daha öncə Paşinyan həmvətənlərini ölkədəki bütün məhkəmələri blok etməyə çağırmışdı. Bu bəyanat sabiq prezident Robert Köçəryanın azadlığa buraxılmasından dərhal sonra səsləndirilmişdi.

    Muxalifet3 - 19-05-2019

  4. PKK/HDP-dən Türkiyəyə təhdid kimi açıqlama

    PKK-nın siyasi uzantıcsı HDP-nin həmsədri Sezai Temelli iyunun 23-də keçiriləcək seçkilərlə bağlı yenidən zorakılıq və təhdid edici ifadələr işlədib.
     
    Ali Seçki Komissiyası tərəfindən ləğv edilən İstanbul Böyükşəhər Bələdiyyəsi seçkiləri haqqında danışarkən, kürdlərin nə edəcəyini soruşan biri varsa, yalnız seçkilərə baxın, 40 ildir etdikləri işlərə baxın. Əgər buradan bir dərs ala bilmirsənsə, sürüklənəcək yer acizlik, pislikdir.

    Muxalifet3 - 20-05-2019

  5. Avropada Müsəlman düşmənçiliyi sistemləşdi

    Avropa Birliyi vətəndaşları 23-26 mayda seçkiyə gedəcək və yeni Avropa Parlementini seçəcək. İfrat sağın getdikcə gücləndiyi qitədə müsəlman düşmənçiliyi seçki öncəsi yalnız ifadə və ya zaman zaman görülən hücumlarla məhdudlaşmayaraq hüquqi aktlarla da özünü göstərir. Bu dəyişikliklərlə İslam düşmənçiliyi artıq daha çox hökumət siyasətinə təsir edərkən, Müsəlmanlar da seçki aləti halına gətirilib.
     

    Muxalifet3 - 20-05-2019

  6. Bağdadda ABŞ səfirliyinə hücum!

    ABŞ Mərkəz Qüvvələri Komandanlığı höküçət binalarının yerləşdiyi “Yaşıl Bölgə”yə Katyuşa raketi atıldığını bəyan edib.Hücumda hökumət binaları ilə hər hansı bir Amerikan əsgərinin zərər görmədiyi bildirilb.
     
    ABŞ Mərkəz Qüvvələri Komandanlığının sözçüsü Bill Urban hücumla əlaqədar yazılı bir açıqlama verib. "Bağdadda 19 mayda ABŞ səfirliyi kompleksinin xaricində meydana gələn partlayışın fərqindədirlər. Hər hansı bir ABŞ və ya koalisiya səlahiyyətlisi zərər görməmişdir" deyə açıqlamada bildirilib.
    Müxalifət.az

    Muxalifet3 - 20-05-2019

  7. Beynəlxalq Valyuta Fondundan ABŞ-Çin ticarət müharibəsi xəbərdarlığı

    BVF prezidenti Kristin Lagardın sözlərinə görə, əgər ABŞ və Çin arasında ticarət müharibəsi ilə bağlı bir həll yolu tapılmazsa, dünya iqtisadi perspektivi üçün risk ola bilər.
     
    İMF prezidenti Kristin Lagarde, Daşkənd səfəri zamanı "ABŞ və Çin arasında gərginliyin aşağı yönlü risqlər yaratdığı ortadadır. Əgər çözüm tapılmazsa, risqlər böyüyəcəkdir.
    Qeyd edək ki, İMF ötən ay qlobal artım proqnozunu 3,5 faizdən 3,3 faizədək azaldıb.
    Lagarde həmçinin, 2019-cu ilin sonunda və 2020-ci ildə dünya iqtisadiyyatının bərpasını gözlədiklərini vurğulayıb.

    Muxalifet3 - 20-05-2019

  8. İŞİD-ın 14 ölkəyə “canlı bomba” təlimatı ortaya çıxdı

    Terror təşkilatı olan İŞİD hədəfdə olduğu iddia edilən 14 ölkəyə yeni bir “canlı bomba” sifarişi edib. ABŞ nəzarətində çöldə koloniya quran İŞİD-ın rəhbərlərindən olan Əbu Həmzənin imzası ilə məktubda təşkilat məsullarından Əbu Malikə "36 canlı bomba hazırla" təlimatı verilir.
     
    ABŞ tərəfindən 2016-cı ilin ortalarından etibarən Suriyanın çöllük sahəsi olan Suhne və ətrafına İŞİD-çıları yerləşdirib və onlar da burada özlərinə burada kiçik bir koloniya qurmuşlar. Yeraltı sığınacaqlarda yaşayan terrorçular təlim fəaliyyətlərini burada davamcc etdirirlər.

    Muxalifet3 - 20-05-2019

  9. Ərdoğanın S-500 təklifinə Rusiyadan ilk cavab

    Rusiyadan satın alınan S-400-lə bağlı açıqlama verən Türkiyə prezidenti Ərdoğan, “S-400-dən sonra bir də S-500 söhbət predmeti olacaq. S-500 də yenə ortaq istehsal məsələsi söhbət predmeti olacaq” deyib.
     
    “Russia Today” (RT) televiziyasına müsahibə verən Rus hərbi mütəxəssislər prezident Ərdoğanın Rusiya ilə mövcud S-400 razılaşmasının tamamlanmasından sonra Türkiyənin S-500 sistemlərini həm satın almaq, həm də Rusiya ilə müştərək istehsal etmək məsələsinə münasibət bildiriblər.
     
    TÜRKİYƏ İLƏ ORTAQ İSTEHSAL MÜMKÜNDÜR
     

    Muxalifet3 - 20-05-2019

  10. Marneulidə seçkilərdə Zaur Darğallı qalib gəldi - YENİLƏNİB

    Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilər üzrə səsvermənin ilkin nəticələrinə görə, Marneulidəki mer seçkilərində “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı 78,75 faiz səs çoxluğu ilə qalib gəlib.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze məlumat verib.

     “Gürcü Arzusu” partiyasının namizədləri Marneuli ilə yanaşı, Zestafoni, Çiatura və Xulo rayonlarında da qalib gəliblər.

    Muxalifet4 - 20-05-2019

  11. MTN GENERALINDAN ŞİKAYƏT EDƏN İŞ ADAMI HƏBS OLUNDU – Dələduzluqda ittiham olunur

    Tikinti materialları, özəlliklə taxta-şalban biznesi ilə məşğul olan və 8 nəfərə qarşı dələduzluqda ittiham olunan Qədim Ədilovun atası Ədil Ədilov “Yeni Müsavat”a danışıb. Ə.Ədilov oğlunun həbsində Dabuleyka Quliyevi və Akif Çovdarovu günahlandırır. Deyir ki, oğlu Qədim Ədilov günahsızdır. “Azəri AQA” MMC-nin rəhbəri Qədim Ədilov biznes qurmaq adı ilə vətəndaşlardan 2 milyon manata yaxın pul alıb mənimsəməkdə təqsirli bilinir. Zərərçəkənlər arasında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Cavad Şıxəliyev də var.

    Muxalifet4 - 20-05-2019

  12. Azərbaycanda dəhşətli hadisədə ölən tələbənin fotoları - EVİN TƏK OĞLU OLUB...

    Astarada baş vermiş ağır yol nəqliyyat hadisəsi nətincəsində dünyasını dəyişən 18 yaşlı Qadir Baxşıyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.

    Muxalifet4 - 20-05-2019

  13. Məkkədə 'İran' zirvəsi: Səudiyyənin hədəfi nədir?

    Səudiyyə Ərəbistanı da ABŞ-ın İranı mühasirə əməliyyatına qatılıb. Ər-Riyad rəhbərliyi mətbuat vasitəsi ilə İrana qarşıc “nöqtə əməliyyat” istərkən, Körfəz Əməkdaşlıq Şurasını və Ərəb Liqasını 30 mayda qeyri-adi bir zirvə toplantısına çağırıb. Səudiyyə “təhlükəsizlik və sabitlik” zirvəsini Məkkədə keçirməklə İranın mühasirəsinə dini məna da vermək istəyir.
     
    "İRANI ƏNGƏLLƏYİN” ÇAĞIRIŞI
     

    Muxalifet3 - 20-05-2019

  14. Saakaşvilinin həyat yoldaşı seçkidə uduzduruldu - KÜTLƏVİ SAXTAKARLIQ...

    Gürcüstanın Zuqdidi rayonunda icra başçısı vəzifəsinə ötən gün keçirilmiş seçkilərdə hakim “Gürcü Arzusu” partiyasının namizədi Giorgi Şengelia səslərin 54,18%-ni əldə edərək qalib gəlib.
    Muxalifet.az
    “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.
    Müxalif Vahid Milli Hərəkat partiyasının namizədi, sabiq prezident Mixail Saakaşvilinin həyat yoldaşı Sandra Rulofs isə 42,84% səs əldə edib.

    Muxalifet4 - 20-05-2019

  15. Türkiyə S-500 raketinin istehsalına başlayır? - HƏRBİ EKSPERTDƏN AÇIQLAMA

    Türkiyə və Rusiya S-500 raket sistemlərini birlikdə istehsal edə bilər. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Aleksey Leonkov deyib. O bildirib ki, Rusiya ilə Hindistan arasında buna bənzər bir təcrübə mövcuddur: "Yəni artıq Rusiya bu baxımdan kifayət qədər təcrübəlidir. Lakin Türkiyə ilə bu layihəni həyata keçirmək üçün müəyyən məsələləri həll etmək lazımdır. Məsələn, əvvəlcə Rusiyaya göndərilən 100 türk mühəndis təhsil kursunu keçməlidir. Türkiyənin istehsal edəcəyi raket hissələri bəyənilsə, bu layihəni gerçəkləşdirmək mümkün olacaq".

    Muxalifet4 - 20-05-2019

  16. “Eurovision”un finalında arzuolunmaz olay - ÇIXIŞDAN ÖNCƏ ÇİNGİZİN SƏSİNDƏ PROBLEM YARANIB...

    "Ürəyim çox doludur, çox kövrəyəm, ağlamaq istəyirəm, amma ağlaya bilmərəm. Çünki bizdə deyirlər ki, yaxşı oğlan ağlamaz. Özümü birtəhər saxlamışam, gözləyirəm ki, Bakıya gələndə ağlayacam. Hava limanına gələnə qədər xaricilərdən, başqa ölkənin vətəndaşlarından o qədər xoş söz eşitdim ki, təsəvvürünizə gətirə bilmərsiniz. Kimi hədiyyə gətirir, kimisi də maşının qabağını kəsib dəstək olur, kimisi də ağlayırdı ki, biz birincilik gözləyirdik. Hisslərimi sözlə ifadə etməkdə acizəm".

    Muxalifet4 - 20-05-2019

  17. Bakıda DƏHŞƏT: oğul anasını öldürüb, meyitini yandırdı - SƏBƏB AÇIQLANDI - ŞOK TƏFƏRRÜAT

    Bakıda dəhşətli qətl hadisəsi baş verib.
    Publika.az-ın əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə Nardaran qəsəbəsində yanğınla bağlı müraciət daxil olub. Hadisə yerinə gələn yanğınsöndürənlər mənzildəki yanğını söndürüb. Bu zaman ev sahibəsi, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızının meyiti tapılıb.
    Hadisə yerinə gələn hüquq-mühafizə orqanları nümayəndələri qadının boğularaq öldürüldüyünü və daha sonra meyitinin yandırıldığını, evə alovun da qadının yandırılması zamanı keçdiyini müəyyənləşdirilib.

    Muxalifet - 20-05-2019

  18. Rektorla bağlı ŞOK İDDİA : “Harda müxalif gördünüz tüpürün üzünə”

    Slavyan Universitetinin rektoru, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri Nurlana Əliyeva ilə bağlı daha bir qalmaqal yaranıb.

    Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Xəbərdə bildirilir ki, rektor universitet tələbələri ilə birgə keçirilən tədbirdə sensasiya hesab olunacaq bir "tövsiyə” ilə çıxış edib. Onun çıxış zamanı "harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” dediyi iddia olunur.

    Muxalifet - 20-05-2019

  19. İran 30 milyard dolları ölkəyə gətirmək istəyir

    İranın İqtisadiyyat və Maliyyə naziri Ferhad Dejpesend etdiyi açıqlamada, ixracatdan qazanılan 30 milyard dolların hələ də ölkəyə gətirilmədiyini bildirib.
     
    Dejpesend iş adamları ilə ölkəyə 30 milyard dolları gətirmə mövzusunda bir görüş keçirdiklərini söyləyib. Dejpesend ixrac gəlirlərini ölkəyə gətirməməkdə israr edən iş adamlarının adlarının onlarda olduğunu və bunların Mərkəz Bankı tərəfindən məhkəməyə veriləcəyini və onlara qarşı iddia qaldırılacağını söyləyib.

    Muxalifet3 - 20-05-2019

  20. SON DƏQİQƏ: İŞİD üzvü olmuş məhbuslar qiyam QALDIRDI - 32 nəfər ölüb

    Tacikistanda, paytaxt Düşənbənin cənub şərqində yerlən Vaxdat şəhərində məhkumlar qiyam qaldırıblar.

    ONA-nın məlumatına görə, bu barədə Tacikistanın ədliyyə nazirinin müavini Mansurcon Umarov açıqlama verib. O bildirib ki, hadisə nəticəsində 29 məhbus və 3 həbsxana nəzarətçisi ölüb. Məlumata görə, qarşıdurma axşam saatlarına İŞİD-ə üzvlükdə ittiham olunan məhbuslar arasında başlayıb. Bıçaqla və digər kəsici alətlərlə silahlanmış 30 məhbus 3 həbsxana nəzarətçisini girov götürərək azadlığa buraxılmalarını tələb edib və nəzarətçiləri öldürüblər.

    Muxalifet - 20-05-2019

Pages