Axtarış

The search found 105779 results in 0.025 seconds.

Search results

  1. Quterreşdən bu ölkələrə çağırış: Yenidən nəzər salın

    BMT-nin Baş katibi Antonio Quterreş Sakit okean ölkələrinə turnesi çərçivəsində 9 adadan ibarət arxipelaqda yerləşən əhalisinin sayı 11 min nəfər olan Tuvalu dövlətinə səfər edib. Muxalifet.az xəbər verir ki, A.Quterreş deyib ki, Tuvalu sakinləri iqlim dəyişmələrində hamıdan az təqsirkar olsalar da, bu dəyişikliklərin fəsadlarını hamıdan əvvəl hiss edəcəklər. BMT-nin Baş katibi Tuvalunun Baş naziri Enele Sopoaqa ilə birgə mətbuat konfransında deyib: “Mən Tuvalu xalqı və hökuməti ilə möhkəm həmrəyliyimi və sizin mərdliyinizlə fəxr etdiyimi bildirmək istəyirəm.

    Muxalifet3 - 18-05-2019

  2. Şvartsenegger ona edilən hücumdan DANIŞDI

    Tanınmış aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartsenegger Cənubi Afrikadakı idman tədbiri zamanı ona qarşı hücumu şərh edib. Bu barədə o, özünün Tvitter səhifəsində yazıb. "Narahatlığınıza görə sizə təşəkkür edirəm, amma həyəcanlanmağa heç nə yoxdur. Mən düşünürdüm ki, sadəcə camaat məni itələyir, belə hallar tez-tez olur. Videogörüntüyə baxanda anladım ki, sizin hamınız kimi məni də vurdular. Şadam ki, bu yaramaz mənim "Snapchat"dakı yayımımı kəsmədi", - deyə o səhifəsində yazıb.

    Muxalifet3 - 18-05-2019

  3. Milli Məclisin deputatı AŞPA-nın iclasında

    Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 19-dan 21-dək Parisdə səfərdə olacaq. Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, komitə iclasında terror qurbanlarının qorunması və onlara kömək göstərilməsi, hücuma məruz qalmış demokratiya, beynəlxalq terrorizmlə bağlı Sankt-Peterburqda keçirilmiş konfransın nəticələri, Kosovoda vəziyyət, Əlcəzair ilə parlamentlərarası dialoq, Parlament Assambleyasının gələcəkdə rolu və missiyası ilə bağlı müzakirələr aparılacaq.

    Muxalifet3 - 18-05-2019

  4. ​Venesueladan ABŞ-a: Savaşa hazırıq

    Venesuela Prezidenti Nikolas Maduro Arqua əyalətinə gedərək minlərlə hərbçi ilə birgə yürüşə qatılıb. Muxalifet.az xəbər verir ki, Maduro yürüşdən sonra hərbçilərin qarşısında çıxış edərək ABŞ imperializmini tənqid edib. Venesuela liderinin tənqidlərindən sonra hərbçilər də cavabında vətən üçün döyüşə hazır olduqlarını söyləyiblər:
    “Var olmaq haqqı sadəcə savaşanlarındır. Mənim vətənimi əsla işğal edə bilməzsən. Dinlə, kiçik qrinqo, biz hazırıq. Əllərimizdə silahlarımız gözləyirik”.
     

    Muxalifet3 - 18-05-2019

  5. ​Türkiyə PKK mövqelərini darmadağın etdi

    Türkiyə İraqın şimalındakı Metina bölgəsinə hava hücumu təşkil edib. Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Hücum nəticəsində PKK-ya aid silah mövqeləri, düşərgələr və sığınacaqların məhv edildiyi bildirilib.

    Muxalifet3 - 18-05-2019

  6. ​Soçinin hava limanından insanlar təxliyə edildi - Səbəb

    Soçi Beynəlxalq Hava Limanınından insanlar təxliyə edilib. Muxalifet.az xəbər verir ki, insanların təxliyəsinə səbəb partlayıcı qurğu haqqında daxil olan məlumatlar olub. Qeyd edilir ki, hava limanının ərazisində partlayıcı qurğunun olması barədə məlumat elektron poçt vasitəsi ilə daxil olub. Bildirilir ki, bina operativ xidmətlər tərəfindən yoxlanılır.

    Muxalifet3 - 18-05-2019

  7. ​İbadın başını kəsdiyi Melkonyanla bağlı - Şok

    Monte Melkonyan və digər erməni generalların ölümü “Qarabağ klanı” ilə əlaqələndirilir. Muxalifet.az xəbər verir ki, bunu Ermənistanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə dislokasiya edilmiş hərbi hissəsinin nümayəndəsi Vitali Balasanyan deyib.

    Muxalifet3 - 18-05-2019

  8. "Yalnız yüksək dövlət məmurlarının keçdiyi yollar rənglənir" - DEPUTAT NƏQLİYYAT AGENTLİYİNİ HİYLƏGƏRLİKDƏ İTTİHAM ETDİ

    “Mən şəxsən millət vəkili olaraq yolu hansı qurumun rəngləməli olduğunu hələ də aydınlaşdıra bilməmişəm. O qədər böyük intellekt sahibi olmalısan ki, həmin qurumu tapıb piyadaların həyatını xilas edəsən”.

    Bu sözləri piyada keçidləri ilə bağlı problemdən danışan millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, Bakıda piyada keçidlərində rəngi pozulmuş zolaqlar yenidən ağ boya ilə rənglənmir:

    Muxalifet4 - 19-05-2019

  9. Jurnalist Səhiyyə Nazirliyinin qarşısında paltarsız aksiya keçirdi – ŞOK SƏBƏB / VİDEO

    Jurnalist Teymur Kərimov Səhiyyə Nazirliyinin qarşısında səhiyyədəki rüşvətxorluğa və özbaşınalığa etiraz olaraq təkbaşına aksiya keçirib.  O, nazirliyin binası önündə paltarlarını soyunaraq, onları satışa çıxarıb. 

    Muxalifet4 - 19-05-2019

  10. BDU-nun 17 yaşlı tələbəsini polis saxladı - "Dedilər ki, niyə hər şeyi yazırsan, niyə ağıllanmırsan?"

    İctimai fəal Rüstəm İsmayılbəyli mayın 18-də Xətai Rayon Polia İdarəsinin 35-ci Polis Bölməsində iki saat saxlanıldıqdan sonra azad buraxılıb. Bu barədə İsmayılbəylinin özü Amerikanın Səsinə bildirib.
     
    O deyib ki, özü polis bölməsinə getməmişdən öncə qeydiyyatdakı mənizldə olan 71 yaşlı xəstə nənəsini və digər qohumunu polis bölməsinə aparıblar.
     
    “Mənim 17 yaşım var. Polis bölməsinə daxil olanda nənəmi və əmimin həyat yoldaşını azad buraxdılar.”
     

    Muxalifet4 - 19-05-2019

  11. Dünyanın ən önəmli neft damarı - HÖRMÜZ BOĞAZI

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sahillərində baş vermis "sabotaj"da Səudiyyə Ərəbistanının iki neft tankerinin zədələndiyi bildirilir.

    BƏƏ Füceyrə limanı yaxınlığında fərqli ölkələrin bayraqları altında üzən dörd gəminin hədəf alındığını açıqladı.

    Rəsmi Riyad hesab edir ki, partlamalar dünya neft mənbələrinin təhlükəsizliyinə qarşı yönəlib.

    Füceyrə limanı dünyanın ən böyük yanacaqdoldurma xətti olan Hörmüz boğazının girişindədir.

    Muxalifet4 - 19-05-2019

  12. Atəşkəs sazişinin 25-ci ili arxada qaldı - BU MÜQAVİLƏ KİMİN XEYRİNƏ İŞLƏDİ... / Təhlil

    12 may 1994-cü ildə Qarabağ münaqişəsiylə bağlı Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi imzalanıb.

    Dağlıq Qarabağ konflikti SSRİ ərazisində yaranmış və böyük insan tələfatıyla nəticələnmiş ilk etnik münaqişədir.

    Konfliktin başlanğıcı 1988-ci il hesab olunur - həmin il Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisi Azərbaycandan ayrılmaq tələbini irəli sürmüşdü.

    Muxalifet4 - 19-05-2019

  13. ​Marneulidə icra başçısı seçkiləri üzrə səsvermə başlayıb

    Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun icra başçısı vəzifəsinə seçkilər üzrə səsvermə prosesinə start verilib. “Report”un yerli bürosu xəbər verir ki, saat 08:00-dan etibarən rayonun 90 seçki məntəqəsi seçiciləri qəbul etməyə başlayıb. Marneulidə seçki hüququna malik olan vətəndaşların sayı 99,7 min nəfərdən çoxdur. Rayon rəhbəri postuna namizədlərin ümumi sayı 15 nəfərdir ki, onların da 4-ü azərbaycanlı, 11-i isə gürcüdür. Namizədlərin 14-ü siyasi partiya, 1-i isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

    Muxalifet - 19-05-2019

  14. ​“Eurovision-2019”un qalibi bəlli oldu - VİDEO

    İsrailin Təl-Əviv şəhərində keçirilən 64-cü "Eurovision” mahnı müsabiqəsinin final mərhələsi başlayıb. 
    Qaynarinfo xəbər verir ki, bir neçə saatdan sonra müsabiqənin qalibi bəlli olacaq.
    Finalda çıxış edəcək 26 ölkə isə bunlardı: Malta, Albaniya, Çex Respublikası, Almaniya, Rusiya, Danimarka, San Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Niderland, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya, İspaniya.

    Muxalifet - 19-05-2019

  15. Bu gün 35422 abituriyent II və III qruplara qəbul imtahanı verəcək

    Bu gün 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

    "Report" xəbər verir ki, imtahan ölkənin 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəranvə Xaçmazda ümumilikdə 66 binada aparılacaq. 

    Muxalifet - 19-05-2019

  16. Türkiyədə hərbi xidmət müddəti azaldılacaq

    Yaxın günlərdə Türkiyə parlamentində yeni hərbi xidmət sistemi ilə bağlı qanun layihəsi müzakirə ediləcək. CNNTürk xəbər verir ki, qanun layihəsində həqiqi hərbi xidmət müddətinin 6 aya endirilməsi təklif olunur. Altı aydan artıq xidmət etmək istəyən əsgərlərə isə maaş ödəniləcək. Qeyd olunur ki, ödənişli hərbi xidmətin məbləğinin müəyyənləşdirilməsi məsələsi ölkə prezidentinin səlahiyyətində olacaq.

    Muxalifet - 19-05-2019

  17. ​Azərbaycana hansı ölkə neçə xal verdi? - SİYAHI

    İsrailin Təl-Əviv şəhərində keçirilən "Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsi başa çatıb. Yarışmanın qalibi 492 xalla Hollandiya təmsilçisi Dunkan Lourens olub. Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə 297 xalla 7-ci yerdə qərarlaşıb. Muxalifet.az qafqazinfo-ya istinadən Azərbaycana səs verən Avropa ölkələrinin xallarını təqdim edir.

    Muxalifet - 19-05-2019

  18. Türkiyə təyyarəsi Ukrayna hava limanına təcili eniş edib

    Türkiyəyə məxsus sərnişin təyyarəsi Ukraynanın Lvov şəhərinin hava limanına təcili eniş edib.

    Bu barədə "Report" "Varta1" portalına istinadən xəbər verir.

    Bildirilir ki, BKV 2170 reysi ilə uçan "Antalya-Lvov" təyyarəsinin təcili eniş etməsinə səbəb oksigen çatışmazlığı ilə əlaqədar olub. Məlumata görə, sərnişinlərdən heç kim xəsarət almayıb.

    Hadisə ilə əlaqədar hava limanında bir sıra reyslər ləğv edilib. Sərnişin daşımasını həyata keçirən "Join Up!" şirkəti bildirib ki, faktla bağlı təhqiqat aparılır.

    Muxalifet - 19-05-2019

  19. Türkiyə klubundan Balotelliyə təklif

    Mario Balotelli karyerasını Türkiyədə davam etdirə bilər.
    "Fənərbaxça" "Marsel"in italiyalı hücumçusuna təklif göndərib.
    Hələlik ulduz İstanbul klubuna cavab verməyib./Publika

    Muxalifet - 19-05-2019

  20. Kriminal avtoriteti öldürən keçmiş məmurun fotosu yayıldı

    Kriminal avtoritet Emin Səfərovun qətlində şübhəli bilinən şəxs - Dövlət Miqrasiya Xidmətinin sabiq əməkdaşı Zaur Yusifovun görüntüləri yayılıb.
    Muxalifet.az Oxu.Az-a istinadən məlumat verir ki, Z. Yusifov cinayət aləmində "Emin 444” və "Emin Masallinski” kimi tanınan kriminal avtoritet Emin Səfərova 60 bıçaq zərbəsi vurmaqda ittiham olunur. 
    Görüntülərə baxanda məlum olur ki, kikboks üzrə dünya çempionu özüdə cinayət zamanı yaralanıb.

    Muxalifet - 19-05-2019

Pages