Axtarış

The search found 105779 results in 0.045 seconds.

Search results

  1. General qohumu Bakının mərkəzində qıza görə atəş açıbmış - TƏFƏRRÜAT

    General Məhərrəm Əliyevin yaxın qohumunun iştirakı ilə baş vermiş silahlı insident qız üstündə olub. Gənclər zərif cins nümayəndələrinə özlərini göstərmək məqsədilə odlu silahdan istifadə edib.

    Bu barədə Oxu.Az-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

    Münaqişəyə məhz “erkəklərin dişi uğrunda döyüşü” səbəb olub.

    Muxalifet4 - 18-05-2019

  2. Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğluna NİYƏ QƏNİM KƏSİLİR?

    Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərova məxsus torpaq sahəsini əlindən alır.

    Kürdoğlu Əsgərov bildirib ki, 5 il bundan qabaq icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsinin vaxtı qurtarmaq üzrədir. Buna görə dəfələrlə müraciət etsə də, icra hakimiyyəti müqaviləni yeniləmir.

    Şikayətçi şəxs məqsəd kimi də icra hakimiyyətinin torpaq sahəsinin külli miqdarda pul qarşılığında türk şirkətlərinə satmaq niyyətinin olduğunu bildirir.

    Muxalifet4 - 18-05-2019

  3. Nazirliyin xidmət müəssisəsində intihara cəhd – Özünü üçüncü mərtəbədən atdı

    Göygöldə intihara cəhd hadisəsi baş verib.

    “Report” xəbər verir ki, hadisə Göygöldə yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 3 saylı psixonevroloji sosial xidmət müəssisəsində qeydə alınıb.

    Orada müalicə olunan Sumqayıt sakini 33 yaşlı A.Pirəliyeva özünü müəssisənin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edib.

    A.Pirəliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 18-05-2019

  4. Fuad Abbasov Rusiyada qandallanıb? - VƏKİL JURNALİSTİN DEPORT XƏBƏRİ İLƏ BAĞLI DANIŞDI

    Report informasiya agentliyi jurnalist Fuad Abbasovun Rusiyada saxlandığı və deport olunması üçün məhkəməyə çıxarıldığı haqda məlumat yayıb. Muxalifet.az-ın məlumatına görə, musavat.com bu məlumata jurnalistin vəkili Elman Paşayevin münasibətini öyrənib. Öncə Report yayan məlumatı təqdim edək: "Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb. "Report"un Rusiya bürosu xəbər verir ki, jurnalist Rusiyadan deportasiya edilir.

    Muxalifet4 - 18-05-2019

  5. Bu gün "Eurovision"da böyük final həyəcanı yaşanacaq - FOTO, VİDEO

    Bu gün "Eurovision-2019" mahnı müsabiqəsinin böyük final həyəcanı yaşanacaq.

    Muxalifet4 - 18-05-2019

  6. ​Ermənistan - ABŞ münasibətlərində böhran: Vaşinqton rəsmi İrəvanı nə ilə cəzalandıracaq?

    “Ermənistanın xarici siyasəti demək olar ki, Paşinyanın müxbirlik üstünlüyündən kənarda qalaraq yer tutmayıb. Ermənistan-ABŞ münasibətləri Paşinyanın xarici siyasətdən anlamaması səhifəsində qalıb. Bu məqam Ermənistanı yeni və köhnə problemlər qarşısında qoyur”. Bu barədə “Hraparak” nəşrinin Ermənistan-ABŞ münasibətləri ilə bağlı məqaləsində qeyd olunub. Nəşrdə bildirilir ki, Ermənistanın bütün xarici siyasət cəbhəsində vəziyyət dəyişməz olaraq qalır, daha doğrusu, mövcud olan vəziyyət böhrana doğru istiqamətlənir. “Xüsusilə Ermənistan-ABŞ münasibətləri narahatedicidir.

    Muxalifet4 - 18-05-2019

  7. İran XİN rəhbərindən müharibə açıqlaması

    İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-la heç bir müharibə olmayacağına inandıqlarını söyləyib. Zərifin Çin səfərində İran ilə ABŞ arasında müharibə olma ehtimalı soruşulub. Zərif suala "Əminik ki, ABŞ-la müharibə olmayacaq, çünki nə biz müharibə istəmirik, nə də bölgədə İranın qarşısına çıxmaq kimi yanlış bir fikrə düşən yoxdur" deyə cavab verib. Zərif ABŞ prezidenti Donald Trampın da İrana qarşı müharibə etmək istəmədiyini, ancaq ətrafındakı insanların onu buna sövq etməyə çalışdığını deyib. Müxalifət.az

    Muxalifet3 - 18-05-2019

  8. ​Mənsimovdan söyüşcül mühacirlərə: Kişinin davası kişi ilə olar...

    Brüsseldə mühacir Orduxan Teymurxanın Azərbaycan Prezidentinin qaldığı otel və səfirliyimiz qarşısında etdiyi nalayiq hərəkətlər müxtəlif sferadan olan insanların etirazına səbəb olub. Siyasətlə məşğul olanlarla yanaşı elm adamları, ictimaiyyət nümayəndələri, ayrı-ayrı sənət adamları da məsələ ilə bağlı mövqelərini açıqlayıb, belə bir mübarizə metodunun yolverilməz olduğunu söyləyiblər. Məsələ ilə bağlı bir kəskin mövqe də iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovdan gəlib.

    Muxalifet3 - 18-05-2019

  9. İnsanlığı faciə gözləyir - Pozner

    İnsanlığı xoş gələcək gözləmir. Çünki onlar öz səhvlərindən nəticə çıxarmırlar. Muxalifet.az xəbər verir ki, bunu məşhur rusiyalı teleaparıcı Vladimir Pozner deyib. “Mən insanlığın gələcəyinə münasibətdə pessimistəm. Biz səhvlərimizdən nəticə çıxarmırıq. Məncə, biz hər zaman bunu təkrarlayırıq. Bu gün baş verənlər - iqlim dəyişikliyi, hava çirklənməsi və digər şeylər yekunda insanlığın faciəsinə səbəb olacaq. Əlbəttə, insanlar hansısa məqamda səhv etdiklərini anlayacaqlar, amma bu anın gec olmayacağına əmin deyiləm”, - deyə o bildirib.

    Muxalifet3 - 18-05-2019

  10. ​Azərbaycanlıların yaşadığı bu rayonun meri kim olacaq?

    Sabah Gürcüstanın Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo, Zestafoni və Marneuli rayonlarına isə icra başçıları seçiləcək. ONA-nın xəbərinə görə, Marneulidə keçiriləcək icra başçısı seçkilərində gərginlik baş verməsi gözlənilir. “Çoxmillətli Gürcüstan İctimai Hərəkatı”nın sədri Arnold Stepanyan Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Zvania ilə keçirdiyi görüşdən sonra belə deyib.

    Muxalifet3 - 18-05-2019

  11. Təbrizdə sərnişin təyyarəsi təcili eniş etdi

    İranın "Ata" Hava Yolları Şirkətinə məxsus sərnişin təyyarəsi texniki nasazlığa görə təcili eniş edib. Muxalifet.az-ın məlumatına görə, İranın Şərqi Azərbaycan vilayəti aeroportları idarəsinin baş direktoru Mustafa Səfayinin sözlərinə görə, təyyarə Təbrizdən Tehrana uçurmuş. Təyyarə mühərrikdə yaranan texniki nasazlığa görə Təbrizin Şəhid Mədəni aeroportuna geri dönüb. Qeyd edək ki, uçuşdan əvvəl təyyarə yarım saat təmirə dayanıb, daha sonra havaya qalxıb. Ancaq bir neçə dəqiqə sonra təcili eniş etməli olub.

    Muxalifet3 - 18-05-2019

  12. Zərif ABŞ-la müharibədən danışdı: Buna əminik

    İran ilə ABŞ arasında müharibə olmayacağından əminik. Muxalifet.az xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. O, ABŞ Prezidenti Donald Trampın ətrafındakı bəzi isimlərin İrana qarşı müharibə arzuladığını söyləyib: “Çünki nə biz savaş istəyirik, nə də bölgədə kimsə İranın qarşısına çıxma düşüncəsinə və ya illüziyasına sahibdir. Tramp son dövrlərdə müharibə istəmədiyini açıqladı, ancaq çevrəsindəki insanlar onu müharibəyə istiqamətləndirməyə çalışır”.

    Muxalifet3 - 18-05-2019

  13. İranda futbol matçında qadınlar arasında dava - Foto

    İranda qadınlar arasında futbol üzrə premyer liqanın 16-cı turu dava ilə yekunlaşıb. Muxalifet.az-ın məlumatına görə, hadisə Sircanın "Şəhrdari" və İsfahanın "Zubahən" komandaları arasında baş tutan matçda olub. Davada oyunçulardan biri başından zərbə alıb. O, xəstəxanaya yerləşdirilib. Matçda Sircan komandasının iki futbolçusu hakim tərəfindən meydandan qovulub. Davadan sonra hakim oyuna 15 dəqiqə əlavə etməli olub.

    Muxalifet3 - 18-05-2019

  14. Arnolda QƏFİL HÜCUM: Güclü zərbə ilə yerə sərildi – ANBAAN VİDEO

    Tanınmış aktyor, ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvarseneggerə hücum edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Cənubi Afrika Respublikasında bodibildinq üzrə keçirilən "Arnold Klassik" yarışında baş verib. Belə ki, naməlum şəxs qaçaraq tullanıb və ayaqları ilə aktyorun kürəyinə zərbə endirib. Şvarsenegger aldığı zərbədən yıxılıb. Hücum edən şəxs mühafizə xidmətinin əməkdaşı tərəfindən saxlanılıb. Aktyor hadisə zamanı xəsarət almayıb. O, bir neçə dəqiqədən sonra öz yerinə qayıdıb və seyrçilərlə ünsiyyətini davam ertdirib.

    Muxalifet3 - 18-05-2019

  15. Penitensiardan Babəklə bağlı yayılan xəbərlərə - Reaksiya

    Bəzi sosial şəbəkələrdə 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Babək Həsənova işgəncə verilməsi, yaxud onun cərimə təcridxanasında saxlanılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Muxalifet.az xəbər verir ki, bunu report -a açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib. O xatırladıb ki, qüvvədə olan qanunvericiliyə əsasən, B.Həsənov barəsində çıxarılan hökm qanuni qüvvəyə mindikdən sonra, o, istintaq təcridxanasından 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

    Muxalifet3 - 18-05-2019

  16. Bu ölkədən xəbərdarlıq: İrana getməyin!

    Bəhreyn Xarici İşlər Nazirliyi vətəndaşlarına İraq və İrana getməmələri barədə xəbərdarlıq edib. Muxalifet.az xəbər verir ki, buna səbəb kimi adı çəkilən ölkələrdə vəziyyətin gərgin olması göstərilib. Xəbərdarlıqda həmçinin bu ölkələrdə olan Bəhreyn vətəndaşlarından İran və İraqı tərk etmələri tələb olunub.

    Muxalifet3 - 18-05-2019

  17. Qonşu ölkədə qum fırtınası başladı

    İranın Yəzd vilayətində baş verən qum fırtınası səbəbindən orta məktəblərin şagirdləri təxliyə edilib. Muxalifet.az xəbər verir ki, bu gün səhər saatlarında Yəzd vilayətində qum fırtınası başlayıb. Güclü külək Məncab səhrasının qumunu sovuraraq vilayətin şəhər və qəsəbələrinə gətirib. İranın Hava Proqnozu Mərkəzi insanlara küçəyə çıxmamağı məsləhət görüb. Fırtına hələ də davam edir.

    Muxalifet3 - 18-05-2019

  18. Bakıda məşhur marketdə yanğın: xəsarət alanlar var

    Bakda mağazada yanğın olub. Muxalifet.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində fəaliyyət göstərən "Favorit" marketdə baş verib. Hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 2- qadın, 1-i kişidir. Digər bir qadın isə qıcolma əlaməti ilə 26 BŞX-ya yerləşdirilib. Bir neçə nəfərə isə yerində tibbi yardım göstərilib.

    Muxalifet3 - 18-05-2019

  19. “İran vurulmayacaq, təhlükə zərərsizləşdiriləcək...” – SENSASİON AÇIQLAMA

    Ər-Riyad rəhbərliyi ABŞ hərbi qüvvələrinin Ərəb Körfəzi hövzəsində və körfəz torpaqlarında yenidən yerləşdirilməsi tələbini təsdiqləyib. Muxalifet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb. Xəbərdə bu tələbin təsdiqlənməsinin əsas səbəbinin İranla müharibəyə başlamaq deyil, İranı hərbi gərginlikdən, eləcə də Körfəz ölkələrinin və ya ABŞ-ın bölgədəki mənfəətlərinə zərbə endirməkdən yayındırmaq olduğu bildirilib.

    Muxalifet3 - 18-05-2019

  20. PKK əkin sahələrinə od vurdu, ASO hərəkətə keçdi

    Suriyanın Tel-Rıfat şəhərinin işğal edən YPG/PKK terrorçuları Bab mahalındakı mülki vətəndaşların əkin sahələrini yandırıb.
    Muxalifet.az xəbər verir ki, yanğının ötən gecə Azad Suriya Ordusu (ASO) qüvvələrinin yerləşdiyi cəbhə xəttinin yaxınlığındakı Abla və Həzvan bölgələrində törədildiyi bildirilib.
    ASO qüvvələri yanğını söndürməyə nail olsa da, əkin sahələrinə ciddi ziyan dəyib.
     

    Muxalifet3 - 18-05-2019

Pages