Axtarış

The search found 105779 results in 0.033 seconds.

Search results

  1. İsraildə “Eurovision”a etiraz

    Qüdsdə ortodoksal yəhudilər “Eurovision” müsabiqəsinin şabbatda keçirilməsinə etiraz ediblər.
    The Times of Israel xəbər verir ki, etirazçılar küçələrin birini bağlayıblar və polislərə hücum ediblər.
    Ortodoksal yəhudilər hesab edir ki, “Eurovision” yəhudi bayramını təhqir edib.

    Muxalifet - 19-05-2019

  2. ​Azərbaycanda sabiq icra başçısının ailə üzvlərinin ÖLÜM SƏBƏBİ AÇIQLANDI - FOTO

    Lənkəran rayonunun keçmiş icra başçısı, filologiya elmlər doktoru, publisist Yaşar Rzayevin ailəsində baş vermiş faciə ilə bağlı bəzi məqamlar aydınlaşıb.

    Muxalifet - 19-05-2019

  3. ​Azərbaycan Kubokunun finalıdır - Bu gün

    Bu gün Azərbaycan kubokunda 2018-2019 mövsümünün qalibi müəyyənləşəcək.
    Naxçıvan Muxtar Respublikası stadionunda keçiriləcək həlledici matçda “Qəbələ” və “Sumqayıt” üz-üzə gələcək. 
    "Sumqayıt" tarixində ilk səfə finala çıxırsa, nominal meydan sahibi sayılan “qırmızı-qaralar” indiyədək 3 dəfə final həyəcanı yaşayıb və hamısında uduzub. 
    Qeyd edək ki, kubokun qalibi ölkəmizi Avropa Liqasında təmsil edəcək. 

    Muxalifet - 19-05-2019

  4. Novxanıda bağ evində QORXUNC HADİSƏ

    Abşeron rayonunun Novxanı kəndində yanğın olub.
    Muxalifet.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "Land Rover" markalı minik avtomobilinin yanar hissələri və ümumi sahəsi 10 m² olan talvarın taxta atmaları yanıb. Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən ikimərtəbəli evin 2-ci mərtəbəsindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
    Ev yanğından mühafizə olunub.
    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Muxalifet - 19-05-2019

  5. ​Rasim Balayevdən ŞOK SÖZLƏR: "Məni ora buraxmırlar"

    Xalq artisti, “Şöhrət” ordeninə layiq görülmüş Rasim Balayevi bildirdiyi iradlara görə, artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qəbul imtahanlarında iştiraka dəvət etmirlər. Məşhur aktyor gələcək aktyorların seçim sistemindən narazıdır.

    Muxalifet - 19-05-2019

  6. ​Millət vəkili Vahid Əhmədovun qardaşı vəfat edib

    Millət vəkili Vahid Əhmədovun qardaşı Ramiz Əhmədov vəfat edib.
    ONA-nın məlumatına görə, R. Əhmədov ürək tutmasından həyatını itirib.
    R. Əhmədov bu gün dəfn ediləcək.
    Allah rəhmət etsin!

    Muxalifet - 19-05-2019

  7. ​“F-35-ləri də alacağıq, S-400-ləri də…” – Ərdoğan

    Biz “Patriot”ları Barak Obamanın dövründə istədik, ancaq eks-prezident bizə “Konqres icazə vermir” dedi. Bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. “Trampa dedik ki, bu işin önünü kəsən Obama oldu. Sən Konqresdən icazə ala bilirsənsə, biz “Patriot” da alaq. Həm S-400, həm də “Patriot”umuz olsun. F-35 qırıcılarından da 5 dənəsini bizim general və pilotlarımıza təhvil verdilər. Ancaq aparatları vermədilər. Hazırda oraya 7 milard dollar dəyərində təyyarə hissələrini göndəririk. Bir az naz edirlər, topu meydanın ortasında oynadırlar, ancaq bu iş mümkünsüz deyil.

    Muxalifet - 19-05-2019

  8. 51 yaşlı qadını qaçırmağa çalışdı: DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATLARI - VİDEO

    sosial mediada tanış olduğu 51 yaşlı qadını qaçırmağa çalışan 58 yaşlı şəxs həbs olunub.
    Hadisə Adana şəhərində qeydə alınıb.
    Hadisənin təfərrüatlarına gəlincə, 51 yaşlı Əhməd U. sosial mediada 51 yaşlı Nilgün K. ilə taış olub. Onlar bir müddət danışdıqdan sonra Əhməd U qadınla sevgili olmaq isyətib. Evli və 2 uşaq anası olan Nilgün K. Buna razılıq verməyib.

    Muxalifet - 19-05-2019

  9. Xəzərdə nə baş verir... - TƏHLÜKƏLİ, YOXSA NORMAL PROSESLƏR?

    Bu ilin dekabr ayına qədər Xəzər dənizində suyun səviyyəsi daha 15 santimetr azalacaq. Virtualaz.org xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzinin və Xəzər dənizi Araşdırmaları Mərkəzinin mütəxəssisləri belə iddia ilə çıxış ediblər. Onlar hesab edirlər ki, əgər bu proqnoz təsdiqini taparsa, Xəzər dənizi il ərzində 60 kub kilometr su itirə bilər. Bu da balıq populyasiyalarının azalmasını qaçılmaz edir. Digər tərəfdən isə, Xəzər dənizinin şimalında, Şimali Qafqaz Federal Dairəsində ənənəvi landşaftın dəyişməsi deməkdir.

    Muxalifet - 19-05-2019

  10. ​Məşhur model soyunaraq senata etiraz etdi - FOTO

    ABŞ-ın Alabama ştatının senatı qadının hamiləliyindən 6 həftə keçdikdən sonra abort etdirməsinə qadağa qoyub. Qadağaya əsasən, qadın təcavüzə uğrasa belə bu addımı ata bilməz. Publika.az xəbər verir ki, model Emili Ratakovski qanuna qarşı çıxıb: "Bu, insan haqlarının tapdalanmasıdır. Bizim bədənimiz bizim seçimimizdir".

    Muxalifet - 19-05-2019

  11. İcra başçısına zərfdə güllə göndərdilər

    İtaliyanın Turin şəhərinin meri Kyara Appendinoya zərfdə güllə göndərilib. O, bu barədə "Facebook" səhifəsində yazıb. Appendino bildirib ki, zərfi açanadək içərisindəkindən xəbəri olmayıb: "Çox yaxşı bilirəm ki, məni qorxutmaq cəhdi heç bir effekt verməyəcək. Bu cür hərəkətlər məni öz vəzifəmi daha da əzmlə yerinə yetirməyə həvəsləndirir".

    Muxalifet - 19-05-2019

  12. ​Marneulidə mer seçkilərində qarşıdurma yaranıb

    Bu gün Marneulidə keçirilən mer seçkilərində qarşıdurma yaranıb.
    Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, hadisə 5 saylı ictimai məktəbdə yerləşən 85 saylı seçki məntəqəsində baş verib.
    Qarşıdurma "Vahid Milli Hərəkat" partiyasının müşahidəçisi və seçki komissiyasının sədri arasında yaşanıb.
    Qeyd edək ki, azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edir. Həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.

    Muxalifet - 19-05-2019

  13. Azərbaycanda dəhşətli hadisə - Özünü güllələyərək öldürdü

    Saatlı rayonunda intihar hadisəsi baş verib. Rayonun 1939-cu il təvəllüdlü Mustafabəyli kənd sakini Diyadov Azər Yusif oğluözünü tüfənglə vurub. Hazırda hüquq-mühafizə orqanları və təcili tibbi yardım stansiyasının əməkdaşları hadisə yerinə cəlb olunub. Mərhumun astma xəstəsi olduğu və ağrılara dözməyərək özünü güllələdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır./Report

    Muxalifet - 19-05-2019

  14. Bakıya yağış yağacaq, rayonlara dolu düşəcək

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
    Lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-26° isti, Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti təşkil edəcək.

    Muxalifet - 19-05-2019

  15. Vitse-kanslerin qadınla qalmaqallı videosu yayıldı - Ölkə erkən seçkiyə gedir

    Gizli sözləşmə ilə bağlı qalmaqallı videosu yayılan Avstriyanın vitse-kansleri və Azadlıq Partiyasının lideri Haynts-Kristian Ştraxe tutduğu vəzifədən istefa verməli olub. “Qafqazinfo” xəbər verir ki, Ştraxe bildirib ki, Baş nazir Sebastyan Kurtsla artıq danışıb və ondan  istefasını qəbul etməyi xahiş edib. Ştraxe eyni zamanda, Avstriya Azadlıq Partiyası liderliyini də tərk edəcək.

    Muxalifet - 19-05-2019

  16. ​Sumqayıtda yaşlı kişidən BİYABIRÇI HƏRƏKƏT: Blokda daxil olaraq... - VİDEO

    Sumqayıt şəhəri, 30-cu məhəllədə blokların birində oğurluq hadisəsi baş verib. Muxalifet.az Unikal.org-a istinadən xəbər verir ki, iki nəfər şəxs bloka daxil olaraq dəhlizdə saxlanmış velosipedin dəmir barmaqlığa bağlandığı zənciri qıraraq onu oğurlayıb. Hadisə dəhlizə quraşdırılmış kamera tərəfindən anbaan lentə alınıb. Ev sahibi həmin iki şəxsi məhəllədə heç vaxt görməyib və tanımır. O, həmçinin oğrular evdə heç kimin olmadığı vaxtı müşahidə edərək gəldiklərini bildirib. Həmin videonu təqdim edirik:

    Muxalifet - 19-05-2019

  17. Məşhur professordan şəkər və ürək xəstələrinə ŞAD XƏBƏR: "Uşaq başı boyda..." - FOTO

    Türkiyənin məşhur daxili xəstəliklər üzrə mütəxəssisi və kardioloq Canan Karatay ürək-damar xsətəliklərinin qarşısını almaq vəı sağlam bir ürəyə sahib olmaq üçün tövsiyələr verib.

    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, professor ürəyi qoruyan qidaların başında zeytunun olduğunu və istənilən qədər yeyilə biləcəyini deyib.

    Muxalifet - 19-05-2019

  18. Rusiya yeni müharibəyə hazırlaşır, Qərb istiqamətində qoşun cəmləşdirilir - MÜDAFİƏ NAZİRİ AÇIQLADI

    Estoniyanın müdafiə naziri Yuri Luyk Rusiyanın qərb istiqamətində yeni hərbi münaqişəyə hazırlıq gördüyünü bəyan edib. Virtualaz.org Baltik KİV-lərinə istinadən xəbər verir ki, nazir bu barədə keçmiş prezident Lennart Merinin xatirəsinə həsr edilmiş konfransdakı çıxışı zamanı deyib. Luyk bildirib ki, Rusiya Qərb hərbi dairəsində 2018-ci ildə 7 yeni polk formalaşdırıb. Həmin polklar Estoniya ilə sərhədin cəmi 50 kilometrliyində dislokasiya olunub. Nazir hesab edir ki, Moskva SSRİ-nin mövcudluğunun son illərində əldən verdiyi qlobal hərbi əhatəni bərpa etməyə çalışır.

    Muxalifet - 19-05-2019

  19. “Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” -Aqil Abbas

    Xəbər verildiyi kimi, millət vəkili Fazil Mustafa Milli Məclisinin son iclasında çıxış edərək Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının əvəzsiz ifaçısı Şəmistan Əlizamanlıya fəxri dövlət adının, mükafatının və təqaüdünün verilməsini təklif edib.

    Muxalifet - 19-05-2019

  20. SON DƏQİQƏ: Fuad Abbasov harada saxlanılır? - AÇIQLAMA

    Rusiyada jurnalist və bloger kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasov mayın 16-da saxlanılıb. Muxalifet.az xəbər verir ki, bu barədə F. Abbasovun vəkili Elman Paşayev məlumat verib. Vəkil bildirib ki, Moskva şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaq üçün olan icazəsini ləğv edib: "Fuadın Rusiyada yaşamaq barədə icazəsinin ləğv edilməsindən xəbəri olmayıb. Mayın 16-da o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb".

    Muxalifet - 19-05-2019

Pages