Axtarış
The search found 105779 results in 0.027 seconds.
Search results
Qoyunlar tunellərə doluşdu - VİDEO
Türkiyənin Şırnak əyalətində yayladan qayıdan köçərilər maraqlı görünütlərə səbəb olub. Köçərilər minlərlə xırdabuynuzlu heyvanlaarını Cudi dağındakı magistral tunellərdən keçirərək Faraşın yaylasına enib. Yolda 787 və 822 metr uzunluğunda 2 tunel var. Minlərlə heyvanın bu tunellərdən keçməsinə uzun zaman sərf olunub və buna görə uzun müddət avtomobillərin hərəkətində ləngimə yaranıb.
Muxalifet - 19-05-2019
Məmurların qohumu ölkədən qaçır? - İRANLA MÜHARİBƏ RİSKİ ARTIR / YENİLƏNİB
“Sky News Arabia” telekanalını xəbərinə görə iranlılar ABŞ-ın “mümkün zərbələrindən” qorxaraq ölkəni tərk etməyə başlayıb. Telekanal iddia edir ki, onlarla ailə İranı tələsik tərk edib və İraqa keçib. Onlar Bağdad ətrafındakı qəsəbələrdən birində məskunlaşıblar. “Onların arasında İran hakimiyyətinin rəsmi şxslərinin qohumları da var”-məlumatda deyilir. Digər məlumata görə “Exxon Mobil” şirkəti İraqdakı işçilərini evakuasiya edib. Evakuasiya mayın 16-də başlayıb və iki mərhələdə olmaqla 18-də başa çatıb. Təxminən 60-a yaxın neftçinin evakuasiya edildiyi bildirilir.
Muxalifet - 19-05-2019
"Ən pozitiv və yaddaqalan Aysellə Araşın çıxışı olub" - FOTO
"Eurovision" təmsilçilərimizdən olan Əməkdar artist Səbinə Babayeva yarışma haqda fikirlərini bölüşüb. Muxalifet.az axşam.az-a istinadən bildirir ki, müğənni bildirib ki, indiyənə qədər Azərbaycanlı təmsilçilər arasından ən bəyəndiyi çıxış Aysel Teymurzadə və Araş olub: "Həm yaddaşımda, həm ürəyimdə yalnız bir nömrəmiz qalıb: o da Ayselin çıxışı idi". Səbinə ona yazılan "Çingiz də geri qalmadı" şərhinə "Geridə qalanlar çoxdur, amma Çingiz deyil. Çıxışlarımızın əksəriyyəti gözəldir, keyfiyyətlidir.
Muxalifet - 19-05-2019
Marneulidə mer seçkilərində qarşıdurma - Yeniləndi
Marneulidə müxalifət nümayəndələrinə seçki məntəqələrində baş verən qanun pozuntularını qeydə almağa imkan vermirlər. Muxalifet.az xəbər verir ki, bunu Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Tamar Metreveli jurnalistlərə bildirib. O, Marneuli rayonunda yerləşən 2 saylı seçki məntəqəsindən çıxarılıb. T.Metrevelinin sözlərinə görə, seçki məntəqəsində çox sayda qanun pozuntuları baş verib: “Gün ərzində məntəqədə baş verən pozuntuları qeydə almağıma imkan vermədilər”.
Muxalifet3 - 19-05-2019
İran sərhədi yaxınlığında meyit tapıldı
Fevral ayından itkin düşmüş Lerik rayon sakininin meyiti tapılıb. Muxalifet.az xəbər verir ki, 1978-ci il təvəllüdlü İveri kənd sakini İsmayılov Amil Rəvvağ oğlunun meyiti İranla sərhəd zolağı yaxınlığındakı çöllük ərazidə olub. Onun hansı səbəbdən öldüyü hələ ki, məlum deyil. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Muxalifet3 - 19-05-2019
12 ilik mədə xorasını bu dərmanla SAĞALTDI
Rusiyalı bir arıçı mədə xorasından nə cür sağaldığı haqda maraqlı informasiya bölüşüb. Muxalifet.az medicina.az-a istinadən həmin yazını sizə təqdim edir: "1980-cı ildə terapevt, mənim rentgen çəkilişlərimə baxaraq mənim nə vaxtdan 12 barmaq bağırsağın xorasından əziyyət çəkdiyimi soruşdu. Yaz və payız aylarında mənim mədəmin güclü şəkildə ağrımasına baxmayaraq heç vaxt xoradan şübhələnməmişdim. Bir müddətdən sonra qusma zamanı ağzımdan qan gəldiyini görüncə həkimə müayinə olundum. Beləliklə də məndə mədə xorası olduğu təsdiqləndi.
Muxalifet3 - 19-05-2019
Gərginlik: 7 fransız təyyarəsi təcili eniş etdi
Hind okeanında uçan “Dassault Rafale” tipli 7 fransız təyyarəsi kəskin hava şəraiti səbəbindən İndoneziyanın Sumatra adasına təcili eniş edib. Muxalifet.az xəbər verir ki, təlim uçuşu həyata keçirən təyyarələr yanacağın da azalması ilə Sumatra adasından 120 kilometr məsafədəki gəmiyə qayıtmaqdan imtina edərək adaya müraciət edib. İndoneziyanın Hərbi Hava Qüvvələri tərəfindən texniki baxışları həyata keçirilən təyyarələrin hava şəraitinin düzəlməsindən sonra gəmiyə qayıdacağı qeyd edilib.
Muxalifet3 - 19-05-2019
Mask növbəti dəfə ABŞ rəhbərliyini məhkəməyə verdi
İlon Maskın rəhbərlik etdiyi “SpeysX” şirkəti ABŞ hökuməti ilə bağlı növbəti dəfə məhkəməyə şikayət edib. Muxalifet.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb. Şikayətin mövzusu barədə məlumat verilməyib. Şikayətçi tərəf bu dəfə məhkəmədə qaldırılan işlə bağlı informasiyanın gizli saxlanmasını tələb edib.
Muxalifet3 - 19-05-2019
Ərdoğan Kılıçdaroğlunun əlini sıxdı
19 May - Atatürkü anma, idman və gənclik bayramı münasibətilə keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə bir araya gəlib. Muxalifet.az xəbər verir ki, tərəflərin əl sıxıb salamlaşması diqqət çəkib. Rəsmi mərasim Tütün limanı qarşısında keçirilib. Tədbirə rəsmilər, siyasi partiya liderləri qatılıb.
Muxalifet3 - 19-05-2019
Səudiyyədən ABŞ-a DƏSTƏK: "İrana bütün gücümüzlə cavab verəcəyik" - SENSASİON AÇIQLAMA
Səudiyyə Ərəbistanı Krallığı regionda müharibə olmasını istəmir və hər hansı savaşı başlatmaq niyyətində də deyil. Muxalifet.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cubeyr deyib. “Səudiyyə Ərəbistanı müharibənin qarşını almaq üçün əlindən gələni edəcək. Lakin qarşı tərəfin savaşı seçdiyi halda krallıq bütün qüvvələri ilə qətiyyətli cavab verəcək, mənafeyini qoruyacaq”, - deyə Cubeyr bildirib. Qeyd edək ki, BƏƏ sularında Səudiyyəyə aid 2 neft tankeri hücuma məruz qalmışdı. Ər-Riyad administrasiyası bu hücumun arxasında İranın olduğunu iddia edir.
Muxalifet3 - 19-05-2019
Cüdoçumuz Avropa Kubokunda qızıl medal qazandı
Orenburqda keçirilən Avropa Kubokunda Azərbaycan cüdoçusu qızıl medal qazanıb. Muxalifet.az xəbər verir ki, qitə turnirində Murad Fətiyev (81 kq) bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb. Qızıl medal uğrunda görüşdə rusiyalı idmançı Turpal Terkayevi məğlub edən cüdoçumuz Avropa kubokunun qalibi olub. Azərbaycan əldə etdiyi bir qızıl medalla turnirdə ümumi hesabda beşinci pillədə qərarlaşıb.
Muxalifet3 - 19-05-2019
Qonşu ölkədə seçkilər başa çatdı
Mayın 19-da Gürcüstanda parlamentə, yerli şuralara və bəzi rayonların icra hakimiyyəti başçıları vəzifələrinə aralıq və növbədənkənar seçkilərlə bağlı səsvermə başa çatıb. Muxalifet.az xəbər verir ki, seçkilər ölkə üzrə 410 məntəqədə keçirilib. Səsəvermə səhər saat 8:00-da başlayıb, saat 20:00-da başa çatıb. Hazırda seçki məntəqələri bağlanıb, səslərin sayılmasına başlanılıb. Məlumat üçün qeyd edək ki, seçkilər azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunu da əhatə edib. Səsvermə rayonun 90 seçki məntəqəsində keçirilib.
Muxalifet3 - 19-05-2019
Astarada ağır qəza: ölən var
Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Muxalifet.az report-a istinadən məlumatına görə, yük maşını ilə minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralı "təcili yardım" avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölən şəxs isə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.
Muxalifet3 - 19-05-2019
Yol polisindən final oyunu ilə bağlı - Açıqlama
Baş Dövlət Yol Polisi İdarəsi UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar avtomobil sahiblərinə və sürücülərə müraciət edib. Muxalifet.az xəbər verir ki, idarənin məlumatında carı il mayın 29-da Bakıda Olimpiya Stadionunda "Arsenal” və "Çelsi” futbol klublarının iştirakı ilə UEFA Avropa Liqasının final oyunu keçiriləcəyi bildirilib.
Muxalifet3 - 19-05-2019
İran ABŞ-a MEYDAN OXUDU
ABŞ-la müharibə etmək niyyətində deyilik. Biz savaşdan qorxmuruq, lakin buna tam hazırıq. Muxalifet.Az xəbər verir ki, bu sözləri SEPAH-ın komandanı Hüseyn Salami deyib. "Düşmənlərimizin savaşmağa iradəsi yoxdur. Bizim isə onlardan fərqimiz budur ki, onlar müharibədən qorxurlar, biz isə qorxmuruq. Aydın məsələdir ki, mahiyyəti belə olan bir düşməni məğlub etmək asan işdir. Nə qədər ki, belə bir zülmkar düşmən özünü dünya hegemonu kimi göstərməyə çalışır, biz onun qarşısında dayanacağıq", - o bildirib.
Muxalifet3 - 19-05-2019
Ramazanın 15-ci günü: İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 15-ci günüdür. Muxalifet.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 20-də Bakıda imsak saat 03:37, iftar isə saat 20:10-dadir. Ramazan ayının 15-ci gününün duası: "Allahummərzuqni fihi taətəl-xaşiin. Vəşrih fihi sədri bi-inabətil-muxbitin. Bi-əmanikə ya əmanəl-xaifin". Tərcüməsi: "İlahi, mənə bu ayda təqvalı olanların itaətini bəxş et, qəlbimi bu ayda itaət edənlərə məxsus tövbə üçün geniş aç. Sən özün aman ver, ey ürəklərində Allah qorxusu olanların ümidgahı!" Allah orucunuzu qəbul etsin!”
Muxalifet3 - 19-05-2019
Avroviziyada Qarabağsız xəritəmiz - İTV-dən reaksiya
İctimai Televiziya və Radio Yayımları Şirkəti Avroviziya-2019 mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə müraciət edib. Muxalifet.az xəbər verir ki, müraciət ötən gün Avroviziya-2019 mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi ilə bağlıdır. "Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib.
Muxalifet3 - 19-05-2019
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
Ölkəmizin qərb regionunda hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülür. Muxalifet.az xəbər verir ki, bu barədə ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Şəmkir, Daşkəsən və Gədəbəy rayonlarında regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib.
Muxalifet3 - 19-05-2019
Kuboku Tale Heydərova həsr edirik - "Qəbələ"
Azərbaycan Kubokunun final qarşılaşmasında “Sumqayıt” üzərində 1:0 hesablı qələbə qazanaraq Avropa Liqasına vəsiqəni də təmin edən “Qəbələ”nin məşqçisi Zaur Həşimov mətbuat konfransı keçirib. Muxalifet.az-ın report -a istinadən məlumatına görə, gənc mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bölüşüb: - Sevinirik ki, neçə illik həsrətə son qoyduq. Kuboku Tale Heydərova həsr edirik. Uşaqlar məsuliyyəti dərk etdilər və məqsədlərimizi həyata keçirdilər. İqlim elə idi ki, boğulmalar olurdu. Söhbət hər iki komandadan gedir. Qəbələ camiəsini bu tarixi qələbə münasibəti ilə təbrik edirəm.
Muxalifet3 - 19-05-2019
Məhkəmədən Həbibə xəbərdarlıq: Girov gətir!
Güney azərbaycanlı milli-mədəni fəal Həbib Sasanian məhkəməyə çağırılıb.
Muxalifet.az xəbər verir ki, günorta saat 3-ə qədər davam edən məhkəmədə fəalın özünü çətinliklə müdafiə etdiyi bildirilib.
Növbəti məhkəmə sabaha təyin olunub. Hakim Həbib Sasaniana növbəti dəfə girov gətirməsi ilə bağlı xəbərdarlıq edib.
Muxalifet3 - 19-05-2019