Axtarış
The search found 105779 results in 0.074 seconds.
Search results
“Diqlas” bu tarixdə SÖKÜLƏCƏK
Bakıda yanan "Diqlas" ticarət mərkəzinin söküntüsünə hazırlıq işlərinə start verilib. Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, bununla əlaqədar təhlükəsizlik məqsədi ilə ərazi dəmir lövhələrlə hasarlanıb. Binanın damına ağır texnikalar qaldırılıb. Söküntünü həyata keçirəcək şirkətin əməkdaşı bildirib ki, hazırda söküntüyə hazırlıq gedir: "Binanın söküntüsünə mayın 22-də başlanılacaq". Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib.
Muxalifet - 20-05-2019
FUTBOL MEYDANÇASINDA ÖLÜM HADİSƏSİ: Baş hakimin ürəyi dayandı - VİDEO
Boliviya çempionatının 25-ci turunda keçirilən “Olueys Redi” – “Oriente Petrolero” qarşılaşmasında faciə baş verib. Belə ki, oyunun baş hakimi Viktor Hurtado həyatını itirib. Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmanın 47-ci dəqiqəsində 32 yaşlı referinin ürəyi dayanıb. Həkimlərin ilk müdaxiləsindən sonra ayılan Hurtado, dərhal xəstəxanaya çatdırılıb. Lakin tərslikdən hakim orda da ikinci dəfə infarkt keçirib. Bundan sonra müdaxilələrə baxmayaraq referinin həyatını xilas etmək mümkün olmayıb.
Muxalifet - 20-05-2019
30 milyard dollar ÖLKƏDƏN ÇIXARILDI - Mərkəzi Bank hərəkətə keçdi
İran hökuməti ixracatdan əldə olunan 30 milyard dollar həcmində məbləği ölkə xaricində saxlayan iş adamlarını məhkəməyə verəcək.
Bu barədə İran İqtisadiyyat və maliyyə naziri Fərhad Dəcpəsənd danışıb.
İran Məclisi Xəbər Agentliyinə (ICANA) açıqlama verən nazir bildirib ki, 30 milyard dolları ölkəyə gətirməyən iş adamlarının siyahısı hazırdır və onlar Mərkəzi Bank tərəfindən məhkəməyə veriləcək.Muxalifet - 20-05-2019
Zelenski ilə Putin görüşəcək?
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putin ilə Zelelnskinin görüşü haqqında sualı cavablandırıb. Muxalifet.az xəbər verir ki, bubarədə "RİA Novosti" məlumat yayıb. O, hazırda Putin ilə Zelenski arasında heç bir görüşün nəzərdə tutulmadığını bildirib. Qeyd edəki, Zelenski bu gün and içərək, prezidentlik vəzifəsinin icrasına başlayıb.
Muxalifet - 20-05-2019
“Allah, sən özün prezidentin düşmənlərinin cəzasını ver...” - İMAM CÜMƏ NAMAZINDA TÜRKMƏNBAŞI ÜÇÜN DUA EDİR
Aşqabad məscidlərində ötən həftə keçirilən cümə namazı zamanı imam vətəndaşları prezident Qurbanqulu Berdıməhəmmədovu sevməyə çağırıb. Allahdan ona can sağlığı, uzun ömür arzulayıb. Və Allahdan xahiş edib ki, prezidentin düşmənlərinin və onu sevməyənlərin cəzasını versin.
Muxalifet - 20-05-2019
İsgəndər Həmidov əməliyyat üçün xaricə aparılır
Dünən axşam saatlarında sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun vəziyyəti anidən pisləşib. Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, İ.Həmidov şiddətli ürək ağrıları və tutma ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin onu əməliyyat etmək təklifinə ailə üzvləri razılıq verməyiblər. İ.Həmidov yenidən müayinə olunub, əməliyyat edilməsi üçün xarici ölkəyə aparılmasına qərar verilib.
Muxalifet - 20-05-2019
SON DƏQİQƏ: Azərbaycanda GÜCLÜ PARTLAYIŞ: xəsarət alanlar var
Bərdə rayonunda avtomobil təmiri sexində partlayış olub.
Hadisə rayonun Alaçadırlı kəndindəki avtomobil sexində baş verib.
Rayonun Kələntərli kənd sakini, 1970-ci il təvəllüdlü Orucov Habil Bəhlul oğluna məxsus avtomobil sexində yanğınla nəticələnən partlayış olub. Hadisə nəticəsində sexin sahibi və onunla birlikdə həmin sexdə işləyən Alaçadırlı kənd sakini, 1961-ci il təvəllüdlü Qasımov Telman Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yeləşdirilib.Muxalifet - 20-05-2019
MDB-də ən az pensiyaçı da Azərbaycandadır, təqaüd də… – Ekspert açıqladı
“Azərbaycanda pensiyaçıların sayı az, təqaüdün məbləği isə aşağıdır”. Bunu iqtisadçı ekspert Qubad İbadoğlu özünün “facebook” hesabından paylaşdığı yazıda bildirib. “AzPolitika.info”nun məlumatına görə, ekspert MDB ölkələri ilə müqayisə apararaq, bu qənaətə gəlib.
Muxalifet - 20-05-2019
DƏHŞƏT: Ər küçədə arvadını güllələyib öldürdü - VİDEO
Həkim Məsut Issı uşaqlarının da yanlarında olduğu zaman avtomobildə vəkil həyat yoldaşı Müzeyyen Boylu Issı ilə mübahisə edib.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mübahisənin böyüməsiylə cütlük maşından düşüb. Əsəbləşən 45 yaşlı ər küçədə 47 yaşlı həyat yoldaşına 14 əl atəş açaraq öldürüb.Muxalifet - 20-05-2019
Bu ölkədə balıq ovu qadağan edildi
Su faunasının biomüxtəlifliyinin qorunması və balıq ehtiyatlarının çoxalması məqsədilə Banqladeşdə balıq ovuna 65 günlük ümummilli qadağa qoyulub.
BBC-nin məlumatına görə, iki aylıq məhdudiyyətə əməl olunmasına ölkənin sahil mühafizə xidməti nəzarət edəcək.
Qadağanın qüvvədə olduğu müddət (20 may – 23 iyul) balıqların çoxalma mövsümünə təsadüf edir.
Tətbiq olunan məhdudiyyət balıqçıları narazı salıb. Onların paytaxt Dəkkə və digər şəhərlərdə kütləvi etiraz aksiyaları planlaşdırdığı bildirilir.Muxalifet - 20-05-2019
ABŞ-ın döyüş gəmiləri HƏRƏKƏTƏ KEÇDİ - Ölkə TƏŞVİŞDƏ
ABŞ donanmasına aid “Preble” lazerli raketdaşıyan döyüş gəmisi Cənubi Çin dənizində qadağan olunmuş bölgəyə girib. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, gəmi Skarboroq adası yaxınlığından keçib. Bu hadisənin ABŞ-Çin arasında ticarətlə bağlı gərginliyin pik həddə çatdığı vaxtda baş verməsi Vaşinqtonun qarşı tərəfə xəbərdarlığı kimi dəyərləndirilib. Qeyd edək ki, mayın əvvəllərində ABŞ-a aid iki döyüş gəmisi Spartli adasının 12 km yaxınlığından keçmişdi.
Muxalifet - 20-05-2019
Gədəbəydə ər arvadının yalvarışına baxmadı: Kartofu kimə satmısan?.. – Qanlı cinayət
Gədəbəy rayonunda arvadını öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Fariz Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Fariz Muxtarov Gədəbəy rayonunun Arıqdam kəndində 5 oktyabr 2017-ci il tarixdə saat 21 radələrində 2013-cü ildən rəsmi şəkildə nikahları pozulmuş 1988-ci il təvəllüdlü keçmiş arvadı Mətanət Muxtarova ilə mübahisə edib.
Mübahisəyə səbəb Mətanətin həmin gün ondan aliment tələbi ilə məhkəməyə müraciət etməsi olub.Muxalifet - 20-05-2019
Kürəyinə YAP dəstəkli bıçaq saplanmış Azərbaycan…
Azərbaycanın kürəyinə YAP dəstəkli bir bıçaq saplanıb. Peşəkar bolşevik təcrübəsinə əsaslanan, kustar üsulu hazırlanmış bu bıçağın yanları çarpaz dişli, ucu qarmaq tiplidir. İrəli və geri hərəkətindən asılı olmayaraq, hər iki halda, öz ovunu yerindəcə öldürə bilər. Lakin bıçaq 1969-cu ildən saplandığı ilkin vəziyyətindədir. Sadəcə, sapı yeniləşib - YAP-laşıb. Əsas funksiyası saplandığı kürək sahibini (oxu Azərbaycanı) heydən salmaqdır. Hədəfi azərbaycanlılar, məqsədi məmmləkətdə kimsəyə nə rahat yaşamağa, nə də rahat ölməyə macal verməməkdir.
Muxalifet4 - 7-10-2018
Manaf Ağayev həyat yoldaşına əl qaldırıb: "Dedim ki, ağıllı ol..."
Müğənni Manaf Ağayev həyat yoldaşına əl qaldırıb.
Muxalifet.az xəbər verir ki, ifaçı bu haqda lent.az-ın canlı yayımında danışıb. O bildirib ki, bu hadisə yeni evlənən vaxtlarına təsadüf edib:Muxalifet - 20-05-2019
Nuridə Quliyevanın yaxınları rahat buraxılmır...
Bu barədə “Hurriyyet.org”a ADP-çi mühacir Nuridə Quliyevanın bacısı məlumat verib: “Nuridə xanım siyasi fəaliyyətinə görə mütəmadi olaraq təqib və təzyiqlərə məruz qaldığına görə mühacirətə getməyə məcbur oldu. Hazırda mühacir həyatı yaşayır. Burada olduğu vaxtlarda müxalifətin təşkil etdiyi aksiyalarda fəal iştirak edib və hakimiyyətin siyasətini tənqid edən yazılarla çıxış edirdi. Bu fəaliyyətinə görə təzyiqlərlə üzləşirdi. Dəfələrlə həbs olunub, təzyiqlərə məruz qalıb.
Muxalifet4 - 16-03-2019
Supermarketdə İYRƏNCLİK - Satıcı ayaqyalın ət "vitrin"inə çıxdı - FOTO
Rusiyadakı supermarketlərdən birində iyrənc hadisə baş verib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbərə verir ki, market işçisi olan yaşlı qadın piştaxtanın üstündəki plakatda qiymətləri dəyişdirmək istəyib. Yaxınlıqda stol və ya nərdivan tapa bilməyən qoca ət vitrinini açaraq ayaqyalın şəkildə ora çıxıb və plakatdakı qiymətləri dəyişməyə başlayıb.
Onun satışda olan ətləri ayaqlamasını görən alıcılar həmin anı telefonun kamerasıyla lentə alıb.Muxalifet - 20-05-2019
Torpaqlarımızda müharibə gedir: ermənilərin küçə döyüşü – FOTOLAR
Azərbaycanın Ermənistanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçmiş hakimiyyətin təmsilçiləri olan “Qarabağ klanı” ilə Nikol Paşinyan hakimiyyəti arasında qarşıdurma şiddətlənib. Keçmiş prezident Robert Koçaryanın həbsdən azad edilməsindən sonra Nikol Paşinyan tərəfdarlarını küçələrə çıxartdı və “inqilabın ikinci mərhələsinin” başlandığını elan etdi. Koçaryan işğal altındakı ərazilərdə yaradılmış və “Qarabağ klanı”nın uzantısı sayılan separatçı rejimin indiki “rəhbəri” Bako Saakyan və keçmiş “rəhbəri” Arkadi Qukasyanın zəmanəti ilə azadlığa çıxıb.
Muxalifet - 20-05-2019
Kürdəmirdə AİLƏ FACİƏSİ: Ata azyaşlı qızını öldürdü
Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən xəbərə görə, Kürdəmir rayonunun Xırdapay kənd sakini N.Nərimanov evinin həyətindən "Mercedes” markalı avtomobillə çıxarkən darvazanın yaxınlığında dayanmış qızı, 2 yaşlı Zəhranı vurub. Nəticədə uşaq hadisə yerində ölüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.Muxalifet - 20-05-2019
Rusiya hərbi bazasına hücum
Rusiyanın Müdafiə Nazirliyi terror təşkilatı El Nusranın tabeliyində olan güclərin şənbə günü Suriyadakı Suriyadakı Hmeymim hava bazasına hücum etdiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi El Nüsraya bağlı terrorçu qrupların Suriyanın Aralıq dənizi sahilindəki Hmeymim hava bazasına hücum etdiyini bildirib.
Açıqlamada, El Nusra terrorçulatının hava bazasına altı raket atdığı, Rus hava müdafiə sistemlərinin raketləri havadaykən zərərsizləşdirdiyi qeyd edilib.Muxalifet3 - 20-05-2019
“Qırmızı Körpü” gömrük postunun rəisi İŞDƏN ÇIXARILDI
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi "Qırmızı Körpü" gömrük postunda Azərbaycan vətəndaşı Xanım Şabanova ilə bağlı yaranmış insident barədə məlumat yayıb.
İdarədən bildirilib ki, Türkiyə Respublikasında müvəqqəti yaşayaraq ölkəmizə qayıdan Azərbaycan vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişlərinin tələb olunmasına dair məlumat araşdırılıb.Muxalifet - 20-05-2019