Axtarış

The search found 105779 results in 0.042 seconds.

Search results

  1. Azərbaycanlı müğənni ərindən görün NƏLƏR DEDİ: “Qoyaram ayağımın altına” - VİDEO

    ARB TV-nin “Söhbət var” verilişinin növbəti buraxılışında qonaq müğənni Zenfira İbrahimova olub.
    İdmançı həyat yoldaşını qısqandığını etiraf edib:
    “Sevən insan qısqanmalıdır. Biz hər şeyi nəzərə almışıq ki, Anar bu gün idmanla məşğul olur. Hər qızın da işi deyil ki, Anara “direct”ə yazsın. Onu alaram əlimə, qoyaram ayağımın altına”.

    Muxalifet - 20-05-2019

  2. Müxalif partiya hakimiyyəti rusdilli təhsil müəssisələrinin pulunu kəsməyə çağırdı - BƏYANAT

    Bu gün ADP İdarə Heyəti özünün növbəti toplantısını keçirib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, toplantıda ölkə gündəmi üçün aktual olan bir sıra məsələlər müzakirə olunub.

    Muxalifet4 - 20-05-2019

  3. Prezident İlham Əliyev Zurab Seretelini “Dostluq” ordeni ilə təltif edib

    Prezident İlham Əliyev Zurab Seretelini “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    "Report" xəbər verir ki, sərəncama əsasən, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Zurab Konstantinoviç Sereteli “Dostluq” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, Z.Sereteli Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı, tanınmış heykəltəraşdır.

    Muxalifet - 20-05-2019

  4. “Haraları işğal etmək istəyirsiniz” sualına Trampdan ilginc cavab

    ABŞ-ın “FOX News” televiziyasına müsahibə verən prezident Donald Tramp, rəhbərliyinin iqtisadi siyasətini yüksək qiymətləndirib və iqtisadi cəhətdən güclü bir ölkə meydana gətirdiklərini bildirib.
     
    Venesuela ilə əlaqədar iddiaları xatırladaraq haraları işğal etmək istəyi ilə bağlı suala, Tramp “Mən işğal etmək istəyirəm, təbii ki, buna məcbur olsam, iqtisadi olaraq işğal edərəm” deyə ilginc cavab verib.
    Digər tərəfdən, Trampın bu sözləri İranla nüvə gərginliyinin artması nəzərə alındıqda Tehrana gözdağı kimi dəyərləndirilib.
     

    Muxalifet3 - 20-05-2019

  5. Bakıda yük maşınına çırpılan “Mercedes”in sürücüsü öldü

    Bakıda baş vermiş qəzada ağır yaralanan sürücü 1 ay sonra vəfat edib.
    Aprelin 14-də saat 16 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Hacıqabul rayon sakini F.Tağıyevin idarə etdiyi “KamAZ-5511” və Bakı şəhər sakini Malik Şirinovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş M.Şirinov mayın 19-da orada ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./Publika

    Muxalifet - 20-05-2019

  6. Kşi arvadının başını kəsdi - Qəbələdə DƏHŞƏTLİ QƏTL

    Qəbələdə qətl törədilib.
    Muxalifet.az-ın ONA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Mirzəbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Cəsarət Ağalar oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ülviyyə Rasim qızı İbrahimovanın bıçaqla baş və boğazını kəsib. Nəticədə çoxlu qan itirən qadın hadisə yerində ölüb.
    Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

    Muxalifet - 20-05-2019

  7. ŞOK: Qız oriental rəqsi dayandırıb "Fatihə" surəsini oxudu - VİDEO

    ABŞ-da yaşayan və əslən Səudiyyə Ərəbistanından olan müğənni Rotana Tarabzuni oriental rəqs edərkən birdən dayanıb və Fatihə surəsini oxumağa başlayıb.
    Hadisə Arizona ştatında baş verib. Rotana iştirak etdiyi mahnı festivalında səhnəyə çıxıb. O, rəqsini yarımçıq saxlayıb və Fatihə surəsini oxuyub. Görüntülər isə bir tamaşaçı tərəfindən lentə alınıb.
    Sosial şəbəkədə isə Rotana bu hərəkətinə görə tənqid edilib./big.az

    Muxalifet - 20-05-2019

  8. ​"ASAN xidmət"ə 20 milyon ayrıldı - YENİ SƏRƏNCAM

    Prezident İlham Əliyev Kürdəmir rayonunda ASAN xidmət mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

    Muxalifet - 20-05-2019

  9. “Mən prezident olduğum müddətcə Çin super güc olmayacaq” – Tramp

    ABŞ və Çin arasındakı gərginlik hər keçən gün artmaqdadır. ABŞ prezidenti Donald Trampun açıqlaması gərginliyin daha da artacağını göstərir. “Fox News”-a müsahibə verən Tramp, Çinin səlahiyyəti müddətində bir super güc ola bilməyəcəyini söyləyib. Donald Tramp “Biz milyardlarla dollar alırıq. Aydındır ki, Çin bizim kimi yaxşı vəziyyətdə deyil. Çin iqtisadiyyatı çox da yaxşı deyil. Bizim iqtisadiyyatımız fantastik vəziyyətdədir. Hillari Klinton prezident olsaydı, Çin indi bizdən daha yaxşı vəziyyətdə olardı. Amma indi onlar bizə yaxınlaşa belə bilməzlər.

    Muxalifet3 - 20-05-2019

  10. Rusiyanı “işğalçı” sayan deputat Babacanyanın Moskvada nə işi var...

    Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasından deputatı Arman Babacanyan mayın 30-da Rusiya Federasiya Şurasının beynəlxalq işlər komitəsinin dəvəti ilə Moskvaya gedəcək.
    Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu səfər xüsusi diqqəti cəlb etməzdi, əgər Babacanyanın Rusiya ilə bağlı mövqeyi olmasaydı.
    “EA Daily” portalı xatırladır ki, Babacanyan özünün qatı antirusiya mövqeyi ilə tanınır və hətta Rusiyanı “işğalçı” hesab edir.

    Muxalifet - 20-05-2019

  11. Xalq artisti ağlayaraq ETİRAF ETDİ: Aclığa dözə bilmədim, 5 manat oğurladım ki...

    Xalq artisti Afaq Bəşirqızı çətin keçən uşaqlıq illərində aclığa dözməyərək pul oğurladığını etiraf edib.
    Xalq artisti Afaq Bəşirqızı AzTV-nin “Ağ-qara” verilişində Kamran Ağabalayein suallarını cavablandırıb. Aparıcının “Ac uşağa görə oğurluq edərsinizmi?” sualına sənətçinin verdiyi cavab hər kəsi təəccübləndirib və məyus edib. Göz yaşlarına hakim ola bilməyən aktrisa hadisəni belə danışıb:

    Muxalifet - 20-05-2019

  12. ​Səfurə üçüncü dəfə ANA OLDU: Yeni doğulan körpənin adını... - FOTO

    “Avroviziya” təmsilçilərimizdən olan müğənni Səfurə Əliyeva üçüncü dəfə ana olub.
    Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan Səfurə oğul dünyaya gətirib. 
    Cütlük yeni doğulan körpəyə Natiq adını verib. Körpə bu gün səhər saatlarında Türkiyədə dünyaya göz açıb.
    Qeyd edək ki, Fərhad və Səfurə Əliyevlər cütlüyünün İsgəndər adlı oğlan və Aişə adlı qız övladı var./Oxu.Az
     

    Muxalifet - 20-05-2019

  13. “Ölkədə sahibkarlığın inkişafına ciddi maneçilik törədənlər var” – BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT

    Göyçay şəhəri, Natəvan küçəsi ev 70-də yaşayan Mayılova Minayə Seyidağa qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən şikayətçi yazır:
    “Hörmətli Mehriban xanım!

    Muxalifet4 - 20-05-2019

  14. ​Zərifdən Trampa TARİXİ CAVAB: "İsgəndərin, Çingiz xanın..."

    “Tramp “B komandası”nın təhrikləri ilə İsgəndərin, Çingiz xanın və digərlərinin bacara bilmədiyini əldə etməyə ümidlənib. Bütün işğalçılar tarixdən gedib, amma İran min ildir ki, ayaq üstədir”.
    Bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
    Nazir ABŞ prezidenti Donald Trampın tvitter vasitəsilə “Əgər İran müharibə etmək istəyirsə, bu, İranın rəsmən sonu olar” açıqlamasına “iqtisadi terror və soyqırım iynələri İranı bitirməyəcək” sözləri ilə cavab verib. Zərif Trampa İrana hörmət etməyə cəhd göstərməyi məsləhət görüb.

    Muxalifet - 20-05-2019

  15. Məhkəmə hakimi DİN-ə müraciət etdi: polis rəisləri ilə bağlı

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, zərərçəkmiş şəxslər məhkəməyə gəlməkdən imtina edirlər. Bildirilib ki, polis idarələri məcburi gətirilmə haqqında qərarı icra etmirlər. Buna görə də məhkəmə qərarı icra etməyən polis rəisləri barəsində tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə müraciət edib.

    Muxalifet - 20-05-2019

  16. Bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – İcra başçısını qəbulunda OLAY

    Abşeron rayonu icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bu günlərdə Masazırda sakinlərlə görüşü vaxtı gözlənilməz anlar yaşanıb.
    Vətəndaşlardan biri Bələdiyyə sədri Siyanfər Əliyevi ifşa edən sənədlər ortaya çıxarıb. Məlum olub ki, bələdiyyə sədri Abşeron rayon sakini Həziyeva Xanımnaz Araz qızına məxsus evin sənədlərini saxtalaşdıraraq 130 min manata başqasına satıb. 

    Muxalifet - 20-05-2019

  17. SON DƏQİQƏ: güclü PARTLAYIŞ: 3 ölü, 4 yaralı

    Rusiyanın Moskva vilayətinin Serpuxov rayonunda yerləşən yanacaqdoldurma məntəqəsində yanğın buxarından yaranmış partlayış nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti Baş İdarəsinin Mətbuat xidmətindən bildiriblər.

    Hadisə qaynaq işləri zamanı baş verib. Partlayışdan sonra yanğın olmayıb.

    Hadisə yerində əməliyyat xidməti araşdırma aparır.

    Muxalifet - 20-05-2019

  18. Beşdən çox uşağı olan ailələrin sayı AÇIQLANDI

    Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 290 nəfər qəyyumuna həmçinin şəhid ailələrinin, müharibə əlillərinin, Çernobıl AES-də baş vermiş qəzanın ləğvində iştirak edərək I və II qrup əlil olmuş şəxslərin və müddətli hərbi xidmət qulluqçularının 9 min ailəsinə 16,2 min uşaq üçün aylıq müavinət verilib.
    Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 956 nəfər bir yaşadək uşağa görə 945 ailəyə və beşdən çox uşağı olan 2,7 min qadına 8,9 min uşaq üçün sosial müavinət təyin olunub. 

    Muxalifet - 20-05-2019

  19. Bu ölkədə meşə yanğını: Əhali təxliyə edildi

    Kanadanın qərbində yerləşən Alberta əyalətində meşə yanğınları baş verib.
    Muxalifet.az xəbər verir ki, yanğınlarla bağlı əhali bölgədən təxliyə olunub.
    Yanğınlar nəticəsində xəsarət alanlar olmayıb.
     

    Muxalifet3 - 20-05-2019

  20. SON DƏQİQƏ: ​Məkkəyə raket atıldı - Müsəlman dünyası ÇALXALANDI

    Husilər növbəti dəfə Səudiyyə Ərəbistanı istiqamətində raket hücumu həyata keçiriblər.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” televiziyası informasiya yayıb.
    Məlumata görə, Məkkə və Ciddə şəhərləri istiqamətində buraxılan raketlər Səudiyyə Ərəbistanının Ciddə və Taif şəhərləri yaxınlığında zərərsizləşdirilib. Bu hücum müsəlman dövlətlərində qəzəblə qarşılanıb
     

    Muxalifet3 - 20-05-2019

Pages