Axtarış

The search found 105779 results in 0.023 seconds.

Search results

  1. ​Eyfel qülləsində həyəcanlı anlar: Təxliyə...

    Fransanın paytaxtı Parisdə yerləşən Eyfel qülləsindən insanlar təxliyə edilib. Muxalifet.az xəbər verir ki, təxliyəyə səbəb bir nəfərin qülləyə dırmaşması olub. Hadisə yerinə cəlb edilən polis əməkdaşları qülləyə dırmaşmağa çalışan şəxsi fikrindən daşındırmağa çalışır.

    Muxalifet3 - 20-05-2019

  2. VERGİDƏN YAYINDIRILAN MİLYONLAR VƏ… - “Sərraf Məmmədzadənin özü boğaza qədər zibilin içindədir”

    “Keçmiş şəriki, iş adamı Arzuman Əliyevin cinayət təqibi təhlükəsi qarşısında ölkədən didərgin düşməsinin səbəbkarı olan Sərraf Məmmədzadənin özü boğaza qədər zibilin içindədir”.

    Muxalifet4 - 20-05-2019

  3. Çində Azərbaycan üçün bina inşa ediləcək - Foto

    Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi üçün ayrılmış torpaq sahəsində xüsusi layihə əsasında inzibati bina inşa olunacaq. Muxalifet.az xəbər verir ki, bununla əlaqədar Pekində Çin Xarici İşlər Nazirliyinin Pekin Diplomatik Xidmətlər Bürosunun ofisində Azərbaycanın Çindəki səfirliyi ilə binanı inşa edəcək "Beijing Urban Construction Sixth Group" şirkəti arasında müqavilə imzalanıb. Sənədi Azərbaycanın Pekindəki səfiri Əkrəm Zeynallı və şirkətin prezidenti Cu Cuncı imzalayıblar.

    Muxalifet3 - 20-05-2019

  4. Fuad Abbasov bu tarixdə deportasiya EDİLƏCƏK – Vəkil DANIŞDI

    Fuad Abbasov mayın 28-də Azərbaycana deportasiya ediləcək. Muxalifet.az xəbər verir ki, bunu report -a açıqlamasında onun vəkili Elman Paşayev deyib. "Jurnalist Fuad Abbasov Moskvada Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən zorakılığa məruz qalıb. Mən indi onunla görüşdüm. Zorakılığın izləri açıq aydın görünür. Fuad bəzi prosedurları keçdikdən sonra mayın 28-i axşam saatlarında Azərbaycana deportasiya ediləcək". Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb.

    Muxalifet3 - 20-05-2019

  5. Zelenski istədi, o da istefa verdi

    Ukraynanın Baş naziri Vladimir Qroysman istefa verdiyini açıqlayıb. Muxalifet.az xəbər verir ki, Qroysamn bu barədə bu gün keçirdiyi brifinqdə açıqlama verib. Onun sözlərinə görə, Ukrayna hökumətində yeni sima olmalıdır. Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski mayın 20-də keçirdiyi andiçmə mərasimində Baş naziri vəzifəsindən istefa verməyə çağırmışdı.

    Muxalifet3 - 20-05-2019

  6. ​Suriyada son durum: Əsəd hərəkətə keçəcəkmi?

    Suriyanın Həma, Lazkiyə və Hələb istiqamətindən silahlı qruplaşmalar atəşkəs rejimini pozmağa davam edir.
    Muxalifet.az xəbər verir ki, bu barədə sputnik məlumat yayıb.
    Bildirilir ki, silahlı qruplaşmalar gün ərzində 13 dəfə atəşkəs rejimini pozub.
    Qeyd edək ki, Suriya ordusu İdlibdə birtərəfli qaydada atəşi dayandırıb. Suriya rejimi 18 may saat 00:00-da İdlibdəki gərginliyi azaltma zonasında birtərəfli qaydada atəşin dayandırılmasına qərar verib.
     

    Muxalifet3 - 20-05-2019

  7. Güclü külək İsmayıllıya ciddi ziyan vurdu - ETSN

    Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub. Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, mayın 19-da İsmayıllı rayonunda baş vermiş küclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb: “Oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ağacların uçotu aparılır”.

    Muxalifet3 - 20-05-2019

  8. Yaradıcılıq ittifaqlarına 87 min ayrıldı - Sərəncam

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 20-də Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Muxalifet.az xəbər verir ki, sərəncam Naxçıvan Muxtar Respublikasının mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, mədəniyyətin və incəsənətin təbliğində və memarlığın inkişafında mühüm əhəmiyyət kəsb edən yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi daşıyır.

    Muxalifet3 - 20-05-2019

  9. Ruhani Trampın dialoq təklifinə cavab verdi

    İran xalqı müdrük və uzaqgörən oluğu üçün dialoqun əhəmiyyətli olduğunu başa düşür. Lakin İran təzyiqlər və sanksiyalar altında qalaraq ABŞ ilə danışıqlara getməyəcək. Muxalifet.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani Tehranda İran ziyalıları ilə görüşündə deyib. Prezident bildirib ki, ABŞ administrasiyası dialoqu təklif etmək əvəzinə bəyan edir ki, “İranı danışıqlara məcbur edəcəyik”. Bu, qəbuledilməzdir. Bütün dünya bizim əleyhimizə olsa da, “İran sanksiyalar və təzyiqlərə məruz qalaraq ABŞ ilə danışıqlara getməyəcək”.

    Muxalifet3 - 20-05-2019

  10. Bu ölkə 39 ölkədə səfirliyini bağlayır - Səbəb

    Cənubi Sudan bir çox ölkədə olan səfirliklərini bağlamağı planlaşdırır. Muxalifet.az xəbər verir ki, sözügedən addım ölkədə davam edən iqtisadi böhranla bağlıdır. Belə ki, Cənubi Sudan hökuməti 39 ölkədə olan səfirliklərin və Dubaydakı konsulluğun fəaliyyətini dayandırmağı planlaşdırır.

    Muxalifet3 - 20-05-2019

  11. Onlara həssas davranmalıyıq – Millət vəkili

    Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərində yerləşən İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada müəllim və şagirdlərlə görüşüb. Muxalifet.az xəbər verir ki, millət vəkili gimnaziyada yüksək səviyyədə aparılan təmir-bərpa işləri, yaradılmış şərait, yeni tikilimiş əlavə bina, gimnaziyada şagirdlər üçün yaradılan yaxşı şəraitlə tanış olub.

    Muxalifet3 - 20-05-2019

  12. Barselona və Madriddə metro işçiləri tətilə başladı

    Bu həftə Barselona və Madriddə metro işçiləri yenə də tətil ediblər. Muxalifet.az xəbər verir ki, bu gün Barselona metropoliteninin əməkdaşları stansiyaların tikintisində zərərli asbestdən istifadə olunmasına qarşı etiraz aksiyasına başlayıblar. Metro gün ərzində fasilələrlə - səhər saatlarında normanın 40 faizi, axşam saatlarında 20 faizi qədər işləyib. Madriddə bazar ertəsi başlayan tətil çərşənbə axşamı və çərşənbə günlərində davam edəcək.

    Muxalifet3 - 20-05-2019

  13. İnternetdə yeni ŞANTAJ NÖVÜ - Ehtiyatlı OLUN

    İnternet fırıldaqçılarına ən çox qazanc gətirən vasitələrdən biri də şantajdır. Rusiyanın “İzvestiya” qəzetinin yazdığına görə, bu ölkədə xeyli yeniyetmə qız dələduzların tələsinə düşür. Muxalifet.az xəbər verir ki, bu fırıldaq növünün Filippində yarandığı hesab olunur. Bu Asiya ölkəsinin qadınları daha çox amerikalı, britaniyalı kişilərlə tanış olur, onlara virtual intim yaxınlıq təklif edir. Beləcə, kişilərin görüntüləri əldə olunur, həmin adamlar şantaja məruz qalırdılar.

    Muxalifet3 - 20-05-2019

  14. ​Ramazanın 16-cı günü: İmsak və iftar vaxtı...

    Sabah Ramazan ayının 16-cı günüdür. Muxalifet.az Qafqaz Müsəlmanları İdarəsinin məlumatına istinadən xəbər verir ki, Ramazan təqviminə əsasən, mayın 21-də Bakıda imsak saat 03:35, iftar isə saat 20:11-dədir. Ramazan ayının 16-cı gününün duası: "Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin". Tərcüməsi: "İlahi, bu ayda məni əməlisaleh adamlarla rastlaşmağa müvəffəq et və məni şər adamlarla rastlaşmaqdan uzaq et.

    Muxalifet3 - 20-05-2019

  15. ​İran inad edir: uranın istehsalını 4 dəfə artırdı

    Aşağı səviyyədə zənginləşdirilmiş uranın istehsalını 4 dəfə artırdıq. Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvandi çıxış edib. Qeyd edək ki, bir müddət öncə İran Prezidenti Həsən Ruhani nüvə müqaviləsindən qismən çıxdıqlarını açıqlamışdı.

    Muxalifet3 - 20-05-2019

  16. Bizə hərbi dəniz donanması lazımdır - Avropa ölkəsi

    Portuqaliyanın Müdafiə naziri Joao Qomeş Kravinyo dənizin əsrlər boyu ölkəsi üçün böyük əhəmiyyət daşıdığını vurğulayaraq deyib ki, müasir təhdidlər qarşısında Portuqaliyaya yaxşı təchiz olunmuş hərbi dəniz donanması lazımdır. Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, J.Q.Kravinyo bu sözləri Koimbredə Hərbi Dəniz Donanması Günü təntənələrində iştirakı zamanı jurnalistlərə müsahibəsində söyləyib. Yaxın 12 ildə dövlətin donanmanın yenilənməsi sahəsində ciddi addımlar atacağını qeyd edən nazir deyib:“Biz donanmamızın potensialını möhkəmləndirəcəyik.

    Muxalifet3 - 20-05-2019

  17. Bununla ABŞ-a meydan oxuduq - Soylu

    ABŞ mənim ölkəyə girişimə qadağa qoyub və məni işğalçılarla bir siyahıya salıb. Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib. Soylu ölkəsinin maraqlarını müdafiə etdiyi üçün ABŞ-ın qara siyahısına düşdüyünü və bununla ABŞ-a meydan oxuduqlarını qeyd edib.

    Muxalifet3 - 20-05-2019

  18. ​Novruz Məmmədovdan daha bir dəyişiklik

    Nazirlər Kabineti 2012-ci il 11 aprel tarixli Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”na dəyişiklik edib. Muxalifet.az xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, Nazirlər Kabinetinin xarici ticarət fəaliyyətini tənzimləyən aktında onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir.

    Muxalifet3 - 20-05-2019

  19. ​Kadırov Zelenskini Leninlə müqayisə etdi

    Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın yeni prezidentini Vladimir Zelenski ilə müqayisə edib. Muxalifet.az xəbər verir ki, çeçen lider bu müqayisəni Teleqram kanalında aparıb. “Vladimir Zelenski prezident səlahiyyətlərinin icrasına başladı. Elə ilk dəqiqədən dünyada yaşayan ukraynalılara elə böyük söz verdi ki, heç Vladimir Lenin 1917-ci ildə kəndilərə və fəhlələrə belə söz verməmişdi”, - deyə Kadırov bildirib.

    Muxalifet3 - 20-05-2019

  20. Trampdan 'İran' açıqlaması: Xalq çox kədərlidir

    ABŞ prezidenti Donald Tramp ABŞın İran ilə müzakirəyə çalışdığına dair nəşr olunan xəbərlərin gerçəyi əks etdirmədiyini ifadə edərək "İran hazır olduğunda bizə zəng edəcək" deyib.
     

    Muxalifet3 - 21-05-2019

Pages