Axtarış
The search found 105779 results in 0.043 seconds.
Search results
ABŞ-ı S-400 mövzusunda narahat edən daha bir məqam – ABŞ televiziyası açıqladı
Amerikan xəbər kanalı “CNBC” ABŞ-ın siyasi kulislərində danışılan əhəmiyyətli bir iddianı yayınlayıb. İddia Amerikan tərəfinin S-400 mövzusundakı narahatlığını ortaya qoyarkən, Türkiyənin qətiyyətli və dik duruşunun ABŞ-ı necə narahat etdiyi ortaya çıxıb.
“CNBC”-nin adını vermədiyi qaynağa görə, ABŞ Türkiyəyə Rusiya ilə S-400 raketdən müdafiə sistemini satın almaq üçün etdiyi razılaşma haqqında son qərarını verməsi üçün iki həftədən daha az bir müddət tanıyıb.Muxalifet3 - 22-05-2019
“Ərəblər bizi satdı, tək ümidimiz Türkiyədir” – Fələstinli professor
Fələstinli professor Abdulfettah əl-Uveysi "Sionist İsrailə qarşı müqavimətimizdə tək ümidimiz Türkiyədir” deyib.
"Amerika Fələstinin azadlıq mübarizəsinə son qoymağa çalışır" deyən professor əl Uveysi, "ABŞ səfirliyini Qüdsə köçürərək 'Qüds İsrailin paytaxtı olacaq' mesajını verdi. ABŞ-ın Golan Təpələri üzərində İsrailin suverenliyini tanımasından sonra “Qərbi Şeria da İsrailindir”, deyəcəklər" deyə söyləyib.
Türkiyənin Fələstinlilərin tək ümidi olduğunu söyləyən əl-Uveysi, sözlərinə belə davam edib:Muxalifet3 - 22-05-2019
“ABŞ-ın tələblərini yerinə yetirməyəcəyik” – İRANDAN AÇIQLAMA
İran Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Səid Cəlili ABŞ rəsmilərinin ''İranla müharibə deyil, dialoq yolları axtarırıq'' iddialarını tamamilə yalanlayıb.
Daha əvvəl nüvə müzakirə qrupunda məsul olaraq vəzifə yerinə yetirən Cəlili, “ABŞ-ın hərəkətlərinə yönəlik İranın cavabı müharibə hərəkətləri olmalıdır və ABŞ səlahiyyətliləri bunun fərqində olmalarıdır”, - deyib.Muxalifet3 - 22-05-2019
Azad Suriya Ordusu Əsəd rejiminə qarşı əməliyyata başladı
Suriyalı hərbi müxaliflər və rejim əleyhdarı silahlı qruplar Beşşar Əsəd rejimi və İran dəstəkli qrupların son 3 həftədə "İdlib Gərginliyi Azaltma Bölgəsi" sərhədləri içində ələ keçərdiyi bölgələri geri qaytarmaq üçün əməliyyata başlayıb.
Hərbi müxalif qaynaqlardan alınan məlumata görə, "İdlib Gərginliyi Azaltma Bölgəsi"ndəki hərbi müxalif və rejim əleyhdarı silahlı qruplar dünən axşam saatlarında Hama elinin şimal-qərbində Əsəd rejimi ordusu və İran dəstəkli terrorçu qruplardan ibarət olan rejim güclərinə qarşı əməliyyat təşkil edib.Muxalifet3 - 22-05-2019
Uşaq bağçasındakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA
Sumqayıt şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otağın yanar konstruksiyaları 30 m² sahədə yanıb, qalan hissəsi qarsalanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Muxalifet - 22-05-2019
Kremldən diqqət çəkən S-400 açıqlaması
Kremlin sözçüsü Dmitriy Peskov ABŞ-ın Türkiyənin S-400 havadan müdafiə sistemi alışına yönəlik yanaşmasının səhv olduğunu ifadə edərək "Ankaranın da ifadə etdiyi kimi, S-400 razılaşması bitmişdir, tamamlanmış bir razılaşmadır" deyib. Peskov paytaxt Moskvada jurnalistlərə etdiyi açıqlamada, ABŞ-ın Türkiyənin S-400 alışına yönəlik yanaşmasını tənqid edib. ABŞ-ın S-400-lərlə əlaqədar Türkiyəyə yönəlik rəftarının qəbuledilməz olduğunu ifadə edən Peskov, "Rusiya bu cür bir yanaşmaya son dərəcə mənfi baxır.
Muxalifet3 - 22-05-2019
Gürcüstanda danışılmış oyuna görə saxlanılan futbolçulardan 4-ü həbs edilib
Gürcüstanda danışılmış oyuna görə saxlanılan 11 futbolçulardan 4-ü məhkəmə qərarı ilə həbs edilib.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, futbolçuların məhkəməsi bu gün səhər yerli vaxtla saat 10:00-da baş tutub.
Peşəkar idmançıların rüşvətə cəlb edilməsi iddiası ilə keçirilən məhkəmədə hakim digər 7 oyunçunun hər birinə 10 min lari (3 min 630 dollar) məbləğində cərimə təyin edib.
Muxalifet - 22-05-2019
İmamoğlunun gizli görüntüləri ortaya çıxdı - Video
Mərhum jurnalist Telat Çabukun 2014-cü ildə Əkrəm İmamoğluyla arasında baş verən mübahisəni gizli şəkildə telefonun kamerasıyla lentə aldığı iddia edilir. Mərhum jurnalist o dövrdə Bəylikdüzü Bələdiyyə sədri olan Əkrəm İmamoğlu ilə arasında mübahisə qanunsuz inşaat ilə bağlı aralarında mübahisə baş verib. Belə ki, Telat Çabuk 2014-cu ilin iyun ayında verililərdən birinə qatılan Əkrəm İmamoğlunun yanına gedərək qanunsuz tikinti işləriylə bağlı suallar verib. Çabukun "Qanunsuz tikili ilə bağlı çox işləri görürsünüz" sualına İmamoğlu "Biz tərəfdə qanunsuz inşaat işi çox deyil.
Muxalifet - 22-05-2019
Elgizin bu sualı müğənnini özündən çıxardı: "Mən kişi deyiləm, bəyəm?" - VİDEO
ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində qalmaqallı anlar yaşanıb. Aparıcı Elgiz Əkbərin "Əli müəllim, siz kabab bişirə bilirsinizmi?" sualına ifaçının reaksiyası sərt olub: "Necə yəni? Mən kişi deyiləm, bəyəm? Niyə bişirə bilmirəm ki?". Verilişdən görüntüləri təqdim edirik:
Muxalifet - 22-05-2019
Qadınlar tərəfindən döyülən kişilərin sayı artıb
"Məişət zorakılığına məruz qalmış kişilərin yalnız qadınlar tərəfindən döyüldüyünü demək səhvdir. Ailədaxili zorakılığa hər kəs, hər iki cinsin nümayəndələri məruz qala bilər və bundan heç kəs sığortalanmayıb".
Muxalifet.az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.Muxalifet - 22-05-2019
Qanunsuz ət kəsimi aşkarlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında mayın 21-də axşam saat 22:00 radələrində Ağcabədi rayonu Xocavənd kəndində məskunlaşan Bəxtiyar Mahmudovun həyatyanı sahəsinə baxış keçirilib.
Agentlikdən Publika.az-a verilən məlumata görə, baxış zamanı vətandaş Bəxtiyar Mahmudovun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş bir baş iribuynuzlu heyvan cəmdəyi aşkar edilib.Muxalifet - 22-05-2019
14 tibb bacısı eyni vaxtda hamilə qaldı
ABŞ-ın Massaçusets ştatının Boston şəhərində xəstəxananın onkoloji şöbəsində 14 tibb bacısı eyni vaxtda hamilə qalıb.
Bu barədə “Massachusetts General Hospital”ın nümayəndələri rəsmi “Twitter” səhifəsində məlumat veriblər.
Mayın 21-də yerləşdirilən fotoda 14 qadın var.
“Analar! Onkoloji şöbənin ailəsi genişlənir. Eyni vaxtda 14 hamilə tibb bacısı, onlardan birinin əkizləri olacaq. Bu işçilər sizə gülüş üçün 15 səbəb verir”, - xəstəxananın işçiləri yazıblar.Muxalifet - 22-05-2019
ŞOK: Küçədə qadınları soyundurdular, saçlarını... - VİDEO
Oğurluq edən iki qadın yaxalandıqdan sonra küçədə döyülüb və onların saçları kəsilib. Teleqraf.com xəbər verir ki, hadisə Meksikanın Çiapes əyalətinin Tapaçula şəhərində baş verib. İki qadın şəhərdəki Sebastian Eskobar adlı mağazadan geyim oğurlamağa çalışıb. Ancaq bu zaman yaxalanıblar. Bu haqda polisə məlumat verməyin işə yaramadığını bildirən tacirlər qadınları küçədə döyüb, daha sonra paltar və saçlarını kəsiblər.
Muxalifet - 22-05-2019
Az bal yığdığına görə özünü 10-cu mərtəbədən atan oğlanın İNTİHAR VİDEOSU
Bu gün Bakıda 17 yaşlı oğlan intihar edib. Muxalifet.az Milli.Az-a istinadən bildirir ki, Nəsimi rayonu, Moskva prospektində 2002-ci il təvəllüdlü S.Quliyev özünü yaşadığı binanın 10-cu mərtəbəsindən ataraq intihar edib. Sosial şəbəkədə yazılanlara əsasən, 17 yaşlı yeniyetmənin intiharına səbəb imtahanda az bal toplaması olub. O, intihar edəndə evdə heç kəs olmayıb. Anası və bacısı isə intihar etdikdən sonra evə gəliblər.
Muxalifet - 22-05-2019
Məşhur müğənni ərinin avtomobil hədiyyə etdiyi qızı döydü
Müğənni Zenfira İbrahimova məşhur mağazalardan birinin əməkdaşını döyüb.
Bu barədə musavat.com-a hadisə şahidləri məlumat veriblər. İddialara görə, ifaçının idmançı həyat yoldaşı Anar Heydərov idman zalında tanış olduğu Lamiyə adlı xanıma qırmızı rəngdə avtomobil hədiyyə edib.
Məsələdən xəbər tutan Zenfira mağazaya gedərək, qızı döyüb və avtomobili əlindən alıb.
Hadisəni dəqiqləşdirmək üçün mağaza ilə əlaqə saxladıq. Mağazanın əməkdaşı bildirib ki, sözügedən xanım orada işləsə də, hazırda işdə yoxdur.Muxalifet - 22-05-2019
Sabiq nazirlər bir arada – “Range Rover”də 4 nəfər... – FOTOLAR
Azərbaycanın sabiq nazirləri uzun müddətdən sonra bir arada görünüblər.
Muxalifet.az Lent.az-a istinadən xəbər verir ki,, eks-nazirlər - Səlim Müslümov, Ziya Məmmədov, Heydər Əsədov və keçmiş hərbi komissar Əliağa Hüseynov "Range Rover" markalı maşınla “Heydər Məscidi”nə hüzr mərasiminə təşrif buyurarkən kameraların hədəfinə tuş gəliblər.
Muxalifet4 - 22-05-2019
Aprel müharibəsini araşdırmaq üçün istintaq komissiyası qurulur - KİMLƏRİN KƏLLƏSİ GEDƏCƏK...
2016-cı ilin aprelində Qarabağda gedən dörd günlük müharibə ilə bağlı bütün xüsusatları araşdırmaq üçün Ermənistanda parlament istintaq komissiyası tezliklə qurulacaq.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə söhbətində hakim “Mənim addımım” blokunun parlament fraksiyasının rəhbəri Lilit Makunts deyib.
Muxalifet - 22-05-2019
DTX-nin tutduğu baş redaktor və jurnalistin işi məhkəmədə - İntim məsələ, şantaj... - VİDEO
"El həkimi" qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən "reket nəşr"in təsisçisi və baş redaktoru Zöhrab Ağayev, tabeçiliyində olan Günel Cümşüdovanın barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi üzrə material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.
Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.
Muxalifet4 - 22-05-2019
Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb
Özünü daxili işlər orqanlarının əməkdaşı kimi təqdim edərək ayrı-ayrı vətəndaşlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
DİN-dən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə məhkum olunmuş Tural Rəhimli tutularaq istintaqa təqdim edilib.Muxalifet - 22-05-2019
“Diqlas” sökülür - VİDEO
Nizami rayonunda yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzində artıq söküntü işlərinə başlanılıb. Bu barədə Trend-ə Nizami Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən bildiriblər. Qeyd olunub ki, artıq üç gündür ki, söküntü işlərinə başlanılıb:
“Həmin ərazidə iş getdiyi üçün təhlükəsizlik baxımından “Diqlas”ın ətrafı hasara alınıb. Hazırda söküntü yerinə bir neçə ağır texnika, ərazidən çıxarılan tullantı materialların daşınması üçün yük avtomobilləri də cəlb olunublar”.
Muxalifet - 22-05-2019