Axtarış
The search found 105783 results in 0.026 seconds.
Search results
Türkiyə bu sistemlərdən imtina etməyəcək - Matviyenko
Türkiyə məsuliyyətsizcəsinə hərəkət edib Rusiya istehsalı S-400 sistemlərindən imtina etməyəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
"Onlar (Türkiyə rəsmiləri) müqavilə imzaladı və hər hansı bir dövlətin təzyiqi ilə bundan imtina etməyəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da dəfələrlə bunu bildirib", - Matviyenko qeyd edib.
Muxalifet3 - 22-05-2019
Britaniya mətbuatı AFFA-nın qərarından yazdı
“Arsenal”ın erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryanın UEFA Avropa Liqasının mayın 29-da Bakıda “Çelsi” ilə keçiriləcək final oyununda iştirak etmək üçün Bakıya səfər etməmək barədə qərarı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən əsassız qərar kimi dəyərləndirilib. Bu barədə Böyük Britaniyanın “Inside World Football” portalında dərc olunan məqalədə qeyd edilir.
Muxalifet3 - 22-05-2019
Bayrağımızı paltar kimi geyinmək düzgündür? - AÇIQLAMA
Müğənni Elnur Məmmədov çəkdirdiyi yeni ekran işinin görüntülərini “Instagram” hesabında izləyiciləri ilə bölüşüb. Muxalifet.az xəbər verir ki, Elnurun klipdə əyninə geyindiyi, bayrağımızın rənglərini özündə əks etdirən kostyumu sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Onlar “Bayrağımız bu qədər ucuz, bu qədər əlçatan olmamalıdır”, “Bayrağın hər hansı hissəsinin üstündə oturmaq onu tapdalamaq kimidir”, “Bayrağımıza bunu etməyə haqları yoxdur” kimi şərhlərlə müğənniyə etirazlarını bildiriblər. Elnur isə yazılan tənqidlərə əhəmiyyət verməyib.
Muxalifet3 - 22-05-2019
Türkiyədə avtobus aşdı: yaralılar var
Türkiyənin İzmit şəhərində Kocaeli Böyükşəhər Bələdiyyəsinə məxsus sərnişin avtobusu aşıb. Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində çoxlu sayda sərnişin xəsarət alıb. Qəza baş verən yerə təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.
Muxalifet3 - 22-05-2019
İcra başçısına zərfdə güllə göndərdilər - FOTO
İtaliyanın Turin şəhərinin meri Kyara Appendinoya zərfdə güllə göndərilib. Muxalifet.az xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb. Appendino bildirib ki, zərfi açanadək içərisindəkindən xəbəri olmayıb: “Çox yaxşı bilirəm ki, məni qorxutmaq cəhdi heç bir effekt verməyəcək. Bu cür hərəkətlər məni öz vəzifəmi daha da əzmlə yerinə yetirməyə həvəsləndirir”.
Muxalifet3 - 22-05-2019
Suriya ilə bağlı Ankara ilə danışıqlar gedir - ABŞ
Vaşinqton və Ankara arasında Suriyada təhlükəsizlik bölgəsinin yaradılması istiqamətində danışıqlar davam etdirilir. Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın Suriya üzrə özəl nümayəndəsi Ceyms Ceffri bildirib. "Suriyadakı məsələ ilə bağlı Ankarada səfərdə idim, təhlükəsizlik bölgəsinin yaradılması barədə səy göstəririk", - Ceffri vurğulayıb.
Muxalifet3 - 22-05-2019
Bakı ilə sərhəd məsələsi barədə danışıqlar gedir - Tiflis
Gürcüstan tərəfi Azərbaycanla sərhəd məsələsi ilə bağlı danışıqların strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun davam etdirməyə hazırdır. Muxalifet.az xəbər verir ki, bunu Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmisi Vladimer Konstantinidi jurnalistlərə bildirib. O deyib ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın 23-24 may tarixində Bakıda keçiriləcək ilk rəsmi iclası detalların çoxluğu və məsələlərin əhəmiyyətini nəzərə alaraq dinamik keçəcək.
Muxalifet3 - 22-05-2019
Azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq - Səfir
Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq. Çünki ən azından bu bizim milli birlik işimizdir. Muxalifet.az xəbər verir ki, bunu Azərbaycanda Türkiyədən olan iş adamlarının təşkilatı - Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkil etdiyi iftar süfrəsində Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral deyib. O qeyd edib ki, MÜSİAD son 1 ildə Azərbaycanda iki böyük uğurlu işə imza atıb: "Ötən il Qobustanda olan şəhidliyimizi məhz MÜSİAD yenidən quraraq indiki vəziyyətə gətirib.
Muxalifet3 - 22-05-2019
Ramazan ayının 18-ci günü: İmsak və iftar vaxtı...
Sabah Ramazan ayının 18-ci günüdür. Muxalifet.az Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə istinadən xəbər verir ki, mayın 23-də Bakıda imsak saat 03:33, iftar isə saat 20:13-dədir. Ramazan ayının 18-ci gününün duası: "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi: "İlahi, məni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi Öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qıl.
Muxalifet3 - 22-05-2019
ABŞ-ın İrana təzyiqi önəmli fürsətdir - Güneyli fəal
Güney Azərbaycan Təbriz mərkəzli və Azərbaycan millətinin iqtisadi, mədəni və siyasi haqlarını özündə əks etdirən bir xətlə hərəkət edir. Milli hərəkat fundamental dayağı olan, millət daxilindən dəstək görən bir prosesdir. Bunu millətimizin konkret mövqedə dayanmasında, fars bölgələrinin apardığı etiraz aksiyalarına qoşulmamasında və müstəqil hərəkət etməsində görürük. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü, milli fəal Məhsa Mehdili belə fikirləşir. Muxalifet.az onun teleqraf.com -a müsahibəsini təqdim edir.
Muxalifet3 - 22-05-2019
İspaniya polisi dənizdə görün nə qədər kokain ələ keçirdi
İspaniya Milli Polisinin agentləri açıq dənizdə 1,5 ton kokain daşıyan gəmi ələ keçiriblər. Muxalifet.az xəbər verir ki, əməliyyat İspaniya hərbçilərinin, habelə Böyük Britaniya, Fransa, Portuqaliya və Braziliya hüquq mühafizə orqanlarının köməyi ilə aparılıb. Narkotiklər Braziliyadan İspaniyaya istiqamət götürən balıqçı gəmisində olub. Polislər kokain gətirildiyini qabaqcadan biliblər. Hələ aprel ayından hüquq mühafizə orqanlarının nəzarətində olan gəmi saxlanılanda içərisində yeddi nəfər olub. Onların hamısı həbs edilib.
Muxalifet3 - 22-05-2019
ASQ də təsdiqlədi, səs oğurluğu yoxdur - İmamoğlu
Ali Seçki Qurumunun qərarı gerçəkdir. Muxalifet.az xəbər verir ki, bu sözləri CHP-nin İstanbul Böyükşəhər Bələdiyyəsinə keçiriləcək seçkilərdəki namizədi Əkrəm İmamoğlu bildirib. İmamoğlu seçkilərdə hər hansı səs oğurluğunun olmadığını, bunun ASQ-nin qərarında da əksini tapdığını söyləyib.
Muxalifet3 - 22-05-2019
Misirdə havanın hərarəti 50 dərəcəni ötür! - AZƏRBAYCAN FÖVQƏLADƏ VƏZİYYƏTƏ HAZIR OLMALIDIR...
Çərşənbə günü Misirdə güclü isti qeydə alınıb. Paytaxt Qahirədə hava 43 dərəcəyədək (Selsi ilə) qızıb, günəş altında isə termometrin göstərişi insan üçün qəbul oluna bilən kritik nöqtəni – 50 dərəcəni ötüb.
Ölkənin meteoroloji xidmətinin xəbər verdiyi kimi, Misirin cənubunda vəliyyət daha da ağırdır – orada 45 dərəcəlik isti qərarlaşıb. Şimalda, Aralıq dənizi rayonunda bir qədər sərindir. Bu bölgədə, həm də Sinay yarımadasında çərşənbə günü 37-40 dərəcə isti qeydə alınıb.
Muxalifet4 - 23-05-2019
İdarə rəisi İlqar Məmmədova XƏBƏRDARLIQ ETDİ – 28 May yürüşü təxirə düşür?
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov mayın 22-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb. O, polisdə 20 dəqiqəyə yaxın qaldıqdan sonra azad buraxılıb.
İlqar Məmmədov "Amerikanın Səsi"nə bildirib ki, onu Bakı Şəhər Baş Polis İdarəsinin ictimai təhlükəsizlik idarəsinin rəisi Nurulla Məmmədxanov qəbul edib. Görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə REAL-ın mayın 28-nə planlaşdırdığı tədbirlərə toxunulub.Muxalifet4 - 23-05-2019
“Özünə hörmət edən müəllim bunu etməz” - TƏHSİL NAZİRİNİN XANIM MÜAVİNİ SƏRT DANIŞDI / VİDEO
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva BBC-nin "Sual vaxtı" Youtube proqramının növbəti qonağıdır. Onunla Səadət Akifqızı söhbət edib. Muxalifet.az xəbər verir ki, nazir müavini Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizovun öz şagirdinə sataşdığı üçün döyüldüyü haqda iddialara münasibət bildirib:
Muxalifet4 - 23-05-2019
ABŞ-dan Orta Şərqə 10 min əsgər göndərmə planı
ABŞ-ın Orta Şərqə əsgər göndərmə siyasəti sanki hərraca çevrilib. “100- 120 min əsgər göndəriləcək” iddialarını yalanlayan Donald Tramp, "Lazım olsa, çoxunu göndərərik" mesajıyla əsgər göndərmə planına açıq qapı buraxmışdı.
Yeni bir iddia ilə İngilis “Reuters” agentliyi çıxış etdi. Pentaqona söykənilən iddiada, ABŞ-ın Orta Şərqə 10 minlik bir müdafiə ordusu göndərməyi planladığı ifadə edilib.
AĞ EVƏ TƏKLİF EDİLDİ
Muxalifet3 - 23-05-2019
Səudiyyə Ərəbistanı İslam alimlərini edam edəcək
“Həmas”ın Siyasi Büro üzvü Musa Əbu Merzuk Səudiyyə Ərəbistanının Ramazan ayının sonunda 3 tanınmış din adamını edam etməyə hazırlandığını iddia edib.
Əbu Merzuk Twitter hesabından etdiyi və 2 Səudiyyə səlahiyyətllisinə söykədiyi açıqlamasında, Səudiyyə Ərəbistanında 2017-ci ildə həbs olunan İslam alimi Selman əl-Ovda, Natiq Avad əl-Qarını və dini televiziya proqramının aparıcısı Əli el-Ömərinin Ramazandan sonra edam ediləcəyini ifadə edib.Muxalifet3 - 23-05-2019
İngiltərəyə böyük şok! 'O torpaqları dərhal təhvil ver'
BMT Baş Məclisində İngiltərənin Hind Okeanındakı Chagos Takımadalarının idarəsini 6 ay içində buraxaraq ada dövləti Morityusa təhvil verməsini tələb edən qərar qəbul edilib. Qərar "tövsiyə" xüsusiyyətində olmasına və qanuni bağlayıcılığı olmamasına baxmayaraq beynəlxalq arenada siyasi ağırlığı səbəbiylə əhəmiyyət daşıyır.
Muxalifet3 - 23-05-2019
Trampı əsəbləşdirən iddia: Yığıncağı tərk etdi!
ABŞ prezidenti Donald Tramp ona "Rusiya istintaqının üstünü örtür" ittihamını yönəldən Nümayəndələr Palatasının demokrat başçısı Nancy Pelosiyə sərt təpki verib.
Tramp Pelosi və bəzi demokrat millətvəkillərilə Ağ Evdə təşkil edilən infrastrukturla bağlı yığıncağı yarıda kəsərək zalı tərk edib. Tramp Pelosinin səhər saatlarında etdiyi "ABŞ prezidenti Rusiya istintaqının və xüsusi səlahiyyətli prokuror Robert Müllerin hesabatının üstünü örtməyə çalışır" şəklindəki açıqlamasından çox narahat olduğunu qeyd edib.
Müxalifət.azMuxalifet3 - 23-05-2019
Qarabağ razılaşması ilə Azərbaycan əraziləri... - İrəvan FƏLAKƏTİN BİR ADDIMLIĞINDA
Ermənistanın baş naziri Nikol Paşinyan gələn aya qədər hökumətdə ciddi kadr dəyişiklikləri aparmaq niyyətindədir. “Jamanak” qəzetinin iddiasına görə Paşinyan anlayır ki, onun kadrları təkcə qeyri-peşəkar deyillər, həm də dövlət idarəetməsində qabiliyyətsizdirlər. Onlar həmçinin avtoritet sahibi deyillər və bu da birbaşa bütün hakimiyyətin avtoritetinə təsir göstərir.
Muxalifet - 23-05-2019