Axtarış

The search found 105783 results in 0.023 seconds.

Search results

  1. 800 əlil və şəhid ailəsinə ŞAD XƏBƏR

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı ildən-ilə gücləndirilir.

    Muxalifet - 24-05-2019

  2. “Nəyə görə oğlunu Qarabağda xidmətə göndərmisən?...” - Azərbaycanlı jurnalist Paşinyanın arvadından soruşdu

    Ermənistan baş nazirinin arvadı, “Haykakan jamanax” (“Erməni zamanı”) qəzetinin redaktoru Anna Akopyan Qazaxıstanda keçirilən XVL Avrasiya mediaforumu zamanı azərbaycanlı jurnalistlərdən birinin Qarabağ haqda sualları ilə üzləşib.

    Muxalifet - 24-05-2019

  3. “Cəfər Cəfərov universiteti dedi-qodu meydanına çevirib” – ADPU-nun professoru Mirzəli Murquzov

    “Rektor yaşlı nəslin nümayəndələri ilə yanaşı, istedadlı cavanları da işdən çıxarıb, onların yerinə öz savadsız adamlarını gətirir” “Hazırda ADPU pedaqoji universitet statusunu itirmək təhlükəsi ilə üzləşmişdir” “Görmək istəməyəndə fərq etməz, hara baxırsan bax, necə ki, ADPU-nun rektoru Cəfər Cəfərov baxır...” Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) qanunsuz olaraq işdən çıxarılan əməkdaşlardan biri də professor Mirzəli Murquzovdur. Bu isim ADPU-nun bütün məzunlarına, eləcə də elm ictimaiyyətinə çox yaxşı tanışdır.

    Muxalifet4 - 24-05-2019

  4. ​Azərbaycanda bu şəxslər pensiya ALA BİLMƏYƏCƏKLƏR

    “Pensiya stajı uyğun gəlməyən vətəndaşlar yanlız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq”. Unikal.org xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov qeyd edib. O, vurğulayıb ki, yeni qayda pensiya yaşına çatmış əksər vətəndaşların pensiya almasına mane olacaq: “Dəyişikliyə əsasən, vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa, o 25 illik stajla pensiyaya çıxır. Bu yaxşıdır, amma heç də bütün yaşlı insanlarımızın pensiya almasına imkan vermir.

    Muxalifet - 24-05-2019

  5. Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

    Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.
    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Muxalifet.az-a verilən məlumata görə, bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.

    Muxalifet - 24-05-2019

  6. Bakıda növbəti BİABIRÇILIQ: Məşhur gecə klubda striptiz şou... - VİDEO

    Bakıda daha bir məşhur klubda striptiz şou nümayiş etdirilir. 
    Məşhur gecə klublarından olan "Taboo Lounge & Club"da qızların erotik rəqsi təşkil olunur. Sözügedən klubda açıq-saçıq geyinən qızlar müştəriləri əyləndirib, striptiz şoualar göstərirlər.
    Hətta gecə klubunun rəhbərliyi bu cür şouların göstəriləcəyi ilə bağlı əvvəlcədən elan da veririr./unikal.org/

    Muxalifet - 24-05-2019

  7. ​XƏBƏRDARLIQ: Uşaqları planşet və telefonlardan uzaq tutun!

    "İki yaşadək uşaqların planşet, telefon və televizorlardan istifadəsinə məhdudiyyət qoyulmalıdır. Çünki onlardan düzgün olmayan şəkildə istifadə edilməsi uşaqlarda kompüter görmə sindromuna səbəb olur”.
    Muxalifet.az xəbər verir ki, bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva deyib.
    O bildirib ki, Azərbaycanda hazırda ümumi oftalmoloji müayinələr zamanı insanlar arasında daha çox refraks patologiyası (yaxından görmə, uzaqdan görmə, astiqmatizm və s.) aşkarlanır.

    Muxalifet - 24-05-2019

  8. Everest dağını fəth etmək istədilər: Amma...

    Dünyanın ən yüksək dağı olan Everestin zirvəsini fəth etmək üçün təxminən 320 alpinist dağa dırmaşma hərəkatına başlayıb.
     
    Nepalda dünyanın ən yüksək dağı olan Everestin zirvəsinə dırmaşmaq üçün 320 alpinistin qatıldığı dırmaşma prosesində yaranan insan sıxlığı nəticəsində 3 alpinist həyatını itirib.
    Alpinist Nirmal Purja Instagram üzərindən paylaşdığı fotoşəkilin şərhində, zirvəyə qədər insan sıxlığının olduğunu bəyan edib. Dağın zirvəsinə yaxın olan bölgəyə eyni zamanda ‘ölüm bölgəsi' deyilir.

    Muxalifet3 - 24-05-2019

  9. “Boltonun liderliyində ABŞ fəlakətin arxasınca qaçır” – ABŞ aktivisti Çomski

    ABŞ-lı aktivist və dilçi alim Noam Çomsky Tramp rəhbərliyinin Con Bolton liderliyində fəlakət arxasınca qaçdığını söyləyib. Dünya nizamının təhdid altında olduğunu ifadə edən Çomsky, "İş işdən keçmədən əvvəl İranla müharibəni dayandırmalıyıq" deyib. ABŞ-lı aktivist və dilçi alim Noam Çomsky Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton öndərliyindəki Tramp rəhbərliyinin ABŞ-ın suverenliyini qorumaq üçün fəlakət arxasınca qaçdığını qələmə alıb. Dünya nizamının təhdid altında olduğunu yazan Çomsky, "İş işdən keçmədən əvvəl İranla müharibəni dayandırmalıyıq" deyə qeyd edib.

    Muxalifet3 - 24-05-2019

  10. Tramp “10 min əsgər göndərmə” məsələsinə nöqtə qoydu

    ABŞ prezidenti Donald Tramp Yaxın Şərqə əsgər göndərilməsi iddialarından sonra açıqlama verərək 'Orta Şərqə möhkəmlətmə qüvvələri göndərilməsinin lazımlı olduğunu düşünmürəm' deyib. Bununla da Tramp “Yaxın Şərqə əllavə 5-10 min əsgər göndəriləcək” kimi spekulyasiyalara son qoyub. Müdafiə Nazirliyi "düşünürük" demişdi Trampun açıqlamasından əvvəl ABŞ Müdafiə Nazirliyi İran ilə yaşanan gərginlikdən ötəri ABŞ-ın Orta Şərqdəki hərbi varlığını qorumaq üçün əlavə əsgər göndərilməsinin qiymətləndirildiyini bəyan etmişdi.

    Muxalifet3 - 24-05-2019

  11. Şok əməliyyat! 1400 illik kitab ələ keçərildi

    Türkiyənin Diyarbəkir vilayətində kəşfiyyat əməkdaşları dəri üzlü, papirüs kağızına yazılı, 36 səhifədən ibarət olan dini motivli kitabı satmağa çalışarkən 6 şübhəlini cinayət başında tutub. Cinayət başında tutulan 6 şübhəli haqqında istintaq başladılıb.

    Muxalifet3 - 24-05-2019

  12. Faciəvi uçuş! F-16 pilotu son anda qərar verdi

    ABŞ-ın Kaliforniya əyalətində təlim əsnasında anbara düşən F-16-nın pilotu paraşütlə atlayıb.
     
    ABŞ-da F-16 reaktivi təlim uçuşu əsnasında böyük bir anbarın damına düşüb. Pilot təyyarədən paraşütlə atlayaraq xilas olub.
    Qəza ABŞ-ın Kaliforniya əyalətinin Moreno Valley şəhərindəki ‘March Air Reserve” bazasında baş verib və nəticədə F-16 reaktivi bir anbarın üstünə düşüb.
    Təyyarənin pilotu isə son anda paraşütlə atlayaraq bu faciəvi qəzadan xilas olub.
    Müxalifət.az

    Muxalifet3 - 24-05-2019

  13. BAKIDA MÜƏMMALI CİNAYƏT - Evində yatan kişinin başını kim kəsib? - TƏFƏRRÜAT/YENİLƏNDİ

    Mayın 23-dən 24-nə keçən gecə Bakının Binəqədi rayonunda müəmmalı qətl hadisəsi törədilib. Yuxuda olan kişinin boğazını kəsiblər.
    Cinayət qurbanı Müşfiq qəsəbə sakini, 59 yaşlı Xələfov Şamil Şəristan oğludur. Məlumata görə, kişiyə yeddi bıçaq zərbəsi endirilib. Xəsarətlərin çoxu deşici bıçaq xəsarətləri olub.

    Muxalifet - 24-05-2019

  14. İngiltərənin baş naziri Tereza Mey istefa verdi

    İngiltərənin baş naziri Tereza Mey istefa verib.
    Muxalifet.az xəbər verir ki, Mey 7 iyunda vəzifəsindən gedəcəyini açıqlayıb.
    O, istefası ilə bağlı İngiltərə Kraliçası II Yelizavetaya məlumat verdiyini də deyib. Mey, eyni zamanda, lideri olduğu Mühafizəkarlar Partiyasından da ayrılacaq.

    Muxalifet - 24-05-2019

  15. ​Bakıda zəlzələ oldu? - RƏSMİ AÇIQLAMA

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Bakıda zəlzələ baş verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. RSXM-nin direktoru Qurban Yetirmişli Muxalifet.az-a açıqlamasında bildirib ki, 14:00-a qədər respublika ərazisində hər hansı təkan qeydə alınmayıb: "Hər hansısa ərazidə silkələnmə və ya titrəyişlər olubsa, bu hansısa tikinti işləri və ya başqa texnogen amillərlə bağlı ola bilər. Bununla belə hər birinizdən informasiya yazarkən bizimlə dəqiqləşdirməyi xahiş edirəm.

    Muxalifet - 24-05-2019

  16. ​Təqaüdə çıxan “Mercedes”in rəhbəri “BMW”yə oturub getdi - VİDEO

    Mercedes-Benz-in ana şirkəti olan Daimler-in İcraçı direktoru (CEO) Dieter Zetsche, 13 ildir icra etdiyi vəzifəsini tərk edərək, 40 ildir çalışdığı Almaniya şirkətindən təqaüdə çıxıb.

    Muxalifet - 24-05-2019

  17. Monakoda qumar oynamağa gedənlərin sayı kəskin artdı - ÖZBƏKİSTANDAN 1000 FAİZ, AZƏRBAYCANDAN 135 FAİZ...

    Monako knyazlığına bəzi keçmiş sovet respublikalarından  bu ilin birinci kvartalında gedənlərin sayı kəskin artıb.
    Monakonun Turizm İdarəsinin statistikasına əsasən bu ilin yanvar ayından mart ayına qədər Özbəkistandan knyazlığa gedənlərin sayı rekord səviyyədə-1000 faiz artıb. Azərbaycandan gedənlərin sayında isə 135 faiz artım olub. Monakoya istirahətə və əyləncəyə gedən Gürcüstan vətəndaşlarının sayında da kəskin artım qeydə alınıb-95 faiz.
    Monako knyazlığı xarici turistlər arasında kazinolarına və digər qumar əyləncələrinə görə məşhurdur./Virtualaz

    Muxalifet - 24-05-2019

  18. ​SON DƏQİQƏ: Cümə namazı zamanı DƏHŞƏTLİ PARTLAYIŞ - ölü və yaralılar var

    Pakistanda cümə namazı zamanı müsəlmanlara hücum aktı qeydə alınıb.
    Bəlucistan əyalətinin paytaxtı Quetta şəhərindəki Pəştunabad bölgəsində yerləşən Rəhmanya məscidində partlayış meydana gəlib.
    Hadisə zamanı 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.
    Partlayışın səbəbi hələ ki, açıqlanmayıb./Publik

    Muxalifet - 24-05-2019

  19. "Pilot İnşaat-A" Bakının mərkəzini iflic edib: Bu şirkətin özbaşınalığı bitmir - VİDEO

    "Pilot İnşaat-A" MMC-nin Bakının mərkəzindəki özbaşınalığı səngimək bilmir.

    Musavat.com xəbər verir ki, MMC Səməd Vurğun küçəsində inşa etdiyi çoxmərtəbəli binalarla şəhərin mərkəzində xaos yaradıb.

    2 ilə yaxındır ki, davam edən inşaat işləri dəfələrlə problemlər yaradıb. Söküntü işləri zamanı təhlükəsizlik tədbirlərinin görülməməsi, günün istənilən saatında texnikaların yolun hərəkət istiqamətlərini kəsməsi və daha bir neçə problem Bakı sakinlərinin gününü sözün əsl mənasında, qara edib.

    Muxalifet - 24-05-2019

  20. Erməni gimnastlar: Bakı təhlükəsizdir, sakinləri isə mehribandır

    Bakıda Aerobika Gimnastikası üzrə Avropa çempionatı, o cümlədən, təhlükəsizlik möhtəşəm səviyyədə təşkil olunub, yerli sakinlər mehriban və ünsiyyətcildirlər.
    Bu barədə erməni əsilli rusiyalı gimnastlar Qarsevan və Duxik Canazyan İTV telekanalına açıqlamasında danışıb.
    Onlar Avropa çempinatında rahat şəraitin və idman atmosferinin olduğunu xatırladıb.
    “Bizi hər şey qane etdi”, - deyə Qarsevan Canazyan bildirib.

    Muxalifet - 24-05-2019

Pages