Axtarış

The search found 105783 results in 0.035 seconds.

Search results

  1. ​Deputatlar prezidenti məhkəməyə verdilər

    Ukrayna Ali Radasının deputatları prezident Vladimir Zelenskidən şikayət ediblər. Onlar şikayətlərini Konstitusiya Məhkəməsinə çatdırıblar. Şikayətçi deputatların sayı 62-yə çatır. Onlar yeni prezidentin Rdaanı buraxmaq barədə qərarına etiraz ediblər. /modern.az/

    Muxalifet - 24-05-2019

  2. Bakının mərkəzində dəhşətli "Galendewagen" qəzası - VİDEO

    Bakıda baş verən dəhşətli qəza təhlükəsiz şəhər kameralarına düşüb. Muxalifet.az avtosfer.az-a istinadən xəbər verir ki, paytaxt küçələrində, gecə saatlarında yüksək sürətlə şütüyən "Galendevagen” markalı avtomobilin sürücü işıqforun qadağanedici nişanında keçir. Bu zaman öz yolu ilə hərəkətdə olan "Hyundai” markalı avtomobilə çırpılır. Ardınca isə bir neçə dəfə yuvarlanaraq aşır. "Hyundai” markalı avtomobilin içərisində isə uşaqlar və qadınlar var. Xoşbəxtlikdən xəsarət alan olmasa da bu avtomobilin sürücüsü də sərnişindaşıma qaydalarını pozaraq yük yerində sərnişin aparır.

    Muxalifet - 24-05-2019

  3. ​İqtisadiyyat Nazirliyində vəzifə TƏYİNATLARI

    İqtisadiyyat Nazirliyi yanında "İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktoru Fazil Məmmədov nazirin müşaviri təyin olunub.
    Muxalifet.az xəbər verir ki, onun əvvəlki vəzifəsi isə "Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədr müavini Səbuhi Mehdizadəyə həvalə edilib. 

    Muxalifet - 24-05-2019

  4. 17 yaşlı gənc boğazındakı iplə şəkil paylaşıb intihar etdi - FOTOLAR

    Boğazındakı iplə şəkil paylaşıb intihar etdi. Antalyada 17 yaşlı gənc yaşadığı evin pilləkənlərindən özünü asaraq intihar edib. Gəncin atası Aydın. T səhər oğlunu oyandırmaq üçün otağına gedib. Lakin otağın qapısını bağlı olduğunu görüb və oğlunun ona cavab verməməsindən şübhələnib. Kilidi qıran ata oğlunu boğazından asılı vəziyyətdə tapıb. Dərhal ipi kəsib həkim çağırsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Gəncin intihar etməmişdən öncə ipi boğazına keçirərək şəklini çəkib sosial media hesabından paylaşdığı məlum olub.

    Muxalifet - 24-05-2019

  5. ​Pirşağı gölündə balıqların kütləvi tələfatı qeydə alınıb: Nazirlik səbəbi açıqlayıb

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi Pirşağı gölündə balıqların kütləvi tələfatı ilə bağlı yayılan videoya münasibət bildirib.

    Muxalifet - 24-05-2019

  6. ​İstirahət günləri hava necə olacaq? - PROQNOZ

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda istirahət günlərində gündüz saatlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 25-30, dağlıq rayonlarda 17-22 dərəcə isti təşkil edəcək.

    Muxalifet - 24-05-2019

  7. ​Prezidentdən dini qurumlarla bağlı - SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, Azərbaycanın dünyaya nümunə olan hazırkı mədəni müxtəliflik və yüksək tolerantlıq mühiti əsrlərdən bəri burada ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət və əmin-amanlıq şəraitində dinc yanaşı yaşamalarının nəticəsidir.

    Muxalifet - 24-05-2019

  8. “DYP mafiyası”nın məğlubedilməzliyi... - ŞOK FAKTLAR

    “Özünü Nuşirəvan Səfərovun adamı kimi təqdim edənlər zəng edirlər…” Jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Dövlət Yol Polisi İdarəsində (BDYPİ) konkret şəxsin ondan 100 manat rüşvət tələb etməsi haqda açıqlamasından 10 günə yaxın vaxt keçsə də, müvafiq dövlət orqanları, o cümlədən Dövlət Yol Polisi İdarəsi hər hansı araşdırma aparmayıb. Bu barədə baş redaktor “AzPolitika.info”-nun sorğusuna cavabında məlumat verib. Ə.Zeynallı bildirib ki, bu müddət ərzində heç kim onunla maraqlanmayıb.

    Muxalifet - 24-05-2019

  9. ​Ermənilər Qarabağda DƏHŞƏT YAŞADI: 2 öldü, 2 yaralı

    Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində avtomobil qəzası baş verib.
    Publika.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.
    Əsgəran-Xankəndi avtomobil yolunda “LEXUS LX 470” markalı avtomobillə hərəkət edən 27 yaşlı sürücü 33 yaşlı piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
    Daha sonra avtomobil aşıb. Nəticədə, sürücü və üç sərnişin yaralanıb. Yaralılar xəstəxanaya çatdırılsa da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet - 24-05-2019

  10. Səudiyyə Qətəri işğal edəcəkdi? - “Biz qoymadıq” - ABŞ-dan ŞOK İDDİA

    Amerikada dərc olunan “Voll Strit Cornel” ( The Wall Street Journal) qəzeti Səudiyyə Ərəbistanının Qətəri işğal eləmək planının qarşısının ABŞ tərəfindən alındığını iddia edib. Qəzeti Səudiyyə Ərəbistanın liderlik elədiyi 4 ölkənin Qətərə qarşı birləşməsinin arxasında bu ölkənin dünyanın ən zəngin qaz yataqlarına sahib olmasının dayandığını yazıb: “Şahzadə Salman dünyanın ikinci ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçısı olan Qətəri bir gecədə işğal edəcəkdi, lakin bu baş vermədi”.

    Muxalifet - 24-05-2019

  11. Joze Mourinyo: "Bakıda "Arsenal"ın üzərində daha çox təzyiq olacaq"

    Bakıda İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında keçiriləcək Avropa Liqasının final oyunu barədə Joze Mourinyo şərhçi kimi fikirlərini bölüşüb.
    Muxalifet.az "İndependent.ie" saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis avrokubokların finalında İngiltərə təmsilçilərinin iştirak etməsindən məmnunluq ifadə edib. "Növbəti mövsümün əvvəlində UEFA Super Kubokunda da İngiltərə komandaları olacaq. Bu möhtəşəm bir xəbərdir" deyən Mourinyo istənilən sayda fanatın Bakıya gedə bilməməsindən məyusluğunu bildirib.

    Muxalifet - 24-05-2019

  12. Səudiyyənin çirkli planı ifşa oldu: 'İşğal edəcəkdilər, ABŞ əngəl oldu'

    ABŞ-ın The Wall Street Journalqəzeti Səudiyyə Ərəbistanı liderliyindəki 4 ölkənin Qatara qarş

    Muxalifet3 - 24-05-2019

  13. ​Çobanın bu tapıntısı alimləri ŞOKA SALDI - FOTO

    Türkiyənin Adıyaman şəhərinin Gərgər qəsəbəsində çobanlıq edən 38 yaşlı Turan Cingöz aşkar etdiyi tapıntı ilə alimləri şoka salıb.
    Çoban heyvanları örüşə apardığı zaman qayalıqların arasında yumurta boyda fərqli nəsnələr görüb.
    O, tapıntının fotosunu çəkib və sosial media hesabında paylaşıb. Bu fotolar Adıyaman Muzey Müdirliyinin işçisinin diqqətini çəkib. Nəticədə məlum olub ki, tapıntılar adi daşlar deyil, 85 milyon illik dəniz şabalıdının fosilləridir.
    Fosillər muzey işçiləri tərəfindən götürülüb və analiz üçün mütəxəssislərə həvalə edilib./Publika

    Muxalifet - 24-05-2019

  14. ​Türkiyədə qadınların hərbi xidmət keçməsi TƏKLİF EDİLDİ

    Türkiyənin Millətçi Hərəkat Partiyası (MHP) orduda qadınların da hərbi xidmət keçməsi təklifi ilə çıxış edib.
    Muxalifet.az Trend-ə istinadla xəbər verir ki, bu təklifi parlamentin iclası zamanı bir neçə deputat səsləndirib.
    Deputatlar bildirib ki, Türkiyənin hər bir vətəndaşı orduda xidmət etməlidir: "Türk qadınlarının hərbi xidməti üçün hər bir şərait yaradılmalıdır".
    Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar hərbi xidmətdə yeni sistemin yaradıla biləcəyini demişdi.

    Muxalifet - 24-05-2019

  15. ​Tramp İlham Əliyevə məktub göndərdi

    Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
    Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, 28 May - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. 1918-ci ildə həmin gün Azərbaycanın müstəqilliyi elan olunub və Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Yüz ildən artıq bir vaxt keçdikdən sonra Amerika Birləşmiş Ştatları bütün azərbaycanlılarla birlikdə bu nailiyyətləri qeyd etməkdən məmnundur.

    Muxalifet - 24-05-2019

  16. Bu ölkədə ticarət mərkəzində yanğın: 15 ölü

    Hindistanın Qucarat ştatının Surat şəhərində yerləşən ticarət mərkəzində baş verən yanğında 15 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
    Muxalifet.az-ın məlumatına görə, yanğın mərkəzin ikinci mərtəbəsində başlayıb. Şahidlərin sözlərinə görə, ölənlərin əksəriyyəti yanğından xilas olmaq üçün binadan özlərini aşağı atanlardır.
    Hindistanın Baş naziri Narendra Mode ölənlərin ailələrinə maddi kömək göstəriləcəyini bildirib.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 24-05-2019

  17. ​Kremldən Meyin istefa açıqlamasına - Reaksiya

    İngiltərə Baş naziri Tereza Meyin Rusiya-İngiltərə münasibətlərinə töhfə verdiyini xatırlamıram.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov Meyin istefa açıqlamasını şərh edərkən bildirib.
    Peskov vurğulayıb ki, Meyin dövründə iki ölkə arasında münasibətlər daha da gərginləşib.
    Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Tereza Mey iyunun 7-də istefa verəcəyini bəyan edib.
     

    Muxalifet3 - 24-05-2019

  18. ​Bakıda Avropa Liqasının Azarkeş Festivalı başlayır

    Sabah - mayın 25-də UEFA Avropa Liqasının Azarkeş Festivalı start götürəcək. Muxalifet.az xəbər verir ki, festival saat 12:00-dan etibarən ictimaiyyət nümayəndələri üçün açıq olacaq. Azarkeş Ferstivalı Dənizkənarı Bulvarda (əsas giriş: Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığı) təşkil olunub və mayın 29-a qədər fəaliyyət göstərəcək.

    Muxalifet3 - 24-05-2019

  19. ​Bakı ilə Moskvanın münasibətlərini korlamaq... - Savelyev

    Teleaparıcı Vladimir Solovyov bu günlərdə öz proqramının efirində növbəti dəfə bəyan edib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edilməsi “erməni xalqının igidliyi” olub. Bu fikir Solovyovun ukraynalı ekspertlərə verdiyi bir sualdan sonra diskussiyanın gedişində səslənib. Solovyov Dağlıq Qarabağın ərazi mənsubiyyəti məsələsində Ukraynanın mövqeyini soruşanda ukraynalı ekspertlər Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq ediblər.

    Muxalifet3 - 24-05-2019

  20. Bakı ilə Tiflis arasında razılaşma: İkinci görüş olacaq

    Mayın 23-24-də Bakıda Azərbaycanla Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların 12-ci iclası keçirilib.
    XİN-dən  verilən məlumata görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhədlər və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov başçılıq edib, Gürcüstan tərəfindən nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Gürcüstan hökumətinin sərhədlər məsələləri üzrə xüsusi nümayəndəsi Laşa Darsaliya başçılıq edib.

    Muxalifet3 - 24-05-2019

Pages