Axtarış
The search found 105783 results in 0.025 seconds.
Search results
Mxitaryanın "Arsenal"a köməyi dəyməyəcək - Dünya mediası
UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final matçı dünya mediasının gündəmində, idman ictimaiyyətinin diqqət mərkəzindədir. Finalda iki ingilis komandasının qarşılaşması Böyük Britaniyada bu oyuna marağı daha da artırıb. Muxalifet.az xəbər verir ki, dünyanın məşhur ESPN kanalı da paytaxtımızda keçiriləcək həlledici görüş barədə veriliş hazırlayıb. UEFA Avropa Liqasının final oyununa həsr edilmiş xüsusi proqramda “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsinə geniş yer ayrılıb.
Muxalifet3 - 24-05-2019
Koreya ABŞ-ı saxtakar adlandırdı: Bu, razılaşmaya əngəl olur
ABŞ-ın məsuliyyətsiz və saxtakarcasına mövqeyi razılaşmaya əngəl olur, yeni zirvə görüşü ilə problem həll edilməyəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyindən bəyanat verilib.
Şimali Koreya Vyetnamın paytaxtı Hanoyda keçirilən zirvə görüşündə də nəticə əldə edilməməsinin günahkarının ABŞ olduğunu bəyan edib.
Muxalifet3 - 24-05-2019
Bakıdan Piloyana cavab: Absurd bəyanatlar...
Ermənistan silahlı qüvvələri 5-ci korpusunun komandanı polkovnik Andranik Piloyanın dövlət sərhədinin Naxçıvan sahəsindəki vəziyyətə dair səsləndirdiyi fikirlərə Azərbaycan Müdafiə Nazirliyindən münasibət bildirilib. Muxalifet.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan istiqamətində mövcud olan vəziyyət barədə erməni polkovniki Andranik Piloyanın səsləndirdiyi fikirlər xəyal etdiyini həqiqət kimi qələmə verməkdən başqa bir şey deyil.
Muxalifet3 - 24-05-2019
"Qarabağ münaqişəsinin həllinin bir yolu var..." - Prezidentdən AÇIQLAMA
Azərbaycan bütün müsəlman ölkələri ilə sıx əlaqələr qura bilmişdir və beynəlxalq müstəvidə biz daim bir-birimizi dəstəkləyirik...
Muxalifet3 - 24-05-2019
Fransada partlayış: yaralılar var
Fransanın Lyon şəhərində partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, partlayış nəticəsində 7 nəfərin yaralandığı bildirilib.
Ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.
Muxalifet3 - 24-05-2019
Tramp rəsmən təsdiqlədi: Yaxın Şərqə ordu göndərilir
ABŞ Yaxın Şərqə əlavə olaraq 1500 əsgər göndərəcək. Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp qərar verib. Tramp Yaponiya səfəri öncəsi bölgədə xidmət edən hərbçilərin qorunması üçün əlavə əsgər göndəriləcəyini bildirib.
Muxalifet3 - 24-05-2019
Bu, barışıq yolunda maneədir - BMT-dəki nümayəndəmiz
Cinayətə görə məsuliyyətin inkar edilməsi insan hüquqlarının pozulması deməkdir və möhkəm sülh və əsl barışıq yolunda birbaşa maneədir. Muxalifet.az xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev mayın 23-də Təhlükəsizlik Şurasında silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsi məsələlərinə həsr olunmuş müzakirələrdə çıxışında bəyan edib.
Muxalifet3 - 24-05-2019
Artıq belə xəbərlər bizi təəccübləndirmir - Konaşenkov
İdlibdə kimyəvi silahlardan hücum edilməsi yalandır. Muxalifet.az xəbər verir ki, bu barədə danışan Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib. "Kimyəvi silahlardan hücum edilməsi barədə yalan xəbərlər artıq bizi təəccübləndirmir", - deyən Konaşenkov İngiltərədəki fırıldaqçıların sözügedən xəbərləri yaydığını söyləyib.
Muxalifet3 - 24-05-2019
Dolu növbəti dəfə Daşkəsəni vurdu: Təsərrüfata ziyan...
Bu gün Daşkəsən rayonuna küləklə müşahidə olunan leysan yağış və dolu yağıb. Muxalifet.az-ın məlumatına görə, dolu meyvə ağaclarına və əkin sahələrinə zərər vurub. Rayonun Xoşbulaq kəndində orta məktəb binasının dam örtüyünü külək dağıdıb. Elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Daşkəsən rayon İcra Hakimiyyətindən report-un Qərb Mərkəzinə verilən məlumata görə, yağış və dolu ilə müşayiət olunan güclü külək nəticəsində rayonunun yol, elektrik və rabitə təsərrüfatına, əkin sahələrinə xeyli ziyan dəyib. Küləyin təsirindən çoxlu sayda ağac aşıb.
Muxalifet3 - 24-05-2019
Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO
Azərbaycanda ilk dəfə olaraq Kürdəmir rayonunda banan yetişdirilib.
Muxalifet.az xəbər verir ki, rayonun Şüşün kənd sakini Rahib Ağayev ilk dəfə olaraq fərdi təsərrüfatında banan yetişdirib.
Təsərrüfat sahibi bildirib ki, bundan əvvəl fərdi təsərrüfatında bölgə üçün ənənəvi olmayan ananas, kivi və başqa meyvələr yetirişdirib:Muxalifet3 - 24-05-2019
Fiziki məhdudiyyətli müəllim: Bu, həyatda öz yerini tapmağa əngəl deyil
Aysel Məmmədova 219 nömrəli evdə təhsil tam orta məktəbin müəllimidir. “Friderich ataksiyası” xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, deyir ki, fiziki məhdudiyyətlər uğur qazanmağa, cəmiyyətə fayda verməyə, həyatda öz yerini tapmağa əngəl deyil. Aysel Sadıq qızı Məmmədova 21 noyabr 1986-cı ildə Goranboyda anadan olub. 2008-ci ildə Bakı Slavyan Universitetinin filologiya fakültəsini, 2010-cu ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistratura pilləsini bitirib. 2011-ci ilin sentyabrın 30-dan 219 nömrəli evdə təhsil tam orta məktəbində çalışır.
Muxalifet3 - 24-05-2019
Hindistanda 15 nəfər yanaraq ölüb - YENİLƏNDİ
Hindistanın Qucarat ştatının Surat şəhərində, ticarət mərkəzində baş verən yanğında ən az 15 nəfər ölüb. Çoxlu sayda yaralının olduğu bildirilir. Yanğın “Taxshila” Ticarət Mərkəzinin ikinci mərtəbəsində başlayıb. Muxalifet.az xəbər verib ki, binanın üçüncü və dördüncü mərtəbələrində təlim-tədris mərkəzi yerləşir. Yanğını əks etdirən videoçarxda insanların xilas olmaq üçün özlərini pəncərədən atdıqları görünür. Hadisəylə bağlı araşdırma aparılır.
Muxalifet3 - 24-05-2019
SON DƏQİQƏ: Azərbaycanda bu şəxslərə pensiya VERİLMƏYƏCƏK
"Pensiya stajı uyğun gəlməyən vətəndaşlar yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq”.
Muxalifet3 - 24-05-2019
Qədr gecəsi nə vaxtdır, fəzilətləri nələrdir? – Hacı Şahin
Qədr gecəsi Ramazan ayının 19-cu, 21-ci və ya 23-cü gecələrindən birinə təsadüf edir. Yəni insanlar mayın 24-ü (25-nə keçən gecə), 26-sı və 28-i axşam saatlarından etibarən ibadət edə, səhərə qədər oyaq qala bilərlər.
Bu sözləri açıqlamasında tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. O bildirib ki, bəzi hədislərimizdə Ramazan ayının 27-ci gününün Qədr gecəsi olduğu da qeyd olunur:Muxalifet3 - 24-05-2019
Ramazanın 20-ci günü: İmsak və iftar vaxtı
Sabah Ramazan ayının 20-ci günüdür. Muxalifet.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 25-də Bakıda imsak saat 03:31, iftar isə saat 20:15-dədir. Ramazan ayının 20-ci gününün duası: "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi: "İlahi, bu ayda mənim üçün cənnət qapılarını aç, cəhənnəm qapılarını bağla. Məni bu ayda Quran oxumağa müvəffəq et, ey möminlərin qəlblərinə rahatlıq salan Allah!" Allah orucunuzu qəbul etsin!
Muxalifet3 - 24-05-2019
Venesuelada qan töküldü: Çox sayda ölü var
Venesuelada bir polis mərkəzində tutulan məhkumların polisə hücum edərək qaçmağa cəhd etməsindən sonra çıxan qarşıdurmada ən az 23 məhkumun öldüyü bildirilib.
Venesuela mətbuatındakı xəbərlərə görə, Portuguesa əyalətindəki bir polis mərkəzində tutulan məhkumlar qaçmaq üçün əllərinə keçirdikləri silahlarla polisə hücum edib.
ƏN AZ 23 ÖLÜ
Çıxan qarşıdurmada ən az 23 adamın öldüyü, 19 polisin də yaralandığı qeyd edilib.Muxalifet3 - 25-05-2019
İran XİN rəhbəri Zərif Trampı “terrorçu” adlandırdı
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampı "terrorçu" olaraq xarakterizə edib. "İran Trampın sonunu görəcək, ancaq o İranın sonunu əsla görə bilməyəcək" deyib.
Zərif rəsmi səfərdə olduğu Pakistanın paytaxtı İslamabadda, Tehran-Waşington xəttində yaşanan gərginliklə bağlı İran mediasına açıqlama verib.Muxalifet3 - 25-05-2019
Trampdan ortalığı qarışdıran qalmaqal qərar
ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) kimi bəzi ölkələrə silah satışlarında Konqresin təsdiqindən yan keçən fövqəladə vəziyyət səlahiyyətini istifadə etməyə qərar verdiyi bildirilib.
Konqres qaynaqlarından əks olunan xəbərlərə görə, ABŞ Xarici İşlər naziri Mayk Pompeo Konqresə göndərdiyi məktubda, söz mövzusu səlahiyyət istifadəsi mövzusunda bəyan edib.Muxalifet3 - 25-05-2019
Həbsxanada iğtişaş zamanı 23 məhbus öldü
Venesuelanın şimal-qərbində yerləşən Akariqua şəhərindəki həbsxanalardan birində iğtişaş baş verib.
Atışma nəticəsində azı 23 dustaq ölüb və 14 polis əməkdaşı yaralanıb.
Vəziyyətin nizamlanması üçün həbsxanaya əlavə Milli Polis qüvvələri cəlb olunub./ReportMuxalifet - 25-05-2019
“Artıq məqam yetişib, ermənilərə deməliyik ki, torpaqlarımızdan...”– AZƏRBAYCANLI GENERAL
Ermənistanın qeyri-konstruktiv davranışları, danışıqları pozmaq istiqamətində atdığı addımlar gərginliyi tətikləməkdədir. Artıq nəinki Azərbaycanda, hətta ölkə xaricində də şübhə etmirlər ki, Qarabağ məsələsinin dinc yolla ədalətli həlli mümkünsüzdür. Son zamanlar müharibə gözləntiləri ilə bağlı açıqlamalar nəzərəçarpacaq dərəcədə artıb. Hətta rusiyalı məşhur jurnalist Maksim Şevçenko da Qazaxıstanda Musavat.com-un redaktoru ilə görüşü zamanı “Heç bir danışıq bu münaqişəni həll etməyəcək. Siz torpaqlarınızı Ermənistanın işğalından yalnız müharibə yolu ilə qurtara biləcəksiniz.
Muxalifet - 25-05-2019