Axtarış
The search found 105783 results in 0.032 seconds.
Search results
ABŞ-dan İrana gözdağı: 4 “Patriot” batareyası və döyüş təyyarələri göndərildi
ABŞ Baş Qərargah Rəhbərliyinin Qərargah direktoru vitse admiral Michael Gilday İrana qarşı bölgəyə sövq ediləcək əlavə hərbi ünsürün kəşfiyyat məqsədli insanlı və insansız hava vasitələri, 4 “Patriot” batareyasından ibarət olan bir “Patriot” batalyonu, qüvvələri qoruma tədbirlərini artırma məqsədli bir mühəndis birliyi və bir döyüş təyyarələri eskadrilyasından meydana gəldiyini açıqlayıb.
Muxalifet3 - 25-05-2019
Ukrayna Rusiya ilə iqtisadi münasibətləri kəsir? – Kiyevdən CAVAB
Ukraynanın Rusiya ilə iqtisadi münasibətləri dayandırması qeyri-mümkündür.
Bunu Ukrayna prezidenti Vladimir Zelenskinin Nazirlər Kabinetindəki nümayəndəsi Andrey Qerus “NewsOne” telekanalının efirində bildirib.
“Mən düşünürəm ki, bu gün bunu bacara bilmərik. Biz qlobal dünyada yaşayırıq, qəfildən iqtisadi münasibətləri dayandırmaq qeyri-realdır və mümkün deyil”, - Qerus qeyd edib./PublikaMuxalifet - 25-05-2019
Salyanda yol QƏZASI: Ər-arvad xəsarət aldı
Salyan rayonunda yol qəzası nəticəsində 2 nəfər xəsarət alıb. Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistral yolunun 45-ci kilometrliyində qeydə alınıb. Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Allahverdiyev Məhərrəm Kamil oğlu idarə etdiyi “VAZ-2106” markalı avtombillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Allahverdiyeva Sarıtel Məhərrəm qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Muxalifet - 25-05-2019
Tramp Meyin istefasını şərh etdi
ABŞ prezidenti Donald Tramp Tereza Meyin Böyük Britaniyanın Baş naziri vəzifəsindən istefa verməyinə təəssüfləndiyini bildirib.
Bu barədə “Politico” xəbər verir.
“Mən Terezaya görə çox təəssüflənirəm, o, mənim çox xoşuma gəlir”, - deyə Tramp jurnalistlərə bildirib və əlavə edib ki, Mey gərgin işləyən yaxşı və güclü qadındır.
Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Tereza Mey dünən bəyan edib ki, Mühafizəkarlar Partiyasının lideri postundan iyunun 7-də istefa verəcək.Muxalifet - 25-05-2019
Xərçəngin geniş yayılmasının səbəbi tapıldı
ABŞ Taftsa universitetinin alimləri yeni elmi tədqiqatlarının nəticəsini "Canser Spektrum" adlı jurnalda dərc etdirərək, 20 yaşdan yuxarı 80.100 nəfər amerikalının xərçəngə yoluxmasının əsas səbəbinin pis və qeyri-düzgün qidalanma olduğunu elan ediblər. Muxalifet.az medicina.az-a istinadən xəbər verir ki, tədqiqata orta yaş həddində amerikalıların 2013-2016-cı illər arasında xəstəlikləri və profilaktika tədbirlərinin Milli nəzarət mərkəzinin məlumatları daxil edilib.
Muxalifet - 25-05-2019
Bakı arxipelaqının ən BÖYÜK ADASINDA: Burada ilanlar sürü ilə hərəkət edir - VİDEO
Burada ilanlar sürü ilə hərəkət edir, dovşanları isə əllə də tutmaq olur...
Görüntülər Bakı arxipelaqının ən böyük adası olan Xərə-Zirədəndir. Milli Elmlər Akademiyasının 6 institutu, Şamaxı Astrofizika Rəsədxanası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrindən ibarət 30 nəfərlik heyət ilk dəfə adada kompleks araşdırmalara başlayıb. Məqsəd 450 hektara yaxın ərazisi olan adanın flora və faunasını tam öyrənməkdən ibarətdir. Araşdırmalara Yüksək Texnologiyalar Parkının hazırladığı dronlar da cəlb edilib.Muxalifet - 25-05-2019
Azad Rəhimovun oğlu 20 milyonluq tender “uddu”
Azərbaycanda əksər tanınmış və iri şirkətlərin adının hansısa məmur-oliqarxla, yaxud nazirlə əlaqələndirilməsinə artıq çoxdan adət etmişik. Ona da adət etmişik ki, ölkədə keçirilən tenderlərin böyük hissəsinin qalibi də məhz belə şirkətlər olur.
"Marja”nın yaydığı xəbərdə deyilir ki, "Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dövlət-özəl tərəfdaşlığı layihələrini davam etdirir.Muxalifet - 25-05-2019
Avropa Parlamentinə seçkilərdə irqçilərə zərbə
Avropa Parlamenti seçkiləri üçün seçkilərə gedən Hollandiyada rəsmi olmayan nəticələrə görə, Sosial Demokratlar 18,4 faizlə ilə irəlidə gedir. İrqçi Geert Wilders yalnız 4 faiz səs ala bilib.
Avropa Parlamenti seçkiləri ilə bağlı Hollandiyada rəsmi olmayan seçki nəticələri müəyyən olub. Xüsusilə Avropa daxilində ifrat sağçıların yüksəlişdə olduğu seçkilərdə irqçi və İslam düşməni Geert Wilders rəsmi olmayan nəticələrə görə, ağır bir zərbə alıb.
SOSİAL DEMOKRATLAR ÖNDƏDİR
Muxalifet3 - 25-05-2019
PAVEL QRAÇOV ELÇİBƏYİ ŞƏXSƏN TƏHDİD EDİBMİ? – Pənah Hüseyn “yox”, Fazil Mustafa “hə” deyir
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Şuşa və Laçının işğalı ilə bağlı danışarkən sensasion açıqlamalar verib. Deputat deyib ki, Əbülfəz Elçibəyin zamanında Rəhim Qazıyevə cinayət işi açmaq istəyiblər. Çünki Rəhim Qazıyev həmin vaxt müdafiə naziri idi və ən müxtəlif yerlərdə ermənilərin məqsədlərinin həyata keçməsinə şərait yaradırdı. Cəbhə hakimiyyəti dövründə nazir müavini vəzifəsini tutan Fəzail Ağamalı fikirlərinin davamında bildirib ki, zamanında müdafiə naziri Rəhim Qazıyevin işdən çıxarılmasına və həbsinə Rusiya imkan verməyib.
Muxalifet - 25-05-2019
NATO Rusiyaya qarşı nüvə müharibəsinə hazırlaşır? - Baş katibdən ANONS
NATO Rusiya tərəfindən nüvə təhdidi ilə əlaqədar yeni hərbi strategiyanı qəbul etməyə hazırlaşır.
“Die Welt am Sonntag” nəşrinin yazdığına görə, bu haqda NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, bu ittifaqa müdafiəyə tamamilə hazırlaşmağa imkan verəcək. Baş katib qeyd edib ki, bəzən yeni hərbi konsepsiyaların qəbulu tələb olunur.
“Bu həftə bizim hərbi ekspertlərimiz Şimali Atlantika İttifaqı üçün yeni hərbi strategiyanı qəbul etdi”, - Stoltenberq deyib./PublikaMuxalifet - 25-05-2019
Yanmış avtomobildə 5 cəsəd aşkarlandı
Meksikanın Miçoakan ştatında yanmış avtomobildə 5 cəsəd aşkarlanıb. Unikal.org “Excelsior” portalına istinadən xəbər verir ki, yanan avtomobil barəsində məlumatı polisə Uruapan və Los-Reyes şəhərləri arasında hərəkət edən digər sürücülər verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları cəsədlərdən ikisini avtomobilin salonunda, daha üç nəfərin yanmış meyitini isə yük yerində aşkarlayıb. Meksikanın Baş Prokurorluğu cəsədlərin 80 faiz yandığını və onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizasına ehtiyac duyulduğunu açıqlayıb.
Muxalifet - 25-05-2019
Fransada terror: Yaralılar var
Fransanın Lion şəhərində partlayış baş verib. İlk məlumatlara görə, 13 adam yaralanıb.
Yerli media günortadan sonra saat 17.30 radələrində içində bomba olan bir paketin partladığını və çox sayda yaralı olduğunu qeyd edib.
İLK ƏLAMƏTLƏR TERRORU GÖSTƏRİR
Lionun mərkəzindəki Bellecour Meydanına yaxın Victor Hugo küçəsi partlayışdan sonra boşaldılıb və bağlanılıb.
Şəhər rəhbərliyi partlayış və yaralılar olduğu məlumatını təsdiqləyib və hadisənin ilkin əlamətlərinə görə terrora oxşadığını bəyan edib.Muxalifet3 - 25-05-2019
Bakıdan İrəvana müharibə xəbərdarlığı: SÜLHDƏN QAÇAN SAVAŞA TUŞ GƏLƏR
Status-kvonun uzanması ən çox Ermənistanın əleyhinə işləyir - səbəb; Azərbaycan ordusunun düşməni təlaşda saxlayan intensiv təlimlərində daha bir hədəf; politoloq: “Aprel döyüşləri işğalçı ordunun hazırlıq səviyyəsinin hansı vəziyyətdə olduğunu göstərdi...”
Muxalifet - 25-05-2019
Azərbaycanda AĞLAGƏLMƏZ HADİSƏ - 30 yaşlı şəxs faciəvi şəkildə öldü
Tikinti aparılan ərazidə krandan qırılan tros fəhlənin üzərinə düşüb.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Məhəmmədi kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Yeddi gözəl” yaşayış kompleksində tikinti işləri aparılan zaman krandan qırılan tros orada çalışan 1989-cu il təvəllüdlü Taleh Tağıyevin üzərinə düşüb.
Nəticədə fəhlə aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 25-05-2019
30 yaşlı qadın özünü asdı - Neftçalada
Ötən gecə Neftçala rayonunda intihar hadisəsi baş verib.
Rayonun 1989-cu il təvəllüdlü Xəzərkənd kənd sakini Sərhədova Turanə Gülhüseyn qızı həyətdəki yarımtikilidə özünü asaraq özünü öldürüb.
Hadisənin əsl səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır./ReportMuxalifet - 25-05-2019
Azərbaycanda Prezidentdən sonra ən yüksək maaşı bu şəxs alıb - 12 450 manat
Dövlət büdcəsi hesabına ölkə Prezidentindən sonra ən yüksək əmək haqqını ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadəyə verilib.
Muxalifet.az yeniavaz.com xəbər verir ki, Azərbaycan Prezidentinin 25 sentyabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq ölkəmizin Yaponiyadakı səfiri ay ərzində 645000 yen (5860 dollar) maaş alır.Muxalifet - 25-05-2019
Cəlilabadda müəllimin döyülməsi ilə bağlı ŞOK İDDİA - Video
Müəllimin döyülmə səbəbi müəmma olaraq qalır, amma... Təhsil Şöbəsindən bildirdilər ki, məsələ ilə bağlı heç bir məlumat verməyəcəklər və bizə polislə əlaqə saxlamağı məsləhət gördülər Bu günlərdə ölkə mətbuatında 9-cu sinif şagirdi olan qıza sataşdığına görə döyüldüyü iddia edilən, Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizovun video görüntüsü yayılmışdı. Həmin görüntülərdə qanına qəltan edilən məllimin qızın yaxınları tərəfindən döyülərək təhqir edildiyi və məsələ ilə bağlı təhsil şöbəsində araşdırma aparıldığı bildirilirdi.
Muxalifet - 25-05-2019
UEFA PREZİDENTİ AZƏRBAYCANI MÜDAFİƏ ETDİ - “Mxitaryan Bakıya getmək istəmir? Öz işidir...”
UEFA prezidenti Aleksandr Çeferin “Arsenal” klubunun erməni hücumçusu Henrix Mxitaryan ətrafında son günlər Avropa KİV-lərində qaldırılmış süni ajiotaja münasibət bildirib. Xatırladaq ki, Azərbaycan tərəfinin bütün təhlükəsizlik təminatı verməsinə baxmayaraq Mxitaryan “təhlükəsizlik” bəhanəsi ilə Bakıya, Avropa Liqasının mayın 29-də keçiriləcək finalında “Çelsi” ilə oyuna gəlməkdən imtina edib. Ermənistan dairələri və Avropadakı ermənipərəst çevrələr isə Mxitaryanın qərarını Azərbaycana qarşı təbliğat aparmaq üçün istifadə edirlər. “Mxitaryan Bakıya getmək istəmir? Bu oyunçunun öz işidir.
Muxalifet - 25-05-2019
İran ABŞ-ı HƏDƏLƏDİ: “Sizi dənizin dibinə gömərik”
İranın hərbi əmrlər üzrə müşaviir Murtaza Qurbanı xəbər agentliyi “Mizan”-a etdiyi açıqlamada, Körfəz bölgəsinə göndərilən ABŞ döyüş gəmilərinin "gizli silahlar" vasitəsiylə batırıla biləcəyini söyləyib.
ABŞ-ın İrana qarşı Orta Şərqə 1500 əsgər göndərəcəyini bəyan etməsindən sonraaçıqlama verən Murtaza Qurbanı, "Amerika bölgəyə iki döyüş gəmisi göndərir. Ən kiçik bir axmaqlıq etsələr, bu gəmiləri raket və yeni gizli silahlarımızı istifadə edərək heyəti və təyyarələriylə birlikdə dənizin dibinə gömərik" deyib.
Müxalifət.azMuxalifet3 - 25-05-2019
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynaya qayıdır
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili mayın 29-da Ukraynaya qayıda bilər.
Muxalifet.az ONA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın “UNN” agentliyi məlumat yayıb.
“Mixail Saakaşvili yaxın günlərdə Ukraynaya qayıtmağa qərar verib, – məlumatda belə deyilir. – Onun gəlişi çərşənbə günü, 29 may tarixinə gözlənilir”.Muxalifet - 25-05-2019