Axtarış
The search found 105785 results in 0.025 seconds.
Search results
Xanım rektor özünə 250 min dollarlıq avtomobil aldı - FOTO
Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb.
Məlumata görə, 2016-cı il istehsalı olan 90-HT-010 dövlət nömrə nişanlı "Mercedes S-400" model avtomobilin Azərbaycanda ortalama bazar qiyməti 90-100 min dollardır.
Maşının 2019-cu il buraxılışının qiyməti isə Bakıda 230 min dollara satılır.
Xanım rektorun maşınının isə xüsusi yığılmış avtomobil olduğu və əvvəlki sahibinə 250 min dollara başa gəldiyi bildirilir.Muxalifet - 27-05-2019
3 Fransız vətəndaşına edam cəzası!
İraqda İŞİD üzvü olmaqla ittiham olunan 3 Fransa vətəndaşı edama məhkum edilib.
Bağdaddakı cəza məhkəməsi tərəfindən baxılan iddiada İŞİD üzvlüyü ilə ittiham olunan 3 Fransa vətəndaşına edam cəzası verilib.
İraq məhkəmə qaynaqlardan alınan məlumata görə, edama məhkum edilən şəxslər bir neçə ay əvvəl mühakimə olunmaq üçün Suriyadan İraqa təslim edilib.
Qaynaqlar edama məhkum edilənlərin Fransa vətəndaşı Leonard Lopez, Kevin Gonot ilə Salim Machou olduğunu ifadə edib.Muxalifet3 - 27-05-2019
Bakıda intihar etmək istəyən gənc belə xilas edildi – VİDEO
Ötən gün axşam saatlarında Bakıda bir nəfər intihara cəhd edib.
Muxalifet.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilib ki, gənc oğlan özünü Səbail rayonunda yerləşən binalardan birinin eyvanından atmaq istəyib.
Əraziyə Bakı şəhər Təcili Tibbi yardım Stansiyasının həkimləri, polis və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Gənclə aparılan psixoloji söhbətlərdən sonra Kamil İbrahim oğlu Talıbov xilas edilib.
İntihara cəhd hadisəsinin səbəbləri araşdırılır.Muxalifet4 - 27-05-2019
BŞİH sakinlərə və sürücülərə xəbərdarlıq etdi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan güclü küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib.
BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, güclü küləyin müşahidə edilməsi, bununla bərabər ağacların hazırda inkişaf etmə mərhələsində olması onların aşma təhlükəsini artırır. Belə külək hətta sağlam ağacları da aşıra bilər:Muxalifet - 27-05-2019
Azərbaycanda qadına qarşı ŞOK CİNAYƏT – Boğazını kəsib meyitini kanala atdılar
Mayın 25-də Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyitinin tapılması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Muxalifet - 27-05-2019
“Nar”-dan futbol həvəskarları üçün möhtəşəm müsabiqə!
Ölkənin ən gənc mobil operatoru “Nar”, paytaxtımızın ev sahibliyi edəcəyi UEFA Avropa liqasının final qarşılaşmasına daha da həyəcan qatmaq üçün sosial media səhifələrində müsabiqə keçirir. “Nar” abunəçiləri internet üzərindən keçirilən futbol viktorinasında iştirak etməklə, həm öz biliklərini sınaya, həm də qalib gələrək 100 şəbəkədaxili pulsuz dəqiqə qazana bilərlər. Müsabiqə 26 mayda başlayacaq və elə həmin gün saat 23:59-da da yekunlaşacaq.
Muxalifet4 - 27-05-2019
Xərçəngə qarşı Kuba peyvəndinə Türkiyə ortaq oldu
Türkiyənin Səhiyyə Nazirliyi Kuba ilə peyvənd, xərçəng peyvəndi və dərmanları mövzusunda iş qrupu yaratmaq qərarı verib.
Türkiyənin Səhiyyə Nazirliyindən edilən açıqlamada, ''Beynəlxalq əməkdaşlığımızı artırırıq. Kuba ilə peyvənd, xərçəng peyvəndi və dərmanları mövzusunda iş qrupu yaratmaq qərarı verilib. Kübadan bir heyət bu həftə ölkəmizə gəlir'' deyilib.
KUBA PEYVƏNDİ
Muxalifet3 - 27-05-2019
Qalmaqallı məhkəmə işi başlayır - Xanımını binadan atan “Buta Palace”ın keçmiş art direktoru hakim qarşısında
Bakıda baş verən dəhşətli qətl hadisəsinə görə məhkəmə başlayır. Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsin həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli hakim önünə çıxarılır. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.
Muxalifet - 27-05-2019
Rayon başçısı ona sərt sual verən jurnalisti yerə çırpdı - VİDEO
Rusiyanın Xakasiya muxtar respublikasının Şirinsk rayonunun başçısı Sergey Zaytsev ona sərt sual verən jurnalistə hücum çəkərək yerə çırpıb.
Muxalifet4 - 27-05-2019
“Azarkeşlər artıq fantastik stadionla tanış olublar” – Britaniya səfiri
“Azərbaycan beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər geniş təcrübəyə malikdir”.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts mətbuat konfransında deyib.
“Təhlükəsizlik məsələlərinə gəlincə, ölkə hər zaman beynəlxalq təcrübəyə uyğun olaraq bütün təhlükəsizlik tədbirlərini yerinə yetirir”, – o bildirib.
Muxalifet - 27-05-2019
İranda Qədr gecəsində QƏTL: Polis rəisi öldürüldü
İranın qərbində yerləşən Kirmanşah vilayətinin İslamabad Qərb rayonunun istintaq idarəsinin polis rəisi Kuruş Hacı Muradi silahlı insidentdə öldürülüb. Trend-in məlumatına görə, bunu İranın Kirmanşah vilayəti hüquq-mühafizə orqanının rəis müavini polkovnik Məhəmməd Rza Amuyi deyib. M.Amuyinin sözlərinə görə, ötən gecə Qədr gecəsi mərasiminin iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə Hacı Muradinin rəhbərliyi ilə bir qrup polis reyd keçirirmiş: "Polis məmurları bir avtomobilə şübhələnirlər. Avtomobili saxlatdırmaq istəyərkən silahlı insident baş verir.
Muxalifet - 27-05-2019
Paytaxtda marketdə DƏHŞƏTLİ HADİSƏ: Növbə gözləyən uşağın boynunu qırmaq istədi -ANBAAN VİDEO
Ukraynanın paytaxtı Kiyevdəki supermarketlərdən birində kassa önündə sırasını gözləyən adam yanındakı uşağın boyununu qırmaq istəyib.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, sıra gözləəyən şəxs fürsətdən istifadə edərək tanımadığı uşağın boynunu qırmaq üçün cəhd edib. Onun bu hərəkətini görən ətrafdakılar sərt reaksiya verib və onu döyərək marketdən qovublar.
Polis hadisəylə bağlı araşdırmaya başlayıb. , olayla ilgili inceleme başlattı.Muxalifet - 27-05-2019
Azərbaycanda QORXUNC HADİSƏ: Oğul atasını GÜLLƏLƏDİ
Mayın 26-da Ağcabədi rayonunun Bilağan kəndində yaşayan İ.Tağıyev evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə atası M.Tağıyevin kürək nahiyəsinə xəsarət yetirib.
DİN Mətbuat Xidmətindən Muxalifet.az-a verilən məlumata görə, o, hadisə yerini tərk edib.
M.Tağıyev xəstəxanaya yerləşdirilib.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər görülüb.Muxalifet - 27-05-2019
İcra hakimiyyətinin qaza borcu var- 21 min ödəməlidir
İcra hakimiyyəti ilə "Azəriqaz" arasında məhkəmə çəkişməsi başlayıb.
“Azəriqaz” İstehsalat Birliyi Binəqədi Rayon İcra Hakimiyyətindən qaza olan borcu tələb edir. Borcun məbləği 20 976 manatdır. İcra hakimiyyəti bundan narazı qalaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
İcra hakimiyyəti “Azəriqaz” İB-yə qarşı iddia qaldırıb ki, borc öhdəliyinə xitam verməklə iddia müddəti ötmüş borc kimi silinsin.Muxalifet - 27-05-2019
Nazirlik “Binə” və “Sədərək” məsələsini həll etdi - Vergidən yayına bilməyəcəklər
Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlər - "Binə" və "Sədərək"in vergidən yayınmasının qarşısı demək olar ki, alınıb.
Muxalifet.az fed.az-a istinadən xəbər verir ki, vergi və gömrük orqanlarının birgə həyata keçirdikləri islahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub.
Bu o deməkdir ki, "Sədərək" və "Binə"də çalışan sahibkarların vergidən yayınma dövrü bitib.Muxalifet - 27-05-2019
Ölkə ŞOKDADIR: 1183 nəfərin həyatına son qoyuldu
Konqo Demokratik Respublikası ölkə tarixinin ən çətin dövrünü yaşayır.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ötən ilin iyul ayından etibarən başlayan Ebola epidemiyası kütləvi ölümlərə səbəb olur.
Rəsmi rəqəmlərə görə, ölkə miqyasında epidemiya qurbanlarının sayı 1183-ə çıxıb.
Konqo Səhiyyə Nazirliyinin informasiyasına görə, Şimali Kivu əyalətində başlayan və İturi əyalətinə yayılan epidemiya 1818 nəfərə yoluxub. 1183 nəfər ölüb, xəstəlikdən sadəcə 496 nəfər sağalıb. 139 nəfərin müalicəsi davam edir.Muxalifet - 27-05-2019
III DÜNYA SAVAŞININ KÖLGƏSİ YAXIN ŞƏRQƏ SÜRÜNÜR – Fars körfəzindəki gərginlik və İran-Amerika savaşı Moskva üçün əlverişlidir – Təhlil
Bissam Miqdad
Al Modon (Livan), 25.05.2019
Muxalifet - 27-05-2019
«AccessBank» Göyçay sakininin evini necə ələ keçirdi... – QANUNSUZ ÖDƏMƏYƏ MƏCBUR EDİLƏN VƏTƏNDAŞDAN PREZİDENTƏ MÜRACİƏT
Göyçay rayon Potu kənd sakini Səlimov Ağalar İlyas oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:
“Hörmətli Prezident!Muxalifet4 - 27-05-2019
"Yeni dərmanlar xərçəng hüceyrələrinin inkişafını əngəlləyə biləcək"- BRİTANİYA ALİMLƏRİ
Britaniya alimləri heç bir prosedura reaksiya verməyən dözümlü xərçəng hüceyrələrinin inkişafını dayandıracaq yeni preparatların yaxın 10 ildə kəşf edilə biləcəyini açıqlayıblar.
Britaniyanın Xərçəng Tədqiqatları İnstitutu (ICR) bu araşdırmaya 75 milyon funt sterlinq ayıracağını açıqlayıb.
İCR Londonun cənubundakı Sutton qəsəbəsində yeni dərmanlar hazırlayan müasir araşdırma mərkəzi açmaq istəyir.
Muxalifet4 - 27-05-2019
Palatadan problemli kreditlərlə bağlı AÇIQLAMA: "Proses sürətlənəcək"
Problemli kreditlərin restrukturizasiya prosesi kompensasiya prosesləri bitdikdən sonra daha da sürətlənəcək. “Report” xəbər verir ki, bunu Maliyyə Pazarlarına Nəzarət Palatasının İdarə Heyəti sədri vəzifəsini icra edən İbrahim Alışov açıqlamasında bildirib. “Restrukturizasiya prosesi sırf bank-müştəri münasibətlərinə şamil olunur. Ona görə də banklarla müştərilər arasında olan müzakirələrdən sonra restrukturizasiya prosesləri icra olunur. Bu proses kompensasiya prosesləri bitdikdən sonra daha da sürətlənəcək”, - deyə İ.Alışov bildirib.
Muxalifet - 27-05-2019